Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İslamçı
Panislamizm (q.yun. Pan — «bütün») - XIX əsrin sonlarında Yaxın və Orta Şərqdə yaranmış dini-siyasi ideologiya. Türkiyədə meydana gəlmiş və müsəlman ölkələrində yayılmışdır. Panislamizm milliyyətindən asılı olmayaraq bütün müsəlman xalqların vahid dövlətdə birləşməsini təbliğ edirdi.
İsrafil
İsrafil — kişi adı. İsrafil Aşurlı — İsrafil Şahverdiyev — İsrafil Məmmədovİsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi.
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Suri-İsrafil

İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. === Ailəsi === Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
İsrafil (arxangel)
İsrafil (ərəb. إسرافيل‎) — islam inancına görə dörd böyük mələkdən biri. İsrafilin vəzifəsi Qiyamət günü sura üfürərək ölüləri diriltməkdir. Yəhudi inancına görə isə səkkiz mühakimə edən mələklərdəndir. == Yəhudilikdə == İsrafil olaraq bilinən bu mələk İbranicə Seraphiel olaraq adlandırılır, və adı apokrif və ya apokratif sayılan Yenoxun kitabında qeyd olunub. Yəhudi inancına görə səkkiz mühakimə edən mələkdən biridir. Rəvayətə görə onun boyu yeddi göy qədər, üzü mələklərin üzünə, bədəni isə qartalların bədəninə bənzəyir. O işıq kimi gözəl bir varlıqdır. Eyni zamanda o mələklərə nəzarət edən və onlara Allahı zikr edib ucaldması üçün ilahilər öyrədən bir mələk olduğu bildirilir. == İslamda == Qurani-kərimdə bu mələyin adı bir başa keçməsə də bir çox yerdə sura üfürəcək mələk olaraq məçhul formada qeyd olunur.
İsrafil Abbaslı
Abbaslı İsrafil İsmayıl oğlu (1 fevral 1938, İrəvan – 24 mart 2013, Bakı) — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri (2003-2013), filologiya elmləri doktoru (1986), professor (1998). == Həyatı == Abbaslı İsrafil İsmayıl oğlu 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri idi. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır. İ.Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə Azərbaycan folklorşünaslığını təmsil etmişdir. O, altı cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik «Azərbaycan dastanları»nın, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın I kitabı, əlli cildlik «Dünya uşaq ədəbiyyatı» seriyasının III kitabı, «Azərbaycan ədəbiyyatı inciləri» seriyasının «Dastanlar» cildinin, «Azərbaycan folklorunun ilkin nəşrləri» seriyasının və s.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı.2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir. 2000-ci ildə o, Himalay dağlarının Kançencanqa bölgəsinə turistik treninqə yollanmışdır.
İsrafil Aşurlı

İsrafil Hüseynov
İsrafil Sami oğlu Hüseynov (4 dekabr 1931, Gəncə – 31 yanvar 1986, Bakı) — görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı (1972), Lenin ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı (IX–X çağırış). == Həyatı == Əmək fəaliyyətinə 1957-ci ildə "Gürgan-neft" Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. "Azərbaycan neft ustası", "SSRİ fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. İsrafil Sami oğlu Hüseynov fəhlə, texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişdir. İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazmada Avropa rekordu idi.
İsrafil Həşimov
İsrafil Həşimov - (azərb. Həşimov İsrafil Ağababa oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1964-cü il aprelin 3-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə almışdır. Azərittifaq sistemində satıcı işləyib. İki uşağı var. Günel 1988-ci ildə, Aysel 1989-cu ildə anadan olmuşdur. Həyat yoldaşı Quliyeva Gülnisə Qasım qızı heç yerdə işləmirdi. İsrafil həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib.
İsrafil Məmmədov
İsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi. İsrafil Məmmədov (qəhrəman) — Sovet İttifaqı qəhrəmanı.
İsrafil Nəzərov
İsrafil İmamnəzər oğlu Nəzərov (Nəzərli) — Azərbaycan jurnalisti, mətbuat xadimi və tərcüməçi, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
İsrafil Quliyev
İsrafil Piri oğlu Quliyev (13 fevral 1917, Bakı – 28 oktyabr 1981, Bakı) — texnika elmləri doktoru, professor == Həyatı == Quliyev İsrafil Piri oğlu 1917-ci il fevral ayının 13-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1931-ci ildə Quliyev İ.P. İndustrial Texnikumuna daxil olub. Əmək fəaliyyətinə 1932-ci ildən oxumaqla işləməyi uyğunlaşdıraraq "AzNeft" neft mədənlərində işləyərək başlayıb. 1933-1935-ci illərdə "Azizbekovneft" və "Ordjonikidzeneft" treslərində qazıma üzrə texnik işləyib. 1940-cı ildə Azərbaycan İndustrial İnstitutunun neft mədən fakultəsini bitirərək "Neft yataqlarının işlənməsi və istismarı" ixtisasını bitirərək, Bakı şəhəri Qaradağ rayonunun "Azərneft-axtarış" trestində axtarış sahəsində baş mühəndis işləyib. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1946-1950-cı illərdə "Qazıma" laboratoriyasının elmi işçisi, Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunda elmi katib işləmişdir. 1949-cu ildə "Turbin-mailli qurğuların azimutunun dəyişməsinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-1978-ci illərdə "Dənizneftlayihə" institutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Bu müddət ərzində 10 il institut direktorunun vəzifəsini icra edib.
