Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Analiz
Analiz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Analiz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Aktivasiyalı analiz
Aktivasiyalı analiz (radioaktivasiyalı analiz) — maddənin element və izotop tərkibinin nüvə-fiziki təyini üsülu; analiz edilən nümunədə təyin edilən elementin izotoplarının nüvə hissəcikləri və ya yüksək enerjili γ-şüalanma ilə nüvə reaksiyası (aktivasiya) nəticəsində əmələ gələn radionuklidlərin aktivliyinin ölçülməsinə əsaslanır. Aktivasiyalı analizi 1936-cı ildə G. Xeveşi və X. Levi təklif etmişlər. Alınan radionuklidlərin təsnifatlaşdırılması şüalanmanın tipinə, onun enerjisinə, intensivliyinə, radionuklidlərin yarımparçalanma dövrünə görə aparılır. Bunun üçün adətən qamma-spektro metrlər və yüksək ötürücülü yarımkeçirici detektorlar, nadir hallarda ssintilyasiyalı detektorlar istifadə edilir. Miqdari analiz alınan radionuklidin aktivliyinin qatılığın geniş diapazonunda təyin olunan elementin miqdarına nisbətinə əsaslanır. Qatılığın müqayisəli (nümunələr istifadə edilməklə) və etalonsuz nisbi hesablanma üsulu tətbiq edilir. Radioaktiv şüalanmanın yüksək nüfuzetmə qabiliyyəti nümunənin dağılmadan analiz edilməsinə imkan verir. Aktivasiyalı Analizin ən geniş yayılmış variantı neytron-aktivasiyalı analizdir (NAA). Aktivasiya üçün nüvə reaktorunun istilik və epiistilik neytronları və ya neytronların (məsələn, Cf252) radio izotoplu mənbəyi, həmçinin neytron generatorlarının sürətli neytronları istifadə edilir. Reaktorlu neytron-aktivasiyalı analiz analitik kimyanın inkişafında böyük rol oynamışdır; ondan istifadə etməklə elektronika üçün yüksək təmiz materialların, atom energetikası uçün isə xüsusi konstruksiyalı materialların alınmasının texnologiyası işlənib hazırlanmışdır.
Bibliometrik analiz
Bibliometrik analiz - iki başlıca elementə əsaslanır: nəşrlər tədqiqat məhsullarının əsas indikatoru kimi və nəşrlərdən əldə olunan istinadlar elmi fəaliyyətin qiymətləndirilməsi üçün əsas vasitə kimi. Statistik biblioqrafiya adlanan erkən bibliometrik araşdırmalar elmin inkişafının araşdırılması, daha sonralar isə kitabxana kolleksiyalarının idarə olunmasına tətbiq olunurdu. Məsələn, bibliometriyanın ilk tədqiqatçıları sayılan F.J.Kol və N.İls 1543-1860-cı illərdə nəşr olunan ədəbiyyata əsasən, Avropa ölkələrində anatomiya sahəsində aparılan araşdırmaları tədqiq etmişlər. Verilmiş istiqamətdə elmi aktivliyin qiymətləndirilməsi üçün əsas vahid olaraq elmi əsərləri götürməklə gələcək bibliometrik tədqiqatların əsasını qoymuşlar. 10 il sonra P.L.K.Qros və E.M.Qros (Gros and Gros) öz kitabxana kolleksiyalarının idarə olunması üçün obyektiv metod kimi jurnalların istinad analizini həyata keçirən ilk alimlər olmuşlar. Tədqiqatçılar "Journal of Chemical Society" jurnalının 1926 cildindən 3663 ədəbiyyat siyahısında göstərilən istinadları çıxararaq ən çox istinad olunan jurnalları təyin etmişlər. Bu cür yanaşma ilə tədqiqatçılar istinad analizinin həm kitabxana kolleksiyasının idarə olunması, həm də tədqiqatın qiymətləndirilməsində vacibliyini sübut etmişlər. == Bibliometriyanın riyazi əsasları == Bredfordun yayılma qanunu hər müəllif üçün məqalələrin tezliyi haqqında Lotka qanunu, mətnlərdə sözlərin işlənmə tezliyi haqqında Zipf qanunu və Praysın elmdə eksponensial artım qanunu ilə birlikdə bibliometriyanın riyazi əsaslarını formalaşdırır. Bununla yanaşı qlobal və bir istiqamətli istinad indeksinin, yəni Qarfildin Elmi İstinad İndeksinin yaradılması bibliometrik üsulların və istinad analiizinin əsas aspekti olan tədqiqatların idarə olunması və qiymətləndirilməsi sahəsinə keçidi təmin etdi. Bibliometriya və tədqiqatın qiymətləndirilməsində əsas vasitə verilənlər bazaları, qlobal və genişmiqyaslı analizi təmin edən istinad indeksləri hesab olunurdu.
