Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Azərbaycan Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Yaponiya Liberal Demokrat Partiyası
Yaponiya Liberal-Demokratlar Partiyası (yap. 自由民主党, LDP) — Yaponiyanın siyasi partiyası. LDP 15 noyabr 1955-ci ildə iki partiyanın birləşməsi nəticəsində yaranmışdır: Liberal və Demokratiklar. Partiyaların birləşməsi zərurəti ölkədə Yaponiya Sosial-Demokrat Patiyasının güçlənmiş mövqelərini zəyiflətməkdən irəli gəlirdi. Partiyanın ilk sədri 1956-cı ilin aprelində növbədən kənar qurultayda Yaponiyanın baş naziri İtiro Hatoyama seçilir. Bundan sonra partiya ölkənin aparıcı partiyasına çevrilir. Partiya sədrləri həmdə ölkənin baş naziri olmuşlar (Yohei Kono istisnadır). Partiya 1955-ci ildən 1993-ci ilə qədər iqtidarda olmuşdur. 11 aydan sonra 1994–1996 illər ərzində Sosialist partiyası ilə koalisiya qururlar. 1996–2009 illər ərzində yenidən hakimiyyətdə olmuşdur.
Liberal Atatürkçülük
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir. İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Liberal liderlik
Liberal liderlik - Hər hansı bir şəxsin şəxsi fəaliyyət proqramının olmaması səbəbindən tez-tez siyasi baxışlarını dəyişməsi, əlində olan təsir imkanlarından öz məqsədləri üçün istifadə etməsi, şəraitdən istifadə edərək vətəndaşların rəgbətini qazanmaq üçün populyar şüarlardan istifadə etməsi nəzərdə tutulur. Hər bir şəraitdə oldugu kimi liberal lider də öz şəxsi inkişaf səviyyəsindən, intelektual qabiliyyətindən istifadə edərək siyasi fəaliyyətini genişləndirə bilər.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
Liberal qanunilik
Liberal qanunilik — siyasətdə və hüquqda siyasətə qanuni konstitusional hüdudlar ilə məhdudlaşdırılacağına inanan ideologiya. Böyük Britaniya qanunlar üzrə alimi Adam Tomkins liberal qanuniliyi Birləşmiş Krallıqdakı siyasi konstitusionalizmdən fərqli olan liberal konstitusionalizm də adlandırılmışdır, hansı ki, nümunələrini ABŞ-də və Almaniyada görmək olar. O, "Bizim respublikaçı konstitusiyamız" kitabında irəli sürür ki, Böyük Britaniyanın idarəetmə sistemi, hansı ki, burada parlament hökumət nazirlərinə nəzarət edir, məhkəmə və hüququn icraedici qüvvəyə nəzarət etdiyi ABŞ-dən fərqli olaraq icraedici qüvvəni daha yaxşı nəzarət edir. Martin Laflin iddia edir ki, qanuni liberalizmin məqsədi "siyasəti hüququn qadağaları ilə məhdudlaşdırmaq"dır. Tomkins iddia edir ki, məhkəmə və konstitusiyalar icraedici və qanunverici qurumlara pis nəzarət edirlər, çünki onlar hərəkətə keçməzdən əvvəl məhkəmə qərarlarını gözləmək məcburiyyətində olurlar. Bu proses illərlə, hətta onilliklərlə davam edə bilər. Bu da məhkəmənin olduqca yavaş şəkildə hərəkətə keçdiyini göstərir. Tomkins Böyük Britaniyada olduğu kimi parlamentli rejimi üstün görür, çünki bu, hökumətlərə məhdudiyyətlər qoymaqda "daha əlverişli və daha effektivdir". Liberal qanunilik fikrinə qarşı çıxanlar adətən icraedici qüvvələrin siyasət qazanc əldə etmək üçün qanuni məhdudiyyətlərə məhəl qoymamaqlarını nümunə gətirirlər. Məsəlüçün, ABŞ prezidentləri Corc U. Buş və Barak Obama hərbi səlahiyyətlər qanununa qarşı saymazlıq etməsini buna nümunə kimi göstərmək olar.
