Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Apelyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Avropa Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə — İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Haaqa məhkəməsi
Skottsboro məhkəməsi
Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-də baş verən hadisə. Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi. Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi və şübhəlilər illərlə həbs cəzası almışdı. 1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı. Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zəncisi və dörd ağ şəxs qatardan endirilərək həbs edildi. Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər. Bir birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan münsiflər tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı.
Ulduz məhkəməsi
Ulduz məhkəməsi (türk. Yıldız mahkemesi) — Osmanlı sultanı Sultan Əbdüləzizin taxtdan endirilərək şəhid edilməsinə səbəb olanları mühakimə etmək məqsədilə çağırılan məhkəmə iclası. Sədrəzəm Mütərcim Rüşdü Paşa, sərdar Hüseyn Avni Paşa, şeyxülislam Xeyrullah Əfəndi və Midhat Paşanın hazırladığı gizli planla Sultan Əbdüləziz 30 may 1876-cı il tarixində taxtdan endirildi. Ancaq Hüseyn Avni Paşa tərəfindən aylıq 100 qızıl lirə maaşla Fəriyə sarayında bağban olaraq işə alınan və sabiq padşahı qorumaqla vəzifələndirilən Cəzayirli Mustafa, Yozqatlı Mustafa çavuş və Boyabatlı Hacı Mehmed adlı 3 pəhləvan tərəfindən çevrilişdən 5 gün sonra – 4 iyun günü şəhid edildi. Ancaq hadisə intihar olaraq elan edildi və üstü örtüldü. V Muradın qısa səltənətindən sonra taxta çıxan II Əbdülhəmid, baş katibi Kiçik Səid bəyin vasitəsilə əmisi Sultan Əbdüləzizin şəhid edilməsiylə bağlı gizli tədqiqat yürütməyə başladı. Tədqiqat nəticəsində əmisinin iddia olunduğu şəkildə intihar etmədiyi və tutulduğu Fəriyə sarayında gizlicə qətlə yetirildiyi aşkarlanmış, ardından Sultan Əbdülhəmid hadisənin hüquqi baxımdan rəsmi olaraq mühakimə edilməsini istədi. Məhkəmə sədri olaraq vəzifələndirilən Fındıqlılı Mehmed Əfəndi 1 aprel 1881-ci ildə tədqiqata başladı. Tədqiqat komitəsində dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəylə, mabeyn katiblərindən Raqib bəy də vəzifələndirildi. Sultan Əbdüləzizin ölümündə birinci dərəcədə rolları olduğu iddia edilən və hadisənin ardından az bir maaşla paytaxtdan uzaqlaşdırılan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed və Cəzayirli Mustafa adlı pəhləvanlar İstanbula gətirilərək ifadələri alındı.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
Kenquru məhkəməsi
Kenquru məhkəməsi — qanun və ya ədalətin tanınmış standartlarına məhəl qoymayan, yerləşdiyi ərazidə çox az və ya heç bir rəsmi mövqeyə malik olmayan və adətən ad hoc olaraq çağırılan məhkəmə üçün qeyri-rəsmi aşağılayıcı termin. Kenquru məhkəməsi lazımi prosesə məhəl qoymayaraq əvvəlcədən müəyyən edilmiş nəticəyə gələ bilər. Bu termin həm də qanuni məhkəmə orqanının nəzarətində olan, lakin məhkəmənin hüquqi və ya etik öhdəliklərinə qəsdən məhəl qoymayan məhkəmə üçün də istifadə olunur. Forumun strukturu və fəaliyyəti aşağı dərəcəli mühakimə ilə nəticələndikdə kenquru məhkəməsi də inkişaf edə bilər. Bunun ümumi nümunəsi, institusional mübahisə edənlərin ("təkrar oyunçular") fərdi mübahisələrə ("bir vuruşlu oyunçular") nisbətən həddindən artıq və ədalətsiz struktur üstünlüklərinə malik olmalarıdır. == Etimologiya == Terminin ilk dəfə 1841-ci ildə ABŞ-da istifadə edildiyi bilinir. "The Daily Picayune" qəzetində bir məqalədə Concordia Intelligencer-dən sitat gətirilir, "Kenquru məhkəməsinin başlatdığı müxtəlif ittihamlarla" bir neçə edamın olduğunu bildirərək soruşur: "Başa düşmədim: kenquru məhkəməsi nədir?". Bu terminin kenquru vətəni Avstraliyada və ya ondan əvvəl başqa yerlərdə istifadə edildiyi təsdiqlənməyib. Bəzi mənbələr bu terminin minlərlə avstraliyalının axın etdiyi 1849-cu ildə Kaliforniyada qızıl hərisliyi zamanı populyarlaşdığını göstərir. Avstraliyalı mədənçilərin iştirakı nəticəsində, bu, iddia qaldıran mədənçilərin problemi ilə məşğul olmaq üçün istifadə edilən tələsik həyata keçirilən prosedurların təsviri kimi meydana çıxa bilər.
