Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. İtotu:The Plant List saytında takson barədə məlumat.
Adi itotu
Adi itotu (lat. Marrubium vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇totu cinsinə aid bitki növü.
Kiçik itotu
Odri Totu
Odri Totu (fr. Audrey Tautou [odʁɛ totu]) (9 avqust 1976, Bomon) — Fransalı aktrisa. Populyarlıq ona "Ameli" (2001), "Da Vinçi şifrəsi" (2006) və "Koko do Şanel" (2009) filmlərində almış baş rolları gətirdi. Odrinin atası diş həkimi, anası isə savadsızlığa qarşı Assosiasiyasının üzvü idi. Uşaqlıqda Odri biologiya ilə çox maraqlanırdı, ancaq valideynləri ona oxuduğu liseydə teatr təlimlər dərslərinə getməyi məsləhət gördülər. Odri fortepiano və qoboy dərsləri üzrə musiqi məktəbini bitirib. Alman və ingilis dillərini yaxşı bilir. Onun boyu 160 sm.-dir. 1996: Cœur de cible (TV) 1997: La vérité est un vilain défaut (TV) 1998: Bébés boum (TV) 1998: Chaos technique (TV) 1998: Kastinq: Archi-iyrənc 1998: Köhnə hasar 1999: Le Boiteux: Baby blues (TV) 1999: Ölmək kədərlidir 1999: Venera gözəllik salonu (Vénus beauté (institut)) 2000: Əxlaqsız (film, 2000) (Le libertin) 2001: Tanrı böyükdür, mən - balaca (film, 2001) (Dieu est grand, je suis toute petite) 2001: Ameli (Le fabuleux destin d’Amélie Poulain) 2002: Çirkli yaraşıq (film, 2002) (Dirty Pretty Things) 2002: Sevir...sevmir?
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) == Ədəbiyyat == "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
Ödotu
Ödotu (lat. Helichrysum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Qumluq ödotu (Helichrysum arenarium (L.) Moench) Qatlı ödotu (Helichrysum plicatum DC.) Helichrysum abietifolium Humbert Helichrysum abietifolium subsp. gracilifolium (Humbert) Humbert Helichrysum abietinum O.Hoffm. Helichrysum achyroclinoides Baker Helichrysum acrophilum Bolus Helichrysum acutatum DC. Helichrysum adenocarpum DC. Helichrysum adenophorum F.Muell. Helichrysum adhaerens (Bojer ex DC.) R.Vig. & Humbert Helichrysum adscendens (Thunb.) Less. Helichrysum albanense Hilliard Helichrysum albertense Hilliard Helichrysum albilanatum Hilliard Helichrysum albirosulatum Killick Helichrysum albo-brunneum S.Moore Helichrysum album N.E.Br. Helichrysum allioides Less. Helichrysum alsinoides DC. Helichrysum alticolum Bolus Helichrysum altigenum Schltr.
Lotu
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Tatu
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Toau
Toau (fr. Toau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan şimalda yerləşir. Atollun sahəsi 12 km²-dir. Daxilində laqun vardır. Toau ilk dəfə 1774-cü ildə ingilis səyyah Ceyms Kuk tərəfindən kəşf edilmişdir. İnzibati baxımından Fakarava kommunasına daxildir. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tofu
Tofu (Çincə:豆腐; Yaponca:豆腐) — soya pendiri və ya Lobya loru, Soya südünün laxtalanması (koaqulasiyası) və sonra əldə edilən lorları basaraq yumşaq ağ bloklar hasil olmaqla hazırlanır. Tofu bir çox Şərqi Asiya və Cənub-Şərqi Asiya mətbəxlərinin komponentidir. Du Bois, Christine M.; Tan, Chee-Beng. Mintz, Sidney Wilfred (2008), The World of Soy, University of Illinois Press, ISBN 0-252-03341-8 Knopper, Melissa. (Jan 2002), The joy of soy, The Rotarian, Vol. 180, No. 1, p.
