Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maarifçi realizm
Maarifçi realizm – XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. == Tarixi == Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir.
Ken Robinson (maarifçi)
Ser Kennet Robinson (4 mart 1950, Liverpul – 21 avqust 2020, London) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir. 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb. Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır. == İlk illəri və təhsili == Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir. Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.
Demokrat Leonov
Demokrat Vladimir Leonov (1 aprel 1926, Bakı – 15 mart 1969, Damansk adası, Heyluntszyan) — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı. == Tərcümeyi-hal == Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır. == Damanskiy adasında sərhəd münaqişəsi == 15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir. == Yaddaş == Vladivostokda Demokrat Leonovun adına küçə var.
Demokrat Partiya
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. == Partiyanın quruluşu == 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
ABŞ Demokrat Partiyası
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir.
Azərbaycan Demokrat Firqəsi
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP — Azərbaycanda 26 yanvar 1991-ci il tarixlərində təsis edilmiş, 17 oktyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən rəsmi qeydiyyata alınmış, ardınca 14 mart 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatından keçmiş, lakın 1 sentyabr 1995-ci ildə qeydiyyatı ləğv olunmuş, sonuncu dəfə isə 3 fevral 2000-ci ildə yenidən rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiya. Azərbaycan Demokrat Partiyası I çağırış Azərbaycan Respublikasının Milli Məclisində transfer üsulu ilə 7 millət vəkili — Zəminə Dünyamalıyeva, Şamil Yusifov, Akif Şahbazov, Solmaz Ələsgərova, Mahir Əsədov, Yusif Bağırzadə və Umar Əfəndiyev ilə təmsil olunmuşdur. Beləliklə, partiya Azərbaycanda ilk dəfə siyasi transfer etmişdir. Azərbaycan Demokrat Partiyası indiyədək 11 qurultay (2-si qurultay səlahiyyətli konfrans olmaqla) və 4 konfrans keçirmiş, 3 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında bir çox tanınmış şəxslər olmuşdur. Bu şəxslərə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Telman Orucov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev və oğlu Elman Salayev, jurnalist Aydın Quliyev, hüquqşünas Qurban Məmmədov, Culfa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Tağıyev, sabiq milli təhlükəsizlik naziri müavini Sülhəddin Əkbər misal göstərilə bilər. Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 2003-cü ildə Yusif Bağırzadə təmsil etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokrat Partiyasının üzvlərinin 97%-i kişi, 3%-i isə qadın olmuşdur. == Tarixi == === Yaranması === 1990-cı illərin əvvəlində Naxçıvan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri Elman Cəlilov, Sərdar Cəlaloğlu və Sülhəddin Əkbər Xalq Cəbhəsindən ayrılaraq yeni partiya yaratmağı planladılar. Onlar Xalq Demokratik Partiyası adlı partiya yaratmaq üçün çalışmağa başladılar.
Azərbaycanın Demokrat Firqəsi
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Demokrat Partiyası (ABŞ)
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir.
Kürdüstan Demokrat Partiyası
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya. == Tarixi == Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Türkmənistan Demokrat Partiyası
Türkmənistan Demokrat Partiyası — Türkmənistanda yeganə siyasi partiya. 1991-ci ildə Türkmənistanın müstəqillik əldə etməsindən sonra bu ölkədə yeganə siyasi partiya Türkmənistan Demokrat Partiyasıdır. Vaxtilə Saparmurad Niyazov tərəfindən yaradılmış partiyaya ömrünün sonunadək Türkmənbaşı özü rəhbərlik edib. Onun ölümündən sonra isə partiyaya hazırkı prezident Qurbanqulu Berdıməhəmmədov sədrlik edir.
Demokrat Partiyası (Qacar)
Demokrat Partiyası (fars. فرقه دموکرات‎) — konstitusiya dövründə Qacar dövlətində sosial-demokrat siyasi partiya. Partiya o dövrdəki iki böyük parlament partiyasından biri idi. O, əsasən orta səviyyəli ziyalılardan ibarət idi və din ilə dövlətin ayrılmasını müdafiə edirdi. == Tarixi == Əvvəlcə Zaqafqaziyada fəaliyyət göstərən İctimaiyyun-Amiyyunun bir qolu olan partiya Bakı ilə birbaşa əlaqələrini kəsdi və mühafizəkar ictimaiyyətə hörmətlə yanaşaraq “Sosial” sözünü adından çıxardı. Bununla belə, onun ideologiyası əsasən köhnə partiyadan götürülmüşdü. 1918-ci ildə partiya Baharın başçılıq etdiyi "Yenidən təşkil tərəfdarı Demokratlar" (fars. دموکرات‌های تشکیلی‎) və "Yenidən təşkilə Qarşı Demokratlar" (fars. دموکرات‌های ضدتشکیلی‎) olaraq iki yerə parçalandı.