Bioloji analiz
Bioloji analiz – sututarın üzvi çirklənmə dərəcəsinin təyinidir. Bu müayinə suyun keyfiyyətinin biogöstərici orqanizmlərin çirklənmənin səviyyəsinə verdikləri cavab reaksiyasına əsasən qiymətləndirilməsini nəzərdə tutur və su ekosistemlərininin qorunmasına xidmət edir. Suyun sanitar-bakterioloji göstəriciləri, onun içmək üçün yararlığı xüsusi mütəxəssislər, əsasən həkimlər tərəfindən müəyyən edilir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Harmonik analiz
Harmonik analiz — funksiyaların və yaxud siqnalların əsas dalğalarının superpozisiyası kimi təqdim edilməsi, Furye seriyası və Furye çevrilmələri anlayışlarının öyrənilməsi və ümumiləşdirilməsi ilə məşğul olan riyaziyyatın bir sahəsidir (yəni Furye analizinin genişləndirilmiş formasıdır). Son iki əsr müddətində o, ədədlər nəzəriyyəsi, təmsilçilik nəzəriyyəsi, siqnalların işlənməsi, kvant mexanikası, gelgit analizi və nevrologiya kimi müxtəlif sahələrdə tətbiqləri ilə geniş bir mövzuya çevrildi. "Harmonika" termini qədim yunanca "harmonikos" sözündən yaranmışdır, mənası "musiqidə mahir olan" deməkdir. Fiziki öz dəyər məsələlərində musiqi notlarının harmonikasının tezlikləri kimi tezlikləri bir-birinin tam ədədi olan dalğaları nəzərdə tutmağa başlamış, buna baxmayaraq, bu termin ilkin mənasından kənarda ümumiləşdirilmişdir. Rn-də klassik Fourier çevrilməsi hələ də davam edən tədqiqat sahəsidir, xüsusən olaraq temperli paylamalar kimi daha ümumi obyektlərdə Furye çevrilməsi ilə bağlıdır. Məsələn, biz f paylanmasına bəzi tələblər irəli sürsək, bu tələbləri f-nin Furye çevrilməsi baxımından tərcümə etməyə cəhd edə bilərik. Bunun nümunə olaraq Paley–Viener teoremini göstərə bilərik. Paley-Viener teoremi dərhal nəzərdə tutur ki, əgər f yığcam dəstəyin sıfırdan fərqli paylanmasıdırsa (bunlara yığcam dəstəyin funksiyaları daxildir), onda onun Furye çevrilməsi heç vaxt yığcam şəkildə dəstəklənmir (yəni, siqnal bir sahədə məhduddursa, o, digər sahədə qeyri-məhduddur.). Bu, harmonik analiz şəraitində qeyri-müəyyənlik prinsipinin çox sadə formasıdır. Furye seriyası harmonik analiz və funksional analiz arasında əlaqəni təmin edən Hilbert sahəsi konteksində çox rahat şəkildə öyrənilə bilər.
Modal analiz
Modal analiz — ölçmə texnologiyasında maşın sistemlərinin məxsusi tezlik halını təyin etmək üçün tətbiq olunan sınaq-analitik üsuldur. Bu üsul məcburi mexaniki yırğalanmaların ölçülməsi və analizi əsasında sınaq yolu ilə maşınların dinamiki xassələrinin araşdırılmasında geniş tətbiq edilir. Hesabi modal analizi, strukturu və model parametrləri əvvəlcədən məlum xətti əvəzləyici modelə əsaslanır. Modelin yaradılmasında həndəsəsi sadə olan cismlərdən: tir, dairəvi lövhə, dördbücaqlı lövhənin məxsusi tezliyi və yırğalanma forması əsas götürülür. Kompleks maşın sistemi bu sadə elementlərdən istifadə olunaraq modelləşdirilir və sistemin kütlə, sərtlik və titrəməsöndürmə matrisaları yaradılır. Məxsusi çevrəvi tezliklər, modal titrəməsöndürmə və məxsusi vektorlar kimi modal parametrlər analitik və ya ədədi üsulla həll olunaraq təyin edilir. Modal sözü də məxsusi vektorun ingilis dilində mənasını ifadə edir. Sınaq yolu ilə aparılan modal analizində modal kəmiyyətlər maşının yırğalanması zamanı ölçülən kəmiyyətlər əsasında tapılır. Bu halda xətti sistemin bütün xassələrinin ötürmə funksiyasında nəzərə alındığı hesab olunur. Belə ki, bu üsul iki hissəyə bölünür: Ötürücü funksiyanın ölçülməsi, Ötürücü funksiyanı qiymətləndirilməsi.
