Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Makroassembler
Makroassembler (ing. macro assembler, ru. макроассемблер) - makroəvəzləməni və makrogenişlənməni yerinə yetirməyə imkan verən assembler; yəni bir neçə göstərişdən ibarət makros təyin etmək olar və sonra onun adını proqramda istifadə etməklə həmin operatorların yenidən yazılmasından qurtulmaq olar. Məsələn, swap (yerdəyişmə) adlandırılan aşağıdakı makrokomanda iki dəyişənin qiymətini bir-biri ilə əvəzləyir: macrof swap,2 ldx %1 ldl %2 stx %2 sty %1 endm swapswap makrosunu təyin etdikdən sonra proqrama “swap a,b” tipli komanda əlavə etmək olar; translyasiya zamanı bu komanda makrosun komandalar ardıcıllığı ilə əvəzlənəcək. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Makrobentos
Makrobentos — Ölçüləri 2 mm-dən böyük olan dib (bentos) orqanizmlərinin məcmusu (həşəratların sürfələri, iri molyusklar, polixetlər, xərçəngkimilər və s.). == Mezobentos == Ölçüləri 1mm-dən 2 mm-ə qədər olan bentik heyvan qrupları. == Mikrobentos == Ölçüləri 1mm-dən kiçik bentik heyvan qrupları.
Makroelementlər
Makroelementlər - Bitki tərəfindən çoxlu miqdarda mənimsənilən kimyəvi elementlər. == Makroelementlər == Canlı orqanizmdə öz kütləsinin 0,001-dən 60%-ə kimi təşkil edir. (Oksigen, Hidrogen, Karbon, Azot, Fosfor, Kalsium, Kükürd, Maqnezium, Natrium, Dəmir və b.) Makroelementdən orqanogen elementlər (orqanogenlər) ayırırlar. (Oksigen, Hidrogen, Karbon, Azot,) onlardan əsasən üzvi maddələr – zülallar, yağlar, karbohidrogenlər, fermentlər, harmonlar, vitaminlər və onların çevrilmə məhsulları alınır.
Makrofaqlar
Makrofaqlar, poliblastlar – (yun. dilində μακρός — böyük, и φάγος — yiyən deməkdir) heyvan orqanizmində mezenxim təbiətli hüceyrələr. == Makrofaq == Bakteriyaları, məhv olmuş hüceyrə qalıqlarını və orqanizm üçün yad və zəhərli hissəcikləri fəal surətdə tutur və həzm edir. Makrofaq terminini İ.İ.Meçnikov (1992) elmə daxil etmişdir.
Makrofitlər
Su bitkiləri — suda bitən bitkilər. Su bitkiləri hidrofitlərə və hidatofitlərə ayrılır. Yalnız aşağı hissəsi suda olan bitkilər hidrofitlər, tamamilə və yaxud çox hissəsi suda olan bitkilər hidatofitlər adlanır. Su bitkiləri içərisində faydalıları var. Su hövzələrinin öz-özünə təmizləməsində böyük rolu var. Bəzən çox artıb kanalları və su hövzələrini basır. Su bitkilərini məhv etmək üçün herbisidlərdən istifadə edilir. Balıqların yemi olan su bitkilərini yetişdirmək üçün isə xüsusi aqrotexnika vardır. Su bitkilərinə buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qıjı, suoxu, salvinia üzən, sufındığı, elodeya, bir çox yosunlar aiddir. Toxum və meyvələri bir çox quşların qidasıdır.
