Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahmudəli Kalimatov
Mahmud-Əli Makşaripoviç Kalimatov (inquş Махмуд-Iали Макшарипа Калиматнаькъан; 9 aprel 1959, Çemolqan[d], Almatı vilayəti) — Rusiya dövlət xadimi və hüquqşünasıdı. 2019-cu il sentyabrın 8-dən İnquşetiya Respublikasının başçısıdır (İnquşetiya Respublikasının müvəqqəti rəhbəri 26 iyun — 8 sentyabr 2019). == Həyatı == 1959-cu i aprelin 9-da Qazaxıstan SSR-in Alma-Ata vilayətinin Karasay rayonunun Çemolqan kəndində anadan olmuşdur. 1977-ci ilin aprelindən 1979-cu ilə qədər Almaniyada (ADR) yerləşən Sovet İttifaqı qoşunlarının tərkibində hərbi xidmət keçmişdir. 1989-cu ildə Kuybışev (indiki Samara) Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Kuybışev şəhər Komsomol təşkilatında və Sovet İttifaqı Kommunist Partiyasında işləmişdir. 1990-cı ildən Kuybışev vilayət prokurorluğu orqanında rayon prokurorluğunun müstəntiqi kimi fəaliyyətə başlamışdır. 1990–1992-ci illərdə Kuybışevin (Samara) Kirov rayonu prokurorluğunun təcrübəçi, müstəntiq, baş müstəntiq, Samara vilayət prokurorluğunun istintaq hissəsinin baş müstəntiqi kimi çalışmışdır. 1992–1998-ci illərdə Samara vilayət prokurorluğunun ümumi nəzarət şöbəsinin prokuroru, prokurorun müavini, Samara Kirov vilayətinin prokuroru olmuşdur. 1997–2003-cü illərdə Samara şəhərinin prokuroru vəzifəsində çalışmışdır.
Mahmudəli Çöhrəganlı
Mahmudəli Babaxan oğlu Çöhrəqanlı (5 mart 1958, Cənubi Azərbaycan) — Pəhləvi sülaləsi dövründə İran Azərbaycanının Şəbistər bölgəsində dünyaya gəlmiş siyasi fəal, publisist, dilşünas, filologiya elmləri doktoru, professordur. Piruz Dilənçi tərəfindən Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatından qovulduqdan sonra o, Güney Azərbaycan Milli Oyanış Hərəkatının əsasını qoymuşdur. Bu hərəkatın məqsədi İranın say etibarilə ikinci etnosu olan azərbaycanlıların və ya Azərbaycan türklərinin maraqlarını qorumaqdır. Çöhrəqanlı Təbriz Universitetində filologiya üzrə professor olaraq fəaliyyət göstərmişdir. Uilyam O. Beemanın bildirdiyinə görə, Çöhrəqanlə Corc Buş administrasiyası zamanı ABŞ tərəfindən dəstəklənmişdir. == Həyatı == Mahmudəli Çöhrəqanlı 1958-ci ilin baharında İranda, Cənubi Azərbaycanın Şəbistər şəhristanının Çöhrəqan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Təbriz Universiteti Xarici dillər fakültəsinin dekan müavini işləmişdir. "Fars dilində türk sözləri" (1994) kitabı ona şöhrət qazandırmışdır. Bu kitabda türk mənşəli sözlər açıqlanmışdır. Onun "Fars dilində türk adları", "Azərbaycan türkcəsi fonetikasının fars və ərəb dilləri ilə müqayisəsi", "Azərbaycan türkcəsinin feli quruluşu" və s.
Mahmudəli Çöhrəqani

Mahmudəli Çöhrəqanlı

Mahmudçala
Mahmudçala — Muğan düzünün cənub şərqində bataqlıq göl. Son illər suyunun quruması nəticəsində Mahmudçala su-bataqlıq sisteminin sahəsi olduqca kiçilmişdir. == Tarixi == 1896-cı ildə Araz çayı daşıb Muğan düzünü basarkən Ağçala, Mahmudçala və Cavadçala gölləri yaranır. Hazırda Mahmudçala gölü bataqlığa çevrilmiş və öz növbəsində iki hissədən — Mahmudçala və Ağçala göllərindən ibarətdir. Əvvəllər göl Araz çayı daşan zaman dolurdu. İndi isə göl Muğanın suvarma kanallarınınn və Bolqarçayın artıq suları ilə qidalanır. 1965-ci ildə Bolqarçay üzərində su anbarının inşası ilə gölün sahəsi kifayət qədər azalır (praktiki olaraq Ağçala gölünün böyük hissəsi). Bundan sonra göllər sistemi əsasən kanallar vastəsi ilə qidalanır. Bundan sonra əsasən yay mövsümündə gölün sahəsi olduqca kiçilir. Bolqarçay üzərində olan su anbarı 15 il istifadədən sonra lillə dolur və çay suyu yenidən gölə axmağa başlayır.
