Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baccharis lorentzii
Baccharis lorentzii (lat. Baccharis lorentzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bulbophyllum lorentzianum
Bulbophyllum lorentzianum (lat. Bulbophyllum lorentzianum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Covanni Lorenso Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Edvard Norton Lorenz
Edvard Norton Lorenz (ing. Edward Norton Lorenz; d. 23 may 1917, Qərbi Hartford, Konnektikut, ABŞ – ö. 16 aprel 2008, Kembric, Massaçusets, ABŞ) — amerika riyaziyyatçısı, Xaos nəzəriyyəsinin banisi. Edvard Lorenz Qərbi Hartford, Konnektikut ştatında anadan olmuşdur. O, riyaziyyatı Dartmut kollecində, daha sonra isə Kembric şəhəri Harvard Universitetində almışdır. İkinci dünya müharibəsi zamanı, Edvard Amerika Birləşmiş Ştatlarının Ordu Hava Korpusu üçün hava proqnozunda işləmişdir. Müharibədən qayıtdıqdan sonra o, meteorologiya öyrənmək qərarına gəlib. Lorenz ömrünün axrına kimi işlədiyi Massaçusets Texlonoji universtitetində iki dərəcə almışdır. 1991-ci ildə Basic elmləri sahəsində Kioto mükafatı almışdır.
Erika Lorents
Erika Lorents (d. 18 fevral 1981) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Erika Lorents, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Erika Lorents, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Euphorbia loreyi
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Gian Lorenzo Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Hendrik Lorens
Hendrik Anton Lorentz (nider. Hendrik Antoon Lorentz, 18 iyul 1853[…], Arnem[…] – 4 fevral 1928[…], Harlem[d]) — görkəmli niderland fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. 1902-ci ildə Piter Zimanla birgə Ziman effektinin kəşfi və nəzəri izahına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorentz həmçinin Eynşteynin fikrincə məkan və zamanın əsl təbiətini təsvir edən Lorentz transformasiyalarını da işləmişdir. Leyden universitetində təhsil almış, 1878-ci ildə isə bu universitetin riyazi fizika üzrə professoru adını almışdır. O işığın elektromaqnit nəzəriyyəsi və materiyanın elektron nəzəriyyələrini inkişaf etdirmiş, həmçinin bir-birini tamamlayan elektrik, maqnit və işıq hadisələri nəzəriyyəsini işləmişdir. Orta məktəb dərsliklərində tədris olunan Lorentz qüvvələri anlayışı da bu alimin adı ilə bağlıdır. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yükə təsir edən qüvvədir. İrəliləmə hərəkətində cismin uzunluğunun azlamasını təsvir edən Lorentz –Fitsjerald azalması adlanan hadisənin nəticələrindən biri olan hərəkət edən cisimlərin vəziyyətinin çevrilmələri nəzəriyyəsini işləyib hazırlamışdır. Bu nəzəriyyə çərçivəsində alınmış Lorents çevrilmələri nisbilik nəzəriyyəsin verilmiş ən byük töhfələrdən biri sayılır.
Juan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954[…], Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi. 26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir. 1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür.
Katarina Lorenso
Katarina Lorenso (isp. Catarina Lorenzo) — Salvadordan olan braziliyalı iqlim fəalı. Katarinanın nənə və babası ətraf mühitin müdafiəsi üzrə fəallar olmuşdur. O, çayları və meşələri qorumaq üçün tətillərdə iştirak edərək böyüyür, həmçinin sörfinqdən həzz alırdı. 23 sentyabr 2019-cu ildə o və Qreta Tunberq, Aleksandriya Villasenor, Ayaha Melitafa və Karl Smit də daxil olmaqla digər 15 uşaq hökumətin iqlim böhranı ilə bağlı fəaliyyətsizliyinə etiraz olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edir. Xüsusilə şikayətdə beş ölkənin, yəni Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyənin Paris Sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi iddia edilir. O, bu yaxınlarda beynəlxalq gənclərin ətraf mühit hərəkatı olan Greenkingdoma qoşulub və burada hərəkatın Braziliya bölməsinin koordinatoru kimi işləyir. İndi o, gənclər hərəkatının banisi olan Hindistandan olan 14 yaşlı ekoloq və iqlim dəyişikliyi fəalı Samir Yasin ilə birgə fəaliyyət göstərir.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A. Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Kristian Lorens
Kristian "Fleyk" Lorenz (16 noyabr 1966, Şərqi Berlin); almaniyalı musiqiçidir. O, Rammstein qrupunda klaviş ifaçısıdır. Eyni zamanda "Feeling B" qrupundakı rolu ilə də tanınmışdır. Lorenz ailəsi tərəfindən övladlığa götürülən Flake iki ögey qardaşı ilə birlikdə böyümüşdür. Erkən yaşlarında pianoya ilk uşaqlıq dostlarından biri piano ifa edə bildiyi üçün maraq göstərmşdir. Ailəsi onu musiqi məktəbinə göndərmişdir. 15 yaşında ad gününde 100 Marka aldıqları pianonu hədiyyə etmişdilər. Hal hazırda böyüdüyü Prenzlauer Berg'də yaşayır, hətta qrup məşqlərinə gedərkən hər gün köhnə məktəbinin önündən keçir. Uşaqlıqda qəzet paylayan işləmişdir. Əslində həmişə cərrah olmaq istəmişdir, ancaq hərbi xidməti rədd etdiyi üçün ali təhsilinə icazə verilməmişdir.