Makrofitobentos
Makrofitobentos - yun. dilində makros +fitton , wielki + zavod deməkdir == Makrofitobentos == Yaşayışı su hövzəsinin dibində keçən su bitkilərinin məcmusu (bir çox qonur, qırmızı, yaşıl yosunlar və s.). Dünya okeanında Makrofitobensoz 200 mln.t. təşkil edir. Bir çox makrofitobentosunn nümayəndələri qida, tibbi əhəmiyyət daşıyır: laminariya (dəniz kələmi), qamış, anfelsiya, zostera və s. Makrofitbentosun dünyada yığımı 1,5 mln t. təşkil edir, o, 18-20 mln t.a.-da çata bilər, o cümlədən qonur yosun 16 mln t, qırmızı yosun 3 mln t. == Makrofitofaqlar == Makrokonsumentlər, nisbətən iri bitkilərlə qidalanır. == Makrofitofillər == İri bitkilər arasında və ya üzərində yaşamağı üstün tutan orqanizmlər.
Makrofitofil
Makrofitofil — iri bitkilər üzərində yaşayan orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Makroflora
Makroflora (yun. böyük və lat. Flora-qədim Roma əfsanələrində gül-çiçək ilahəsi) ekologiyada və hidrobiologiyada əsasən ali bitkilərə, üzən su yosunlarına və palentologiyada qazıntı bitki orqanizmlərinin adi gözlə seçilən qalıqlarına deyilir.
Makroiqtisadi modellər
== Məcmu tələb-məcmu təklif modeli == AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Makroiqtisadi populizm
Makroiqtisadi populizm — ilk dəfə 1990-cı ildə Rudi Dornbuş və Sebastian Eduards tərəfindən hazırlanmış yazılı məruzədə işlədilən termin. Bu termin, bir çox Latın Amerikası hökumətləri tərəfindən yeridilən siyasətlərə istinad edir. Bu siyasətlərin xarakterik cəhəti dövlət xərcləri və real əmək haqqının qeyri-davamlı şəkildə artaraq inflyasiyaya, ardınca staqflyasiyaya və ən sonda isə real əmək haqqının, hətta populist dövr başlamazdan əvvəl olduğundan da daha aşağı səviyyədə olduğu iqtisadi böhrana səbəb olmasıdır. Bu yazılı məruzə, Salvador Alyendenin rəhbərlik etdiyi Çilini və Alan Qarsiyanın Perudakı ilk hakimiyyət dövrünü nümunə kimi göstərir. 1991-ci ildə Dornbuş və Eduards "Latın Amerikasında populizmin makoiqtisadiyyatı" adında kitab nəşr etdilər. Bu kitabda bir neçə fərqli ölkədəki vəziyyət, o cümlədən 1973-1976-cı illərin Argentinası, 1970-1982-ci illərin Meksikası və ümumi Braziliya təhlil edilir.2014-cü ildə Pol Kruqman, Kristina Fernandez de Kirşnerin rəhbərlik etdiyi Argentinanın yeritdiyi siyasətləri və Venesuelanı makroiqtisadi populizmin yeni halları kimi qeyd edirdi. 2014-cü ildə o, mühazirə zamanı Argentinaya tərəf olan hücumları düzgün qarşılamadığını demiş və həmçinin bunların ona "müəyyən qədər büdcə-vergi (fiskal) siyasəti və pul-kredit (monetar) siyasətindən kənar qalmış" kimi göründüyü də qeyd etmişdir. == Rəsmi tərif == Yazılı məruzənin orijinal halında makroiqtisadi populizmin tərifi belə verilmişdir: "Makroiqtisadi populizm, artım və gəlir bölgüsünün əhəmiyyətini vurğulayarkən, inflyasiya və maliyyə kəsrlərinin yaranması risklərinə, xarici məhdudiyyətlərə və iqtisadi təmsilçilərin istilaçı bazarxarici siyasətlərə reaksiyalarına əhəmiyyət verməyən iqtisadiyyata doğru yanaşmadır". == Mərhələlər == Populsitin dövr, ümumilikdə, sabitləşdirmə proqramından sonra başlayır. İqtisadiyyat boş tutuma sahibdir, belə ki, büdcə və xarici tarazlıqda genişləndirici siyasət üçün müəyyən boşluqlar qalmışdır.
