Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dünyaların müharibəsi
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi. Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Emboabas müharibəsi
Emboabas müharibəsi — 1708-ci ildə Şərqi Braziliyada iqtisadi səbəbdən baş vermiş vətəndaş müharibəsi. == Səbəbi == XVII əsrdə Şərqi Braziliyanın Minas Gerais əyalətində qızılın tapılması San-Pauludan gələn və oradakı mədənlərin özlərinə aid olduqlarını iddia edənlər və çoxu avropalı immiqrantlar olan Emboabas adlı yeni məskunlaşanlar arasında gərginliyin yaranmasına səbəb oldu. Gərginlik 10 il davam etdi. == Müharibənin alovlanması == Avropalılar rəqiblərinə nisbətən daha da artdılar və 1708-ci ildə qızıl mədənlərini ələ keçirmək üçün müharibəyə başladılar. Müstəmləkə hökuməti tərəfindən də dəstəklənən emboabaslar rəqiblərini həmin əraziləri tərk etməyə məcbur etdilər. San-Pauludan gələnlər qərbdəki Mato Qrossoya doğru geri çəkildilər və xoşbəxtlikdən 1718-ci ildə geri çəkildikləri ərazidə yeni qızıl mədənləri tapdılar.
Emu müharibəsi
Emu müharibəsi — Avstraliya ordusu və emu dəvəquşuları arasında 1932-ci ildə başlayan müharibə. Müharibə 1 həftə davam etmiş və 2500 emunun öldürülməsi ilə bitmişdir. == Ümumi məlumat == Avstraliyanın qərbində sayları həddindən çox olan, emuların məskunlaşması ərazidə ərzaq və su qıtlığına səbəb oldu. Müharibə zamanı pulemyotlarla silahlanmış əsgərlər emuların üzərinə hücuma keçdilər. Hər bir əsgər iki pulemyotla silahlanmışdı. Bu əməliyyatda 2500 emu öldürüldü. == Arxa fon == Birinci Dünya müharibəsindən sonra, müharibədə xidmət etmiş veteranlara Avstraliya hökuməti tərəfindən Qərbi Avstraliya daxilində, çox vaxt kənd təsərrüfatı təyinatlı torpaqlar verilirdi. 1929-cu ildə Böyük Depressiyanın başlaması ilə hökumət subsidiya şəklində yardım vəd edib fermerləri buğda məhsullarını artırmağa təşviq etdi lakin vədinə sadiq qala bilmədi. Vəd edilmiş subsidiyalara görə, buğdanın qiyməti aşağı düşməkdə davam edirdi. Təxminən 20.000 emusun gəlməsi ilə fermerlərin çətinlikləri daha da pisləşdirdi.
Eynthem müharibəsi
Eynthem müharibəsi — 17 sentyabr 1862-ci il tarixində Merilend ştatının Şarpsburq şəhəri yaxınlığında baş vermiş döyüş. == Tarixi == Müharibə ABŞ Vətəndaş müharibəsini həll edici döyüşlərindən hesab edilir. Döyüşlər quldarlıq tərəfdarı tərəfindən idarə olunan Merilend ştatının ərazilərində gedirdi. Merilend həmin dövrdə Böyük Britaniyaya tabe idi. Eynthem çayı və Şarpsburq şəhərinin ətrafıda döyüşlərin getdiyi yerlərdən idi. Eynthem müharibəsi ümumən Şimali Amerikada baş vermiş ən qanlı döyüşlərdən hesab edilir. Döyüş zamanı hər iki tərəfdən bir gün ərzində 23 min nəfər həlak olmuşdur. Tərəflərin hərbi güçünün döyüşdən əvvəl eyni olması, səbəbindən hər iki tərəf kimin qalib qəlmə ehtimalının olduğunu müəyyən edə bilmirdi. Döyüşlər zamanıda uzun müddət tərəflərdən biri, digəri üzərində üstünlük qazana bilməmişdir. Müdafiə xəttini yarmağa nail olan Corc Makklelan Konfederasiya ordusunu Merilend istiqamətində təqib etməyə başlamışdır.
