Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karqaya
Karqaya — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 2 km. şərdədir. Günbəzvari formadadır (hünd. 1572,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərb istiqamətli Elti ayrılmasının şimal yamacında, Biləv kəndindən 2 km şərqdə yerləşən zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.
Karrara
Karrara (it. Carrara) — İtaliyanın Toskana regionunda şəhər.
Karxana
Karxana - tikinti məhsulları (qum, daş, çınqıl, gil, üzlük daşlar) potensial-münbit süxurlar və faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthində və altında (şaxta) qazılmış müxtəlif forma və ölçüyə malik çökəkliklərdir. == Karxananın bağlanması == Müəyyən ərazidə olan faydalı qazıntıların istehsal ehtiyatının tükənməsi ilə əlaqədar və ya ətraf ərazinin təhlükəsizliyini təmin etmək məqsədilə istismarı dayandırılmış yataqdır. == Karxana sahəsi == Yatağın açıq üsulla işlənməsi və istismarı zamanı əmələ gələn örtük və qarışıq süxurların yerləşdirilməsi üçün ayrılmış sahədir.
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.
Araşa
Araşa, Barreyru — d i — Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Fabiano Kariana
Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir. 15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. == Həyatı == Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır. 4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub 12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, Avropaya və Cənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib. İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.
Fabiano Karuana
Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir. 15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu. == Həyatı == Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır. 4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub 12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, Avropaya və Cənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib. İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.
Karxana avtomobilləri
Karxana avtomobilləri (Mədən avtomobilləri) — maksimal kütlələri (maksimal ox kütlələri), ölçüləri və başqa xətti parametrləri ümumi istifadədə olan avtomobil yollarından istifadəyə icazə verməyən iriqabaritli və ağırçəkili avtomobil nəqliyyatı vasitəsi. Karxana avtomobillərinin ölçülərinin və başqa xətti parametrlərinin, kütlələrinin və ox kütlələrinin minimal hədləri "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri" ilə müəyyən olunur.
Karxana fırçaotu
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Juniperus argaea
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Mehmet Karaca
Mehmet Karaca — əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru. Türkiyənin tanınmış rok ifaçısı Cem Karacanın atasıdır. Həyat yoldaşı erməni əsilli Toto Karacadır (İrma Feleqyan). 1934-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. 1964-cü ilədək fəaliyyət göstərib. Beynində baş verən problemlərə görə sənətdən aralanıb.
Reyhan Karaca
Reyhan Karaca (8 noyabr 1970, İstanbul) — türk müğənnisidir.
Cem Karaca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Xeyrəddin Karaca
Xeyrəddin Karaca (4 aprel 1922 – 20 yanvar 2020, İstanbul) — bir Türk sənayeçi və ətraf mühit fəalıydı. Atası Xocazadə Xəlil Əfəndi və anası Zəhra Xanım, hər ikisi Krımdan mühacir idilər. Orta məktəbi bitirdikdən sonra ailənin trikotaj ticarətini götürərək ölkənin ən uğurlu sənaye müəssisələrindən birinə çevirdi. Karaca firması Türkiyədə ixracatın lideri olub, üstəlik bunu digər müəssisələrdən təxminən 20 il əvvəl həyata keçirmişdir. Xeyrəddin Karaca bu mövzuda belə danışır: " Mən sənayeçi olmaq istəmirdim. İstədiyim ədəbiyyatla məşğul olub qalan vaxtımı təbiətlə iç-içə keçirmək idi. Lakin o vaxtlar atamıza qarşı çıxmaqdan söhbət belə gedə bilməzdi." Əlli yaşlarında Türkiyənin ilk özəl dendrarisini qurdu. Ölkə daxili və xaricində gəzdiyi hər yerdən toxum topladı , botanika bağlarını gəzdi və əlaqələr qurdu. Bu gün Yalovadakı Karaca Arboretumu bütün dünyada botaniklər tərəfindən tanınır. İldə iki dəfə nəşr olunan Arboretum Magazine, alimlərin araşdırmalarının və fikirlərinin dərc olunduğu bir forumdur.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir. O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Karaca Dağ
Karaca dağ— təqribən Cənub-Şərqi Anadolu bölgəsinin ortasında yerləşən, Diyarbəkir hövzəsi ilə Şanlıurfa yaylasını şimal-cənub istiqamətində ayıran sönmüş vulkandır. Ən yüksək nöqtəsi 1952 m-dir. Karaca dağ vulkanı maye lavanın əmələ gətirdiyi qalxan vulkan quruluşuna malikdir. Onun diametri 120 km, sahəsi 8000 km²-dir. Onun çox aşağı 2% maililiyi olan yamacı var. Bazaltik lavadan ibarətdir. Püskürmələr üç fərqli dövrdə baş vermişdir. Karaca dağ Diyarbəkir, Şanlıurfa və Mardin illərinin torpaqlarına yayılır. Vulkan yuxarı miosendə fəaliyyətə başlamış və dövrümüzdən 100.000 il əvvələ qədər lava püskürmüşdür. Karaca dağın yaranmasının əsas səbəbi Ərəbistan plitəsinin Anadolu plitəsi üzərindəki təzyiqidir.
