Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Aslan Kəmərli
Mustafazadə Aslan Müstafa oğlu (Aslan Kəmərli) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Azərbaycan" qəzetinin bölgə müxbiri, "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri (1992-ci ildən). == Həyatı == Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). "Pioner" jurnalı redaksiyasında məsul katib (1977-1991), "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olmuşdur.
Kəmərli bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəmərli xalçaları
Kəmərli xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu xalça növü. == İstehsalı == "Kəmərli xalçaları" öz adını Qazax şəhərindən 38 km şimal-qərbdə yerləşən Kəmərli kəndinin adından almışdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların ("zili") və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. "Kəmərli" xalçaları təkcə Kəmərli kəndində deyil, Ermənistan Respublikasının və Gürcüstan Respublikasının Kəmərli kəndinə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunmuşdur. == Bədii xüsusiyyətləri == "Kəmərli xalçaları"nın bədii xüsusiyyətləri "Qaçağan xalçaları"nda olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, buradakı mərkəzi medalyonlar ara sahədə daha sərbəst yerləşmişdir. == Texniki xüsusiyyətləri == "Kəmərli xalçaları"nın ölçüsü, adətən, böyük olmur. Uzunsov formatlı və böyük ölçülü "kəmərli xalçaları"na nadir hallarda rast gəlinir. "Kəmərli xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir.
Alban məbədinin qalıqları (Kəmərli)
Alban məbədinin qalıqları — Qazax rayonunun Kəmərli kəndində yerləşən məbəd qalıqları. Qalıqlar erkən orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
Kəmərtük
Kəmərtük — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Çimərlik
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. == Çimərliyin növləri == Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Çəmənlik
Çəmənlik — çox rütubətli şəraitdə çoxillik otlar bitən yaşıllıq zonası. Çəmənliklərin xarakterik xüsusiyyəti sıx otlaqların mövcudluğudur.
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Teresitas (çimərlik)
Teresitas çimərliyi — Uzunluğu 1.3 km olan çimərlik. Çimərlik İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında yerləşir. 1960-cı illərin sonların okean kənarına gəmilərlə Saxaradan sarı qum gətirilmişdir. Qumun yuyulmaması üçün sahildən müəyyən qədər aralıda suyun daxilinə dalğaqıran yerləşdirilmişdir.
Çimərlik futbolu
Çimərlik futbolunun əsası ekspromt oyunların keçirildiyi Braziliya çimərliklərindən gəlir, bu oyun Braziliyada yerlilər arasında ən çox oynanılan oyunlardan biridir. Faktiki olaraq, Braziliya futbol oyunçuları öz bacarıqlarını Braziliya çimərliklərində də göstərirdilər. == Tarixi == 1992-ci ildə bu oyun haqqında qaydalar tərtib edildi və əsas mərkəz Los Ancels şəhərində quruldu. Növbəti yayda ilk peşəkar çimərlik futbolu Mayami Çimərliyində keçirildi və bu yarışda ABŞ, Braziliya, Argentina və İtaliyadan olan komandalar iştirak edirdi. 1994-cü ilin aprel ayında Rio de Janeiorunun Copacabana sahilində şəbəkə televiziya ötürmələri tərəfindən yayımlanacaq ilk tədbir keçirilmiş və həmin şəhər bir il sonra ilkin Çimərlik futbolu üzrə Dünya Çempionatına ev sahibliyi etmişdir. Həmin yarış ev sahibinin qələbəsi ilə başa çatmış və Braziliyanı bu yarışmada ilk qalib etmişdir. Yarışın uğuru kommersiya maraqlara da səbəb olmuş, dünya miqyasında idmana olan artan tələbat 1996-cı ildə Çimərlik futbolu üzrə yarışmanın keçirilməsinə gətirib çıxartmışdır. İlk belə yarışma ümimilikdə 60 oyundan ibarət olmuş və iki il müddətində Cənubi Amerika, Avropa, Asiya və ABŞ da keçirilməklə həm meydan mərkəzində, həm də kənarda başlıca oyunları cəlb edə bilmişdir. Avropada keçirilən turun yaratdığı maraq 1998-ci ildə Avropa Çimərlik Futbolu Liqasının (EPBSL) yaranmasına səbəb olaraq bütün səviyyələrdə yarışmaların peşəkarlıq səviyyəsinin artırılması üzrə davamlı infrastrukrur yaratdı. Hazırda Avropa ÇF Liqası kimi tanınan EPBSL bütün qitə miqyasında reklam işlərini birləşdirərək media, sponsor və azarkeşlərin tələblərinə cavab verir.
Çimərlik güləşi
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü. == Tarixi == İlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər. 2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Çimərlik turizmi
Çimərlik turizmi — turizmin növlərindən biri. Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar. Belə fərqləndirici əlamətlərdən biri "Mavi bayraq"dır. Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Çimərlik turizmi sahəsində İspaniya, Türkiyə, Yunanıstan, Fransa ilk pillələrdədir.