Farrapus müharibəsi
Farrapus müharibəsi (port. Guerra dos Farrapos) və ya Farropus çevrilişi — Braziliya imperiyasının Rio-Qrandi-du-Sul və Santa-Katarina ərazilərində 19 sentyabr 1835-ci ildən 1 mart 1845-ci ilə qədər olan dövrdə imperiya qüvvələri ilə respulikaçılar arasında baş vermiş müharibə. == Hərəkatın əsas qüvvələri == Hərəkətin əsas qüvvəsi müzdla işləyən çobanlar idi. Hərakatveriçi qüvvənin əsasını ticari burjuaziya, maldarlıqla məşğul olan şəxslər və hökumətdən narazı siyasətçilər təşkil edirdi ki, olarda muxtariyyat almaq niyyətində idilər. Hərəkatın təşkilatçısı italiyalı immiqrant Tito Libio Dzambekkeri idi. «Respublikalı» qəzeti inqilabçıların əsas mətbu orqanı kimi fəaliyyət göstərirdi. Respublikaçılar imperiyanın və quldarlığın düşməni idilər. Bentu Qonsalbis da Silva hərakat qüvvələrini komandanı seçilir. == Müharibə == 20 sentyabr 1835-ci ildə Riu-Qrandi-du-Sul vilayyətinin paytaxtı Portu-Aleqri tutulur. Bir müddət sonra üsyançılar villayətın içərilərinə doğru irəliləyir.
Folklend müharibəsi
Folklend müharibəsi — 1982-ci ildə Böyük Britaniya–Argentina arasında baş verən müharibədir. Bu müharibədə nə İngiltərə, nə də Argentina formal səviyyədə bir-birlərinə müharibə elan etməmişlərdir. Müharibə 42 gün davam etmiş və Böyük Britaniyanın qələbəsi ilə yekunlaşmışdır == Konfliktin səbəbi == Folklend adaları 1690-cı ildə ilk dəfə ingiltərə səyyahları tərəfindən tapılmışdır. İngilislər bu adanı "Folkend adaları" adlandırırlar. 1694-cü ildə isə fransız səyyahları bu adaları tapırlar və onu San-Malo şəhərinin şərəfinə "Malvin adaları" adlandırırlar. Argentina müstəqillik qazandıqdan sonra (XIX əsr) bu adaları öz adaları hesab edirlər və onu fransızların adlandırdıqları "Malvin adaları" adlandırırlar. Lakin Folklend adaları 1833-cü ildə İngiltərə tərəfindən zəbt edilir. Bu da Argentinanın narazılığına səbəb olur. Narazılıq 1981-ci ildə daha da şiddətlənir. 1981-ci ildə Argentina ordusunun general-leytenantı olan Leopal Qaltiyeri bu məsələni yenidən gündəmə gətirir.
Fosforit müharibəsi
Fosforit müharibəsi (est. Fosforiidisõda) — Estoniya SSR-da 1980-ci ildə başlamış genişmiqyaslı ekoloji etirazlar. Etirazlara səbəb ölkənin şimal şərqində olan fosforit yataqlarının işlənməsi ilə bağlı planlar idi. Etirazlar uğur qazanmaqla yanaşı həm də, Estoniyanın azadlığı uğrunda hərəkatın inkişaf etməsinə də təsir etdi. Etirazçılar ekoloji tarazlığın pozulmasından qorxduqları qədər həm də digər sovet respublikalarından bura işçilərin gətirilməsindən və nəticədə demoqrafik balansın pozulmasından da narahat idilər. Etirazların uğur qazanması siyasi tələbli etirazların da inkişafına və sovet hökumətinin də nüfuzunun düşməsinə səbəb oldu. == Ümumi məlumat və başlanğıc == Fosforit yataqların Estoniyanın şimalında müxtəlif ərazilərdə tapılmışdı. O cümlədən də Avropada ən böyük fosforit yatağı da Lyaene-Virumaa bölgəsinin Rakvere rayonunda tapılmışdı. Estoniyada fosforit yatağının işlənməsinə 1924-cü ildə Maardu yaxınlığında başlanılır. Digər mədənlərin də kəşfiyyatı və işlənməsi 1991-ci ilə qədər davam edib.