ABŞ Ali Məhkəməsi
ABŞ Ali məhkəməsi (ing. Supreme Court of the United States) — ABŞ-nin ali məhkəmə instansiyası. Əsası 1789-cu ildə qoyulmuş bu məhkəmə biri sədr olmaqla 9 hakimdən ibarətdir. Məhkəmə ümumiyyətlə apelyasiya məhkəməsi kimi çıxış edir, lakin bir sıra hallarda (məsələn, diplomatlar və ya bir ştatdan digərinə məhkəmə iddiası ilə) birinci instansiya məhkəməsi ola bilər. Hakimlər prezident tərəfindən Senatın razılığı ilə ömürlük təyin olunur və səlahiyyətlərinə yalnız könüllü istefa və ya törədilmiş cinayətlərə görə impiçment nəticəsində vaxtından əvvəl xitam verilə bilər. 1789–2005-ci illər arasında ABŞ prezidentləri Ali Məhkəmənin hakimi vəzifəsinə 149 namizəd təklif etmiş, bunların 80% -i hakim seçilmişdir. Statistikaya görə, yeni hakim hər 22 aydan bir təyin olunur.
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Avropa Ədalət Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə — İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı. Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. == Tarixi == Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. == Hakimlərinin tərkibi == Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.
BMT Beynəlxalq Məhkəməsi
Bakı Dairə Məhkəməsi
Bakı Dairə məhkəməsi — məhkəmə orqanı. == Tarixi == Məhkəmə orqanı 1868-ci il fevralın 19-da fəaliyyət başlamışdı. "1864-cü il 20 noyabr tarixli məhkəmə nizamnamələrinin Zaqafqaziya diyarında tətbiqi haqqında" qanuna (1867-ci il 9 dekabr) əsasən yaradılmışdı. 1918-ci ilin mayında Bakı Xalq Komissarları Sovetinin dekreti ilə ləğv olunumuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi və onun tabeliyindəki idarələr, habelə prokurorluğun fəaliyyəti bərpa edilmişdi. Dairə məhkəməsi Bakı quberniyasında ali məhkəmə instansiyası olub Azərbaycan Məhkəmə Palatasına və Ədliyyə Nazirliyinə tabe idi. Sədr və 5 üzvdən ibrət olan darə məhkəməsi nəzdində məhkəmə pristavları, böyük notarius və notariuslar, xüsusilə mühüm işlər üzrə iki məhkəmə müstəntiqi fəaliyyət göstərirdi. Məhkəmədə iki cinayət şöbəsi və iki mülki şöbə var idi. Mülki şöbələrdə mərzv məsələləri ilə bağlı mübahisələrə də baxılırdı və bunu məhkəmənin hakimlərindən biri aparırdı. Bakı şəhər barışıq şöbəsi, istintaq şöbəsi, Bakı qəza barışıq şöbəsi, dairə prokuror nəzarəti Bakı dairə məhkəməsinin tabeliyində idi.
Ermənistan Konstitusiya Məhkəməsi
Ermənistan Konstitusiya Məhkəməsi (erm. Հայաստանի Հանրապետության սահմանադրական դատարան) — Ermənistanda konstitusiyaya nəzarət üçün ən yüksək hüquqi qurum. 1995-ci ildə yaradılmışdır. İcraedici, qanunverici və digər məhkəmə orqanlarından asılı olmayan bir məhkəmə orqanıdır. Qanunların və digər qanunvericilik aktlarının konstitusiyaya uyğunluğuna nəzarətdən məsuldur. Ermənistan Konstitusiya Məhkəməsinin qanunu həm Ermənistan Konstitusiyasında, həm də Ermənistan qanunveriliciyində müəyyən edilmişdir. == Tarixi == 1988-ci ilin dekabrında Sovet İttifaqı Konstitusiyasına edilən dəyişiklik əsasında Konstitusiyaya Nəzarət Komitəsi yaradılmışdır. SSRİ qanunvericiliyi ittifaqın hər bir respublikasında bir Konstitusiyaya Nəzarət Komitəsi yaratmağı nəzərdə tuturdu, lakin bu baş tutmamışdır. Konstitusiya Məhkəməsi haqqında qanun 20 noyabr 1995-ci ildə Ermənistan Milli Məclisi tərəfindən qəbul edilmiş və 6 dekabr 1995-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən imzalanmışdır. 5 və 6 fevral 1996-cı ildə Konstitusiya Məhkəməsinin üzvləri təyin olunmuşdur.