Böyük yazıçı-maarifçi (film, 1938)
Kürdüstan Demokrat Partiyası (İran)
İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır. == Yaradılması == 1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu. Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı. Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb.
Milli Demokrat Partiyası (Azərbaycan)
Azərbaycan Milli Demokrat Partiyası, qısaca AMDP, AzMDEP, AzMDP və ya AMDEP (keçmiş adı ilə Azərbaycan Boz Qurd Partiyası) — 1992-ci ildə İsgəndər Həmidov tərəfindən Bozqurd Partiyası adı altında qurulan, 1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan, 1995-ci ildə qeydiyyatı ləğv olunan, 1995-ci ildə qeyri-rəsmi, 1999-cu ildə rəsmi olaraq adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişən, 2008-ci il dekabrın 24-də yenidən rəsmi dövlət qeydiyyatına alınan və 14 aprel 2023-cü il tarixində fəaliyyətini dayandıran siyasi partiya. 1992-ci ildə İsgəndər Həmidov rəhbərliyində Azərbaycan Xalq Cəbhəsi bazasında milliyətçi cəmiyyət yaradılmışdır. 25 dekabr 1993-cü il tarixində bu cəmiyyətin Azərbaycan Boz Qurd Partiyasına çevrilməsi haqda qərar verilmişdir. 26 dekabr 1993-cü il tarixində 7 təsisçinin iştirakı ilə Azərbaycan Boz Qurd Partiyasının I (Təsis) Qurultayı keçirilmiş, professor Bəxtiyar Əhmədov partiyanın sədri, Qələndər Muxtarlı isə partiya sədrinin birinci müavini seçilmişdir. Partiya 1994-cü ilin mart ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 1995-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmaması səbəbi ilə ləğv edildi. 11 iyul 1995-ci ildə Azərbaycan Boz Qurd Partiyası adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişdirdi. 1999-cu ildə II Qurultay keçirilmiş və qurultayda partiyanın adı rəsmi olaraq Azərbaycan Milli Demokrat Partiyasına dəyişdirilmişdir. 2005-ci ildə Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və Azadlıq Partiyası ilə birgə Demokratiya Uğrunda İttifaqı təsis etmişdir. Partiya 2009-cu ildə bu qurumdan xaric edilmişdir.
Milli Sosial Demokrat Partiyası
Milli Sosial Demokrat Partiyası (qaz. Жалпыұлттық социал-демократиялық партия) — Qazaxıstanda fəaliyyət göstərən müxalif düşüncəli siyasi partiya. Ölkə parlamentində təmsil olunmur. Partiya 10 sentyabr 2006-cı ildə yaradıldı, 25 yanvar 2007-ci ildə qeydə alındı, ölkənin bütün bölgələrində və Astana, Şımkent və Almatı şəhərlərində filialları vardır. Göstərilən hədəflərə görə, MSDP, Qazaxıstanın siyasi praktikasında dünya sosial demokratik hərəkatı dəyərlərinin, Azadlıq, Ədalət, Həmrəylik prinsiplərinin həyata keçirilməsi üzərində ardıcıl olaraq çalışır, özünə demokratik qurma vəzifəsini qoyur, hüquqi, sosial dövlət, yenilikçi bir iqtisadiyyat və yeni bir humanitar siyasətin həyata keçirilməsi. Partiyanın əsas tələbləri arasında torpaq satışına moratoriumun qoyulması, təbii sərvətlərin satışından əldə olunan gəlirin ədalətli sosial bölgüsü, pensiya yaşının qadınlar üçün 55, kişilər üçün 59 yaşa qədər endirilməsi, təqaüdlərdə, maaşlarda, müavinətlərdə, təqaüdlərdə artım, yeni iş yerlərinin açılması və gizli işsizliyin aradan qaldırılması, hər səviyyədə pulsuz təhsil, ən əlverişli və yüksək keyfiyyətli tibbi xidmətin təmin edilməsi, şəxsin ekoloji təhlükəsizliyi, kiçik və orta vergi endirimləri — ölçülü müəssisələr, kənd infrastrukturunun real inkişafı, iqtisadiyyatın klan-oliqarx təbiətinin aradan qaldırılması və adi insanların ehtiyaclarına yönəldilməsi, xalq hakimiyyəti tərəfindən idarə olunan bir sistemin yaradılması, ədalətli və alternativ seçkilər, müstəqil, pozulmaz və ədalətli məhkəmə və hüquq-mühafizə sistemi. Partiya proqramının vacib bir məqamı da daxil olmaqla vətəndaşların siyasi hüquqlarının parlamentin müstəqil olaraq hökuməti qurmağı gücləndirməsi tam şəkildə təmin edilməsidir, şəhərlərdə və kənd yerlərində seçməli yerli özünüidarəetmə sisteminin yaradılması, bürokratların və məmurların sayının ən azı iki qat azalması. Partiyanın dəyərləri əsas şüarının ifadəsi ilə “Azadlıq! Ədalət!
Monteneqro Sosial Demokrat Partiyası
Monteneqro Sosial-Demokrat Partiyası (alb. Социјалдемократска партија Црне Горе, Socijaldemokratska Partija Crne Gore) — Monteneqrodakı siyasi partiyalardan biri. Monteneqro Sosial-Demokrat Partiyası 1993-cü ildə təsis edilmişdir. Müharibə əleyhinə mövqeyi ilə seçilən partiya Slobodan Miloşeviç siyasətinə qarşı çıxması ilə seçilirdi. 1997-ci ildən Monteneqro Sosial-Demokrat Partiyası Monteneqro Sosialist-Demokrat Partiyasının müttəfiqi olur və qurulan bütün hökumətlərdə iştirak edir. Hər iki tərəf 2006-cı ildə keçirilən referendumda Monteneqronun müstəqilliyini dəstəkləmək, Kosovanın müstəqilliyini tanımaq və Monteneqronun Avropa Birliyi və Şimali Atlantika Müqaviləsinə qoşulma ehtiyacı da daxil olmaqla bir çox məsələlərdə razılığa gəlirlər. 2012-ci il parlament seçkilərində Monteneqro Sosial-Demokrat Partiyası, Baş nazir Milo Cukanoviçin başçılıq etdiyi Avropa Monteneqro Koalisiyasının tərkibində Sosialist-Demokratik Partiyası ilə ittifaqda iştirak etdi. Koalisiya Monteneqro Məclisindəki 81 yerdən 39-nu alır, onlardan 6 yer Sosial-Demokrat Partiyasına məxsus idi. 19 dekabr 2015-ci ildə Milo Cukanoviç deputatları 2016-cı ilin yanvarında hökumətə etimad səs verməsinə çağırdı. Hökümətə etimad səsverməsi, məclisindəki müzakirə 2016-cı il yanvarın 27-dək üç gün davam etdi.
Nasional-Demokrat Partiyası (Avstriya)
Nasional-Demokrat Partiyası (alm. Nationaldemokratische Partei‎; NDP) — Avstriyada siyasi partiya. 1967-ci ildə yaradılan NDP neonasist partiyası idi. Partiya ölkənin antinasist qanunvericiliyini pozduğuna görə 1988-ci ildə ləğv edilmişdir.
Sosial Demokrat Hnçak Partiyası
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir gədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir.
Sosial Demokrat Partiyası (Almaniya)
Almaniya Sosial Demokrat Partiyası — Almaniyada siyasi partiya Almaniya Sosial-Demokrat Partiyası "Forverts" (İrəli) məlumat və "Noye Gezelşaft" (Yeni cəmiyyət) nəzəri jurnallarını nəşr edir.
Demokrat Partiya (Türkiyə, cari)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası. == Tarixi == === Sələfi === Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu. Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər. === Müasir dövr === 27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi.