Futbol müharibəsi
Futbol müharibəsi və ya 100 saatlıq müharibə — 1969-cu ildə Salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. 1969-cu ildə futbol üzrə dünya çempionatının seçmə mərhələsində pley-off zamanı Hondurasın Salvador tərəfindən məğlub edilməsi iki ölkə arasında 6 günlük müharibəyə səbəb olmuşdu. İki ölkə arasında miqrasiya və siyasi konfliktlərin olması müharibənin əsas səbəbi olsa da, Honduras kimi güclü heyətin tarixində ilk dəfə dünya çempionatına çıxacaq Salvadora uduzması vəziyyəti daha da qızışdırdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Digər Amerika dövlətlərinin - Amerika Dövlətləri Təşkilatının səyi ilə iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail olunub.
Gerilla müharibəsi
Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.
Hastinqs müharibəsi
Hastinqs vuruşu — 1066-cı ildə baş verən "Hastinqs" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya hersoqu Vilhelm, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. Döyüşün gedişatında Vilhelmin 3 atı ölmüşdür. Buna görə də ordusunda Vilhelmin öldüyü ilə bağlı şayiə yayılmağa başlamışdır. Buna görə də Vilhelm zirehini çıxarıb əsgərlərinin arasında atını dartıb sürüməyə məcbur olmuşdur.
Hibrid müharibəsi
Hibrid müharibəsi (ing. hybrid warfare) - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Eyni zamanda, bu müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər və rəsmi nöqteyi-nəzərdən sülh dövründə hibrid müharibəsi davam edə bilər. Təcavüzkar bu hərəkətlərin strateji əlaqələndirilməsini həyata keçirir, eyni zamanda münaqişədə iştirakını inkar etmə ehtimalını saxlayır. XX əsrin sonu - XXI əsrin əvvəllərindəki hibrid müharibələrinin klassik nümunəsi kimi Əfqanıstandakı müharibələr (SSRİ-nin Əfqanıstan müharibəsinin başlanğıc dövründəki hərəkətləri (1979-1989), həmçinin ABŞ, Pakistan, Çin və digər dövlətlərin mücahidlərə dəstək verməsi və Talibana qarşı silahlı mübarizə zamanı etdiyi hərəkətlər) göstərilir. Hibrid müharibəsindən əvvəl asimmetrik müharibə ola bilər. Üsyançıların döyüş bacarıqları böyüdükcə asimmetrik müharibə hibrid müharibəyə çevrilə bilər. Belə ki, N. Popesku hesab edir ki, 2000-ci ildə "Hizbullah"ın İsrail ordusuna qarşı hərəkətləri artıq hibrid müharibəsinin bir variantı idi. == Tərifi == Hibrid müharibənin müntəzəm ("simmetrik") döyüş əməliyyatlarını asimmetrik müharibələrin elementləri ilə birləşdirən müharibə kimi başqa bir tərifi də var. Məsələn, C.Mak Kuin hibrid müharibəni "simmetrik və asimmetrik müharibələrin birləşməsi" olaraq izah edir.
Kanudus müharibəsi
Kanudus müharibəsi (port. Guerra de Canudos) həmçinin Kanudus üsyanı da adlandırılır.Bu hərbi konfilikt 1896- 1897 ci illərdə Braziliya və üsyançılar (25-30minlik) arasında baş verir.Kanudus == Hərəkatın yaranması == 1888-ci ildə Braziliyada quldarlığın ləğvi ilə Baiya ştatında geniş boş torpaqlar vardı ki,onların böyük hissəsi azad olmuş qullar,torpaqsız kəndlilər,kasıb hindular və cinayətkarlar tərəfindən məskulaşmişdı.1896-cı ildə Kanudusda 25-30 min əhali yaşayırdı.Bu zamanlar Braziliyada "Kaucuk xəstəliyi" geniş yayılmışdır.Kaucuk konpaniyası bölgəni ələ keçirmək insaları isə qul vəziyyətinə salmaq niyyətində idi.Antoniy Marsiel (Konseleyra) bu vəziyyətdə sadə ,kasıb xalqa arxa duraraq hərəkat başladır. Antoniyo dini kamuna yaradılır və 9000 tərəfdar topluya bilir.Özünü 'peygəmbər' elan edir.Respublika quruluşuna qarşı cıxılır və onu antixristian quruluş adlandırılır.Vergi yığılması dayandırılır.Bir necə il ərzində onun tərəfdarları 20-30 min nəfərə catır.Bu insanlar əsasən kasıblar idi.Konseleyrunun başçılığı ilə bura gələn tacirlərə ,varlılara hücum edilir.Baiya ştat rəhbərliyi vəziyyəti sabitləşdirmək üçün əlindən gələni edirdi.Üsyançılar əvəlcə Baiya ştatının bir neçə polis bölməsini sonradan isə federal hökumət qüvvələrini darmadağın edir.Bu üsulla üsyançılar xeyli silah tədarük edə bilir. Bundan sonra hökumət üsyançılar monarxiya tərəfadarı,respublika və demokratiya düşmənlər adlandırılırlar.Üsyançılarla döyüşə ağır artilleriya ilə silahlanmış ordu göndərir.8000 nizami ordu göndərilir. Hərbi əməliyyatlar bir necə ay çəkir.1897-ci illin sentyabrında Antoniy Konseleyu öldürülür.Hərəkat bir müddət davam etdirilir.oktyabrın 5 də hərəkat tam darmadağın edilir.Braziliya hökumət qüvvələri 5000 itki verir.Kanudus isə darmadağın edilərək yer üzündən silinir.Üsyancılar 20.000 çox itki verir.5 il müddətində bu hadisə haqqında qəzet və jurnallarda yazmaq qadağan edilir.