Salvia argaea
Salvia recognita (lat. Salvia recognita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salvia argaea Boiss.
Dafne Karuana Qalizia
Dafne Anna Karuana Qalizia (malta Daphne Caruana Galizia; 26 avqust 1964, Slima[d] – 16 oktyabr 2017, Bidniya[d], Malta) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.
Karaşaş ana türbəsi
Karaşaş-ana türbəsi (qaz. Гарашаш ана кесенисе) — Sayramın mərkəzi hissəsindəki Çimkentdəki XII–XIX əsrlərə aid tarix və memarlıq abidəsidir. Rəvayətə görə müqəddəs sufi Hoca Əhməd Yasəvinin anası orada dayanır. İndiki bina XIX əsrdə dağılmış orta əsr binasının yerində tikilmişdir. == Əfsanələr == Müqəddəslər Mədinət əl-Bəyda və İspidcab Müqaviləsində (17-ci illərin sonu — 18-ci əsrin əvvəlləri) təsvir olunan əfsanəyə görə, Karaşaş ana, Hocanın atası İbrahim-atanın [ru] ən məşhur müridi Şeyx Musanın qızı idi. Əhməd Yəsəvi. XVII əsrin sonlarına aid əfsanələr onu Daşkənddə müqəddəs sayılan Şeyx Ömər Bağistaninin qızı, bacısı və ya əmisi oğlu da adlandırır. Rəvayətə görə, Karaşaş ana dövrünün ən savadlı, savadlı və savadlı qadınlarından biri idi. Zadəgan və varlı bir ailədən salamlayan Karaşaş ana təkəbbürlü idi. İnsanlara xəyalları yozmağa və anlamağa kömək edən şəfa hədiyyə verdi.
Tijen Karaş
Tijen Karaş — Türk TV aparıcısı. 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd gecəsinin qəhrəmanlarından biri – qiyamçıların əsiri olan "TRT"-nin aparıcısı. O, qiyamçıların bildirişini canlı yayımda bir neçə saat ardıcıl şəkildə, peşəkar səviyyədə oxuyaraq insanların diqqətini çəkib. Tijen Karaş 1975-ci ildə Ankaranın Yenimahelle ilçəsində anadan olub. Hacettepe Universitetinin məzunudur. Üç uşaqlı ailənin ortancıl qızı olan spiker bir müddət "Kanal D"də də aparıcı kimi görünüb. Uzun illərdir TRT-də işləyən Tijen 2000-ci ildə "TRT"-də "Yaşam ve Gençlik" adlı proqrama aparıcılıq edib. "TRT Avrasya", "TRT Int" və "TRT Türk"də müxtəlif verilişləri aparıb. Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra həmin anlar haqda Tijen Karaş belə deyib: "Qorxunc dəqiqələr yaşadıq. Karyeramın ən çətin dəqiqələrini yaşadım.
Kalaşa-mun dili
Kalaşa (klskls, locally: Kal'as'amondr) Hind-ari dilləri qrupuna aid Kalaşlar tərəfindən danışılan dildir. Onlar daha çox Pakistanın Çitral rayonu of Hayber-Paxtunxva bölgəsində məskunlaşıblar. Kalaşa dilində danışan sayı təxminən 4100 nəfərdir. Bu dil nəsli kəsilməkdə olan bir dildir və Xovar dilinə doğru davam edən dil dəyişikliyi(asimiliyasiya) prosesi mövcuddur. Kalaşa(Kalaşa-mun) dilini yaxınlıqdakı Nuristan dillərinə aid Vaigali (Kalaşa-ala) dili ilə qarışdırmaq olmaz. Kalaş tədqiqatçı Badşah Munir Buxarinin dediyinə görə "Kalaşa" Əfqanıstanın Nuristan vilayəti Vayqal və orta Peç vadilərində Kalaşa vadilərinin cənub-qərbindəki bir bölgənin Nuristanlı sakinlərinin etnik adıdır. "Kalaşa" adı bir neçə əsr bundan əvvəl Çitralın cənubuna qədər genişlənən Vayqal Nuristanililərindən olan Çitralın Kalaşa danışanları tərəfindən vahid Kalaş xalqı qəbul edilmişdir. Buna baxmayaraq, hind-ari dili qrupuna məxsus Kalaşa-mun (Kalaşa) ilə Hind-İran dillərinin müxtəlif qoluna yəni İran dilləri qrupuna aid olan Nuristan dillərindən olan Kalaşa-ala (Vayqali) arasında sıx əlaqələr və ya xüsusi bir bağ yoxdur.