Mahmudlu
Mahmudlu — Azərbaycan soyadı və təxəllüs. == Kəndlər və qəsəbələr == === Azərbaycan === Mahmudlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Mahmudlu (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Seyid Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. Birinci Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. İkinci Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. Üçüncü Mahmudlu — Azərbaycanın Füzuli rayonunda kənd. Mahmudlu (Cəbrayıl) Mahmudlu (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Mahmudlu (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində qəsəbə. === Ermənistan === Mahmudlu (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Mahmudağılı (Maku)
Mahmudağılı (fars. محموداغلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 76 nəfər yaşayır (17 ailə).
Babək Mahmudlu
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. === Tanınmışları === Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. == Coğrafiyası == Düzənlikdədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hacı Mahmudlu
Hacımahmudlu (Yevlax) — Azərbaycanın Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Hacımahmudlu (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisində kənd.
Mahmudan (Urmiya)
Mahmudan (fars. محمودان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (4 ailə).
Mahmudlu (Cəbrayıl)
Mahmudlu (kənd, Cəbrayıl)
Mahmudlu (Marneuli)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Mahmudlu (Qafan)
Mahmudlu (hal-hazırkı adı: Getişen (erm. Գետիշեն), 1949-cü il ad dəyişikliyindən sonrakı adı: Çaykənd) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. Kənd Qafan şəhərindən 29 km şimal-qərbdə, Gığı və Keypəşin kəndlərinin arasında, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. == Tarixi == Kəndin vaxtilə Cəbrayıl rayonunun Mahmudlu kəndinin yaylaq yeri olduğu, sonralar isə qışlağa qayıtmayan ailələrin məskunlaşması nəticəsində yarandığı söylənilir. == Adı == Topomorfantın mənası XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan şiəliyi qəbul edərək Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır. Kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilmiş, buna baxmayaraq yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırmışlar. 90-cı illərdə isə kəndin adı erməniləşdirilərək Getişen edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 42 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 nəfər, 1904-cü ildə 596 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin hücumuna məruz qalan kənd əhalisi kəndi tərk etməyə məcbur qalmış, Ermənistanda sovet hökuməti qurulandan sonra isə 120 nəfər kənd sakini yenidən geri qayıtmışlar.
Mahmudlu (Qubadlı)
Mahmudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahmudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Mahmudlu kəndi Qayalı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mahmudlu kənd Soveti yaradılmışdır. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == Yaşayış məntəqəsi kürd mənşəli, XVI–XVII əsrlərdə Türkiyədə, Van gölünün şərqində yaşayan mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənddə XVI əsrə aid daş qoç fiquru, Qara-Qaya sığınacağı və XIX əsrə aid körpü yerləşir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Mahmudlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Mahmudlu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mahmudlu (Sarvan)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Mahmudlu (Şəmkir)
Mahmudlu (əvvəlki adı: Koltəhnəli) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == Mahmudlu kəndi Şəmkir rayonunda, rayon mərkəzindən 21 km. şimal-şərqdə, Mahmudlu inzibati ərazi dairəsində, Şəmkir çayının sağ sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 3259 (1 yanvar 2005-ci il tarixli məlumata görə) nəfərdir. Əhali əsasən heyvandarlıq, taxılçılıq, üzümçülük və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, qədim qəbiristanlıq, körpü, şəhidlərin xatirəsinə ucaldılmış abidə, bir neçə artezian, müxtəlif ticarət-məişət obyektləri və s. var. Kənd tarixən bir-birinə yaxın olan doqquz xırda oymaqdan - mahmudlular, məşədiqurbanlılar, kəlbalılar, allahqulular, qazaxlılar, yekənamazlılar, püstəlilər, yarəhmədlilər, hacıməmmədlilərdən ibarət olub. XX əsrin kollektivləşmə illərində bu oymaqlar bir yerə köçürülmüş və yaşayış məntəqəsi də Mahmudlu oymağının adı ilə əlaqədar olaraq adlanmışdır.
Mahmudlu bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mahmudlu stansiyası
Mahmudlu (kənd, Cəbrayıl)
Seyid Mahmudlu
Seyidmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Seyidmahmudlu oymağı Cavanşir elinin qoludur. 1727-ci ilə bağlı Osmanlı qaynağında Seyidmahmudlu oymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu oymağı Bu oymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq saHibinə verir. Oymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu oymağının başçısı Lütfəli ağa Heydərxan oğlu idi. Seyidmahmudlu obası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu obası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı.
Üçüncü Mahmudlu
Üçüncü Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Gecəgözlü kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. == Coğrafiyası == Kənd Quruçayın sahilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.
İkinci Mahmudlu
İkinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı Mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə ikinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi Mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1.831 nəfər əhali yaşayır.
Birinci Mahmudlu bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mahmudlu (kənd, Cəbrayıl)
Mahmudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür. 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.
Mahmudlu (qəsəbə, Cəbrayıl)
Mahmudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində qəsəbə. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür. 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.