Kristian Lorenz

Loreen
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Loren Alfonso
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.
Loren Alfonso Dominqes

Loren Avedon
Loren Avedon (ing. Loren Avedon) — ABŞ döyüş ustası və aktyorudur. Taekvondo üzrə 5-ci dərəcə və Hapkido üzrə 8-ci dərəcəyə malikdir. Ailəlidir və bir qız övladı vardır.
Loren Bekoll
Loren Bekoll və ya Loren Bakall (ing. Lauren Bacall; 16 sentyabr 1924[…], Bronks, Nyu-York ştatı, ABŞ – 12 avqust 2014[…], Manhetten, Nyu-York ştatı, ABŞ) — Amerika aktrisası və model.
Loren Holli
Loren Mişel Holli (ing. Lauren Michael Holly; 28 oktyabr 1963, Bristol[d], Pensilvaniya) — amerikalı aktrisa.O, Maxine Stewart-ın müavini rolunu oynadığı "Forpost Swordsmen" televiziya serialı, həmçinin Meri Swanson rolunu oynadığı Lal və Axmaq filmindəki iştirakı ilə daha çox tanınır.Lauren Holly Bristol (Pensilvaniya) şəhərində anadan olub. Atası Hobart və William Smith kolleclərində ədəbiyyatdan dərs deyirdi, anası tarixçi idi və Rochester Universitetində dərs deyirdi. Lauren uşaqlığını Cenevrədə, Nyu-Yorkda keçirdi, burada orta məktəbi bitirdi və bir müddət şənlik etdi. Sarah Lourens Kollecinə daxil oldu və 1985-ci ildə İngilis ədəbiyyatı üzrə İncəsənət Bakalavr dərəcəsi aldı. 23 yaşında Holli üç il Julia Chandler (1986-1989) rolunu oynadığı "All My Children" televiziya serialında iştirak etdi. 1990-cı ildə o, Riverdale Revisited televiziya şousunda komik kitab personajı Betti rolunu oynadı. 1993-cü ildə "Əjdaha: Brüs Linin həyat hekayəsi" avtobioqrafik filmində əfsanəvi Brüs Linin həyat yoldaşı Linda Li Cadwell rolunu aldığı zaman böyük kino dünyası onun üçün açıldı. Növbəti il ​​onun ən məşhur rolu gəldi - Meri Swanson "Lal və axmaq" filmində. 1995-ci ildə Holli Sidney Pollakın Sabrina remeykində doktor Elizabet Tayson rolunu üzərinə götürdü.
Loren Hyu
Loren Meyberri
Loren İv Meyberri (ing. Lauren Eve Mayberry, 7 oktyabr 1987, Qlazqo) — şotland müğənni, musiqiçi, bəstəkar. Pop qrupu Chvrches-in vokalisti və zərb ifaçısıdır. Meyberri 1987-ci ildə Şotlandiyanın Tornhill şəhərində doğulub. Uşaqlıqdan fortepianoda, yeniyetmə yaşlarından etibarən isə təbil çalır. Meyberri, Bridge of Allan-da müstəqil bir məktəb olan Beaconhurst Məktəbində oxudu. O, həmçinin İllinoys ştatının Qladston şəhərində xarici tələbə kimi yaşayırdı. Stratklayd Universitetində dörd illik bakalavr hüquq dərəcəsini bitirdikdən sonra, 2010-cu ildə jurnalistika üzrə magistr dərəcəsi qazandı. 2009-cu ildən 2010-cu ilə qədər o, Birləşmiş Krallığın The Line of Best Fit musiqi vebsaytının müəllifi olmuşdur. Are You Awake?
