Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karateçi uşaq(2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Nuranə Əliyeva (karateçi)
Nuranə Əliyeva (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Vüqar Quliyev (karateçi)
Karateçi uşaq (film, 2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Kasatoçi adası
Kasatoçi adası (aleut. Qanan-tanax̂, ing. Kasatochi island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Kasatoçi adasına bu adı 1830-cu ildə, vulkanın kraterində yerləşən bir gölü təsvir edən tədqiqatçı Lutke vermişdir. == Təsvir == Kasatoçi adası Berinq dənizini Sakit okeanın şimal hissəsindən ayıran Aleut adalarının bir hissəsidir. Onun sahəsi 5,051 km²-dir. Adada daimi əhali yoxdur. 2008-ci ilə qədər Kasatoçi adasının diametri təxminən 3 km, ən yüksək nöqtəsi 314 m olmuşdur. Adanın hündürlüyü şimaldan cənuba doğru azalır.
ALFA karteli
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Fibiger krateri
Fibiger krateri (lat. Fibiger) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını danimarkalı mikrobioloq olan Yohannes Qrib Fibigerin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Fibiger kraterinə ən yaxın yerləşən krater Berd krateridir və onun şimal-şərq hissəsini örtür. Kiçik kasaşəkilli Erlanger krateri isə şimal-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°08′ şm. e. 37°08′ ş. u.86,14° şm. e.
Haber krateri
Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u.83,4° şm. e.
Kaali krateri
Kaali (est. Kaali kraater) və ya Kaalinyarvi (fin Kaalinjärvi) — Estoniyada meteorit krateri. Saaremaa adasında yerləşən bu krater 3470–3545 il əvvəl, holosen dövründə meteorit düşməsi nəticəsində yaranmışdır. Tartu universitetinin 2016-cı ildə apardığı radiokarbon analizlərinə görə krater e.ə 1500–1600 illərdə yaranmışdır. Kraterdə eyni adlı kiçik göl var. Kaali planetin səkkizinci ən gənc krateri hesab olunur. == Ümumi məlumat == Krater Kuressaare şəhərindən 18 km məsafədə, Kaali kəndi yaxınlığındakı meşədədir. Hündürlüyü 16–22 metr, diametri 110 metr olan kraterin kənarları böyük (4–7 m) dolomit bloklarlarla əhatələnib. Yaxınlıqda diametri 15 ilə 40 metr arasında olan səkkiz daha kiçik krater var. Yerli əhali arasında kraterin yaranması ilə bağlı etioloji məlumatlar mövcuddur.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
Karlin krateri
Karlin krateri - Tatarıstanda yerləşən meteorit krateridir. Onun diametri 10 km, yaşı isə 5±1 milyon il hesablanır. Karlin krateri Çuvaşıstanla sərhəddə Buinsk şəhəri yaxınlığında yerləşir. Bura Kara çayının adına görə Karlin deyilir.
Kun krateri
Kun krateri (lat. Kuhn) — Ayın görünməyən tərəfindəki Cənub qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Riçard Kunun şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Kun kraterinə ən yaxın yerləşən krater Vixert krateridir və ondan qərbdə yerləşir. Laveran krateri bu kraterdən şimal-qərbdə, Koxer krateri şərqdə və Sverdrup krateri isə cənubda yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 84°29′ c. e. 152°29′ q. u.84,48° c. e.
Kyardla krateri
Kyardla (est. Kärdla) — Estoniyanın Kyardla şəhəri yaxınlığında zərbə krateridir. Diametri 4 kilometr (2.5 mil)-dir və yaşının təxminən 455 milyon il, Ordovikin sonlarına aid olduğu təxmin edilir. Krater sualtıdır və səthlə əlaqəsi yoxdur. Kraterin meydana gəlməsi, həmçinin İsveçdəki Tvyaren və Lokne kraterləri ilə də nəticələnmiş ola bilən 100 km genişliyindəki asteroidin zərbəsi ilə əlaqələndirilir.
Lavleys krateri
Lavleys krateri (lat. Lovelace) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını aerokosmik tibb sahəsində mütəxəssis olan amerikan həkim Uilyam Lavleysin şərəfinə almışdır və 1970-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kraterin yaranması Postimbriyan dövrünə təsadüf edir. == Kraterin təsviri == Lavleys kraterinə ən yaxın yerləşən krater Rojdestvenski krateridir və ondan şimal-qərbdə yerləşir. Lenard və Ermit kraterləri bu kraterdən şimalda, Xaber krateri şimal-şərqdə və Frelik krateri isə cənubda yerləşir. Krater şərqdə Silvester krater zənciri ilə əhatə olunmuşdur. Krater mərkəzinin selenoqrafik koordinatları 82°05′ şm. e. 109°31′ q.
Loqoy krateri
Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.
Maxuika krateri
Maxuika krateri (ing. Mahuika crater) — zərbə krateri meteorid məşhəllidir. Yeni Zelandiyanın materik şelfində yerləşir. Krater Stüart adasından 120 km cənub-qərbdə Sners adaları yaxınlığında qərarlaşır. Kraterin ölçüsü 20±2 km, dərinliyi isə 153 metrdir. Krater Maorilərin Mahuikasının (od tanrısı) şərəfinə adlandırılmışdır. Krater Dallas Ebbot və onun həmkarları tərəfindən Lamont-Doqerti Torpağı abservatoriyasında aşkarlanmışdır. 1400-cü illərdə Yeni Zelandiyanın yerli əhalisi bölgəni kütələvi şəkildə tərk etmişlər. Sunami üzrə ekspert olan Ceyms Qoff bu köçün 1500-cü ildə baş vermiş zəlzələ nəticəsində əmələ gəlmiş sunaminin təsirindən baş verməsini ehtimal etmişdir. Ancaq zəlzələdən əmələ gələn sunamilərin maksimal hündürlüyü 40-60 metr arasında dəyişir.
