MEHMAN

is. [ fars. ] Qonaq.
Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani.

□ Mehman etmək (eləmək) – qonaq etmək, qonaq saxlamaq.
Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eyləyəm. M.P.Vaqif.

Mehman olmaq – qonaq olmaq.
Olsa bir şəxs gər sənə mehman; Eylə ol şəxsə ehtirami-tamam. S.Ə.Şirvani.

Синонимы

  • MEHMAN mehman bax qonaq
  • MEHMAN qonaq

Этимология

  • MEHMAN “Qonaq”deməkdir. Mehmandar sözü ilə kökdaşdır. Mehmandar “qonaq qarşılayan, qonaq yola salan, qonaqcıl”deməkdir
MEHLİ
MEHMANXANA

Значение слова в других словарях