Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Kristallar
Kristallar — atom və ya molekulları müəyyən nizamlı vəziyyət tutan bərk cisimlərdir. Monokristallar — eyni bir elementar qəfəsin(struktur elementinin) bütün istiqamətlərdə təkrarlanması ilə yaranan kristala deyilir. Bu nizamlı düzülüş kristalın xarici formasında da özünü büruzə verir. Təbiətdə rast gəlinən bütün monokristalları eiementar qəfəsin formasına görə yeddi sinqoniyaya, malik olduqları simmetriya elementlərinin dəstinə görə 32 kristalloqrafik sinifə ayırmaq olar. Monokristalları digər bərk cisimlərdən fərqləndirən əsas əlamət onların fiziki xassələrinin istiqamətdən asılı olmasıdır. Anizotropluq — fiziki xassələrin istiqamətdən asılı olmasına deyilir. Monokristalların elektrik keçiriciliyi , istilik keçiriciliyi, optik xassələri, mexaniki xassələri və s. istiqamətdən asılıdır. Polikristallar — çoxlu sayda kiçik və müxtəlif istiqamətlərdə yönəlmiş monokristallardan yaranmış bərk cisimlərdir. Polikristallardan məsələn metallardan istənilən formalı cisimlər düzəldilir.
Kano Kristales
Kano Kristales (isp. Caño Cristales) — Kolumbiyanın Meta əyalətində olan çaylardan biri. Çay adətən "Beş Rənglər çayı", "Maye Göy qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır.
Maye kristallar
Kristal Gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Kristal Palas
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristal bənövşəyi
Kristal bənövşəyi - əsas trifenilmetan boyasıdır. Parlaq yaşıl kristalların görünüşünə malikdir və biologiyada turşu-əsas göstəricisi və müxtəlif rəngli preparatlar üçün istifadə olunur. Bürünc parıltılı yaşıl kristallar susuz formada mavi rəngə malikdir. Molar kütləsi 407,99 q/mol təşkil edir. 215 °C-də parçalanır. spirtdə yaxşı həll olandan sonra, xloroformda və qliserində həll olur, efirdə həll olmur. Sulu məhlullar bənövşəyi rəngə malikdir, xlorid turşusu əlavə edildikdə rəngi dəyişir. Boya məhluluna natrium hidroksid əlavə edilməsi bənövşəyi çöküntünün əmələ gəlməsinə səbəb olur. Molar kütləsi 570,12 q/mol olan C25H30N3Cl•9H2O tərkibli kristalhidrat əmələ gətirir. == Alınması == Dimetilanilin və Mixler ketonundan fosfor oksixlorid vasitəsilə sintez edilir.
Kristal qəfəslər
Kristal qəfəsləri — kristal qəfəsinin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq 4 tip-ion, atom, molekul və metal kristal qəfəsi olur. == İon kristal qəfəsləri == Düyünlərində ion rabitələrlə birləşmiş müsbət və mənfi yüklü ionlar olan kristal qəfəslərinə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri duzlardır. Məsələn, natrium-xloridin {NaCl} kristal qəfəsi kub şəklindədir və onun düyünlərində müsbət yüklü natrium və mənfi yüklü xlorid ionları yerləşir. İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu və müəyyən bərklikdə olur. == Atom kristal qəfəsləri == Düyün nöqtələrində bir-birilə kovalent rabitələrlə əlaqələnmiş atomlar olan kristal qəfəsinə atom kristal qəfəsləri deyilir. Atom kristal qəfəsi olan maddələrə: ▪️ B ▪️ C (almaz, qrafit) ▪️ Si ▪️ SiO2 (kvars) ▪️ SiC ▪️ qara və qırmızı fosforu kimi maddələri misal göstərmək olar. Bu maddələrin əksəriyyəti çox bərk olur və onlar üçün yüksək ərimə temperaturu xarakterikdir. == Molekul kristal qəfəsləri == Düyün nöqtələrində molekullar olan kristal qəfəslərinə molekul kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəsi əmələ gətirir.
Maye kristal
Maye kristallar- izotrop maye ilə bərk kristallik cisim arasında aralıq vəziyyətdə (mezomorf) olan maddələrə deyilir. Bir tərəfdən onlar axıcılıq xüsusiyyətinə və damcıvari halda olmaq qabilliyyətinə malikdirlər, digər tərəfdən isə onlar üçün ilk növbədə optik anizotropluq xarakterikdir. Maye kristalların strukturunun nizamlılığını təmin edən molekullararası qüvvənin zəif olması onların xassələrinin xarici faktorlardan (temperatur, təzyiq, elektrik sahəsi və s.) güclü asılılığının prinsipial əsasını təşkil edir. Bu asılılıqlar öz növbəsində müxtəlif təyinatlı indikator qurğularının layihələndirilməsində geniş imkanlar açır. Maye kristallar ilk dəfə 1888-ci ildə Avstriya botaniki F. Reynister tərəfindən kəşf edilmişdir. Lakin bu maddələr praktikada yaxın zamanlardan tətbiq olunmağa başlamışdır. Maye kristalların spesifik xüsusiyyəti mezofaz (yəni kristallik halı) halının məhdud temperatur intervalında mövcudluğudur. Maddə qızdırıldıqda faza dəyişməsini aşağıdakı sxem üzrə təsəvvür etmək olar: -bərk cisim-maye kristal-izotrop maye. Maye kristal halını molekulu uzun çubuqşəkilli formada olan üzvi birləşmələr yaradır. Maye kristalların çox hissəsini aromatik sıraya malik birləşmələr yəni molekulu benzol halqalarından ibarət birləşmələr təşkil edir. Belə maddəyə misal olaraq p-metoksibenziliden, p-n butilanilini göstərmək olar.
Atom kristal qəfəsi
=== Atom kristal qəfəsi === Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs == Xarakteristikası == Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir. == Uyğun element və birləşmələr == Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Bakı Kristal Zalı
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsi də burada keçirilmişdi. == Ümumi məlumat == 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır. Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb.
Kristal Palas FK
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. == İzahı == Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.
Yeddi kristal kürə
Yeddi kristal kürə - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 13-cü hissəsidir.
Kristal Pelas FK
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.