Qravimetrik analiz
Qravimetrik analiz (çəki analizi) – analitik kimyada müəyyən tərkibli təyin olunan komponentin kütləsinin dəyişməsinə əsaslanan miqdari analiz metodudur. Qravimetrik analizdə alınmış XaRb çöküntüsü üçün aX+bR=XaRb tipli reaksiya istifadə olunur. Çəki analizinin aparılması zamanı təyin olunan komponent və ya maddənin tərkib hissəsi (element, ion) göstərilən reaksiya üzrə reaksiyaya daxil olur və ayrılaraq çəkilir. Reaksiya üzrə alınmış forma qravimetrik forma adlanır (əvvəllər çəki forması adlanırdı). Alınan maddənin tərkibi dəqiq məlum olmalıdır. Yəni tərkib hər hansı bir kimyəvi formula tabe olmalıdır və tərkibində kənar qarışıqlar olmamalıdır. Qravimetrik analizdə müxtəlif qeyri-üzvi və üzvi kimyəvi birləşmələr istifadə olunur. Belə ki, məsələn, 1,2,3 — benzotriazol mis, gümüş, sink və s. metalların qravimetrik təyinində istifadə olunur. Qravimetrik analiz (çəki analizi) öz inkişafının pik nöqtəsinə 1950-ci illərdə çatmışdı.
Riyazi analiz
Riyazi analiz — riyaziyyatın bir bölməsi olub, differensiallaşdırma, inteqral, ölçü cəbri, limit, silsilə və analitik funksiyaları özündə birləşdirir. Analizin özəyi sonsuz ardıcıllığın limitidir. Əsas mövzuları həmçinin inteqral və differensial hesabı əhatə edir. Riyazi analiz XVIII əsrdə yaranmış, lakin onun tam əsaslandırılması ancaq XIX əsrin sonunda Auqusto Koşinin yaratdığı limit nəzəriyyəsinin köməyi ilə baş vermişdir.
Sistemli analiz
Sistemli analiz — mürəkkəb problem situasiyalarında qərar qəbul etmək üçün xüsusi metodikadır. Sistemli analiz mütləq analizin tamlığına, qərar qəbul etmə modelinin formalaşdırılmasına və öyrənilən obyektin və ya prosesin adekvat araşdırılmasına əsaslanmalıdır. Sistemli analizi digər sistemli araşdırma istiqamətlərindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə edilir. O zaman istifadə edilir ki, burada riyaziyyat ayrı-ayrı metodları vasitəsilə həll oluna bilməz. Düşülmüş belə qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar – sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır. Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir. Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
Statistik analiz
Statistik analz — riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.
Termiki analiz
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Termomexaniki analiz
Termomexaniki analiz (TMA)- müəyyən bir mexaniki yük tətbiq edilərkən, bərk cisimlərin, mayelərin və ya özlü materialların ölçüsünün və ya həcminin dəyişməsini temperatur və ya zaman funksiyası kimi müəyyənləşdirir (standartlar: DİN 51005, ASTM E831, ASTM D696, ASTM D3386, İSO 11359). Bu üsul (TMA metodu) dilatometriya üsuluna yaxındır, burada cüzi yük tədbiq edilərkən bərk cisimlərin və ya mayelərin ölçülərinin dəyişməsi ölçülür (məsələn, DİN 51045). Materiallarin əksəriyyəti qızdırılarkən və ya soyuduqda termomexaniki xüsusiyytləri dəyişikliklərə uğrayırlar. Məsələn, faza keçidləri, bitişmə və ya yumşalma istidən genişlənmə fonunda baş verə bilər. TMA müxtəlif materiallar üçün tərkibi, quruluşu, istehsal şərtləri və tətbiqi imkanlari haqqında dəyərli məlumat verir. TMA-nın tətbiqi keyfiyyətə nəzarətdən yeni materialların işlənib hazırlanmasına və tədqiqatlarına kimi olan sahəni əhatə edir . Bu, plastmassa, elastomer, boyalar, kompozit materiallar, yapışqan materiallar, liflər, keramika, şüşə, metal və ərintilər kimi yeni materialların işlənib hazırlanmasına və tədqiqatına aiddir. Ənənəvi olaraq TMA, dəyişən temperatur şərayitində sabit yük tətbiq ədərək, şüşələnmə temperaturu və materialların yumşalmasının xətti genişlənməsini öyrənmək üçün istifadə olunur. Genişlənməni ölçmək üçün minimum yük səviyyəsinə malik sensor, nümunənin üzərində yerləşir. Sabit yük altında olan digər ölçülərə də, məsələn, penetrasiyanın müəyyən edilməsi, bükülmə, büzülmə, şişkinlik və sürünmə, elastiklik və əyilmə testləri daxildir (bu halda, nümunənin yerdəyişməsi, tədbiq olunan yük altında qaldığı müddətə uyğun olaraq ölçülür).