Gürcüstan Ali Məhkəməsi
Gürcüstan Ali Məhkəməsi (gürc. საქართველოს უზენაესი სასამართლო) — Gürcüstanın ən yüksək və ali məhkəməsi. 2005-ci ildə kassasiya instansiyası olaraq yaradılmışdır. Gürcüstanın paytaxtı Tiflisdə Aleksandr Şımkeviç, tərəfindən dizayn edilmiş və 1894-cü ildə tikilmiş bir binada yerləşir. Ali Məhkəmə ümumi məhkəmələrdə ədalət mühakiməsinə nəzarət edir. Onun fəaliyyəti qanuni, kollektivlik, şəffaflıq, tərəflərin bərabərliyi və rəqabət, habelə hakimlərin sarsılmazlığı, toxunulmazlığı və müstəqilliyi prinsiplərini rəhbər tutmalıdır. Gürcüstan Ali Məhkəməsi Apellyasiya Məhkəmələrinin qərarlarından verilən şikayətlərə baxır. Qanunun vahid şərhinin tətbiq olunmasını və vahid məhkəmə təcrübəsinin qurulmasını dəstəkləyir. Hüquq normalarının əsaslandırılmış aydınlaşdırılması və müqayisəsi və məhkəmə təcrübəsinin qurulması ilə, Kassasiya Məhkəməsi məhkəmə sisteminin sürətli və nizamlı fəaliyyətini təmin etməyə çağırılır.
Koreya Konstitusiya Məhkəməsi
Koreya Konstitusiya Məhkəməsi, Cənubi Koreyanın müstəqil və ixtisaslaşmış məhkəməsidir, əsas vəzifəsi Koreya Respublikası Konstitusiyasına uyğun olaraq konstitusiyanı nəzərdən keçirtməkdir. Hökumət qurumları arasındakı səlahiyyət mübahisələrinə hökm vermək, ittihamlar ilə bağlı son qərarlar vermək və siyasi partiyaların ləğvi ilə bağlı qərar vermək kimi inzibati hüquq funksiyalarına da malikdir. == Status == Konstitusiya, Qanunverici, İcra və Məhkəmə sistemlərindən başqa ayrı bir fəsildə Konstitusiya Məhkəməsinin müstəqil statusunu və səlahiyyətini təmin edir. Hakimiyyət bölgüsünə görə, Məhkəmə Milli Məclis, Prezident və Ali Məhkəmə ilə birlikdə Konstitusiya ilə verilmiş səlahiyyətini həyata keçirir və onu xalqın digər ali qurumları ilə bərabər edir. Ümumiyyətlə Cənubi Koreyadakı Konstitusiya Məhkəməsinin ilk növbədə Avstriya və Almaniyadakı konstitusiya məhkəmələrinə istinad etdiyi güman edilir. ==== Konstitusiya mübahisələri üçün son vasitə ==== Konstitusiya Məhkəməsi, nizamnaməyə konstitusiya baxışı, konstitusiya şikayətləri, hökumət qurumları arasındakı səlahiyyət mübahisələri, yüksəkvəzifəli dövlət məmurlarının impiçmenti və siyasi partiyaların ləğvi ilə bağlı səlahiyyətlərə malikdir. Yuxarıda göstərilən məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin qərarı bütün dövlət qurumlarını və yerli özünüidarə orqanlarını bağlayır və şikayət edilə bilməz. ==== Məhkəmə orqanları ==== Məhkəmə qanuni prosedurlarla Konstitusiyanı qoruyur. Məhkəmə, nizamnamələrin konstitusiyaya uyğunluğu, impiçment, siyasi partiyanın ləğvi, səlahiyyət mübahisələri və konstitusiya şikayətləri zamanı, Konstitusiya mübahisələrini həll etmək və onun pozulmasının qarşısını almaq üçün Konstitusiyanı şərh edir və tətbiq edir. ==== Əsas hüquqların qorunması ==== Məhkəmə insanların əsas hüquqlarını təmin edir.