Sevda Karaca Dəmir
Sevda Karaca Dəmir (1984, Adana) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sevda Karaca Dəmir 1984-cü ildə Adana ilində anadan olub. ODTÜ Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub. Uzun illər jurnalist olaraq çalışıb. 2007-ci ildən Evrensel qəzetində çalışır. Həmin il Hayat Televiziyasının qurucularından olub. Hayat TV Nəşr Koordinasiyasının üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Qaziantep ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Əmək Partiyasını təmsil edib. İngiliscə, almanca və fransızca bilir.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Qarqasar
Qarqasar - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda "qarğa" sözünün iştirakı ilə düzəlmiş çoxlu toponim vardır. Toponimlərdə bu söz üç mə'nadadır. Qədim türk mənşəli karqa tayfasının adını əks etdirir. Qərbi Sibirdə, qırğızlarda və özbəklərdə Karqa tayfası mə'lumdur. Azərbaycanda Masallı, Xaçmaz və Naxçıvandv Qarqalıq kənd adları məhz bu tayfanın adını əks etdirir (yenə orada). Bə'zi mikrotoponimlərdə bu söz qarqa quş adını əks etdirir. Bə'zi toponimlərdə isə "qarqa" sözü türk dillərində karka - "üst-üstə düşmüş buzlaq mənşəli daşlar (qaya parçaları)"sözünün təhrifidir. Qarqasar toponimi də məhz karka və hasar "qalaça", "hörükda ş", "tsiklopik tikinti" sözlərindən ibarətdir.
Vargasia
Qalinsoqa (lat. Galinsoga) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Adventina Raf. Galinsogaea Himpel Galinsogea Willd. Galinsoja Roth Gallinsoga St.Hil. Stematella Wedd. ex Sch.Bip. Stemmatella Wedd. ex Benth. & Hook.f.
Zarqava
Zarqava — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.
Yarasa
Yarasa (lat. Microchiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan yarımdəstəsi.
Ağacşəkilli karaqana
Çarqaya dağı
Çarqaya dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 1372,9 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Arpadərəçay-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 2 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili sinklinalın nüvgə hissəsində yerləşir.
Şam qarğası
Şam qarğası (lat. Nucifraga caryocatactes), qarğalar (Corvidae) ailəsindən bir quş növüdür.
Venustiano Karransa
Venustiano Karransa de la Qarsa (isp. Venustiano Carranza de la Garza; 29 dekabr 1859, Kuatro-Syeneqas-de-Karransa[d], Koauila[d] – 21 may 1920[…], Tlaskalantonqo[d]) — Meksika dövlət və siyasət xadimi, Meksika inqilabının iştirakçısı, 1914–1917-ci illərdə konstitusional hökumətin başçısı, 11 mart 1917-ci ildən 21 may 1920-ci ilə qədər Meksika Prezidenti. Venustiano Karransa de la Qarsa 29 dekabr 1859-cu ildə Kuatro-Syeneqas-de-Karransada anadan olmuşdur. Ştat hökumətində müxtəlif vəzifələrdə çalışmışdır. 1901-ci ildə senata seçilmişdir. 1910-cu ildə Porfirio Diasa qarşı üsyan edən Fransisko Maderonu dəstəkləmişdir. 1913-cü ildə Viktoriano Uerta ilə müharibəyə rəhbərlik etmişdir. 1914-cü ildə Uertanın devrilməsindən sonra Karransa müvəqqəti prezident olmuş və 1917-ci ildə yeni konstitusiyaya uyğun olaraq prezidentliyə seçilmişdir. Karransa Birinci Dünya müharibəsi zamanı Meksikanı neytral ölkə kimi saxlaya bilmişdir. Yeni konstitusiyaya əsasən, torpağın alt qatı milli sərvət elan edilmiş, xarici neft şirkətlərinin fəaliyyəti dövlət nəzarətinə verilmişdir.
Jetuliu Varqas
Getúlio Dornelles Vargas (19 aprel 1882 – 24 avqust 1954[…]) — İki dəfə Braziliya prezidenti seçilən siyasi xadim. Bəziləri üçün güclü bir diktator olan Vargas, iri torpaq sahiblərinə qarşı apardığı ədalətli siyasətlə "Yoxsulların atası" ləqəbini almışdır. == Həyatı == Rio Grande do Sul əyalətinin nüfuzlu ailələrindən birinin oğluydu. 1908 tarixində Porto Alleqre Universitetinin hüquq fakültəsini bitirdi və dərhal siyasətə atıldı. 1922 tarixində Milli Konqresə daxil oldu və 4 il burda vəzifədə qaldı. 1926 tarixində Luis Pereira rəhbərliyində maliyyə naziri oldu. 1928 tarixində Rio Grande do Sul əyalətinin icra başçısı seçildi. 1930-cu ildə keçirilən seçim kompanyasında qalib gəlmədi. Buna baxmayaraq siyasətdən çəkilmədi və oktyabr üsyanlarına qatıldı. 3 noyabr 1930 – 17 iyul 1934 tarixlərində müvəqqəti hökumətin başına keçdi.
Kaqava prefekturası
Kaqava prefekturası — Yaponiyanın Sikoku adasında prefektura. Ərazisi 1 876 kilometr kvadrat, əhslisi 997 000 nəfərdir. Mərkəzi Takamasu şəhəridir.
Kurqaş (Arxangel)
Kurqaş (başq. Ҡурғаш, rus. Кургаш) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 16 km, kənd sovetliyindən (Bakaldı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (73%) üstünlük təşkil edir.