Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jiron
Jiron (fr. Giron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belqard-syur-Valzerin kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01174. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 162 nəfər təşkil edirdi.
Sen-Jiron (rayon)
Sen-Jiron (fr. Saint-Girons) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Sen-Jiron. Rayon əhalisi 2006-cı ildə 27 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon sahəsi — 1497 km².
Jan Jirodu
Jan Jirodu (tam adı: Jan Jirodu, fr. Jean Giraudoux; 29 oktyabr 1882[…] – 31 yanvar 1944[…], Paris) — fransız roman yazarı, esseçi, oçerkist, diplomat və dramaturq. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı dövrdə yazıb-yaratmış ən mühüm fransız dramaturqlardan biri hesab edilir. Onun əsərləri bədii üslubu və poetik fantaziyasına görə xüsusilə qeyd olunur. Jirodunun müraciət etdiyi əsas mövzu qadın-kişi münasibətləridir - bəzi hallarda isə kişi ilə əlçatmaz hesab olunan ideal arasındakı münasibətlərdir. == Həyatı == Jirodu Yuxarı Vyenna departamentində Bellak kommunasında anadan olmuşdur. Atası Lejer Jirodu burada Nəqliyyat Nazirliyində işləyirdi. Jirodu Soda Lakanal liseyində təhsil almış, məzun olduqdan sonra Avropaya səyahətə çıxmışdır. 1910-cu ildə Fransaya qayıtdıqdan sonra Xarici İşlər Nazirliyindəki vəzifəni qəbul etmişdir. Birinci Dünya müharibəsinin başlaması ilə xidmətlərində xüsusilə fərqlənmiş və 1915-ci ildə müharibə dövründə "Fəxri Legion" ordeninə layiq görülən ilk yazıçı olmuşdur.O, 1918-ci ildə ailə həyatı qurmuşdu və əsərlərinin əksəriyyətini müharibədən sonrakı dövrdə qələmə almışdır.
Jirond
Jironda (fr. Gironde, oks. Gironda) — Fransanın cənub qərbində yerləşən Akvitaniya regionun departamentlərindən biri. Sahəsi — 10 000 km². Əhalisi — 1.548.478 nəfər . İnzibati mərkəzi — Bordo. == Coğrafiyası == Jironda departamenti Fransanın cənub qərbində Atlantik okean sahillərində yerləşir. == Tarixi == Jironda departamenti Böyük Fransa inqilabı dövründə 4 mart 1790-cı ildə. Keçmiş Qiyen və Qaskoniya əyalətlərinin ərazisində yaradılmışdır.
Jironda
Jironda (fr. Gironde, oks. Gironda) — Fransanın cənub qərbində yerləşən Akvitaniya regionun departamentlərindən biri. Sahəsi — 10 000 km². Əhalisi — 1.548.478 nəfər . İnzibati mərkəzi — Bordo. == Coğrafiyası == Jironda departamenti Fransanın cənub qərbində Atlantik okean sahillərində yerləşir. == Tarixi == Jironda departamenti Böyük Fransa inqilabı dövründə 4 mart 1790-cı ildə. Keçmiş Qiyen və Qaskoniya əyalətlərinin ərazisində yaradılmışdır.
Jirondistlər
Jirondistlər (fr. Girondins), Jirond (fr. Gironde) — Böyük Fransa İnqilabı dövründə əksəriyyəti Bordo bölgəsindən gələn, Qanunverici Məclis və Milli Konventdə montanyarlara qarşı üstünlük əldə edən qrupa verilmiş addır. Jirondist adının məşhurlaşması XIX əsrin əvvəllərində Lamartinin "Jirondistlərin Tarixi" kitabını yazmasında sonra baş verir. Bordodan olan bu qrup Qanunverici Məclisdə beş nəfərlə təmsil olunurdular: Vernu, Qade, Jensonne, Qraqanöv və Jan Fransua-Dük. Milli Konventdə qrupa Dükün qaynı olan Jan Batist-Boyer-Fonfred də əlavə olunur. Bununla birlikdə jirondistlər 1792-1793-cü illərdə ayrı-ayrı vaxtlarda Brissotinlər, Rolandistlər və Rolandinlər də adlandırılıblar. Qrupun jirondist adlandırılması isə 1793-cü ilin oktyabrından etibarən başlamışdır. Kondorse, Brisso, Rolan, Qade, Vernu, İnar, Dük, Buzo kimi jirondistlər respublikanı dəstəkləyirdilər. Danton, Robespyer və Marat jirondistlərin tərkibində olarkən jirondistlər Milli Konventdə montanyarlara qarşı ən güclü fraksiya idilər.