Çimərlik voleybolu
Çimərlik voleybolu (və ya plyaj voleybolu) — iki-ikiyə çimərlikdə oynanılan voleybol oyunu. Bu idman növündə ilk beynəlxalq turnirin keçirilməsi 1924-cü ilə təsadüf edir. Onu ilk dəfə oynayanlar isə 1915-ci ildə kaliforniyalılar olmuşlar. Çimərlik voleybolu Yay Olimpiya Oyunlarının proqramına isə ilk dəfə 1996-cı ildə salınıb. Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunlarında olduqca bəyənilən çimərlik voleybolu o gündən bəri Olimpiya Oyunlarının proqramındadır. Müasir dövrümüzdə də bu idman növünün həm kişi, həm də qadınlar arasında keçirilən yarışları məşhurdur.
Çəmənlik adaçayı
Çəmənlik adaçayı (lat. Salvia pratensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Gallitrichum clusii Timb.-Lagr. Gallitrichum pratense (L.) Fourr. Plethiosphace leistneriana Opiz Plethiosphace pratensis (L.) Opiz Plethiosphace stenantha Opiz Salvia agrestis L. Salvia arnassensis Gand. Salvia barrelieri Ten. [Illegitimate] Salvia ceratophylla Ten. Salvia ceratophylloides Ard. Salvia clusii Timb.-Lagr. Salvia dubia K.Koch Salvia exasperata Cav.
Çəmənlik bənövşəsi
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bənövşə cinsinə aid bitki növü.Viola arvensis Murr. — Çöl bənövşəsi (Ətirli bənövşə, ingilis bənövşəsi) Viola tricolor L. — Üçrəng bənövşə (Üççiçəkli bənövşə, alabəzək bənövşə, alabəzək gözlər, ivan-damarya) == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Çəmənlik canavarı
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.
Çəmənlik haçaquyruğu
Çəmənlik haçaquyruğu (lat. Glareola pratincola) — Haçaquyruqlar (Glareolidae) fəsiləsinə aid quş növü. == Görünüşü == Çəmənlik haçaquyruğu 22–25 sm uzunluğa, 60–95 q çəkiyə sahib olur. Uşuşları qaranquşların uşuçlarına bənzəyir. Qanadları uclu, qismən qəhvəyi rəngdədir. Cəld hərəkət etmə qabiliyyətinə sahibdirlər, boyun və başlarını ilə kəskin hərəkətlər edərək sürətlə hərəkət edirlər. Bədənlərinin arxa hissəsi yellənməsi ilə xarakterikdir. == Yayılması == Afrikadan tutmuş Asiyaya qədər ki ərazidə yayılmışdır. Əsasən bataqlıqlarda və ya su tutarları yayınlığında, nadir torpaq bitkiləri olan çöllərdə yayılmışlar. == Çoxalması == Çəmənlik haçaquyruqları dəstələr şəkilində yuvalayırlar.
Çəmənlik çəkçəkisi
Çəmənlik çəkçəkisi (lat. Saxicola rubetra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çəmənlik ürəkotu
Çəmənlik ürəkotu (lat. Cardamine pratensis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Yarımövləri == Cardamine pratensis subsp. atlantica (Emb. & Maire) Greuter & Burdet Cardamine pratensis subsp. granulosa (All.) Arcang. Cardamine pratensis subsp. matthioli (Moretti) Nyman Cardamine pratensis subsp. paludosa (Knaf) Celak. Cardamine pratensis subsp.
Şüşəli çimərlik
Şüşəli çimərlik (ing. Glass Beach) — Fort-Breqq şəhəri yaxınlığında, Makkerrixer Milli parkının (ing. MacKerricher State Park) cənubunda ərazisində yerləşən çimərlikdir. Çimərlik öz adını sahilində mövcud olan hamar rəngli şüşələrdən almışdır. Yerli əhali düşünür ki, bura tullantı yeridir. 1967-ci ildə çimərlik dəfələrlə təmiz bağlanmışdır. Bununla belə kiçik şüşə parçaları dalğalarla bütün çimərliyə yayılmışdır. Artıq 1980-ci illərdən şüşəli çimərlik turistlər arasında məşhurdur. Bu dövlət parkında şüşə yığmaq qanunsuzdur. 2002-ci ildə keçmiş tullantı ərazisi milli park ərazisi elan edilir.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. == Təltif və mükafatları == Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Keçəllik
Alopesiya (keçəllik, q.yun. ἀλωπεκία lat. alopecia — keçəlləşmə, saş tökülməsi) — saçın pataloji tökülməsi, baş nahiyəsində saçların tam və ya qismən seyrəklənməsi. Alopesiyanın növləri : androgenetik (androgenetic), diffuz və simptomatik (effluviums), əsalə və yuva (areata), hissəli (scarring).
Reperlik
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.