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Titrimetrik analiz
Titrimetrik analiz (titrləmə) – təyin edilən maddənin reaksiyası üçün sərf olunan reaktiv məhlulunun dəqiq bilinən qatılığının həcminin ölçülməsinə əsaslanan, analitik kimyada tez-tez istifadə olunan kəmiyyət/kütlə analiz metodudur.. Titrləmə — tətqiq edilən maddənin titrinin təyin prosessinə deyilir. Titrləmə sıfır işarəsinə kimi titrantla doldurulmuş buretkanın köməkliyi ilə aparılır. Başqa nişanlardan başlayaraq titrləmək məsləhət görülmür, çünki büretkanın şkalası qeyri-bərabər ola bilər. Büretkaların işçi məhlulla doldurulması qıf və ya xüsusi vasitələrin köməkliyi ilə aparılır, əgər büretka yarımavtomatikdirsə. Titrləmənin son nöqtəsi (ekvivalent nöqtəsi ilə səhv salmaq lazım deyil) indikatorlarla və ya fiziki-kimyəvi üsullarla (elektrikkeçiricilik, işıqkeçiricilik, indikator elektrodunun potensialı və s.) təyin edilir. Titrləməyə sərf edilən işçi məhlulun miqdarına əsasən analizin nəticələri hesablanır. Titrimetrik analiz müxtəlif kimyəvi reaksiyalara əsaslana bilər: Turşu-qələvi titrləmə — neytrallaşma reaksiyaları Oksidləşmə-reduksiya titrləmə (permanqanatometriya, yodometriya, xromatometriya, bromatometriya və s.) – oksidləşmə-reduksiya reaksiyaları Çökdürmə titrləmə (argentometriya, merkurometriya və s.) – az həll olunan maddələrin alınması ilə gedən reaksiyalar, bu zaman məhlulda çökən ionların qatılığı dəyişir. Kompleksometrik titrləmə — davamlı kopleks birləşmələrin əmələ gəlməsinə əsaslanan reaksiyalar, bu zaman titrlənən məhlulda metal ionların qatılığı dəyişir. Birbaşa titrləmə zamanı təyin olunan maddənin məhluluna (titrlənən maddənin alikvotasına və ya lazım olan miqdarda götürülmüş çəkisinə) kiçik porsiyalarla titrant məhlul(işçi məhlul) əlavə edilir.
Ədədi analiz
Ədədi analiz (Numerical analysis) - riyaziyyatın, riyazi formalaşdırılmış probemlərin həll üsullarının tapılmasına həsr olunmuş bölməsi; mücərrəd riyazi məsələlərin dəqiq və ya tətbiqi həllərinin tapılması üsullarının axtarılması. Kompüterlər öz sürətləri və hesablama imkanları hesabına belə araşdırmaları əhəmiyyətli dərəcədə genişləndirir və tezləşdirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üfüqi analiz
Üfüqi analiz — müxtəlif dövrlər üzrə göstəricilərin müqayisəsini nəzərdə tutan maliyyə təhlili üsulu. Zamanla ayrı-ayrı maliyyə göstəricilərinin dinamikasının öyrənilməsi əsasında. Maliyyə göstəriciləri kimi maliyyə hesabatı maddələrinin (gəlir, mənfəət, balans maddələri) və maliyyə fəaliyyətinin göstəriciləri (məsələn, EBITDA), maliyyə əmsalları (gəlirlilik, likvidlik, Borc/EBITDA və s.) məlumatlarından istifadə edilə bilər. Dövrlər kimi istənilən eyni vaxt intervalları (ay, rüb, il) istifadə olunur. hesabat dövrünün maliyyə göstəricilərinin əvvəlki dövrün (ay, rüb, il) göstəriciləri ilə müqayisəsi. hesabat dövrünün maliyyə göstəricilərinin ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisəsi. Bu tip təhlil açıq mövsümi faktoru olan şirkətlərə tətbiq edilir. bir sıra əvvəlki dövrlərin maliyyə göstəricilərinin müqayisəsi. Bu tip təhlilin məqsədi ayrı-ayrı göstəricilərdə meylləri müəyyən etmək, dinamikada trend xəttini müəyyən etməkdir. 1.