Mixail Jiroxov
Mixail Aleksandroviç Jiroxov (ukr. Михайло Олександрович Жирохов; 19 noyabr 1974, Kalmiusskoye[d], Donetsk vilayəti) — Ukrayna tarixçi və jurnalisti. == Həyatı == Mixail Jiroxov 19 noyabr 1974-cü il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Donetsk vilayətində yerləşən Komsomolskoye şəhərində anadan olmuşdur. 2000-ci ildə Donetsk Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Postsovet məkanındakı münaqişələr və aviasiya tarixi üzrə ixtisaslaşmışdır. Rusiya, Ukrayna, Çexiya, Serbiya və digər ölkələrdə dövri nəşrlərdə 300-ə yaxın nəşrin müəllifidir. == Kitabları == Крылья возмездия. Краткая история ВВС Израиля. — М.: АСТ, Минск: Харвест, 2001.- 400 с. ISBN 5-17-008848-5, 985-13-0455-7 (+ Котлобовский А. В.) «Иду на таран!».
Paraseiulus jirofticus
Paraseiulus jirofticus (lat. Paraseiulus jirofticus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Cirona – bilinmir) — katalan trubadur. == Həyatı == Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.
Biro Jade
Biro Jade (24 yanvar 1973, Braziliya) — Azərbaycan milli futzal komandasının üzvü Biro Jade 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanda keçirilmiş Avropa çempionatının ən məhsuldar oyunçularından olub. 37 yaşlı braziliyalı iştirak etdiyi matçlarda rəqib qapılarına 5 dəfə yol tapıb. Biro ilə yanaşı, daha 3 futzalçı 5 qol vurub. Bunlar Saad Assis (İtaliya), Xavi Rodríges (İspaniya) və Joel Keyruşdur (Portuqaliya). Hər 4 oyunçu "Qızıl buts" mükafatının sahibi olub.
Ciro Miyake
Ciro Miyake (1900, Yaponiya – 30 noyabr 1984, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Giro vulusvalisi
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. == Həyatı == Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəsə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. === Karyerası === Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Katolikos Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Kiro Qliqorov
Kiro Qliqorov (mak. Киро Глигоров; d. 3 may 1917, İştip, Serbiya Krallığı - ö. 1 yanvar 2012, Skopye, Makedoniya) — Makedon siyasətçi; Makedoniyada demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezident. == Həyatı == 3 may 1917-ci ildə İştipdə anadan olmuşdur. == Təhsili == Belqrad Universitetinin Hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == Keçmiş Yuqoslaviya Kommunist Partiyasının üzvü olaraq federal səviyyədə müxtəlif vəzifələrdə çalışmış Qliqorov, 1974-1978-ci illərdə parlament spikeri vəzifəsini icra etmişdir. 1990-cı ilin dekabrında Makedoniya Parlamenti tərəfindən prezident seçilmiş, demokratik seçkilərlə 27 yanvar 1991-ci ildə Makedoniya Respublikasının ilk prezidenti olmuşdur. 1994-cü ildə ikinci dəfə prezident seçilmişdir. == Sui-qəsd == 1990-cı illərdə Balkanları əhatə edən döyüşlərdən ölkəsini uzaq tutmaq istəyən Qliqorov 1995-ci ilin oktyabrın 3-də öz evindən igamətgahına kedərkən, avtomobilinə bombalı hücum edilmişdir.