Kargil müharibəsi
Kargil müharibəsi (hind: करगिल युद्ध, kargil yuddh, urdu: کرگل جنگ ‎ kargil jang) — 1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verən hərbi münaqişə. Hindistanda bu münaqişə Vijay əməliyyatı (Hind dilində mənası "qələbə" deməkdir) kimi də adlanır. Müharibənin başlamasının səbəbi Pakistan hərbçilərinin təmas xəttini keçərək Kəşmirin Hindistanın nəzarəti altında olan Kargil bölgəsinə daxil olması idi.
Katvan müharibəsi
Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı. == Döyüşdən əvvəlki vəziyyət == Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar. == Döyüş == Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır.
Kontestado müharibəsi
Kontestado müharibəsi (port. Guerra do Contestado). Braziliyanın cənubunda Kontestado vilayyətində kəndli üsyanı 1912-1916 cı illəri əhatə etmişdir.Bu ərazi Parana və Santa-Katarina ştatları arasında mübahisə predmeti idi. Üsyanın səbəbi ikili sıxlşdırılma idi.Bir tərəfdən böyük latfundiyalar və digər tərəfdən xariçi ölkərərin əraziyə yatırımları böyük rol oynayırdı.Kəndli üsyanlarını iki fazaya bölmək olar ki, 1902-1911 ci illərdə partizan müharibəsi xüsusiyyəti daşıyırdısa ,artıq 1912-1916 illərdə daha qanlı müharibə xarakteri alırdı.Kəndli üsyanına 1910-cu ildəki Portuqaliya inqilabı öz təsirini göstərmişdi.Müharibənin gedişində 20.000 insan həlak olur.Bu münaqişə Kanudus müharibəsindən sonra Braziliyada ən qanlı vətəndaş muharibəsi hesab edilir. == Münaqişənin xarakteri == Bu münaqişə Kanudus üsyanına bir çox parametrlərinə görə bənzəyir.Bu ərazidə 1895-ci ildə Juan Mariya adlı birisi özünü müqqəddəs elan edərək ,onun ölümündən sonra yenidən diriləcəyini dildirirdi.Dirildikdən sonra isə artıq hec bir vəba ,aclıq və müharibələrin olmayacağını bildirir.O 1900-cu ildə ölür .Bir müddət sonra isə Joze Mariya adlı kilsə xadimi özünü Juanın qardaşı elan edərək sadə kəndliləri silahlı mübarizəyə cağırır.Bu ərazidə kəndlilərin üsyan dalğaları hələ 1902-ci ildən başlayır.Bölgə iqtisadiyyatı hələ Portuqaliya dönəmindən iri torpaq sahibləri olan Latfundiyaliların əlində cəmləşmişdi. == Münaqişənin yaranması == Bölgə ərazisinin böyük hissəsi məskunlaşmamış olaraq qalırdı.Buna görədə bölgəyə çoxlu sayda braziliyalılar və immiqrantlar gəlırdilər.İlk toqquşmalar gəlmələr və yerli kəndlilər arasında baş verir.Ərazinin üstəlik hüquqi cəhətdən hansı ştata mənsub olması və San-Paulo və Rio de Janeyro arasında dəmir yolu çəkilməsi vəziyyəti daha da ağırlaşdırırdı.Dəmir yolunun çəkili zamanı əsasən Avropadan olan immiqrantlar iştirak edirdilər. Burada ilk partizan dəstələri gözlənilməz hücumla həm gəlmələri ,həm də işçiləri qorxudurdular.1910-cu ildə Argentina ilə sərhəddə toqquşmalar səbəbindən yolun tikintisini daha da gücləndirilir.Burada işləyən immiqrantların sayı 8.000-ə catır.Geniş miqyasda meşələr qırılır.Latfundiyalılar isə dəmir yolu tikintisinə görə öz torpaqlarını dövlətə satırlar.