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Lorena Miranda
Lorena Miranda (d. 7 aprel 1991) — İspaniyanı təmsil edən su poloçusu. Lorena Miranda, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Lorena Qurendez
Lorena Qurendez (7 may 1981) — İspaniyanı təmsil edən bədii gimnast. Lorena Qurendez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub. Daha sonra Lorena Qurendez İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Lorena Roxas
Lorena Roxas (isp. Lorena Rojas; 10 fevral 1971, Mexiko – 16 fevral 2015, Mayami, Florida) — məşhur Meksika aktrisası, modeli və müğənnisi.
Lome
Lome — Toqonun paytaxtı, ölkənin inzibati və sənaye mərkəzi, əsas portu. Şəhərdə neftayırma müəssisələri vardır. Əhalisi 750 min nəfərdir (2003-cü il), sıxlığı hər kvadrat kilometrə 2174 nəfərdir. Şəhər XVIII əsrdə eve xalqı tərəfindən salınıb. 1882-ci ildə bey Biç kəndi Britaniyanın A. and F. Swanzy şirkətinin nümayəndələri əraziyə gəldikdən sonra əsas ticarət mərkəzinə çevrildi. Almaniya ərazi paytaxtını Anexodan 1897-ci ildə Bey Biçə köçürür. Şəhər sürətlə inkişaf etməyə başlayır, 1914-cü ildə isə Fransa tərəfindən tutulur. 27 aprel 1960-cı ildə Lomedə Toqonun müstəqilliyi elan edilir.
Lori
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Loru

Lorş
Lorş (alm. Lorsch‎) — Almaniyanın Hessen torpağının Darmştadt inzibati dairəsində şəhər. Sahəsi 25.24 km2, əhalisi 12810 nəfərdir (2007).
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Lor
Lor — Lor (Sisyan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Balakənd (Loru)
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Bağanis (Loru)
Bağanis — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Con Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Dəmirçilər (Loru)
Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində Demirçilar kimi qeyd edilir. Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi əsasında əmələ gəlmişdir. XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. «Azərbaycanın coğrafi adlar» kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Erkin Love
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur. 2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Jon Lord
Con Lord (ing. Jonathan „Jon” Douglas Lord) — Deep Purple rok-qrupunda klavişdə ifası ilə məşhurlaşmış əfsanəvi musiqiçi. Con Lord 1941-ci ildə Böyük Britaniyanın Lester qraflığında anadan olub. 5 yaşından pianoda çalmağa başlayıb. Dram məktəbinin məzunu olsa da, aktyor peşəsinə meyl göstərməyib və karyerasını bar və pablarda rok musiqinin ifası ilə davam etdirib. 1968-ci ildə həmkarı Kris Körtislə əfsənavi qrupun təməlini qoyan Con Lordun yaradıcılığına klassik musiqi ilə caz və blyuzun böyük təsiri olub. Belə ki, musiqiçi rok kompozisiyalarını yazmaqla yanaşı, klassik müsiqi əsərlərini də bəstələyib. 1969-cu ildə Londonun dəbdəbəli Albert Hall səhnəsinə qalxan Deep Purple qrupunun repertuarında klassik musiqinin çalarlarını açıq-aydın eşitmək mümkün idi. Lakin 70-ci illərdən başlayaraq getdikcə daha çox nəzərə çarpan rok elementi kollektivin özünəməxsus musiqi dəst-xəttinin təməlini qoyur. 1976-ci ildə qrup şəklində fəaliyyətini dayandırmış Deep Purple 8 il sonra yenidən birləşərək qlobal turnelərə çıxmağa başlayır.