Miro Varvodiç
Miro Varvodiç (xorv. Miro Varvodić; 15 may 1989, Split, Yuqoslaviya SFR) — xorvatiyalı qapıçı. == Karyerası == Miro Varvodiç 2006-2010-cu illərdə Xorvatiyanın Hayduk Split klubuna məxsus olub. 2007-ci ildə Xorvatiyanın Mosor, 2008-2010-cu illərdə Almaniyanın Köln klubuna icarəyə verilən qolkiper 2010-da Bundesliqa klubuna transfer olunub. 2012-ci ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb. 2013-сü ildə qarşılıqlı razılaşma əsasında klubla müqaviləni pozub və komandadan ayrılıb.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. == Həyatı == Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüsser Cerri Vlodavski ilə tanış olur.
Nansi Niro
Nansi Niro (21 sentyabr 1966) — Kanadalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Nansi Niro dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Olivye Jiru
Olivye Jiru (fr. Olivier Giroud, Fransızca tələffüz: [ɔlivje ʒiʁu]; 30 sentyabr 1986[…], Şamberi, Fransa metropoliyası) — Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Fransa milli komandasında hücumçu kimi çıxış edir. Fransa Fəxri Legion Ordeninin Cəngavəri. Üç Avropa Çempionatının (2012, 2016 və 2020) və üç Dünya Çempionatının (2014, 2018 və 2022) iştirakçısı. 2018-ci ildə milli komanda ilə dünya çempionu olub. Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur (53 qol).17 iyul 2021-ci il tarixindən Milan klubunda oynayır.Avropa Çempionlar Liqasında 3 və daha çox qolun vurulmasında iştirak edən ən yaşlı futbolçu. O, bu göstəriciyə 36 yaş 33 günlüyündə imza atıb. == Həyatı == Olivye Jiru Fransanın Rona-Alplar bölgəsindəki Şamberi şəhərində anadan olub və Qrönobla yaxın Froj kəndində böyüyüb. Jiru hər iki nənəsi tərəfindən italyan əsillidir.Peşəkar futbol karyerasından əlavə olaraq, Jiru, iqtisadiyyat və sosial elmlər (ES) üzrə bakalavr dərəcəsini aldıqdan sonra, Qrönobldakı Cozef Furye Universitetində fiziki və idman fəaliyyətinin elm və texnikası (STAPS) üzrə ikinci ali təhsil alıb.
San Siro
San Siro, həmçinin rəsmi adı olan Cüzeppe Meattsa adı ilədə tanınır — İtaliyanın Milan şəhərində yerləşən futbol stadionu. Milan və İnter klublarının ev stadionudur. Stadion öncə San Siro adlandırılıb, sonradan stadiona, hər iki Milan klubunun formasını geyinmiş hücumçu Cüzeppe Meattsanın adı verilib. == Tarixi == İlk əvvəllər "San Siro" Milan klubunun stadionun yerləşdiyi ərazinin adı idi. Buna görə də azarkeşlər stadionu San Siro olaraq adlandırırdılar. Ancaq 1920-ci illərin ortalarında "rossonerilər"in azarkeşləri üçün Milanın ilk stadionu kiçik sayılmağa başlayır. O zaman Milanın prezidenti, varlı bir iş adamı olan Pyero Pirelli, yeni arenanın tikintisi üçün torpaq sahəsi alır. 1926-cı ilin sentyabrında, 35 mindən çox tamaşaçı tutumu olan yeni San Siro Futbol Stadionun açılışı olur. İllər sonra yerli bələdiyyə stadionu Milan klubundan alır. Şəhər və klub tədricən stadionu genişləndirir və artıq 1940-cı ildə İtaliyanın Almaniyaya qarşı oyununda stadionun tutumu 65.000 tamaşaçıya çatdırılır.
Çiro İmmobile
Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Latsio" klubu və İtaliya milli komandasının hücumçusu. == Bioqrafiya == Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib. == Karyerası == === Klub Karyerası === Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub. İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir. "Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur. 2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir.
