Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adidas Beau Jeu
Adidas Beau Jeu — futbol üzrə Avropa çempionatı 2016 turnirinin rəsmi topu. "Beau Jeu" fransız dilindən tərcümədə "gözəl oyun" deməkdir. Top Adidas şirkəti tərəfindən istehsal olunmuşdur. 12 noyabr 2015-ci ildə Fransa millisinin keçmiş futbolçusu Zinəddin Zidanın təqdimatı ilə ictimaiyyətə tanıdılmışdır. Top qeyri-adi dizayna malikdir. Top üçün Adidas Brazuca topunun elementlərindən istifadə olunmuşdur. Narıncı elementlərə malik göy xətlərin əmələ gətirdiyi hərflər və rəqəmlər "EURO" və "2016" sözlərini ortaya çıxarır.
JeuxVideo.com
JeuxVideo.com — kompüter oyunları haqqında rəylər toplayan fransızdilli veb-saytdır. Sayt müxtəlif oyunlara rəyini bildirir, məlumat verir və oyun videoları hazırlayır. Əsası 1997-ci ildə qoyulmuşdur.
CEU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Deu
GM Daewoo - 2001-ci ildə yaranmış Cənubi Koreyalı şirkətlər birliyi. Daewoo şirkətinin Cənubi Koreya hakimiyyəti tərəfindən 1999-cu ildə ləğv edilməsindən sonra bəzi bölmələri və o cümlədən Daewoo Motors fəaliyyətini davam etdirirdilər. 2001-ci ildə Daewoo Motors əsas aktivlərini General Motorsa satır və GM Daewoo yaranır. 2011-ci ildə şirkətin adı GM Korea oldu. Daewoo avtomobillərinin adının bir çoxu Chevrolet adı ilə əvəz olundu.
Jem
Jem — Qazaxıstanın Aqtöbe vilayətinin Mugaljar rayonunda şəhər. Emba şəhərinin 10 kilometr cənubunda yerləşir. Adını Qazax dilində belə adlandırılan Emba çayından almışdır. İndiki Jem qəsəbəsi keçmiş hərbi şəhər Emba-5, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 11-ci Dövlət Araşdırma Sahəsinin inzibati və yaşayış mərkəzi. Şəhərin və zibilliyin qoyulduğu tarix, Qazaxıstan SSR-in Aktobe vilayətinin Emba stansiyasından 10 kilometr məsafədə ilk istinad dirəyinin döyüldüyü və çadır şəhərciyinin qurulduğu 7 may 1960-cı il sayılır. Şəhər sonsuz qazax çölləri arasında həqiqətən bir vaha olmuşdur. Qurulan bənd sayəsində bir vaxtlar kiçik Emba çayı bahar daşqınları zamanı geniş və olduqca təhlükəli bir çaya çevrildi. Əslində, hərbçilər boş bir yerin ortasında yaşıllıqlara qərq olmuş bir şəhər şəklində əsl bir möcüzə qurmağı bacardılar. Emba-5 məktəblərin, dükanların, yaxşılaşdırılmış tərtibatlı evlərin, xəstəxana, hesablama mərkəzi və məşhur Qarnizon Zabitlər Evinin (GARDO) sivilizasiyadan çox uzaqlarda tikildiyi nümunə bir hərbi şəhərə çevrildi. raket və pilot [mənbə 2101 gün göstərilməyib].
Jesu
Jer (departament)
Jer (fr. Gers, oks. Gers) — Fransa cənub-qərbində, Pireney dağətəyində yerləşən, Oksitaniya regionunun departamenlərindən biri. Sahəsi — 6257 km². İnzibati mərkəzi — Oş. Adı Jer çayından gəlir. Departamentə 31 kanton daxildir. Cənub hissəsi və şimaldan tədricən cənubdan şimala qədər, Qaron vadisinə və şərqdən qərbə qədər gedən buzlaq və çay çöküntülərindən ibarət olan Armanyak platosudur. Plato Adur, Jer, Jemon, Baiz və Qaron hövzəsinə aid olan çayların vadilərini kəsişir. Torpağı gil-silikondur.