Medellin Karteli
Medellin Karteli (isp. Cártel de Medellín) — Kolumbiyanın Medellin şəhərində fəaliyyət göstərən narkotik istehsalçısı və qaçaqçısılığı ilə məşgul olan karteldir. 1970-ci illərin ortalarında əməliyyatlara başlayan kartel, əsasən, kokain işləriylə məşğul olurdu. Boliviya, Kolumbiya, Peru, ABŞ, Orta Amerika, Kanada və Avropada fəaliyyət göstərmişdir. Jorge Luis, Juan David və Fabio Ochoa Vazquez qardaşları ilə birliktə Pablo Escobar, George Rodriguez Gacha tərəfindən qurulub. 1993-ci ildə Kali karteli ilə Kolumbiya hökumətinin dəstəklədiyi qrup olan Los Pepes və ABŞ-nin hökuməti tərəfindən parçalanmış, üzvləri həbs edilmiş və ya öldürülmüşdür. Fəalliyətlərinin zirvəsində kartel hər həftə dünyada onlarca ölkələrdə tonlarca kokain satır, gündə 60-100 milyon dollar gəlir əldə edirdi. Bir müddət ABŞ kokain bazarının 96%-nı, dünya kokain bazarının isə 90%-nı əlində tutmağı bacarmışdır.
Meteorit krateri
Neuqrund krateri
Neuqrund — Estoniyada yerləşən zərbə kateridir. 8 kilometr (5.0 mil) diametrindədir və əvvəllər Ordovikdə, təxminən 470 milyon il əvvəl meydana gəldiyi təxmin edilsə də, sonrakı araşdırmalarla, Kembri mənşəli (təxminən 535 milyon il əvvəl) ola biləcəyi aşkar edildi. Krater dənizin dibindədir və quruyla heç bir əlaqəsi yoxdur. Yaxınlıqdakı bir ada olan Osmussaar sahillərində tapılan qneysli brekçiya daşlarının, zərbə nəticəsində oraya atıldığı güman edilir. Neuqrund kraterinin Ordovik dövründəki bir toqquşma zamanı yarandığı, böyük bir nəzəri asteroidin Yupiterin cazibə qüvvəsi nəticəsində orbitini və istiqamətini dəyişərək Yerin orbitinə girdiyi düşünülür. Bu nəzəriyyəni dəyişdirmək lazım ola bilər, çünki son tədqiqatlar kraterin Kembriyə aid olduğunu bildirir.
Patom krateri
Patom krateri — Sibirdə İrkutsk vilayəti ilə Yakutiyanın sərhəddində Patom dağları ərazisində krater. Alimlər onu Patom krateri, Yakutlar isə Yanar Qartal yuvası adlandırırlar. Uzun illərdir alimlər, geoloqlar, hətta fiziklər bu kraterin necə əmələ gəldiyini araşdırmağa çalışırlar. Onun haqqında yaranan müxtəlif fərziyyələr və mülahizələr indiyə qədər mübahisə obyektidir. Bu krateri ilk dəfə 1949-cu ildə geoloq Vadim Kolpakov kəşf etmişdir. Onun hündürlüyü 70 m, xarici diametri 180 m –dir. Keçən il burada araşdırmalar aparan alimlər bir sıra anomaliyalar müşahidə etmişlər. Onlar kraterin 100–150 m dərinliyində güclü maqnit sahəsi aşkar etmişlər. Geoloqların gəldiyi nəticəyə görə dərinlikdə ellepsoidvari, yumurtaya bənzər, Yerə aid olmayan bir obyektin olduğu fərz edilir. Obyektin uzunluğu 600–700 metr ola bilər.
Puanso krateri
Puanso krateri (lat. Poinsot) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını fransız riyaziyyatçısı və mexaniki olan Lui Puansonun şərəfinə almışdır və 1970-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kraterin yaranması Prenektarian dövrünə təsadüf edir. Puanso kraterinə ən yaxın yerləşən krater Plaskett krateridir və ondan şimal-qərbdə yerləşir. Haskin krateri bu kraterdən şimal-şərqdə, Heymans krateri cənubda və Tissen krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 78°54′ şm. e. 146°13′ q. u.78,9° şm.
Qrenbi krateri
Qrenbi krateri — Vadstenanın (Österyötland, İsveç) cənub-şərqində yerləşən zərbə krateri. Onun təxminən 470 milyon il əvvəl (Orta Ordovik dövründə) forlamaşdığı ehtimal olunur. Diametri 3 kilometrdir və səthə çıxmır.
Suavyarvi krateri
Suavyarvi — Kareliya Respublikasının ərazisində krater gölüdür. Yer kürəsindəki ən qədim zərbə krateri olduğu düşünülür. Səth sahəsi 5.6 km², dəniz səviyyəsindən yüksəkliyi 153 metr (502 ft)-dir. Kraterin diametri 16 km-dir və təxminən 2.4 milyard yaşı olduğu təxmin edilir. Bu onu Yerdəki məlum olan ən qədim zərbə krateri edir. Arxey−Proterozoy sərhəddində yarandığı düşünülür.