Şiro Azumi
Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şiro Kikuhara
Şiro Kikuhara (d. 7 iyul 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Şiro Misaki
Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şiro Teşima
Şiro Teşima (26 fevral 1907 - 6 noyabr 1982) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Ciro Uşio
Ciro Uşio (牛尾 治朗, Uşio Ciro, 12 fevral 1931, Hyoqo prefekturası – 13 iyun 2023) – Yaponiya biznesmeni. 1964-cü ildə "Ushio Inc." şirkətini qurmuşdur. Yaponiya siyasətində təsiri olmuşdur. == Həyatı və karyerası == 1931-ci ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. 1953-cü ildə Tokio Universitetindən məzun olmuş, 1956–1957-ci illərdə Berkli Kaliforniya Universitetində təhsil almışdır. Uşio Yaponiyaya qayıtdıqdan sonra ailə biznesinə – "Ushio Industry" şirkətinə qatılmışdır. 1964-cü ildə ailə şirkətindən ayrılaraq öz şirkətini ("Ushio Inc.") qurmuş və prezidenti olmuşdur. Tez bir zamanda informatika təchizatı, elektronika, yeni materiallar və kosmos kimi yeni texnologiya sahələrinə daxil olmuş, şirkətini böyütmüşdür. 1969-cu ildə Yaponiya Beynəlxalq Gənclər Palatasının sədri seçilmişdir. Rahat korporativ mədəniyyətin tənqidçisi olmuşdur.Uşio 1995–1999-cu illərdə ölkənin ən vacib biznes qurumlarından olan Yaponiya İcraçı Direktorlar Assosiasiyasına rəhbərlik etmişdir.
Sara Jio
Sara Jio (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir. == Bioqrafiya == Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub. == Biblioqrafiya == 2011 — Mart ayında Bənövşələr (ing.
Andras Zsolt Biro
Andras Zsolt Biro (türk. Andras Zsolt Biro;1972, Macarıstan) — Macar Turan Vəqfinin rəhbəri, insan biologiyası və antropologiya mütəxəssisi, 2007-ci ildən Macarıstanda keçirilən Böyük Qurultayın təşkilatçısı, cüdodan 7 qat Macarıstan çempionu == Həyatı == Andras Zsolt Biro 1972-ci ildə Macarıstanda anadan olub. Elte Universitetini bitirmişdir. == Fəaliyyəti == === İctimai və tədqiqat fəaliyyəti === Tədqiqat sahəsi Hun, Macar və Türk xalqlarının etnik genetikasının meydana gəlməsi və təsnifatını araşdırmaqdır. Balkanlar, Qafqaz, Orta Asiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanı əhatə edən 8 böyük elmi tədqiqatın təşkilatçısı və rəhbəridir. Macarıstanda keçirilən "Böyük Qurultay"ın təşkilatçısıdır. Macar Əcdadları İdman Növünün Prezidentidir. 7 dəfə Macarıstan Cüdo çempionu olub. == Təltifləri == 2008-ci ildə Qazaxıstan Mədəniyyət Nazirliyi tərəfindən tarix araşdırmaları mükafatına layiq görülmüşdür. 2012-ci ildə Böyük Qurultayı təşkil etdiyi üçün Magyar Kulturaert Kozalapitvany tərəfindən "Pro Hungaria" mükafatına layiq görülüb.
Rodriges Filyo Jairo
Rodriges Filyo Jairo (31 dekabr 1992, Qoyaniya) — Braziliyalı futbolçu, Neftçi klubunun oyunçusu.
Jır
Jır (tatar. җыр, qaz. жыр, qırğ. ыр, monq. ыр) — qazax, qaraqalpaq, qırğız və başqa türk xalqlarının folklorunda xalq şeir şəkli.Tatar və başqırdlar bu kəlməni “yır” şəklində, qırğızlar “ır” şəklində işlədir. Daha çox musiqi altında ifa edilir. Qopuz və dombradan jırların oxunuşunda istifadə edilir. Jırlar deklamasiya kimi də deyilir. Jırları ifa edənlər jırçılardır. Jırların ayrıca poetik qəlibi və konkret bənd forması yoxdur.