Liberal Demokrat Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya.

Azərbaycan Liberal Demokrat Partiyası
Sədri Fuad Əliyev
Qurucu Zakir Məmmədov
Quruluş tarixi 30 yanvar 1999
Qeydiyyat tarixi 9 iyul 1999
Dağılma tarixi 1 aprel 2023
Birləşən Milli Barış Partiyası[a] (2000)
Bölünmə
  • Milli Barış Partiyası (2000)[a]
  • Milliyətçi Hərəkat Partiyası[a] (2001)
Sələfi Azərbaycan Liberal Partiyası
Baş qərargah Bakı, Azərbaycan
İdeologiya Liberal demokratiya
İdeoloji spektr mərkəzçilik
Üzvlüyü Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı (2012)
Azadlıq-2015 Seçki Bloku (2015)
"Azadlıq" Müxalifətin Siyasi Əməkdaşlıq Mərkəzi (2015-2016)
Saytı Rəsmi səhifə

Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir.

1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir.

22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.[1]

Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)[1]

Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.[1]

Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.[2] Bir müddət sonra isə Valeh İbadov partiyasının adını Millətçi (Milliyətçi) Hərəkat Partiyası olaraq dəyişdirmişdir.

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü ildə partiya fəaliyyətini dayandırdı.[3]

Azərbaycan Liberal Demokrat Partiyasının ideologiyasının əsasında liberal demokratik dəyərlər dururdu. ALDP proqramının əsas hədəfi liberal demokratik cəmiyyətin qurulmasıdır. Siyasi sistemdə mərkəzçi mövqe tuturdu.

Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
2000
Zakir Məmmədov
0 / 100
N/A N/A N/A
0 / 125
2005 Fuad Əliyev N/A N/A N/A
0 / 125
2010 Partiya seçkilərdə iştirak etmədi.
2015
2020
0 / 125
N/A N/A N/A
0 / 125

Ara parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Mandat
# %
noyabr 2001 Fuad Əliyev 65 0.12
0 / 2

Bələdiyyə seçkiləri

[redaktə | mənbəni redaktə et]
Seçki Sədr Səs Bələdiyyə üzvü
# % ±
1999[4] Zakir Məmmədov
600 / 20.456
2004 Fuad Əliyev
130 / 20.346
2009
0 / 15.591
2014
0 / 15.035
2019
0 / 15.156

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

Partiya 56 regional təşkilat vasitəsilə siyasi sistemdə təmsil olunurdu. Partiyada seçkili orqanlar Rəyasət Heyəti, sədr, şəhər və rayon təşkilatlarının sədrləri idi.

  • Zakir Məmmədov (9 iyul 1999 – 15 dekabr 2000)
  • Fuad Əliyev (15 fevral 2001 – 1 aprel 2023)
  1. 1 2 3 Rəsmi dövlət qeydiyyatında olmayan partiya
  1. 1 2 3 "ALDP tarixi". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
  2. "Azərbaycan Liberal Demokrat Partiyasının rəhbəri bu adın mənimsənilməsinə etiraz edir". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  3. "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  4. Kim bələdiyyə seçkilərində iştirak edəcək? [ölü keçid]
  • Tahirə Allahyarova, Fərhad Məmmədov. Azərbaycanda siyasi partiyalar: seçkidən seçkiyə. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi. Bakı: 2010, səh. 122–123.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]