Makroiqtisadi siyasət
Makroiqtisadi siyasət adətən 2 istiqamətdə tətbiq edilir. Monetar və Fiskal. Hər iki istiqamət iqtisadi sabitliyin, ÜDM-in artım səviyyəsinin və resursların tam istifadəsinin qorunub saxlanılması məqsədi ilə istifadə edilir. === Pul-kredit (monetar) siyasəti === Mərkəzi Banklar monetar siyasəti müxtəlif mexanizmlər vasitəsi ilə pul təklifini tənzimləməklə tətbiq edirlər. Məsələn, mərkəzi bank istiqraz almaqla pul təklifini artırır və bu da faiz dərəcəsini aşağı endirir. Əksinə sərt pul siyasəti yerinə yerirəcəksə, qiymətli kağızlar satır, pul təklifini azaldır və faiz dərəcəsini azaldır. Adətən bu siyasət pul təklifinə birbaşa yox dolayı yolla təsir edilərək həyata keçirilir. Banklar davamlı olaraq, faiz dərəcəsini sabit saxlamaq məqsədi ilə pul təklifində dəyişikliklər edirlər. Bəzi banklar isə faiz dərəcəsində dəyişiklik etməklə inflyasiya dərəcəsin tənzimləyirlər. Mərkəzi bannkların əsas məqsədi yüksək səviyyəli inflyasiya başvermədən istehsalın artırılmasını təmin etməkdir.
Makroiqtisadiyyat
Makroiqtisadiyyat (q.yun. μακρός — "böyük" və q.yun. οἶκος — "ev, təsərrüfat" sözlərindən) — milli iqtisadiyyatın strukturunu və fəaliyyətini, eləcə də dövlətin həyata keçirdiyi siyasətin bu fəaliyyətə necə təsir etdiyini öyrənən elm sahəsidir. Makroiqtisadiyyat sözü "macro" böyük, "iqtisadiyyat" sözlərinin birləşməsindən yaranıb. Adından da göründüyü kimi, iqtisadiyyatın bu qolu fərdi bazarlar səviyyəsində deyil, iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir.Bura milli, regional və qlobal iqtisadiyyat daxildir. Mikroiqtisadiyyatla birlikdə, makroiqtisadiyyat iqtisadiyyat elminin ən ümumi iki sahəsini formalaşdırır. Makroiqtisadiyyat əsas göstəricilər: Ümumi Daxili Məhsul (ÜDM), Ümumi Milli Məhsul (ÜMM), işsizlik dərəcəsini, Qiymət İndeksləridir (İnflyasiya, ÜDM deflyatoru) ki, bununla da iqtisadi vəziyyət haqqında ümumi məlumatı verir. Həmçinin makroiqtisadiyyatda bir çox iqtisadi amillər (gəlir, istehsal, istehlak, işsizlik, inflyasiya, yığım, investisiya, beynəlxalq ticarət və beynəlxalq maliyyə) arasında qarşılıqlı əlaqəni və təsiri göstərmək üçün bir çox modellər mövcüddür. Əksinə, mikroiqtisadiyyat isə, fərdi agentlər: istehsalçılar, istehlakçılar, satıcılar və alıcılar üzərinə fokuslanır və onların bazarda qiyməti və miqdarı necə müəyyən etdiyini öyrənir.Makroiqtisadiyyat da simvolik olaraq iki əsas hissəyə bölünür: Qısamüddətli (Short-Run): qısamüddətli dövrdə iqtisadiyyatda başverən hadisələrin səbəbini və nəticəsini öyrənir. Uzunmüddətli (Long-Run): uzunmüddətli dövrdə iqtisadi artımı təmin edəcək komponentlərin və yolların öyrənir.
