Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. === Bədii fəaliyyəti === İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
İtabaşi
İtabaşi — Tokionun xüsusi rayonlarından biri.
İşikari
İşikari (yap. 石狩市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturanın eyni adlı paytaxtı.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlarEtibar MəmmədovEtibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - ParazitoloqEtibar Aslanov — Etibar Babayev — Etibar ƏliyevEtibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılovEtibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Tiberi
Tiberi Klavdi Neron (lat. Tiberius Julius Caesar Augustus, lat. Tiberius Claudius Nero kimi doğulmuş, 16 noyabr e.ə. 42[…] və ya 17 noyabr e.ə. 42, Roma – 16 mart 37, Mizeno[d], Kampaniya) — Yuli-Klavdi sülaləsindən ikinci Roma imperatoru (14-37). Tiberi Klavdi Neronun və Livia Drusillanın oğlu olan Tiberi doğularkən Klavdi ailəsinə mənsub idi. Anası atasından boşanaraq e.ə.39-cu ildə Oktavian Avqust ilə evlənmişdir. Tiberi sonradan Avqustun qızı və özünün ögey bacısı Qoca Culiya ilə evlənmiş, ardından Avqust tərəfindən övladlığa götürülərək Yuli ailəsinə mənsub olmuşdur. Tiberinin ardınca gələn imperatorlar bu iki ailənin əlaqəsini 40 il boyunca davam etdirmişlər. Tarixçilər isə bu xanədanı Yulilər-Klavdilər adlandırmışlar.Tarixi mənbələrə görə Tiberi xoflu, inamsız və riyakar idi.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. == Yerləşməsi == Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
İtiri
ITIRI - Yazılı və sinxron tərcüməçilər və beynəlxalq əlaqələr institutu, 1985-ci ildə yaradılmışdır.
Abbas İftixari
Abbas İftixari (Təbriz) — İranlı alim Abbas İftixari Təbrizdə anadan olub. Atası türk, anası isə milliyyətcə ərəbdir. Atası şah dövründə ordu zabiti işləyib. 1979-cu ilin fevral inqilabından sonra həbs olunub və 8 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra ata İftixari İran-İraq savaşında iştirak edib. Abbas İftixari 1990-cı illərin əvvəllərində Bakıda yaşayıb, "Samsunq" şirkətində çalışıb. Həmin illərdə Azərbaycan Texniki Universitetində doktorluq işini müdafiə edib. Onun başçılıq etdiyi "Sazan Electronic İndustries" şirkəti avtomobillər üçün elektron avadanlıqları hazırlayır.
Cunko İşibaşi
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur.1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır.Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır. Tabey bundan sonra Yeddi zirvənin fəthini tamamlamağa qərar vermişdir. O, 1980-ci ildə Kilimancaro, 1987-ci ildə Akonkaqua, 1988-ci ildə Denali, 1989-cu ildə Elbrus, 1991-ci ildə Vinson, 1992-ci ildə isə Caya zirvəsini etmiş, beləcə, Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur.Bunlardan əlavə, Tabey hər ölkənin ən hündür zirvəsini də fəth etməyə çalışmışdır və bu kateqoriya üzrə hədəflədiyi 196 zirvədən 60-nı fəth etmişdir.