Şaquli analiz
Şaquli analiz (struktur təhlili) — maliyyə hesabatının ümumi məbləğinin yüz faiz götürüldüyü və bu hesabatın hər bir maddəsinin qəbul edilmiş əsas dəyərdən faizlə təqdim edildiyi maliyyə təhlili növü. Şaquli təhlil cari vəziyyətdə şirkətin aktivlərinin strukturu (balans hesabatını təhlil edərkən) və gəlirləri (maliyyə nəticələri hesabatını təhlil edərkən) haqqında nəticə çıxarmağa, habelə bu strukturun dinamikasını təhlil etməyə imkan verir. mütləq göstəricilərin dəyərlərinə əsaslanaraq nisbi göstəricilərin hesablanması (nisbi göstəricilər mütləq göstəricilərə güclü təsir göstərə bilən xarici iqtisadi təsirləri hamarlaşdırmağa imkan verir və bununla da təşkilatın öz fəaliyyətinin nəticələrini aşkar edir); müxtəlif vaxtlarda göstəricilərin hesablanması (bu, dinamikada hesabatın tərkibində struktur dəyişikliklərini izləməyə və proqnozlaşdırmağa imkan verir). nisbi göstəricilər əsasında maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini öyrənmək istifadə olunan resursların miqdarına və digər həcm göstəricilərinə görə fərqlənən müxtəlif təşkilatların təsərrüfatlararası müqayisələrini aparmaq.
Analiz (fəlsəfə)
Analiz (analizis, fr. analyse və ya lat. analysis, q.yun. ἀνάλυσις — «parçalanma, ərimə» sözündən) — fəlsəfədə sintezdən fərqli olaraq, təhlil bir anlayışın müəyyənləşdirilməsinin məntiqi üsuludur, o zaman verilmiş anlayışı xüsusiyyətlərinə görə onun tərkib hissələrinə parçalayır və bununla da öz biliklərini tam həcmdə aydınlaşdırmaq üçün. “Analitik anlayış” birincini ehtiva edən başqa bir anlayışın təhlili nəticəsində əldə edilən anlayışdır. Eyni şəkildə, məfhumun tərkib hissələrinə parçalanaraq izahı “analitik şərh”, “nəticə” adlanır. Mühakimələr və ya nəticələr də oxşar şəkildə parçalana bilər. Analitik mühakimə subyektin özü anlayışına xas olan müəyyən keyfiyyəti nəzərdə tutur, başqa sözlə desək, predikat subyektin özünün konsepsiyasında yatır, sintetik mühakimədə isə subyektə elə bir keyfiyyət aid edilir ki, o, onun özündə mövcud ola bilməz. subyekt anlayışı, başqa sözlə, subyekt anlayışı ilə istər-istəməz əlaqələndirilmir. Bir sıra nəticələrə əsaslanan sübutlarla, xüsusən də hər hansı bir elmi nəzəriyyənin işlənib hazırlanmasında və ya formalaşdırılmasında “təhlil” ifadəsi bir qədər fərqli məna kəsb edir, bu o deməkdir ki, sübutlar şərtidən şərtiyə doğru reqressiv şəkildə irəliləyir, sintetik üsulla.
