I Mərvan

Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi.

Mərvan ibn Həkəm
ərəb. مروان بن الحكم
684 – 685
ƏvvəlkiI Muaviyə
SonrakıƏbdülməlik ibn Mərvan
679 – 681
ƏvvəlkiSəid ibn əl-As
SonrakıVəlid ibn Ütbə ibn Süfyan
674 – 677
ƏvvəlkiSəid ibn əl-As
SonrakıSəid ibn əl-As
662 – 669
SonrakıSəid ibn əl-As
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 623
Doğum yeri
Vəfat tarixi 7 may 685 (62 yaşında)
Vəfat yeri
Fəaliyyəti vali[d], siyasətçi, Xəlifə
Atası Həkəm ibn Əbu əl-As
Uşaqları oğlanları: Əbdülməlik ibn Mərvan; Əbdüləziz ibn Mərvan
Ailəsi Əməvilər
Dini İslam
Hərbi xidmət
Döyüşlər Cəməl döyüşü

Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni.

M. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir. 656-cı ildə baş vermiş Cəməl döyüşündə Aişə, ZübeyrTəlhənin başçılıq etdiyi dəstədə Əliyə qarşı savaşmışdır. Eyni tərəfdə olmaqlarına baxmayaraq atdığı ox nəticəsində Təlhə döyüşdə ölmüşdür. 661-ci ildə xəlifə Muaviyyə tərəfindən Hicaz valisi[1] təyin olunmuşdur. 683-cü ildə xəlifə Yezid öldükdən sonra Şama getmiş və yeni xəlifə olmuş II Muaviyyənin də xəlifəlikdən imtina etməsindən sonra Kufə və Bəsrə valisi olan Übeydullah ibn Ziyadın da dəstəyi ilə xəlifə olmuşdur. Mərvanın xəlifəliyi zamanı Şam valisi olan əl-Dəhhaq öz qəbiləsi ilə Mərvanı yox Məkkədə öz xəlifəliyini elan etmiş Abdullah ibn Zübeyri xəlifə olaraq qəbul etdiyini elan etmişdir. Bu hadisədən sonra Mərvan öz qəbiləsi ilə əl-Dəhhaqın başçılıq etdiyi ordu ilə Merj Rahid adlanan yerdə üzləşmiş və həftələrlə davam edən döyüşlər sonrası döyüşlərin birində əl-Dəhhaq öldürülmüş və beləliklə bütün Suriya Mərvana tabe edilmişdir. Daha sonra Abdullah ibn Zübeyr öz qardaşının başçılığı ilə Mərvanın üzərinə qoşun göndərmiş, lakin Mərvan bu döyüşü də qalibiyyətlə başa vurmuş və daha sonra Misirə hücum edərək bu əyaləti də özünə tabe etmişdir. Daha sonra Misirdən Suriyaya qayıdan Mərvan 685-ci ildə Yezidin dul arvadı və vəliəhd Xalidin anası olan qadınla evlənmişdir. Sonradan öz oğlu Əbdülməliki vəliəhd elan etmişdir. Xəlifəliyinin 9-cu ayında M. 7 may 685/ H.Q. 65-ci ildə arvadı olan Yezidin dul qadını tərəfindən Şamda, yatağında öldürülmüşdür.

  • Muhammad ibn Jarir al-Tabari (red.: Ehsan Yar-Shater; tər.: David Stephan Powers)(1989-2007) The History of al-Ţabarī 40 Cilt, Albany: State University of New York Press ISBN 0-88706-563-5 (Cilt 24)  (ing.)
  1. Hicaz vilayətinin mərkəzi Mədinə şəhəri olduğuna görə bu valiliyə Mədinə valiliyi də deyilmişdir.