Noriko İşibaşi
Noriko İşibaşi (d. 5 may 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
İmabari qəsri
İmabara qəsri (今治城, İmabara-co) – Yaponiyanın Ehime prefekturasının İmabari şəhərində yerləşən qəsr. Qəsr Takamatsu və Nakatsu qəsrləri ilə birlikdə Yaponiyanın üç "dəniz qəsri"ndən (mizuciro) biridir. == Tarix == Qəsr yerli daymyo Todo Takatora tərəfindən XVI əsrdə tikdirilmişdir. O, 1602–04-cü illərdə qəsri tikdirmək üçün biliklər və texnikalar haqqında məlumatlar toplamışdır. Ərazini idarə etmək üçün nəzərdə tutulmuş orijinal qəsr Karako dağının zirvəsində yerləşən Kofuku qəsri idi. Lakin Takatora düşünmüşdü ki, Kofuku qəsrinin yeri idarəetmə üçün yaxşı deyil və bu qəsri sökərək İmabari qəsrini tikdirmişdir. 1635-ci ildə bu qəsr və İmabari hanı Tokuqava İeyasunun qohumu olan Matsudayra Sadafusanın nəzarətinə keçmişdir. Ondan etibarən bütün Edo dövrü boyunda qəsri onun davamçıları idarə etmişdir. Meyci islahatından sonra yeni hökumət qəsrin bütün tikililərini məhv etmişdir. Qəsrin ərazisi isə yerli Şinto məbədinə verilmişdir.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. == Həyatı == Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. == Siyasi fəaliyyəti == Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır.2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.
Etibar Cəfərov
Etibar Teyyub oğlu Cəfərov (4 aprel 1983, Morul, Şamxor rayonu – 23 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Cəfərov 1983-cü il aprelin 4-də Şəmkir rayonunun Morul kəndində anadan olub. 1990–2001-ci illərdə M. Əhmədov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Zamiq və Zümrüd adlı iki övladı yadigar qaldı. == Hərbi xidməti == Etibar Cəfərov 2001–2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2004-cü ildə hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir rütbəsinə yiyələnib və Naxçıvan şəhərində yenidən hərbi xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edib. Etibar Cəfərov xidməti dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı ilə təltif edilib. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Etibar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. == Həyatı == Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. == Uğurları == Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi.Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Etibar Əhmədov
Etibar Əhmədov (dirijor)
Etibar Əliyev
Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Əliyev (deputat) — Azərbaycan Milli Məclisinin deputatı.
Etibar Əmiraslanov
Əmiraslanov Etibar Əmiraslan oğlu – Bozqurd batalyonunun komandiri. == Həyatı == 1961-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. Orta təhsilini Əlibəyli kənd orta məktəbində alıb. 1979 cu ildə sovet ordu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin ilk illəri Ukraniyanın Lvov şəhərində keçir. Bir müddətdən sonra isə hərbi xidmətini Əfqanıstanda davam etdirmişdir. Bir ay Kabul şəhərində xidmətdə olduqdan sonra onu yeni yaradılmış briqadanın tərkibində Cəlalabad şəhərinə göndərilib. Hərbi xidmətdə su maşının sürücüsü kimi çalışan Etibar öz cəsur və qəhrəman təbiəti ilə öz əsgər yoldaşlarından fərqlənirdi. Beləki, hərbi hissələr üçün su daşıyan maşının sürücüsü olan Etibarın batalyonu bir gün əfqan ordusu tərəfindən puskuya düşüb məhv edilsə də Etibar bu batalyondan sağ çıxan iki əsgərdən biri olur.
Etibar Əsədli
Etibar Sahib oğlu Əsədli (tam adı: Etibar Əsədli; 12 may 1992, Bakı) — Azərbaycanlı bəstəkar, pianoçu. == Həyatı == Etibar Əsədli - Beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu. Bakı şəhərində anadan olub, ilk təhsilini də burada alıb. 5 yaşından musiqiyə olan həvəsindən artıq piano dərsləri almağa başlayır, 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur. 11 il klassik piano təhsilindən sonra Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Bu illərdən Bakı Caz Festivallarında və Avropa Caz festivallarında uğurlu çıxışlar edir. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Rusiya, Türkiyə, Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər ifa edib. Hal-hazırda Fransanın Paris şəhərində yaşayır. İlk Azərbaycanlı tələbə olaraq Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil mərkəzinin məzunudur. Eyni zamanda Fransanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Hacıyev
Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.Göygöl rayonunda dəfn edilmişdir.