Macarıstan Konstitusiya Məhkəməsi
Macarıstan Respublikası Konstitusiya Məhkəməsi (mac. Magyarország Alkotmánybírósága) — Macarıstan Parlamentinin aktlarına məhkəmə nəzarətini həyata keçirən, Macarıstanın xüsusi məhkəməsi. Budapeştdə yerləşir. 2012-ci ilədək Esterqomda fəaliyyət göstərib. 1 sentyabr 2011-ci ildən Konstitusiya Məhkəməsi 15 hakimdən ibarətdir (əvvəllər 11 hakimdən ibarət olub). Məhkəmənin üzvləri daha sonra gizli səsvermə ilə öz üzvləri sırasından Məhkəmənin sədrini seçirlər. Sədr tərəfindən təyin edilən bir və ya iki sədr müavini hər hansı səbəbdən sədr olmadıqda onu əvəz edirlər. Konstitusiya məhkəməsi qanunların konstitusiyaya uyğunluğuna dair qərarlar qəbul edir; bu qərarlardan şikayət edilə bilməz. Konstitusiya Məhkəməsi konstitusiyanın qorunması ilə bağlı fəaliyyət göstərən başlıca orqandır. Onun vəzifəsi qanunların konstitusiyaya uyğunluğunu nəzərdən keçirmək, konstitusional qaydanı və konstitusiya ilə zəmanət verilmiş əsas hüquq və azadlıqları qorumaqdır.
Qazaxıstan Ali Məhkəməsi
Qazaxıstan Respublikasının Ali Məhkəməsi — yerli və digər məhkəmələrə tabe olan mülki, cinayət və digər işlərdə Qazaxıstan Respublikasının ən yüksək məhkəmə orqanıdır, qanunlarda nəzərdə tutulmuş prosessual formalarda fəaliyyətlərinə nəzarət edir və məhkəmə təcrübəsi məsələlərinə aydınlıq gətirir. Statusu Qazaxıstan Konstitusiyasında (Maddə 81) və "Qazaxıstan Respublikasının Məhkəmə Sistemi və Hakimlərinin Statusu haqqında" Konstitusiya Qanununda (Fəsil 3) ifadə edilmişdir. Ali Məhkəmənin sədri, kollegiya sədrləri və Qazaxıstan Respublikası Ali Məhkəməsinin hakimləri Respublika Prezidentinin təklifi ilə Senat tərəfindən seçilir. Qazaxıstan Respublikasında ədalət mühakiməsi yalnız məhkəmə tərəfindən həyata keçirilir (Konstitusiyanın 75-ci maddəsi). Ali Məhkəmə Prezident və hakimlərdən ibarətdir. Ali Məhkəmə hakimlərinin ümumi sayı Ali Məhkəmə sədrinin təklifi ilə Qazaxıstan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. plenar iclas; plenar iclasın rəyasət heyəti; mülki işlər üzrə məhkəmə kollegiyası; cinayət işləri üzrə məhkəmə kollegiyası; ixtisaslaşmış məhkəmə heyəti. 1. Ali Məhkəmənin plenar iclası: 1) Ali Məhkəmə sədrinin təklifi ilə müvafiq məhkəmə kollegiyasının say və fərdi tərkibini müəyyənləşdirir; 2) məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsinin nəticələrinə əsasən, respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsində qanunun aliliyinə riayət olunması məsələlərini nəzərdən keçirmək; 3) normativ qərarlar qəbul edir, məhkəmə təcrübəsi məsələlərinə aydınlıq gətirir və qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verir. Normativ qərarlar Ali Məhkəmənin plenar iclasında Ali Məhkəmə hakimləri sayının ən azı üçdə ikisinin səsi ilə və hakimlərin ümumi sayının ən azı dörddə üçünün səs çoxluğu ilə qəbul edilir.