Üstəlik ucuz işçi qüvvəsi olan immiqrantların latfundiyalıların torpaqlarında işləməsi daha sərfəli idi.Bu səbəbdən kəndlilər torpaqsızlaşır və narazıların sayı artırdı. == Müharibənin gedişatı == İlk toqquşmalar 1912-ci ildə başlayır.Üsyançılar əsas düşərgəsi Takapusu idi.28 oktyabrda üsyançılar hökumət qüvvələrini məğlub edirlər.Joze Mariya bu döyüşdə həlak edir.Onun tərəfdarları Jozenin ölümünü qəbul etirdilər və mübarizəni davam etdirirdilər.Artileriyadan istifadəyə baxmayaraq üsyançılar mübarizəni davam etdirirdilər.1914 -ci il 1-ci dünya müharibəsi başlayırki buda Braziliyanın üsyancılara daha çox əhəmiyyət verə bilmir.1915-ci ildən hökumət bölgələ daha güclü güvvə göndərir.Əraziyə 6.000-lik ordu ,agır artılerıya ,səhra telefonları,teleqraf və Braziliya tarifində ilk dəfə hərbi aviasiya cəlb olunur.Üsyanın yatırılması çox ləng və çətin gedirdi.Səbəb isə hərbiçilərə az maaş verilməsi və əsgərlərin alcaldılması ordunun usyançılara olan marağı artırırdı.Ancaq üsyançıların mühəşəkkil olmaması sonda onlarım məğlubiyyəti ilə nəticələnir.1914-ci ildə üsyançıların əsas düşərgəsi takapusu ələ keçirilir.15 may 1915 ildə qücləndirilmiş Santa-Marina düşərgəsi ələ keçməsi ilə nəticələnir.1916-cı ilin avqust ayında baş vermiş döyüşdə üsyançılar tam məğlub edilir.1917-ci ilin iyun ayında Jezus de Nazari üsyana cəhd etsədə bir nəticə vermir. == Nəticə == 1913-ci ildə ölkənin simalında buna bənzər bir üsyan baş verir ki,hökumət onun yatırılmasına bir il sərf etdi.Bu ölkə ordusun zəyifliyini göstərirdi.
Koreya müharibəsi
Koreya müharibəsi — Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-ə qədər davam etmiş hərbi münaqişə (əslində müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb). Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Şimal koalisiyasının tərkibinə Şimali Koreya və onun hərbi qüvvələri, Çin ordusu (amma rəsmən hesab edilir ki, ÇXR konfliktdə iştirak etməmişdir, Çinin nizami ordusu formal olaraq "Çin Xalq Könüllüləri" adlanan birləşmə hesab olunmuşdur) daxil idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük hissəsini öz üzərinə götürmüşdür. Çoxsaylı sovet hərbi məsləhətçi və mütəxəssisləri müharibənin başlanmasına qədər Şimali Koreyadan çıxarılmış, amma müharibə dövründə SİTA-nın müxbiri adı ilə geri göndərilmişdilər. Cənub koalisiyasınında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmçinin BMT Sülhməramlı Qüvvələri tərkibində bir sıra başqa ölkələr iştirak etmişdilər. == Adlanması == İngilis dilində Koreya konflikti daha çox "Koreya müharibəsi" (ing. Korean War) adlandırılır, buna qədər ABŞ-də bu formal olaraq müharibə yox, "polis əməliyyatı" (ing. Police action) hesab edilirdi. ABŞ-nin hərbi vəziyyəti də elan olunmamışdı, halbuki prezident Trumen mülki təyinatlı istehsalın məhdudlaşdırılması hesabına, ölkə iqtisadiyyatının "hərbi yola" keçməsini asanlaşdırmaq üçün planlar hazırlamışdı.