Têtu
Têtu (fr. inadkar) — fransız aylıq, homoseksual auditoriyaya nəzərdə tutulmuş brend jurnal. Fransada buraxılan jurnallar içərisində ən oxunulan və ən populyarlardan biridir. Aylıq tiraj 2009-cu ildə 40 000 nüsxə oldu. Jurnal, 1995-ci ildə, iyul ayında Paskal Lube və Didye Leystreyd tərəfindən təsis edilmişdi. 2009-cu ildə jurnalın rəsmi 2 veb saytı açılmışdı: tetu.com homoseksuallar üçün və tetue.com lesbiyanlar üçün. 2013-cü ilin yanvar ayında, Têtu jurnalını Prezident Fransua Ollandın yaxın dostu Jan-Jak Ojye adlı biznesmen 1 avroya almışdı. «Haffinqton Post»un məlumatına əsasən jurnal 2013-cü ilə əsasən ildə yarım milyon avro itki gətirir.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Kosmos tortu
Kosmos tortu-Qlazurlu və xamalı tort.Tort üç qatdan ibarətdir. == Tarixi == SSRİ dövründən tortun satışına icazə verilmişdir.Klassik tort qəhvəyi rəngli qlazurdan ibarət olub, bezedən ibarət deyil. 2000-ci ildən isə tortun hazır korjlarının satışına başlanmışdır.
Lənkəran odotu
Mühasibat uçotu
Mühasibat uçotu — müəssisələr və korporasiyalar kimi iqtisadi qurumlar haqqında maliyyə və qeyri-maliyyə məlumatlarının ölçülməsi, işlənməsi və ötürülməsi. "Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir. Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır. Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır. Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir. Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırkı vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar. Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür: daxili istifadəçilər (insiders); kənar istifadəçilər (outsiders). Müəssisə daxilində biznes qərarlarını qəbul etmə səlahiyyətinə malik olan rəhbər,menecer,yaxud sadə işçilər ola bilər.
Napoleon tortu
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Opera tortu
Opera tortu (fr. Opéra) — fransız biskvit desertidir. Biskvitlər badamlı olur. Biskvitlər siroplarla isladılır. Bəzən kofe, şokolad kremi və ya şokolad qlazuru ilə isladılır. Larus ensiklopediyasına görə opera tortu-çətin badamlı kofe ilə isladılmış biskvitdir. Tort fransız şirniyyatçısı tərəfindən 1906-cı ildə Lui Klişi tərəfindən Fransada hazırlanmışdır. Bu desert Klişinin ən məşhur şirniyyatıdır. Bəzilərinə görə isə tort 1960-cı ildə Qaston Lenotr tərəfindən hazırlanmışdır. Dİgər bir mülahizəyə görə isə tort fransız operasının şərəfinə Dalloyau şirniyyat şirkəti tərəfindən hazırlanmışdır.
Pavlova tortu
Pavlova tortu (ing. pavlova, сокр. pav) —Bizeli tort olub meyvələrdən ibarətdir. Balerin kimi həssas və kövrək olan bu tort Avstraliyada və Yeni Zellandiyada məşhurdur. Beze, çalınmış xamadan tropik meyvələrdən və giləmeyvələrdən ibarətdir. Pavlovanı bəzən tort kimi bəzən isə kiçik hissəciklər şəklində porsiyon olaraq hazırlanır və ona uyğun bəzədilir. Balerina Anna Matveyivna Pavlovanın şərəfinə adlandırılıb.1926-cı ildə Avstraliyadan Yeni Zellandiyaya gələn zaman hazırlanmışdır. Bu məşhur rəqqasənin adına müxtəlif şokaladlar, konfetlər, müxtəlif geyimlər, ətirlər adlandırılmışdır. Tortun dəqiq yaranması haqqında məlumatlar avstraliyalılar və yeni zellandiyalılar arasında mübahisə doğurmuşdur. Lakin bu mübahisələrə baxmayaq hal-hazırda bir çox bayramlarda həm Yeni Zellandiyada, həm də Avstraliyada süfrələrdə yer alır.
Pitot Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Portağal tortu
Praqa tortu
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Qatlı ödotu
Qatlı ödotu (lat. Helichrysum plicatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Qıfotu
Qıfotu (lat. Vinca) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin adının yaranma tarixi məlum deyildir. Cinsə 12 növ daxildir. İkisindən gülçülükdə istifadə olunur. Qıfotu üzvi maddələrlə zəngin, rütubətli torpaqda və kölgəli sahələrdə yaxşı inkişaf edir. Günəşin və suyun olmaması bitkinin məhvinə səbəb olur. Qələmlə çoxaldılır. Bunun üçün cavan, sürünən gövdənin hər hissəsindən 2-3 buğum kəsmək lazımdır. Gülçülükdə 2 növündən istifadə olunur.