Liberal institusionalizm
Liberal institusionalizm, həmçinin institusional liberalizm və ya neoliberalizm — dövlətlər arasında beynəlxalq əməkdaşlığın mümkün və davamlı olduğunu, belə əməkdaşlığın münaqişə və rəqabəti azalda biləcəyini müdafiə edən beynəlxalq münasibətlər nəzəriyyəsi. Neoliberalizm liberalizmin yenidən işlənmiş versiyasıdır. Neorealizmlə yanaşı, liberal institusionalizm beynəlxalq münasibətlərə ən təsirli iki müasir yanaşmadan biridir. Dayanıqlı əməkdaşlıq perspektivlərinə şübhə ilə yanaşan neorealist təqaüddən fərqli olaraq, liberal institusionalizm əməkdaşlığın mümkün və davamlı olduğunu müdafiə edir. Liberal institusionalistlər dövlətlər arasında əməkdaşlığın asanlaşdırılmasında beynəlxalq institutların və rejimlərin rolunu vurğulayırlar. Robert Keoheynin 1984-cü ildə yazdığı "Hegemonluqdan sonra" kitabı yeni institusional iqtisadiyyatın fikirlərindən istifadə edərək hegemonun olmadığı təqdirdə beynəlxalq sistemin sabit qala biləcəyini iddia etmiş və beləliklə, hegemon sabitlik nəzəriyyəsini təkzib etmişdir. Keoheyn göstərmiş ki, beynəlxalq əməkdaşlıq təkrarlanan qarşılıqlı fəaliyyət, şəffaflıq və monitorinq vasitəsilə davam etdirilə bilər.
Liberal kamalizm
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal mühafizəkarlıq
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Demokrat Leonov
Demokrat Vladimir Leonov (1 aprel 1926, Bakı – 15 mart 1969, Damansk adası, Heyluntszyan) — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı. == Tərcümeyi-hal == Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır. == Damanskiy adasında sərhəd münaqişəsi == 15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir. == Yaddaş == Vladivostokda Demokrat Leonovun adına küçə var.
Demokrat Partiya
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. == Partiyanın quruluşu == 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
Azərbaycan Liberal Partiyası
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü ildə partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Kolumbiya Liberal Partiyası
Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar. == Fəaliyyəti == Partiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi.
Liberal müsəlman hərəkatı
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
ABŞ Demokrat Partiyası
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir.
Kürdüstan Demokrat Partiyası
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya. == Tarixi == Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.
Türkmənistan Demokrat Partiyası
Türkmənistan Demokrat Partiyası — Türkmənistanda yeganə siyasi partiya. 1991-ci ildə Türkmənistanın müstəqillik əldə etməsindən sonra bu ölkədə yeganə siyasi partiya Türkmənistan Demokrat Partiyasıdır. Vaxtilə Saparmurad Niyazov tərəfindən yaradılmış partiyaya ömrünün sonunadək Türkmənbaşı özü rəhbərlik edib. Onun ölümündən sonra isə partiyaya hazırkı prezident Qurbanqulu Berdıməhəmmədov sədrlik edir.
Demokrat Partiyası (Qacar)
Demokrat Partiyası (fars. فرقه دموکرات‎) — konstitusiya dövründə Qacar dövlətində sosial-demokrat siyasi partiya. Partiya o dövrdəki iki böyük parlament partiyasından biri idi. O, əsasən orta səviyyəli ziyalılardan ibarət idi və din ilə dövlətin ayrılmasını müdafiə edirdi. == Tarixi == Əvvəlcə Zaqafqaziyada fəaliyyət göstərən İctimaiyyun-Amiyyunun bir qolu olan partiya Bakı ilə birbaşa əlaqələrini kəsdi və mühafizəkar ictimaiyyətə hörmətlə yanaşaraq “Sosial” sözünü adından çıxardı. Bununla belə, onun ideologiyası əsasən köhnə partiyadan götürülmüşdü. 1918-ci ildə partiya Baharın başçılıq etdiyi "Yenidən təşkil tərəfdarı Demokratlar" (fars. دموکرات‌های تشکیلی‎) və "Yenidən təşkilə Qarşı Demokratlar" (fars. دموکرات‌های ضدتشکیلی‎) olaraq iki yerə parçalandı.