Etibar Hüseynov
Etibar Əli oğlu Hüseynov (29 yanvar 1968, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. == Həyatı == Hüseynov Etibar 29 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar Şəmkir rayonuna köçüb. 1986–88 ci illərdə Moskva şəhərində hərbi xidmətini çəkir. Hərbi xidmətdən döndükdən sonra Qarabağ hadisələri ilə bağlı başlayan tələbə hərəkatına qoşulur. 1988-ci il noyabrında Meydan hadisələri və 1991-ci ilin 28 mayında BDU-nun qarşısında saxlanılaraq 15 sutka həbs olunur. == Təhsili == Nəsimi rayon 247 nömrəli məktəbdə 1-ci sinifə gedib. Şəmkir rayonunun Kür qəsəbəsində Lenin adına Beynənmiləl orta məktəbi bitirir və 1985-ci ildə İnşaat Mühəndisliyi inustutunun (hazırkı Memarlıq Universitetinin) mülki-sənaye tikintisi fakultəsinə daxil olub. 92–93-cü illərdə Azərbaycan jurnalistlər Birliyi nəzdindəki Bakı Jurnalistika institutunda, daha sonra isə 2004-cü ildə ikinci təhsil kimi BDU-nin Mexanika-Riyaziyyat fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1992-ci ildə Jurnalist fəaliyyətinə müstəqil "7 gün" qəzetində başlayıb.
Etibar Həsənov
Etibar Ələddin oğlu Həsənov (7 fevral 1991; Qarıkənd, Gədəbəy rayonu — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Həsənov 1991-ci il fevralın 2-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə getmişdir. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir. == Hərbi xidməti == 2009–2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə həlak olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
İtxiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Lukresiyanın intiharı
İtalyan İntibahı
İtalyan İntibahı və ya İtalyan renessansı (it. Rinascimento [rinaʃʃiˈmento]) Avropa İntibahın başlanğıcı olmuşdur — XIV əsrdə İtaliyada başlayan və XVI əsrə qədər davam edən böyük bir dəyişiklik və müvəffəqiyyət dövrü, orta əsrlərdən müasir Avropaya keçid. "İntibah, dirçəliş" (it. la rinascita) sözü ilk dəfə 1550-ci ildə İtalyan rəssam və tarixçi Corco Vazari tərəfindən "Ən məşhur rəssamların, heykəltəraşların və memarların tərcümeyi-halları" əsərində istifadə edilmişdir. XVI əsrin əvvəllərindəki İtalyan sənətçilərinin fəaliyyətini "Orta əsrlər və barbarlıq" dövründə illər boyu geriləmədən sonra "dirçəliş" adlandırdı. Terimin Fransız analoqu (renessans) ХІХ əsrin tarixçiləri tərəfindən əvvəl Jül Mişle, sonra Yakob Burkxardt tərəfindən istifadə edilmişdir. İntibah dövrü xalqın klassik antik mədəniyyətə marağına səbəb oldu. Renessans humanistlərindən əvvəlki dövr Qaranlıq Çağlar adlanırdı. İtalyan İntibahının ən məşhur nailiyyətləri sənət və memarlıq əsərləridir. Bu dövrdə sənət növlərinin ayrılması və əsərlərin janr quruluşunun formalaşması prosesi başlayır.
Sabir Etibarlı
Sabir Etibarlı (Etibarlı Sabir Abdul oğlu; 1953, Göylər, Şamaxı rayonu) — Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor. 2004-cü ildə Neyrocərrahlıq üzrə Azərbaycan dilində çap olunmuş ilk dərsliyin müəllifidir. == Həyatı == Sabir Etibarlı 23 avqust 1953-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə daxil olmuş, 1977-ci ildə məzun olmuşdur. 1983-cü ildə Kiyev şəhərində Kəkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçmişdir.20 sentyabr 2010-cu ildə Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Sabir Etibarlıya Əməkdar Həkim fəxri adı verilmişdir.