İsrafil Səttarzadə
Səttarzadə İsrafil Səttar oğlu – Azərbaycanlı alim, kimya elmləri doktoru, professor. == Həyatı == İsrafil Səttarzadə 1914-cü ildə anadan olmuş, Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş, 1940-cı ildə oranı bitirərək, ordu sıralarına çağrılmışdır. 1944-cü ildən M.V.Lomonosov adına nəzdində olan Elmi-Tədqiqat Kimya İnstitutunda işləmişdir. 1950-ci ildən ADU-nun kimya fakültəsində müəllim və dosent vəzifələrində işləmiş, 1965-1983-cü illərdə isə fiziki və kolloid kimya kafedrasına rəhbərlik etmişdir. İsrafil Səttarzadə 1949-cu ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə professor adını almışdır. İsrafil Səttarzadənin elmi tədqiqatları üzvi çöküntülərin çevrilməsindən neftin optiki fəallığının əmələ gəlməsi nəzəriyyəsinin işlənib hazırlanmasına və elmi cəhətdən onun əsaslandırılmasına aiddir. O, uzvi aləmin neft mənşəli məhsullara çevrilməsində bentonit gillərin katalitik rolunu aşkara çıxarmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 115 elmi əsərdə ümumiləşdirilmişdir.
İsrafil ağa
İsrafil ağa Kərbəlayev (1866 -1917, Qıraq Kəsəmən kəndi, Qazax qəzası) — XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. == Həyatı == İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəy ailəsində anadan olmuşdur. İsrafil ağa Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib.Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi.
İsrafil İbrahimov
İsrafil İbrahimov (siyasətçi)
İsrafil İsrafilov
İsrafil Şahverdiyev
İsrafil Şahverdi oğlu Şahverdiyev (11 iyun 1952, Laçın rayonu – 13 yanvar 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (15 yanvar 1995); Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. == Döyüşlərdə iştirakı == Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər.
İsrafil Şükürov
İsrafil Xudaverdi oğlu Şükürov (d. 18 iyun 1924) — azərbaycan sovet müəllimi. Naxçıvan MSSR əməkdar müəllimi (1980). SSRİ xalq müəllimi (1984). == Həyatı == İsrafil Şükürov 1924-cü ildə Ermənistan SSR-in Vayoc dzor mərzinin Qabaqlı kəndində anadan olmuşdur. 1947-ci ildən Sov.İKP üzvü olmuşdur. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1954-cü ildə isə, APİ-ni bitirmişdir. 1948-1957-ci illərdə Naxçıvan MSSR-in indiki Babək rayonunun Təzəkənd və Şıxmahmud kənd məktəblərində müəllim, Payız və Sust kənd məktəblərində direktor işləmişdir. 1957-ci ildən həmin rayonun Didivar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
İsrafil Əşrəfov
İsrafil Əşrəfov (Əşrəfov İsrafil İsmayıl oğlu; d. 30 may, 1900, Bakı — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kommersiya məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Xarici keçid == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə. I cild.
İcraçı direktor
İcraçı direktor — şirkətin rəhbərlərindən biri, direktor və baş direktor vəzifələrinə uyğundur. Bəzi şirkətlərdə bu vəzifələr paralel fəaliyyət göstərir.
Kərbəlayı İsrafil Hacıyev
Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim. == Həyatı == Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib. Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi. == Ailəsi == Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.
Sur-e İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. == Fəaliyyəti == "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
İsrafil Məmmədov (kimyaçı)
İsrafil Məmmədov — (Tam adı: İsrafil Allahverdi oğlu Məmmədov ; d.25 iyun 1927 Ordubad - ö.28 oktyabr 1995 Bakı ) — Kimyaçı, Kimya elmləri doktoru (1965), Professor (1972). == Həyatı == Məmmədov İsrafil 25 iyun 1927-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1955-ci ildə Azərbaycan Milli EA Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1951-1971-ci illərdə burada kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1971-1972-ci illərdə isə korroziya prosesinin inhibitorlaşdırılması laboratoriyasına rəhbərlik etmişdir. 1972-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) rektoru olmuşdur. == Elmi fəaliyyəti == 1978-1980-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitunda böyük elmi işçi, 1980-1986-cı illərdə dispers sistem və səth hadisələri laboratoriyasının müdiri, 1987-1989-cu illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Naxçıvan şəhərində yerləşən "Araz" təcrübə zavodunun direktorunun elmi işlər üzrə müavini işləmişdir. 1986-91-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin İnstitunda (indiki Azərbaycan Milli Aerokosmik Agentliyi) laboratoriya müdiri, 1991-1992-ci illərdə Ordubadda Xüsusi Konstruktor Bürosunun direktor müavini və Baş mühəndisi, 1992-1995-ci illərdə AMEA Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitunda aparıcı elmi işçi vəzifələrində işləmişdir. Tədqiqatları mürəkkəb çoxfazalı sistemlərdə metalların korroziyası, korroziyaya qarşı inhibitorların yaradılması və onların təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 200-dən çox elmi işin, 4 monoqrafiyanın, 30 müəlliflik şəhadətnaməsinin müəllifidir. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. == Xatirəsi == “Ömür təqvimindən tökülən yarpaqlar” kitabı İsrafil Məmmədovun həyatının bəzi məqamlarını əks etdirir.