Avstriya Sosial Demokrat Partiyası
Avstriya Sosialist Partiyası (alm. Sozialdemokratische Partei Österreichs‎, [zoˈtsi̯aːldemoˌkraːtɪʃə parˌtaɪ ˈøːstəraɪçs], SPÖ) — Avstriyada sosial-demokrat siyasi partiya. 1889-cu ildə Avstriya Sosial Demokrat Fəhlə Partiyası (alm. Sozialdemokratische Arbeiterpartei Österreichs‎, SDAPÖ) olaraq yaradılmış və daha sonra 1945-ci ildən 1991-ci ilə qədər Avstriya Sosialist Partiyası (alm. Sozialistische Partei Österreichs‎) adı ilə tanınmışdır. Avstriyadakı mövcud ən köhnə siyasi partiyadır. Avstriya Xalq Partiyası (ÖVP) ilə yanaşı, ölkənin iki ənənəvi əsas partiyasından biridir. Siyasi spektrdə sol mərkəzlidir. 2023-cü ilin iyun ayından partiyaya Andreas Babler rəhbərlik edir. Hazırda Milli Şuradakı beş partiya arasında 183 yerdən 40-na sahib olan ikinci ən böyük partiyadır və 2019-cu il qanunvericilik seçkilərində səslərin 21,2 faizini qazanıb.
Gürcüstan Sosial Demokrat Partiyası
Gürcüstan Sosial Demokrat Partiyası (Abr: GSDP) — XIX əsrin sonlarında, 1893-cü ildə Rusiya imperiyasının tərkibində olan Gürcüstan ərazisində yaranmışdır. Partiya sosializm və marksizm ideyaların yayılmasında mühüm rol oynamışdır. Partiya ilk növbədə fəhlələrin hüquqlarını müdafiə etmək və onların həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə yaradılmışdır. GSDP, Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDRP) ilə sıx əlaqədə olmuş və onun tərkibində fəaliyyət göstərmişdir. == 1917 Fevral inqilabı və Müstəqillik hərəkatı (1917-1921 == 1917-ci ilin Fevral inqilabı Rusiyada çar rejiminin devrilməsi ilə nəticələnmiş və Gürcüstanda da siyasi aktivliyin artmasına səbəb olmuşdur. Bu dövrdə GSDP Gürcüstanın müstəqillik hərəkatında əsas qüvvələrdən birinə çevrilmişdir. 1918-ci ildə Gürcüstan Demokratik Respublikasının elan olunmasından sonra GSDP hökumətdə hakim mövqeyə sahib olmuşdur. Partiyanın liderlərindən biri olan Noy Jordaniya 1918-1921-ci illərdə Gürcüstanın baş naziri kimi fəaliyyət göstərmişdir. == Sovet işğalı və partiyanın dağılması (1921) == 1921-ci ildə Gürcüstan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Gürcüstan Demokratik Respublikası devrilmiş və GSDP fəaliyyətini dayandırmışdır. Partiyanın bir çox üzvləri ya sürgün olunmuş, ya da həbs edilmişdirlər.
İsveç Sosial Demokrat Partiyası
Demokrit
Demokrit (m.ö. yun. Δημόκριτος, e. ə. 460-cı illər, Abdera, Makedoniya və Frakiya – e. ə. 360-cı illər, Yunanıstan) — Qədim yunan filosofu, Levkippusun tələbəsi, atomçuluğun əsasını qoyanlardan biri. O, tanınmış alim olmuş; psixologiya, siyasət, pedaqogika, riyaziyyat, fizika, kosmologiya elmləri üzrə zamanımıza çatmayan kitablar qələmə almışdır. Demokrit hesab edirdi ki, yalnız hissələrdən ibarət olan bölünən şeylər doğulur, dəyişmiş, ölür və dağılır. Belədirsə, deməli dünyanın əsasında bölünməz bir şey durur ki, hər şey ondan ibarətdir.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Maarifə Hacıyeva
Maarifə Hüseyn qızı Hacıyeva (noyabr 1938, Gədəbəy) — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2011). == Həyatı == 1938-cü ilin noyabrında Gədəbəy rayonunda anadan olub. 1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir. Üç övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Azərbaycan dili" kafedrasında işləyir. 1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.
Maarif (Gədəbəy)
Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Slavyanka kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Maarif (ad)
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Maarif (qəzet)
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Maarif Cəfərov
Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1989 — f.r.e.n. „Cd1-xZnx S nazik təbəqələrinin və n və p-tip SdS:Cu monokristallarının fotoelektrik xassələri" 2007 — f.r.e.d.
Maarif Həsənov
Maarif Məmmədov
Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq. == Həyat == Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb. Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Maarif Səfərov