İnönü
İnönü bu mənaları ifadə edə bilər:
Itochu
Itochu (伊藤忠商事株式会社, TYO: 8001) — baş ofisi Tokioda yerləşən yapon universal ticarət evi, Yaponiyanın "Böyük beşlik"ə daxil olan ticarət evlərindən biri və dünyanın 500 ən böyük şirkətindən biridir. == Tarixi == 1858-ci ildə Kansay bölgəsindən olan, 15 yaşında kətan alveri və kimono mağazası açaraq biznesə başlayan İto Tyubey tərəfindən yaradılmışdır. Pərakəndə ticarətdən başlayaraq, şirkət həm üzvi, həm də birləşmə və satınalmalar yolu ilə inkişaf etdi və XX əsrin əvvəllərində istehsal, ticarət və investisiya ilə məşğul olan böyük bir beynəlxalq struktura çevrildi. 1973-cü ildən şirkət Sodeco kapitalı vasitəsilə Saxalin-1 layihəsində investor kimi iştirak edir. 1980-ci illərin sonunda şirkət Yaponiyanın ən böyük ticarət evinə çevrildi. Bu dəfə şirkətin əhəmiyyətli uğurları, xüsusən də Yaponiyanın ilk kommersiya yayım peyki JCSAT-1-in buraxılışında iştirakı ilə əlamətdar olub. 1990-cı illərdə Yapon köpüyü böhranının və bununla bağlı böyük itkilərin təsiri altında şirkət böyük sənaye bölmələri formalaşdıraraq idarəetmə strukturunu dəyişdi. 1996-cı ildə şirkət Azərbaycanda AÇG (Azəri–Çıraq–Günəşli) dərinsulu neft yataqlarının işlənməsi layihəsinə (“ Əsrin müqaviləsi ”) daxil olub və sonradan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində iştirak edib. 2000-ci illərin əvvəllərində o, Rusiya və Türkiyə arasında "Mavi axın " qaz kəmərinin tikintisində iştirak edib. 2010-cu ilə olan məlumata görə, şirkət 68 ölkədə 625 biznes bölməsini və ofisini özündə birləşdirir.
Kiçik qıfotu
Kiçik qıfotu (lat. Vinca minor) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropanın materik hissəsi və Kiçik Asiyadır. İngiltərə, Şimali Afrika, Amerika, Avstraliya və Yeni Zelandiyada yayılmışdır. == Botaniki xarakteristikası == Həmişəyaşıl, çoxillik, nazik horizontal, kökümsovlu ot və ya kolcuqdur. Yarpaqları üzbəüz, ellipsvari, dərili, parlaq, uzunluğu 3-5 sm və eni 2,5 sm-dək olub, iti vəya küt, üstü yaşıl, alt tərəfi boz-yaşıl, saplaqların uzunluğu 2-5 mm, dəstələrdə 3 ədəd yerləşmişdir. Tək-tək göy-bənövşəyi rəngli çiçəkləri düz qalxan budaqların ucunda yerləşir. Çiçəkləri tək, diametri 2-3 sm, çiçək saplaqlarının uzunluğu 1-3 sm-dir. Kasacığı bitişik yarpaqlı, hissələrin uzunluğu 3-4 mm, iti, lansetvari-üçkünc, çılpaqdır. Çiçək tacı qıfvari, tünd göy və ya bənövşəyi-göy, uzunluğu təxminən 12 mm olan uzun, silindrik, nazik borucuqlu, küt kəsikli hissələrinin uzunluğu 10-12 mm-dir.
Otvari qıfotu
Otvari qıfotu (lat. Vinca herbacea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Kökümsovu qısa, tin-tindir, çoxsaylı uzunluğu 20 sm-ə qədər olan kökləri vardirBarverməyən budaqları uzun, sərilən,torpaqda kök salmayandır, çiçəkləyən, yuxarı qalxan səriləndir, hamar və çılpaqdır. Yarpaqları qışda töküləndir, aşağı yarpaqları dəyirmi-yumurtaşəkilli və ya elliptik, orta yarpaqlar uzunsov və ya uzunsovneştərvaridir, uzunluğu (2) 3-4 sm, eni (5) 10-18 mm-dir, sivridir, qaidə hissəsi pazşəkilli, kənarları və damarları kələ-kötürdür, qısa saplaq üzərindədir. Çiçəkləri göy-bənövşəyi rəngdə olub, qoltuq çiçəkləridir. Çiçək saplağı çılpaq, yarpaqlardan uzundur və yaxud onlara bərabərdir. Tacın diametri (12) 16-20 mm-dir; onun dilimləri sivridir, elliptik və ya rombşəkillidir. Meyvəsi 3-4 sm uzunluqdadır, uzunsovdur, qövsşəkilli əyilmişdir, qarının yarıq hissəsindən açılandır. Toxumları tünd-qəhvəyi rəngdədir, uzunsovdur, qabarcıqlıdır.