Kore əlifbası
Hanqıl (kor. 한글 Hangeul, Cənubi Koreyada), (kor. 조선글 Chosŏn'gŭl, Şimali Koreyada)- Koreya əlifba sistemidir. Koreya əlifbası, loqoqrafik Çin simvolları olan Hancadan tamamilə ayrı əlifbadır. Koreya əlifbası XV əsrin ortalarında Coson krallığı zamanı yaradılmış və hazırda həm Şimali Koreya və həm Cənubi Koreyanın rəsmi əlifbadır. Koreya dilində mətnlərin yazılışında istifadə olunan fonetik hərfi-hecalı yazı. Koreyada bir neçə yazı sistemindən istifadə olunmuşdur. 1444-cü ildə hökmdar Böyük Seconun təşəbbüsü ilə hazırlanmış və 1446-cı ildən dövlət əlifbası kimi (çon əlifbası adlandırılmışdır) təsdiqlənmişdir. Müasir Koreya əlifbası 40 qrafemdən ibarətdir.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi və Laçında yerləşən körpünün partladılmasında LORA-dan istifadə edilsə də, körpüyə ancaq minimal zədə vura bilmişdir.
Loire Vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Lome konvensiyası
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.
Lora Breniqan
Lora Breniqan (alm. Laura Branigan‎; 3 iyul 1952[…] – 26 avqust 2004, Şərqi Kuoq[d]) — ABŞ solo ifaçısı. Lora Breniqan 3 iyul 1952-ci ildə ABŞ-nin Nyu-york ştatının Brüster şəhərində doğulmuşdur. İlk dəfə solo karyerasına 1970-ci illərdən başlamışdır. 1980-ci illərin əvvəldən başlayaraq müxtəlif filmlərə çəkilir. Bununla bərabər Lora 1982-ci ildə orijinal "Qloria" mahnısının remeykini ifa edir və həmin ildə Qremmi mükafatı nominasiyasına layiq görülür. 1984-cü ildə ifa etdiyi Self Control mahnısı ABŞ və Avropa ölkələrinin hit-paradlarında ən populyar mahnılardan birinə çevrilir. 1990-cı illərdə Lora filmlərdə az çəkilirdi. Lora Breniqan 26 avqust 2004-cü il tarixində beyin anevrizmi xəstəliyi ağırlaşması səbəbindən dünyasını dəyişir.
Lora Buş
Lora Buş (ing. Laura Lane Welch Bush; 4 noyabr 1946[…], Midlend[d], Texas) — ABŞ-nin 45-ci Prezidenti Corc Buşun həyat yoldaşıdır. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 uşaqları vardır. 2001–2009-cu illərdə ABŞ-nin birinci ledisi olmuşdur. Lora Buş 1946-cı ildə Texas ştatının Midlend şəhərində anadan olmuşdur. Ali təhsilini Dallas şəhərində almışdır. Buranı bitirdikdən sonra Texas Universitetinə daxil olmuşdur. 1977-ci ildə Corc Buş ilə ailə həyatı qurmuşdur. Onların 2 əkiz qız övladı (Barbara və Cenni) olur.
Lora Kuenssberq
Lora Kuenssberq (8 avqust 1976, İtaliya) — İngilis jurnalistdir. 2015-ci ilin iyul ayında BBC-nin siyasət redaktoru vəzifəsinə təyin olunmuş ilk qadın İsveç biznesmen Nick Kuenssberq və həyat yoldaşı Sally Kuenssberqin qızıdır. Kuenssberq İtalyada dünyaya öz gözlərini açdı, hansı kin atası bu vaxt Coats Viyellayla işləyirdi. Qardaşı və bacısı ilə bilirkdə Qlazqoda böyüdü və özəl qız məktəbi olan Laourel Park məktəbində oxudu. Lora Edinburq universitetində tarix fakültəsində, ardından Vaşınqton da Geordetoun universitetində NBC nyus siyasət proqramnda fəaliyyət gösərdiyi jurnalistika kursunda oxudu. Qardaşı Denid Briqton və Hov Kent məclisində iqtisadi və mənbə idarə edicisi olaraq çalışır. Bacısı Yoanna diplomatdır və 2014-cü ildən İngilis yüksək komissarı olaraq Mozambikdə çalışır. İngiltərəyə qayıtdıqdan sonra 200-cü ilin Mart ayında BBC Şimal-Şərq və Kumbria yola düşmədən əvvəl, yerli radio və ardından da Qlzaqo kabel televiziyasında xidmət etdi. Kuenssberq müxbir olaraq etdiyi alışmalara görə Kral Televiziya quruluşu tərəfindən mükafata layiq görüldü və bölümlər yaratdığı sosial işlər editoru Niall Dikson BBC nyus baş siyasi müxbiri olaraq vəzfiləndirildi. Kuenssberq BBC One blütenləri Günlüs Siyasət xəbərləri hazırladı.2010-cu ilin May ayında David Kamerununun baş nazirliyi vaxtında koalisiya hökümıtinin quruluşunda müxbirlik etdi ki, bu da jurnalist David Abramoviçin "Kuenssberqovision" termini ortaya qoydu..2011-ci ilin Sentyabr ayında Kuessnberq İTV nyus üçün yeni editorluq vəzifəsini öz üzərinə götürdü.