Özbəkistanın Konstitusiya Məhkəməsi
Özbəkistan Respublikası Konstitusiya Məhkəməsi sədri və müavini də daxil olmaqla yeddi hakimdən ibarətdir. 2014-cü ildən bəri sədr (2017-ci ildə yenidən seçildi) — Mirbabayev Bəxtiyar Şamsutdinoviç, əvvəllər sədr B. A. Eşonov idi. Hakimlər (35 yaşdan kiçik və 70 yaşdan yuxarı) Senat tərəfindən Ali Məhkəmə Şurasının tövsiyə etdiyi şəxslər arasından ən çox iki müddətə 5 il müddətinə seçilir. İlk "Özbəkistan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Qanun 6 may 1993-cü ildə qəbul edildi, həmin il 7 may tarixində Ali Şura "Konstitusiya Məhkəməsinin funksiyalarının müvəqqəti olaraq tapşırılması haqqında" qərar qəbul etdi. Özbəkistan Respublikası Konstitusiya Nəzarət Komitəsinin tərkibi. 1995-ci ildə Konstitusiya Məhkəməsi haqqında ikinci bir qanun qəbul edildi və hakimlər həmin ilin dekabrında seçildi. Mövcud Konstitusiya Məhkəməsi haqqında qanun 2017-ci ildə qəbul edilmişdir. Tapşırıqlarına təklif olunan qanunların Özbəkistan Konstitusiyasına və Qaraqalpaqstan Respublikası qanunlarının Özbəkistan Respublikasının qanunlarına zidd olub-olmaması məsələsinə baxılması daxildir. Konstitusiyanın 95-ci maddəsinə görə, Özbəkistan Prezidentinin Ali Məclisin ləğvi barədə qərarını təsdiqləmək səlahiyyəti də ona həvalə edilmişdir. Məhkəmə qərarları qətidir və apellyasiya şikayətinə tabe deyil.
İdman arbitraj məhkəməsi
İdman Arbitraj Məhkəməsi (ing. Court of Arbitration for Sport, CAS, fr. Tribunal arbitral du sport, TAS) — idman hüququ ilə bağlı mübahisələri həll etmək üçün yaradılan beynəlxalq məhkəmə. 1981-ci ildə o zaman ki, Beynəlxalq Olimpiya Komitəsi rəhbəri olmuş Xuan Antonio Samaranç idmanda yaranan mübahisələri həll edəcək ayrıca bir məhkəmənin yaranması fikri ilə ilk dəfə çıxış etmişdir. İdman Arbitraj Məhkəməsinin Statusu və Nizamnaməsi 30 iyun 1984-cü il tarixində qüvvəyə minmiş və eyni tarixdən də fəaliyyətə başlamışdır. İdman Arbitraj Məhkəməsinin rəhbəri hakim Keba Mbaye və baş katibi Gilbert Schwaar olmuşdur. İdman Arbitraj Məhkəməsinə ilk müraciət 1986-cı ildə olmuşdur və ilk qərar isə 1987-ci ildə qəbul edilmişdir. İdman Arbitraj məhkəməsinin səlahiyyətlərini qəbul edən ilk beynəlxalq idman federasiyası isə Beynəlxalq Atçılıq Federasiyası olmuşdur. 22 iyun 1994-cü il tarixində Beynəlxalq İdman Arbitraj Məhkəməsinin yaradılması haqqında Paris Müqaviləsi imzalanmışdır. Yaradılan bu idarəetmə forması ilə Beynəlxalq Olimpiya Komitəsinin İdman Arbitraj Məhkəməsi üzərindəki nəzarəti aradan qaldırılmışdır.
İrqçilik-Turançılıq məhkəməsi
İrqçilik-Turançılıq məhkəməsi - 7 sentyabr 1944-cü ildə başlayan və 29 mart 1945-ci ilə qədər davam edən, Türkiyə siyasi gündəmində önəmli olan 23 şəxsin İrqçilik-Turançılıq ittihamı ilə mühakimə olunduğu prosesin adıdır. Ümumi 65 iclas davam etmişdir. Mühakimə nəticəsində Zəki Validi Toğan, Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Reha Oğuz Türkqan, Cihat Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sancar, Cebbar Şenel və Camal Oğuz Öcal müxtəlif cəzalara məhkum edilmişdirlər. II Dünya müharibəsi dövründə Türkiyə xarici siyasətini müharibədən yayınmaq üzərinə qurmuş, müharibəyə qatılması üçün ona təzyiq edən müttəfiq dövlətlərə qarşı hərbi və lojistik əskikliklər bəhanə edilərək müharibədən uzaq qalmağa çalışılmış, Nasist Almaniyasının böyük uğurlar qazandığı 1943-cü ilə qədər Almaniya ilə olduqca yaxınlaşılmış və hətta türk hərbi müşahidəçilər heyəti Belqradda o dövrlərdə Kursk döyüşünə hazırlaşmaqda olan Alman ordusunun hazırlıqlarını incələmiş, VI və VII Panzer tümənlərinin yer aldığı Xarkov əməliyyatına qatılmışlardır. Almaniyanın Türkiyədəki səfiri Frans fon Papen, Ənvər paşanın qardaşı, köhnə hərbçi və biznesmen Nuru paşa vasitəsilə turançılığa dəstək vermişdir. 