Kosovo müharibəsi
Kosovo müharibəsi — fevral ayında Albaniyalı üsyançılar və Yuqoslaviya Federal Respublikası arasında baş verən silahlı qarşıdurmadır. Döyüş Kosovo və Metohija üçün müstəqillik əldə edən Kosovalı Albanların təşəbbüsü və hər iki tərəfdəki vətəndaşların çox sayda itki verməsinə səbəb oldu. 1999-cu ilin martında NATO, FRY-nin bombalanmasına başlayan münaqişəyə müdaxilə etdi. 1999-cu ilin iyun ayında NATO-nun və Kumanovoda Yuqoslaviya Ordusunun nümayəndəsi tərəfindən imzalanmış Hərbi Texniki Konvensiyaya əsasən, bölgənin nəzarəti KFOR qüvvələrinə verilib. Alban olmayan əhalinin (Sırplar, Çernoqoriya və Çingeneler) kütləvi şəkildə xaric olması və vilayətdə qalanlara qarşı çox sayda cinayət törətməsi olmuşdur. Kosovo Albaniyası 17 Fevral 2008-ci ildə Kosovanı elan etdi. Kosovada yaşanan gərginlik Yuqoslaviya iqtisadiyyatına mənfi təsir etdi və siyasi və ideoloji böhrana səbəb oldu. Albaniyadakı danışmalara əlavə olaraq əyalətdə mövqeyi tədricən pisləşən Kosovalı serblər də diqqəti çəkdi. Diqqət çəkmək üçün Kosovada yaşayan Sırpların nümayəndələri ali hakimiyyət orqanlarına kollektiv ərizələr verməyə başladı və Belqradda etiraz yürüşləri təşkil etdi. Bir müddətdən sonra, Yuqoslaviya hakimiyyəti YTU Mərkəzi Komitəsi Rəyasət Heyətində Sloveniyanın nümayəndəsi Milan Kuçanın başçılıq etdiyi işçi qrupu yaratdı.
Kristeros müharibəsi
Kristeros vətəndaş müharibəsi (isp. Guerra de los Cristeros) — hərbi konfilikt Meksika federal qüvvələri ilə Kristeros üsyançıları arasında 1926 ilə 1929-cu illərdə baş vermişdir. 1917-ci ildə qəbul edilən konstitusiya kilsəyə ağır zərbə vurur. Kilsənin bütün hüquqlarının əlindən alınması, dini ritualların yerinə yetirilməsinə qadağa Kristeros vətəndaş müharibəsinin baş verməsinə səbəb olur. == Münaqişənin tarixi == 1917-ci ildə qəbul edilən konstitusiyasına görə kilsə bütün mülkiyyətdən məhrum edilir və mülkə sahib olmağa qadağa qoyulur. Monastrlar bağlanır, dini ritualların keçirilməsinə qadağa qoyulur. Dini aktlar yalnız qapalı və onlar üçün ayrılmış yerlərdə keçirilməsinə icazə verilir. Din xadimlərinin (keşişlərin) ictimai yerdə xaç gəzdirilməsinə qadağa qoyulur. 1926-cı ildə Plutarko Elias Kales din əlehinə kositutsiya proqramı qəbul edir. Fevral ayında onlarla xariçi vətəndaş olan kilsə xadimləri ölkədən cıxarılır.
Krım müharibəsi
Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır. == Tələbləri == Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 yanvar 1991–28 fevral 1991).
Lapland müharibəsi
Laplandiya müharibəsi (fin Lapin sota) — Finlandiya və Almaniya silahlı qüvvələri arasında 1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinə qədər olan müharibə. 1941-1944-cü illərdəki müharibədə SSRİ-yə məğlub olan Finlandiya, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini öz ərazilərini tərk etməyə məcbur etmək üçün mübarizə aparmışdır. Müharibənin sonunda alman qüvvələri Norveçə geri çəkilmiş və Finlandiya Moskva müqaviləsi öhdəliklərini yerinə yetirməyə davam etmişdir.