Fundamental analiz
Fundamental analiz (ing. Fundamental analysis) — şirkətin fəaliyyətinin maliyyə və əməliyyat göstəricilərinin təhlili əsasında onun bazar (birja) dəyərinin proqnozlaşdırılması üsullarını ifadə edən termin. Fundamental təhlil investorlar tərəfindən şirkətin (və ya onun səhmlərinin) dəyərini qiymətləndirmək üçün istifadə olunur ki, bu da şirkətdəki işlərin vəziyyətini və onun fəaliyyətinin gəlirliliyini əks etdirir. Bu halda, şirkətin maliyyə göstəriciləri təhlil edilir: gəlir, EBITDA (Earnings Before Interests, Taxes, Depreciation and Amortization), xalis mənfəət, şirkətin xalis dəyəri, öhdəlikləri, pul vəsaitlərinin hərəkəti, ödənilən dividendlərin məbləği və şirkətin istehsal göstəriciləri. "Daxili dəyər" əksər hallarda səhm bazarında tələb və təklif arasındakı əlaqə ilə müəyyən edilən şirkətin səhmlərinin qiyməti ilə üst-üstə düşmür. Fəaliyyətlərində fundamental təhlildən istifadə edən investorlar, ilk növbədə, şirkətin səhmlərinin "daxili dəyəri"nin birjadakı səhm qiymətindən artıq olduğu vəziyyətlərlə maraqlanır. Bu cür səhmlər aşağı qiymətləndirilir və potensial investisiya hədəfləridir. İnvestorlar az qiymətləndirilmiş səhmləri almaqla bazarın səmərəsizliyi şəraitində birjada səhmlərin qiymətinin "daxili dəyər"ə meyil edəcəyini, yəni aşağı qiymətli səhmlər vəziyyətində yüksələcəyini gözləyirlər. Bu bəyanat bütün əhəmiyyətli məlumatların qiymətli kağızların bazar qiymətində dərhal və tam əks olunduğunu bildirən texniki təhlil postulatının əksidir. Və bu prinsip fundamental təhlil ideyasını rədd edir.
Marjinal analiz
Marjinal analiz — verilmiş məhdudiyyətlər altında bu miqdarların səviyyəsinin proqnozlaşdırılması əsasında satış həcminin (məhsul istehsalı), Maya dəyərinin və mənfəətin nisbətinin təhlili. Marjinal təhlil xərclərin dəyişən və sabit bölünməsinə əsaslanır. Marjinal təhlilin əsas kateqoriyası marjinal gəlirdir ki, bu da məhsul satışından əldə edilən gəlirlə dəyişən xərclər arasındakı fərqdir. Marjinal gəlir də əhatə məbləği adlanır, yəni gəlirin sabit xərcləri əhatə edən və mənfəət yaradan hissəsidir. Marjinal gəlir nə qədər yüksək olarsa, sabit xərclər bir o qədər tez ödəniləcək və təşkilat və ya müəssisə bir o qədər tez mənfəət əldə etməyə başlayacaqdır. Bütün istehsal həcmi üçün marjinal gəlir düsturla hesablanır: M = S − V {\displaystyle M=S-V} burada S {\displaystyle S} — məhsul və xidmətlərin satışından əldə edilən gəlir; V {\displaystyle V} — cəmi dəyişən xərclərdir. İstehsal vahidi üzrə marjinal gəlir düsturla hesablanır: M = ( S − V ) / Q = p − v {\displaystyle M=(S-V)/Q=p-v} , burada Q {\displaystyle Q} — fiziki ifadədə məhsul satışının həcmidir; p {\displaystyle p} — vahid qiyməti; v {\displaystyle v} — istehsal vahidinə görə dəyişən məsrəflər. Müəssisənin istehsal etdiyi müxtəlif növ məhsullar üzrə xüsusi marjinal gəliri təhlil etməklə bu növ məhsulun istehsalı və satışından gəlir əldə etmək imkanını qiymətləndirmək olar. Əgər p − v < 0 {\displaystyle p-v<0} , onda bu, gəlirin hətta dəyişən xərcləri də əhatə etmədiyini göstərir və məhsul istehsal etməyə davam etsək, istehsal olunan hər bir istehsal vahidi ilə itki artacaq. Zərərsizlik modelinin marjinal təhlili çərçivəsində (“Xərclər-istehsal-həcmi-mənfəət” sistemi) məhsul istehsalı və satışının həcminin mənfəətin məbləğinə təsirini, habelə kimi, mənfəət əldə etmək mümkün olan satış həcmini və müəssisədə gəlirli məhsul istehsal etmək mümkün olan sabit və dəyişən xərclərin dəyərlərini müəyyənləşdirin.