Jet Cəmiyyəti
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
.eu
.eu — Avropa İttifaqının internet kodu.
.je
.je — Cersi adalarının internet kodu.
Je
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
CEU Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
Jen Mişel Seri
Jean Michaël Seri (19 iyul 1991) — Qalatasaray və Fil Dişi Milli Komandasının futbolçusu.
Je (hərf)
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Ju 87
Junkers Ju 87 digər adıyla Stuka (Sturzkampfflugzeug), Junkers firması tərəfindən İkinci dünya müharibəsi zamanı Alman Hava Qüvvələri üçün istehsal edilən yüngül bombardman təyyarəsi. Əsas xüsusiyyətləri qağayı şəklindəki yuxarıya doğru qalxmış qanadları, sabit eniş təkərləri və şığıdığı zaman düşmən təyyarələrini qorxudan sirenaları . Almanların, İldırım Döyüşü (Blitskriq) taktikasını tərk etdiyi 1943-cü ilə qədər təsirli olaraq istifadə edilmişdir. 1936–1944 arasında 6.000-dən çox Stuka istehsal edilmişdir Stukalar İldırım döyüşü (Blitskriq) zamanı üçün istehsal edilmişdir. Başlıca vəzifəsi Alman zirehli vasitələrinin sürətli irəliləyişini təmin etmək üçün düşmən zirehli vasitələrini və toplarını, tanksavar kimi müqavimət nöqtələrini məhv etməkdir. Stuka təsirli və məqsədəuyğun bir təyyarə olmasına qarşı yavaş, zırehsiz və düşmən qırıcılarına qarşı müdafiəsiz idi. Bunun üçün çox vaxt qırıcı təyyarələrinin qoruması altında uçurdular. Stukalar döyüş boyunca davamlı inkişaf etdirilmişdilər. Ju 87G modelində sirenalar çıxardılmış onun yerinə 37mm'lik toplar qoyularaq bir tanksavar təyyarəsinə çevrilmişdir. Stukalar hədəfə hücum etmədən əvvəl yüksəkdən uçmaq və hədəf göründükdən sonra 90 dərəcəyə yaxın bir bucaq ilə hədəfə şığıyıb bombalarını buraxmaq üzrə nəzərdə tutulmuşdur.
Ju 88
Junkers Ju 88 , İkinci dünya müharibəsi zamanı Luftwaffe tərəfindən istifadə edilən, cüt mühərrikli, çox məqsədli hava vasitəsi. Döyüşün ən çox yönlü təyyarələrindən biridir. Dalış bombardmanı, taktika bombardman, yaxın hava dəstəyi, gecə ovçusu, torpedo bombardmanı, kəşf təyyarəsi və hətta Mistel layihəsində nəhəng bir uçan bomba olaraq xidmət gördü . Problemli inkişaf etdirilmə müddətinə baxmayaraq, Luftwaffenin ən əhəmiyyətli dəyərlərindən biri idi.
Bizim jek (film, 2010)
Bizim jek (Rejissor: Ceyhun Şüküroğlu) İctimai Televiziyası əməkdaşları, "Azərbaycanfilm" kinostudiyası tərəfindən, Carçı Film 2010.
Fu Jen Katolik Universiteti
Fu Jen Katolik Universiteti (çin. 輔仁大學) — Tayvannın Taybey şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Fu Jen Universiteti xalq arasında "Fuda" adlandırılır. Universitet 12 kollec təşkil edir. Universitet Times Higher Education Impact Ranking nda ən yaxşı 300 sırada yer aldı, QS World University Rankings tərəfindən ilahiyyatda ilk 100, humanitar və tibb sahəsində ən yaxşı 500. 2020-ci ildə "MGEM" beynəlxalq transmilli birgə magistr proqramı Financial Times tərəfindən dünya miqyasında 19-cü sırada yer aldı. Ali məktəbin şüarı belədir: Fu Jen də A&HCI jurnalına ev sahibliyi edir. Fu Jen, Çin dilli dünyadakı ən qədim Katolik və Cizvitə bağlı bir universitetdir.