Livoniya müharibəsi
Livoniya müharibəsi (1558-1583-cü illər) — Livoniya konfederasiyası, Rusiya çarlığı, Böyük Litva knyazlığı (1569-cu ildən - Reç Pospolita), İsveç və Danimarka krallığının iştirak etdiyi XVI əsrdə baş verən böyük bir hərbi münaqişə (və ya bir sıra hərbi münaqişələr). Döyüş əməliyyatları əsasən müasir Estoniya, Latviya, Belarus və Rusiyanın şimal-qərbi ərazilərində aparılırdı. Müharibə 1558-ci ilin yanvarında Rusiya çarlığının Livoniyaya hücumu ilə başladı. Müharibənin ilk mərhələsində rus qoşunları əhəmiyyətli uğurlar əldə etdilər. Narva, Derpt (Yuriyev) və bir sıra digər şəhər və qəsrlər fəth edildi. 1561-ci ildə Vilen müqaviləsinə əsasən Livoniya Konfederasiyası ləğv edildi. Onun ərazisinin bir hissəsi vassal olaraq Kurlandiya və Semiqaliya hersoqluğu şəklində Böyük Litva knyazlığına qəbul edildi. Digər bir hissəsi isə birbaşa Böyük Litva knyazlığının bir hissəsi oldu. Bu andan başlayaraq, müharibə əsasən Rusiya çarlığı ilə Böyük Litva knyazlığı arasında qarşıdurma xarakteri aldı və hərbi əməliyyatlarda əsasən sonuncunun ərazilərində aparıldı. 1563-cü ildə Polotsk rus qoşunları tərəfindən tutuldu.
Molodi müharibəsi
Molodi müharibəsi — (Rus dilində: Молодинская битва) 1572-ci ilin iyul-avqust aylarında olmuşdur. Bu müharibə, İvan Qroznının ən əhəmiyyətli döyüşlərindən biridir. Öz ordusundan iki dəfə böyük bir orduya qalib gəlmişdir. İvan Qroznı Moskva şəhərinin 40 mil yaxınlığında Krım xanı I Dövlət Gəray xana qarşı vuruşmuşdur. Rusiya çarlığının Livoniya müharibəsini aparmasını fürsət bilən Dövlət Gəray, bir illik fasilədən sonra Moskvaya yenidən hücuma keçdi. Osmanlı tərəfindən artilleriya və yeniçəri qüvvələri ilə dəstəklənərək, 3 kəşfiyyat dəstəsi göndərdi. Sonra da (26 iyulda) Oka çayının qarşı sahilinə keçdi. Amma çayın o biri tərəfində Rus ordusunun yerləşdiyini bilmirdi (həmin dövrdə Rusiya Livoniya müharibəsində müvəqqəti atəşkəs imzalamışdı). Rus ordusu 23 min əsgərdən ibarət bir gücə malik idi. Baş komandaları Knyaz Mixail Vorotynsky idi.
Mədəniyyət müharibəsi
Mədəniyyət müharibəsi — istifadə edildiyi ərazi və tarixdən asılı olaraq, fərqli mənalara sahib termin. İlkin olaraq, termin Qərb dünyasında ənənəçi, klassik liberal və ya mühafizəkar dəyərlər ilə sosial-demokrat, tərəqqipərvər və ya sosial liberal dəyərlər arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibələri bütün dünya cəmiyyətlərində tarix, elm və digər mövzular üzrə debatlara səbəb olmuşdur. Mədəniyyət müharibəsi termini Kanadada Qərbi və Şərqi Kanada, şəhər və şəhərətrafı ərazilərdə, mühafizəkarlıq və liberallıq arasındakı fərqliliyi təsvir etmək üçün istifadə edilir. Ölkələdə fransızdilli və ingilisdilli əhalinin bölünməsi də Kanada cəmiyyətinin inteqral hissəsi idi. Mədəniyyət müharibəsi termini alman dilindəki Kulturkampf (azərb. Mədəni mübarizə‎) sözünün hərfi tərcüməsidir (kalka). Kulturkampf sözü 1871-ci ildən 1878-ci ilə qədər davam edən Almaniya imperiyasının kansleri Otto fon Bismark rəhbərliyindəki mədəni və dini qruplar ilə Roma Katolik Kilsəsi arasındakı münaqişəyə aid edilir. Mədəniyyət müharibəsi sözünün ingilis dilindəki hərfi tərcüməsi – Culture war termini dövrün ABŞ qəzetlərində nəşr olunmuşdur. Sekulyarizm Ölüm cəzası Seksual inqilab Qlobal istiləşmə "Force Behind The Culture War 2016".