Kompleks analiz
Kompleks analiz, mürəkkəb dəyişənlərin funksiyalarını öyrənən riyaziyyat sahəsidir. Bu sahə ənənəvi olaraq kompleks dəyişənlərin funksiyaları nəzəriyyəsi kimi də tanınır. Kompleks analiz, ədədlər nəzəriyyəsi, tətbiqi riyaziyyat və fizika daxil olmaqla, riyaziyyatın müxtəlif sahələrində tətbiq olunur. Bununla yanaşı, onun tətbiq sahələri bu ilə məhdudlaşmır. Kompleks analiz, xüsusilə mürəkkəb dəyişənlərin analitik funksiyaları ilə bağlıdır və bu funksiyalar ümumiyyətlə iki əsas sinifə ayrılır: holomorf funksiyalar və meromorfik funksiyalar. Kompleks analiz, ikiölçülü fizika problemlərində geniş şəkildə tətbiq oluna bilər, çünki hər bir analitik funksiyanın real və xəyali hissələri Laplas tənliyini təmin etməlidir. == Tarixi == Kompleks analiz, 19-cu əsrdən kök salmış bir riyaziyyat sahəsidir, lakin mürəkkəb ədədlərin istifadəsi ilə bağlı düşüncələr 11-ci əsrə və hətta daha əvvəllərə qədər uzanır. Kompleks ədədlərin ilk tətbiqləri 16-cı əsrə, xüsusən də Kardano tərəfindən ikinci və üçüncü dərəcəli tənliklərin həlli zamanı ortaya çıxmışdır. 18-ci və 19-cu əsrlərdə kompleks ədədləri əhatə edən funksiyaları kəşf edən ilk alimlərdən biri Eyler olmuşdur. Kompleks ədədləri ilə bağlı texnikaların inkişafı, real qiymətli funksiyalar nəzəriyyəsində bir çox məsələlərin kompleks ədədlər vasitəsilə daha asan həll olunduğunu göstərmişdir.
Alqebra i analiz
"Alqebra i analiz" (rus. Алгебра и анализ) — Rusiya riyazi jurnalı. Rusiya Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunun Sankt-Peterburq filialının tərəfindən nəşr olunur. 1989-cu ildə yaradılmışdır. İldə 6 nömrəsi çıxır. İlk baş redaktor SSRİ Elmlər Akademiyasının müxbir üzvü D. K. Faddeyev olmuşdur. Bir il gecikmə ilə jurnal tamamilə ingilis dilinə tərcümə edilir və "St. Petersburg Mathematical Journal" adı altında nəşr olunur. Baş redaktoru Rusiya Elmlər Akademiyasının akademiki S. V. Kislyakovdur.
Analiz və sintez
Analiz anlayışı — Analiz dedikdə hər hansı bir şəkildə verilmiş qurğunun giriş informasiyasının çıxış informasiyasına çevrilməsi və bu çevrilmə prosesinin xüsusiyyətlərinin aydınlaşdırılması başa düşülür. == Haqqında == Sonlu avtomatlarda və kombinasiyalı DQ-də analiz məsələsi qurğunun verilmiş sxemi üzərində həll olunur. Bunun üçün isə sxemin qurulma qaydasını və funksiyaların hesablanma üsulunu bilmək vacibdir. Deməli, əvvəl sxemi təşkil edən hər bir elementin funksiyası və bu elementlərin bir-biri ilə birləşməsinə görə qurğunun funksiyası təyin edilməlidir. Yaddaşsız və ya sonlu yaddaşa malik qurğuların sxemlərində reallaşdırıla biləcək funksiya üçün bütün informasiya olursa, belə DQ-r çox zaman sərt məntiqli qurğular adlanır. Sonsuz yaddaşa malik qurğularda isə qurğunun fəaliyyət funksiyası proqramda olur. Əvvəlki movzularda deyildiyi kimi bu qurğular proqramlaşdırıla bilən məntiqli qurğular adlanır. Odur ki, məntiqli proqramlaşdırıla bilən qurğularda analiz məsələsi funksiyanın təyinindən və proqrama görə onun xüsusiyyətinin müəyyənləşdirilməsindən ibarətdir. Sintez məsələsinin həlli yaddaşsız və sonlu avtomatlarda giriş informasiyasının çıxış informasiyasına çevrilməsinə görə sxemin qurulmasından irəli gəlir == Xüsusiyyətləri == Sonlu avtomatların sintezi bir neçə mərhələdə yerinə yetirilir: blok sintezi – funksional əlamətinə görə avtomat bloklara bölünür; mücərrəd sintez – hər blokun iş şəraiti formalaşdırılır; struktur sintez – verilmiş iş şəraitini reallaşdıran sxemin qurulması; etibarlığın sintezi; DAT qurğularında əlavə olaraq təhlükəsiz şəraitə görə sintez aparılır; texniki sintez mərhələsində elementlərin məxsusi xüsusiyyətinə və onların birləşməsinə, yüklənmə qabiliyyətinə, iqlim və mexaniki parametrlərinə baxılır. struktur izafilik yaratmaqla qurğunun sxeminin fəaliyyət etibarlığının təmin olunması Yuxarıda göstərilən mərhələlər şərtidir, təcrübədə müəyyən mərhələlər birləşdirilir və ya ixtisara salınır.
