Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mərvan II ibn Məhəmməd (təqribən 684 - 750) — sonuncu Əməvi xəlfəsi (744 -750). Bizanslılara qarşı vuruşmalarda fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahın Harrana (Mesopotamiya) köçürmüşdü. Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Məvarənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747 ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan 11 M. kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər sülaləsinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.
II Mərvan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 688 |
Vəfat tarixi | 6 avqust 750 |
Vəfat səbəbi | baş kəsmə |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi, qubernator, Xəlifə |
Ailəsi | Əməvilər |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |