Azərbaycan Milli Demokrat Partiyası

Azərbaycan Milli Demokrat Partiyası və ya qısaca AMDPTufan Kərim tərəfindən qurulan və 2008-ci il dekabrın 24-də dövlət qeydiyyatına alınan siyasi partiya.

Azərbaycan Milli Demokrat Partiyası

(Bozqurd Partiyası)
Loqonun şəkli
Sədri Tufan Kərim
Qurucu İsgəndər Həmidov
Lideri İsgəndər Həmidov
Quruluş tarixi 1993 (2008)
Qeydiyyat tarixi 24 dekabr 2008
Dağılma tarixi 14 aprel 2023
Bölünmə Azərbaycan Milliyətçi Demokrat Partiyası (2011)
Sələfi Bozqurd Partiyası (1993-1994)
Baş qərargah Ə. Ələsgərov 10, Yasamal r.
İdeologiya Azərbaycan millətçiliyi, türkçülük
Üzv sayı 1000

Tarixi[redaktə | mənbəni redaktə et]

Partiya 1992-ci ildə İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulmuşdur.

İlk qurultayını 26 dekabr 1993-cü ildə keçirən partiyanın sədri Bəxtiyar Əhmədov seçilmişdir.

Partiya 1994-cü ilin aprelində rəsmi dövlət qeydiyyatından "Bozqurd Partiyası" olaraq keçmişdir, lakin 1995-ci ildə Ali Məhkəmə tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmadığı səbəbi ilə ləğv edildi. İsgəndər Həmidov isə həbs edildi.

Partiya fəaliyyətini dayandırmasa da, 11 iyul 1995-ci ildə adını Azərbaycan Milli Demokrat Partiyası dəyişdirdi. Ad dəyişikliyi 1999-cu ildə ki qurultayında rəsmi olaraq təsdiqləndi.

1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyat alınmadı.

2008-ci ilin aprel ayında AMDP və Azadlıq Partiyası arasında birləşmə qərarı alınmışdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc və AMDP Təşkilat Komitəsinin sədri Oqtay Xəlili arasında 3 dəfə görüş keçirilmişdir, lakin daha sonra birləşmə gerçəkləşməmişdir.[1]

2008-ci ildə partiya Tufan Kərimlinin sədrliyində qeydiyyata alınmışdır.

Partiya sədrliyinə daha sonra İsgəndər Həmidov keçmişdir, lakin 2011-ci ildə İsgəndər Həmidov sədrlik postundan istefa verdi.

Sədrlik üstündə mübarizə nəticəsində AMDP iki yerə parçalanmış, Azərbaycan Milli Demokrat və Azərbaycan Milliyətçi Demokrat adlı iki ayrı partiya yaranmışdı. Birinciyə Tufan Kərimli, ikinciyə isə Qələndər Muxtarlı sədrlik edirdi.

İsgəndər Həmidov 2018-ci ildən partiya sədrliyinə keçdi, lakin 2020-ci ildə vəfat etdi.

Partiya 14 aprel 2023-cü il tarixində özünü buraxdığı ilə bağlı bəyanat yaymışdır.[2]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Parlament[redaktə | mənbəni redaktə et]

Seçki Sədr Majoritar
Səs % Mandat
2010 Tufan Kərim 1 209 0.05
0 / 125
2015 481 0.02
0 / 125
2020
0 / 125

Qərargah[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Demokrat Partiyasının qərargahı Yasamal rayonunda Ə. Ələsgərov Küç. 10 ünvanında yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
  2. "İsgəndər Həmidovun qurduğu partiya özünü buraxdı - Milli Demokratların SON BƏYANATI". 2023-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.