Fotometrik analiz üsulları
Fotometrik analiz üsulları Fotometrik analiz üsullarında maddənin miqdarının təyin olunması onun işıq udmasının ölçülməsi ilə müəyyən olunur. Fotometrik analiz zamanı müxtəlif tipli reaksiyalardan istifadə edilir. Qeyri-üzvi maddələrin təyini üçün çox vaxt rəngli kompleks birləşmələrin alınması və onların işıq udması öyrənilir. Əksər metal və qeyri metallar kompleksəmələgətirməyə meylli olur və ya rəngli komplekslərlə birləşməyə meylli olurlar. Ona görə də elementlərin fotometrik üsullarla təyin üçün geniş tətbiq imkanları olur. Hal-hazırda demək olar ki, bütün elementlərin və ya onların birləşmələrinin fotometrik üsullarla təyini var. Bu zaman sadə fotometrik üsullar istifadə edilir. Üzvi maddələrin fotometrik təyini üçün sintez üsullarından istifadə olunur. Sintez üsulları ilə həm də qeyri-üzvi maddələr kompleks əmələ gətirir, məsələn sulfidlərlə və ya nitridlərlə. Fotometrik analiz zamanı geniş istifadə olunan reaksiyalardan biridə oksidləşmə - reduksiya reaksiyalarına əsaslanır.
Pattern (texniki analiz)
Pattern (ing. pattern — model, nümunə) — texniki təhlildə qiymət, həcm və ya göstərici məlumatlarının sabit, təkrarlanan birləşmələri deyilir. Nümunə təhlili texniki təhlilin aksiomlarından birinə əsaslanır: "tarix özünü təkrarlayır" — məlumatların təkrar birləşməsinin oxşar nəticəyə səbəb olduğuna inanılır. Nümunələrə texniki analizin “şablonları” və ya “rəqəmləri” də deyilir. Nümunələr şərti olaraq aşağıdakılara bölünür: Qeyri-müəyyən (cari trendin ya davamına, ya da dəyişməsinə səbəb ola bilər). Bunlara "bayraqlar" və "paz" daxildir. Mövcud trendin davamı üçün nümunələr. Bunlara “bayraq”, “fimpel” və başqaları daxildir. Mövcud trendi dəyişdirmək üçün nümunələr. Bunlara baş və çiyinlər, ikiqat və üçlü üstlər (ikiqat və üçlü altlıqlar), almaz və başqaları daxildir.
Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Milli Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Aylin Kontente
Aylin Kontente (30 iyun 1982 və ya 5 fevral 1989, İzmir) — Səfərad yəhudi əsilli türk aktrisası. O, aktrisalıq karyerasını "Güldür güldür şou" adlı proqramda davam etdirir. == Karyerası == 2003-cü ildə Dokuz Eylül Universitetinin aktyorluq fakültəsini bitirib. Peşəkar aktyorluq karyerasına "Kampüsistan" teleserialı ilə başlayıb. == Şəxsi həyatı == Aylin Kontente 2012-ci ildə aktyor Alpər Qul ilə ailə həyatı qurub. Onun Arel və Leo adlı iki oğlu var.
Content delivery network
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü. CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər.
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Kontakt
Kontakt (ing. lead) – Naqil, çıxış. 1. Elektronikada: bəzi elementlərin, məsələn, rezistorların və kondensatorların metal birləşdiricisi. Bu kontekstdə termin “lid” kimi tələffüz olunur. Kontaktlar elementlərin bir və ya bir neçə qırağından çıxan izolə olunmamış kiçik tel kimi olur və elementi ya sxem lövhəsi ilə (kontaktları lazım olan deşiklərə taxmaqla) birləşdirmək üçün istifadə olunur, ya da birbaşa başqa elementlərlə (məsələn, ölçü cihazlarının sıxacları – klemmaları ilə) birləşirlər. 2. Poliqrafiyada: mətnin iki sətri arasında olan şaquli boşluğun ölçüsü. Bu kontekstdə o, “led” kimi tələffüz olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.