Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
II Mərvan
Mərvan II ibn Məhəmməd (təqribən 684 - 750) — sonuncu Əməvi xəlfəsi (744 -750). Bizanslılara qarşı vuruşmalarda fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahın Harrana (Mesopotamiya) köçürmüşdü. Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Məvarənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747 ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan 11 M. kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər sülaləsinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.
I Mərvan
Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə – 7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi. Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni. == Həyatı == M. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir.
Mərvan kəndi
Mərvan (fars. مروان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Miyandüab şəhristanı ərazisinə daxil olan kənd.
Mərvan ibn Həkəm
Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə – 7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi. Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni. == Həyatı == M. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir.
Mərvan ibn Məhəmməd
Mərvan II ibn Məhəmməd (təqribən 684 - 750) — sonuncu Əməvi xəlfəsi (744 -750). Bizanslılara qarşı vuruşmalarda fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahın Harrana (Mesopotamiya) köçürmüşdü. Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Məvarənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747 ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan 11 M. kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər sülaləsinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.
Əbu Mərvan ibn Zühr
Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر‎; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi. O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu‎) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur. == Həyatı == İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir.
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. == İşğal == İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Mərivan
Mərivan — مریوان حاشیه İranın Kürdüstan ostanının şəhərlərindən və Mərivan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 91,664 nəfər və 22,440ailədən ibarət idi.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
"Sərvan" nəğmələri
"Sərvan" nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə "sərvanlar" söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. "Sarvan" nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları ("Yoluva qoymuşam iydə", "Yoluva qoymuşam kahı", "Yoluva qoymuşam qəndi", "yoluva qoymuşam alma" və s.) "sərvanlar"ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. "Sərvan" nəğmələri bir çox hallarda oxşar nəqəratlərlə oxunur. "Aş gəl, aş gəl" nəqəratli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Bəzniçıraq Mərdan
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Mərcan adaları
Mərcan adaları (ing. Coral island)- Ya zəlzələ, ya suyun səviyyəsinin qalxması, ya da yer qabığının yerdəyişməsi nəticəsində materiklərdən ayrılanlar, vulkan lavalarının və mərcan kaloniyalarının ölmüş qalıqlarinin üst-üstə yığılıb qalmasından yaranan adalar. Mərcan adaları əsasən altışüalı mərcan poliplərinin və qırmızı yosunların qalıqlarının üst-üstə yığılması nəticəsində yaranır. Ekvator və tropik qurşaqlarda, suyun temperaturu il boyu 200 C-dən yuxarı olan sahələrdə geniş yayılmışdır.
Mərcan dənizi
Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.
Mərcan lili
Mərcan polipləri
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərivan şəhristanı
Mərivan şəhristanı — İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mərivan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 150,926 nəfər və 35,498 ailədən ibarət idi.
Orxan Mərdan
Orxan Mərdan Şiruyyə oğlu (13 sentyabr 1984) — Prodüser, rejissor, ssenarist, aktyor. == Həyatı == Orxan Mərdan 1984-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur. Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinin bitirdikdən sonra Maqistraturaya daxil olmuş, lakin təhsilini yarımçıq saxlayıb televiziya fəaliyyətinə başlamışdır. Universitet dönəmlərində yerli qazetlərdə jurnalistika ilə də məşğul olmuşdur. Ailəlidir. == Fəaliyyəti == Jam Media reklam şirkətində reklam fəaliyyəti ilə məşğul olduqdan sonra fəaliyyət sahəsini dəyişərək 2012-ci ildə Cavanlıq serialının ssenari müəllifliyini üstələnmişdir. 2013- cü ildə Oğurlanmış arzular (film, 2015) serialının Baş produseri olaraq produserlik fəaliyyətinə başlamışdır. 2014-cü ildən isə produser kimi 2014 - Xoxan (film, 2014), 2016- Naxox (film, 2016) , 2017- İkinci pərdə (film, 2017), 2018 - Qaragöz (Film 2018), 2021-ci ildə Zəhər tuluğu (film, 2021) filmlərini istehsal etmişdir.
Pərvan vilayəti
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Sərvan Ağayev
Sərvan Cəfərov
Sərvan Qüdrət oğlu Cəfərov (18 iyun 1972, Zəngilan – 10 aprel 1993, Zəngilan rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Cəfərov Sərvan Qüdrət oğlu 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə şəhərdəki 3 saylı orta məktəbi qurtarmışdı. 1991-ci ildə rus ordusu sıralarında qulluğa gedib. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdıb. Vətəninə qayıdan kimi rayon daxili işlər şöbəsində işə girib. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 10-da döyüşdə qəhrəmancasına şəhid olub. "Vətən uğrunda" madalı ilə təltif olunub. Subay idi.
Sərvan Eyyubov
Sərvan Eyyubov (tam adı:Sərvan Yusif oğlu Eyyubov 2.11.1998, Böyük Pirəli, Qəbələ, Azərbaycan — 12.10.2020, Tərtər,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Eyyubov Sərvan Yusif oğlu 2 noyabr 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olub. Orta təhsilini Böyük Pirəli kənd orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eyyubov Sərvan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sərvan Göyüşov
Sərvan Mehman oğlu Göyüşov (28 fevral 1997; Bərdə şəhəri türk çadır şəhırciyi Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi . == Həyatı == Sərvan Göyüşov 1997-ci il fevralın 28-də Bərdə şəhərində Türk QızılAy Şəhərciyində məcburi köçkün kimi məskunlaşmış Mehman Göyüşovun ailəsində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərvan Göyüşov oktyabrın 1 - də Murovdağ döyüşləri zamanı şəhid olub. 3 oktyabr 2020 il Ağdam rayonu Quzanlı qəsəbəsi kənd qəbristanlığında salınmış Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 05 noyabr 2021 il Azərbaycan Respublikasının Prezidentinin Sərancamına əsasən Azərbaycanın müstəqilliyinin,ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görGöyüşov Sərvan Mehman oğlu 3cü dərəcəli Rəşadət Ordeni ilə təltif olunub .
Sərvan Şahbazov
Sərvan və ya Sarvan Əliməmməd oğlu Şahbazov (14 iyul 1993; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərvan Şahbazov 14 iyul 1993-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sərvan Şahbazov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sərvan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sərvan Şahbazov 1 noyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 7 yanvar 2021-ci ildə Qusar rayonunun Gündüzqala kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sərvan Şükürov
Sərvan Sərxan oğlu Şükürov (26 avqust 1998; Kələntərli, Bərdə, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərvan Şükürov 26 avqust 1998-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olub. Məktəbi bitirdikdən sonra 2016–2017-ci illərdə hərbi xidmətdə olub. Daha sonra 2019-cu ildə yenidən Orduya yazılmaqla çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərvan Şükürov Suqovuşan döyüslərində savaşıb. O, oktyabrın 3-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.. Bərdədə dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şükürov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — == Həyatı == 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.