Jet Airliner (Modern Talking)
Jet Airliner (azərb. Qırıcı təyyarə‎) – Modern Talking qrupunun beşinci albomu Romantic Warriors albomunun ilk sinqlıdır.
Jet cəmiyyəti (teleserial, 2018)
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
Type 92 Jyu-Sokosha
Type 92 Jyu-Sokosha (yap. 九二式重装甲車; Rom: Kyū-ni-shiki Jyū-sōkōsha), Yaponiya istehsalı olan tanketkadır. Tanketka, yapon istehsalı olan birinci tanketka olub, kəşfiyyat və piyadalara dəstək məqsədləri üçün istifadə edilmişdir. Tanketkanın asqı sistemi dirsəkli kran olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə 45 km/saat təşkil etmişdir.
Jen Mironosets Baş Kafedral kilsəsi
Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi — Bakıda kilsə, Bakı yeparxiyasının mərkəzi. Hal-hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Dionisiy Sveçnikovdur. Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır.
Junkers Ju 87
Junkers Ju 87 digər adıyla Stuka (Sturzkampfflugzeug), Junkers firması tərəfindən İkinci dünya müharibəsi zamanı Alman Hava Qüvvələri üçün istehsal edilən yüngül bombardman təyyarəsi. Əsas xüsusiyyətləri qağayı şəklindəki yuxarıya doğru qalxmış qanadları, sabit eniş təkərləri və şığıdığı zaman düşmən təyyarələrini qorxudan sirenaları . Almanların, İldırım Döyüşü (Blitskriq) taktikasını tərk etdiyi 1943-cü ilə qədər təsirli olaraq istifadə edilmişdir. 1936–1944 arasında 6.000-dən çox Stuka istehsal edilmişdir Stukalar İldırım döyüşü (Blitskriq) zamanı üçün istehsal edilmişdir. Başlıca vəzifəsi Alman zirehli vasitələrinin sürətli irəliləyişini təmin etmək üçün düşmən zirehli vasitələrini və toplarını, tanksavar kimi müqavimət nöqtələrini məhv etməkdir. Stuka təsirli və məqsədəuyğun bir təyyarə olmasına qarşı yavaş, zırehsiz və düşmən qırıcılarına qarşı müdafiəsiz idi. Bunun üçün çox vaxt qırıcı təyyarələrinin qoruması altında uçurdular. Stukalar döyüş boyunca davamlı inkişaf etdirilmişdilər. Ju 87G modelində sirenalar çıxardılmış onun yerinə 37mm'lik toplar qoyularaq bir tanksavar təyyarəsinə çevrilmişdir. Stukalar hədəfə hücum etmədən əvvəl yüksəkdən uçmaq və hədəf göründükdən sonra 90 dərəcəyə yaxın bir bucaq ilə hədəfə şığıyıb bombalarını buraxmaq üzrə nəzərdə tutulmuşdur.
Junkers Ju 88
Junkers Ju 88 , İkinci dünya müharibəsi zamanı Luftwaffe tərəfindən istifadə edilən, cüt mühərrikli, çox məqsədli hava vasitəsi. Döyüşün ən çox yönlü təyyarələrindən biridir. Dalış bombardmanı, taktika bombardman, yaxın hava dəstəyi, gecə ovçusu, torpedo bombardmanı, kəşf təyyarəsi və hətta Mistel layihəsində nəhəng bir uçan bomba olaraq xidmət gördü . Problemli inkişaf etdirilmə müddətinə baxmayaraq, Luftwaffenin ən əhəmiyyətli dəyərlərindən biri idi.
Sen-Jermen-de-Ju
Sen-Jyust (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Teü
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Alopecurus eu-pratensis var. obscurus
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
BDU
Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir. 1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı. 7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin açılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Tiflisdə "Rus universiteti"ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya alim, cərrah və pedaqoq, üç universitetin — Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857–1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin müzakirəsinə verdi.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.