1943-cü ildən sonra Alman blokunun məğlub olmasına görə türk hökuməti nasist qələbələrinə görə icazə verdiyi bu hərəkatı sıxmağa başlamış, bunun nəticəsində də Hüseyn Nihal Atsız baş nazir Şükrü Saracoğluna Orhun jurnalında iki açıq məktub yazmış, bu məktublar nəticəsində Nihal Atsıza qarşı açılan məhkəmə mətbuatda İrqçilik-Turançılıq məhkəməsi olaraq adlandırılmışdır. O dövrün baş naziri Şükrü Saracoğlu, 5 avqust 1942-ci ildə TBMM-də etdiyi çıxışında bunları deyir: Bu açıqlamaya baxmayaraq dövlətin hər tərəfinə kommunist kadrların yerləşdirilməkdə olduğunu düşünən Nihal Atsız dövrün baş naziri Şükrü Saracoğluna Orhun jurnalında 1 mart 1944-cü ildə və yenə bir ay sonra 1 aprel 1944-cü ildə olmaqla iki açıq məktub yazır, baş nazirə şikayət və xəbərdarlıq edir. Şikayət edilənlərin arasında Əhməd Cavad Əmrə, Səbahəttin Əli, Sədrəddin Cəlal Antel və Həsən Əli Yücəl də vardır. Açıq məktubdakı təhqiramiz ifadələrə görə Səbahəddin Əli tərəfindən Atsız məhkəməyə verilir. 26 aprel 1944-cü ildə Ankarada başlayan ilk məhkəmə zalı gənclər tərəfindən tamamilə doldurulur.
İspaniya inkvizisiya məhkəməsi
İspaniya inkvizisiya məhkəməsi (isp. Inquisición española) - İspaniyada yaradılmış inkvizisiya məhkəməsi. İspaniya inkvizisiya məhkəməsi Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabel tərəfindən 1478-ci ildə yaradılmış inkvizisiya məhkəməsidir. II İzabel tərəfindən 1834-cü ildə ləğv edilənə qədər fəaliyyət göstərmişdir. İspaniya inkvizisiya məhkəməsinin hədəfi İspaniyada yaşayan müsəlmanları və yəhudiləri ölkədən qovmaq və İspaniyada qatı bir katolik dövləti yaratmaq idi. Allahı və İsanı inkar edənlər məhkəmənin qərarı ilə yandırılaraq öldürülürdü. İspaniya inkvizisiya məhkəməsinin göstərdiyi fəaliyyət nəticəsində 200 minə yaxın katolik olmayan şəxslər İspaniyanı tərk etməyə məcbur olmuşdular.
Sumqayıt Şəhər Məhkəməsi
1941-ci ildə yaranmış, əvvəlki adı Sumqayıt Xalq Məhkəməsi olmuşdur.
Hindistanın Ali Məhkəməsi
Hindistan Ali Məhkəməsi (IAST: Bhārat Kā Sarvochch Nyāyālaya; hind. भारत का सर्वोच्च न्यायालय) Hindistan Respublikasının ali məhkəmə orqanı və ən yüksək məhkəməsidir. Hindistandakı bütün mülki və cinayət işləri üçün son apellyasiya məhkəməsidir. O, həmçinin məhkəmə nəzarəti səlahiyyətinə malikdir. Hindistanın Baş Hakimindən və maksimum 33 hakimdən ibarət olan Ali Məhkəmə ilkin, apellyasiya və məsləhət yurisdiksiyaları şəklində geniş səlahiyyətlərə malikdir. Ali konstitusiya məhkəməsi olaraq, o, ilk növbədə müxtəlif ştatların Ali Məhkəmələrinin və tribunalların hökmlərinə qarşı şikayətlərə baxır. Məsləhətçi məhkəmə olaraq Hindistan Prezidentinin müraciət etdiyi məsələlərə baxır. Məhkəmə nəzarəti altında məhkəmə həm normal qanunları, həm də Əsas struktur doktrinanı pozan konstitusiya dəyişikliklərini etibarsız hesab edir. Vətəndaşların əsas hüquqlarını müdafiə etmək və mərkəzi hökumət və müxtəlif əyalət hökumətləri arasında hüquqi mübahisələri həll etmək tələb olunur. Onun qərarları Hindistanın digər məhkəmələri, eləcə də ittifaq və əyalət hökumətləri üçün məcburidir.