Lord Kelvin
Vilyam Kelvin (26 iyun 1824[…], Belfast – 17 dekabr 1900[…]) — ingilis fiziki, Vilyam Kelvin XIX-XX əsrin əvvəllərinin aparıcı fiziklərindən biri. 1890-1895-ci illərdə London Kral Cəmiyyətinin prezidenti olmuşdur. O, 1848-ci ildə mütləq temperatur şkalasını təklif etmişdir. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Vilyam Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Vilyam Kelvin termodinamikanın əsaslarını qoyanlardan biridir. Vilyam Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.
Lord Palmerston
Lord Palmerston (ing. Henry John Temple, 3rd Viscount Palmerston; 20 oktyabr 1784 - 18 oktyabr 1865) — ingilis dövlət xadimi və diplomatıdır, iki dəfə İngiltərənin xarici işlər naziri, sonra daxili işlər naziri və nəhayət, baş naziri olmuşdur. Palmerston ingilis burjuaziyasının yırtıcılıaq səylərinin sədaqətli ifadəçisi idi. O, ingilis burjuaziyasının qəsbkarlığı mənafeinə xidmət etdiyini "mədəniyyəti qorumaq" haqqında ibarəli sözlərlə ört-basdır edirdi. Onu müharibə qızışdıran, "təhlükəli baş nazir" kimi tanıyırdılar. Palmerston rus xalqının qəddar düşməni idi. O, həmişə deyirdi ki, Rusiya İngiltərənin başlıca düşmənidir. Palmerston Rusiya əleyhinə koalisiyanın ilhamvericisi olub, bütün Avropanı bu koalisiyaya cəlb etməyə çalışır, Rusiyanı parçalamaq haqqında geniş planlar tuturdu. Krım müharibəsində (1854-1855) Sevastopolun on bir ay davam edən qəhrəmancasına müdafiəsi bu planları pozub puça çıxartdı.. V. Morev, "Zəncilər həbsxanası", Bakı, "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı", 1953, səh.
Lord Riçard
Lord Riçard Attenboro(ing. Richard Attenborough; 29 avqust 1923[…], Kembric, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 24 avqust 2014[…], Böyük London, London, İngiltərə, Birləşmiş Krallıq) — Aktyor və xeyriyyəçi, "Çelsi"nin ömürlük prezidenti hesab olunurdu. 1983-cü ildə prodüserliyi və rejissorluğunu etdiyi “Qandi” filmi ilə 2 Oskar mükafatı qazanan məşhur aktyor ayrıca 4 İngilis Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) və 4 “Qızıl qlobus” mükafatı sahibi idi. Lord Riçard 24 avqust 2014-cü ildə 90 yaşında vəfat edib. 2008-ci ildə iflic keçirən və həyatını əlil arabasında davam etdirən Atenburq həyat yoldaşı aktrisa Şeila Sim ilə bir qocalar evində yaşayırdı. “Brayton qayaları” filminin çəkilişləri zamanı gənc aktyordan fiziki formada olmaq tələb olunur. Buna görə də Riçard bir neçə həftə London komandasının düşərgəsində məşq edir.Bu müddət ərzində aktyor klubun futbolçuları ilə dostlaşır. Beləcə, Attenbor “Çelsi”nin çılğın fanatı olur. Riçard 1970-ci illərdə komandanın direktoru vəzifəsində çalışır. 1980-ci illərdə isə o, “Stemford Bric”i developerlərin hücumundan qoruyur.
Böre
Börü (başqurdca: Börö, rus.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Lomé Müqaviləsi