Azərbaycan Demokrat Firqəsi
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP — Azərbaycanda 26 yanvar 1991-ci il tarixlərində təsis edilmiş, 17 oktyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən rəsmi qeydiyyata alınmış, ardınca 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatından keçmiş, lakın 1 sentyabr 1995-ci ildə qeydiyyatı ləğv olunmuş, sonuncu dəfə isə 3 fevral 2000-ci ildə yenidən rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiya. Azərbaycan Demokrat Partiyası I çağırış Azərbaycan Respublikasının Milli Məclisində transfer üsulu ilə 7 millət vəkili — Zəminə Dünyamalıyeva, Şamil Yusifov, Akif Şahbazov, Solmaz Ələsgərova, Mahir Əsədov, Yusif Bağırzadə və Umar Əfəndiyev ilə təmsil olunmuşdur. Beləliklə, partiya Azərbaycanda ilk dəfə siyasi transfer etmişdir. Azərbaycan Demokrat Partiyası indiyədək 11 qurultay (2-si qurultay səlahiyyətli konfrans olmaqla) və 4 konfrans keçirmiş, 3 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında bir çox tanınmış şəxslər olmuşdur. Bu şəxslərə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Telman Orucov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev və oğlu Elman Salayev, jurnalist Aydın Quliyev, hüquqşünas Qurban Məmmədov, Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Tağıyev, sabiq milli təhlükəsizlik naziri müavini Sülhəddin Əkbər misal göstərilə bilər. Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 2003-cü ildə Yusif Bağırzadə təmsil etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokrat Partiyasının üzvlərinin 97%-i kişi, 3%-i isə qadın olmuşdur. == Tarixi == === Yaranması === 1990-cı illərin əvvəlində Naxçıvan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri Elman Cəlilov, Sərdar Cəlaloğlu və Sülhəddin Əkbər Xalq Cəbhəsindən ayrılaraq yeni partiya yaratmağı planladılar. Onlar Xalq Demokratik Partiyası adlı partiya yaratmaq üçün çalışmağa başladılar.
Azərbaycanın Demokrat Firqəsi
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Demokrit
Demokrit (m.ö. yun. Δημόκριτος, e. ə. 460-cı illər, Abdera, Makedoniya və Frakiya – e. ə. 360-cı illər, Yunanıstan) — Qədim yunan filosofu, Levkippusun tələbəsi, atomçuluğun əsasını qoyanlardan biri. O, tanınmış alim olmuş; psixologiya, siyasət, pedaqogika, riyaziyyat, fizika, kosmologiya elmləri üzrə zamanımıza çatmayan kitablar qələmə almışdır. Demokrit hesab edirdi ki, yalnız hissələrdən ibarət olan bölünən şeylər doğulur, dəyişmiş, ölür və dağılır. Belədirsə, deməli dünyanın əsasında bölünməz bir şey durur ki, hər şey ondan ibarətdir.
Libereç
Liberets (çex. Liberec), keç. Rayxenberq (alm. Reichenberg‎) — Çexiyada, Nısia Lujitska çayında şəhər Liberets diyarının inzibati mərkəzi. == Əhali == Şəhər Sudetenlandın paytaxtı hesab edilirdi. 1579-cu ildə şəhərdə tekstil manufakturası işə salındı. Ancaq onun sonrakı inkişafına Otuz illik müharibə maneə yaratdı. 1622-ci ildən şəhər Albrext fon Vallenşteynin tərkibinə keçdi. Yeddi illik müharibə zamanı, şəhər ətrafında məşhur "Rayxenberq savaşı" baş vermişdi. Libereçin əsas inkişaf periodu XIX əsrin sonuna düşür.
Mineral
Minerallar — Yer qabığının tərkibinə daxil olan müxtəlif kimyəvi tərkibə malik olan təbii cisimdir. Müəyyən edilmişdir ki, Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir. Mineral dedikdə fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmə nəzərdə tutulur. Yer qabığında 3000-ə qədər mineral vardır. Bunların 50-dən çoxu süxur əmələ gətirən minerallara aid edilir. Süxurlar — bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Yer qatını əmələ gətirən müxtəlif bərklikdə və qalınlıqda kütlələrə dağ süxurları deyilir. Minerallar və süxurlar müxtəlif əlamətlərinə — bərkliyinə, xüsusi çəkisinə, kimyəvi tərkibinə, rənginə, ərimə temperaturuna, əmələ gəlməsinə və başqa göstəricilərinə görə bir-birindən fərqlənirlər. Fiziki xassələrinə görə onlar bərk, maye və qaz halında olurlar. İstifadələrindən asılı olaraq yanar faydalı qazıntılar və ya minerallar, yanacaq (daş kömür,neft,qaz,yanar cisimlər,qeyri-faydalı qazıntılara qranit,mərmər,qiymətli daşlar və s., metal filizlərinə dəmir, mis, alüminium və başqaları ayrılırlar.