Makroiqtisadiyyatın tarixi
İlk iqtisadçılar monetar amillərin real istehsala təsir etməsinə inanmırdılar, bazarın özü-özünü tənzimlədiyini və ona müdaxilənin çox cüzi, hətta olmamasının tərəfdarı idilər. Con Meynard Keyns isə belə klassik düşüncələri təkzib edirdi və iqtisadiyyata mikroiqtisadi və fərdi cəhətdən yox, məcmu halda yanaşan ümumi nəzəriyyəni formalaşdırdı. Bu isə makroiqtisadi düşüncəyə (nəzəriyyəyə) ilk addım idi. O, işsizlik və böhranları izah etməyə çalışan zaman müəyyən edib ki, böhtan zamanı insanların və şirkətlərin pula olan ehtiyacı artır və investisiya qoyuluşu həyata keçirməkdən qaçırlar. Həmçinin Keyns, klassik məktəbin nümayəndələrinin “bazarlar həmişə tarazlıqdadır, bazarda əlavə məhsul qalmır və hamsı reallaşır və işçi qüvvəsi boş dayanmır” kimi ideyalarını etibarsızlığını irəli sürüb. Keynsin davamçıları onun nəzəriyyəsi ilə neoklassik nəzəriyyəni birləşdirərək neoklassik sintez yaradıblar. Baxmayaraq ki, Keynsin nəzəriyyəsi qiymət səviyyəsi və inflyasiyaya diqqət yetirməmişdi, sonradan Keynsçilər qiymət səviyyəsinin dəyişməsi modeli olan “Fillips əyrisini” qəbul ediblər. Bəzi Keynsçilər isə bu nəzəriyyənin bazar tarazlığı modeli ilə sintez edilməsinə qarşı idilər. Onlar qeyri-tarazlıq modelini müdafiə edirdilər. Milton Fridman tərəsindən əsası qoyulmuş nəzəriyyənin davamçıları olan Monetaristlər bəzi Keynsçi ideyaları, xüsusilə pula olan tələbin vacibliyini qəbul edir, amma pul təklifinin inflyasiyaya təsirinin olmamasını təkzib edirdilər.
Makrokomanda
Makrokomanda (ing. macro instruction, ru. макрокоманда) - makrotəyinləri idarə etmək üçün istifadə olunan komanda. Makrokomandalarla işləyən hər bir prosessor və ya assembler özünün makrokomandalar yığınını dəstəkləyir. Məsələn, macroassembler .macro və .endm makrokomandalarını tanıya bilər; C dilinin ANSI ön-uc (FRONT-END) prosessorları #define komandasını tanıyır. endm macro define == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Makrometeorologiya üsulu
Makrometeorologiya üsulu vasitəsilə atmosferin ümumi sirkulyasiyasının xarakterinin uzunmüddətli dəyişməsinin və bununla əlaqədar olaraq müxtəlif coğrafi rayonlarda havanın proqnozunu hazırlamaq mümkündür. Sinoptik meteorologiyada olduğu kimi, makrometeorologiyada da bir çox hallarda sinoptik üsuldan istifadə edilir. Makrometeorologiya üsulunu sinoptik üsuldan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Bunlara öyrənilən proseslərin zaman və məkana görə müxtəlif miqyasda dəyişməsini aid etmək olar. Məsələn, qısamüddətli proqnoz ucun ilkin yanaşmada baxılan nisbətən böyük olmayan rayonun cari və bir-iki gün əvvəlki sinoptik və yüksəklik xəritələrinin təhlili ilə kifayətlənmək olursa, uzunmüddətli proqnozlar ucun bunlar azdır. Burada bir necə günü, həftəni, hətta bir necə ayı əhatə edən proseslərin təhlili lazımdır.
Makroorqanizm
Makroorqanizm — 5 mm-dən böyük olan orqanizimlər. Makroorqanizm və ya mikrob yalnız mikroskopla görüləcək qədər kiçik bir canlı və ya orqanizmdir. == İstinadlar == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Makroprosessor
Makroprosessor (ing. macro processor, ru. макропроцессор )- makrogenişlənmələri yerinə yetirə bilən proqram. Makrosları emal edə bilən hər bir proqramın özünün, özəl makrodilli makroprosessoru olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Makrorelyef
Makrorelyef - (rus. макрорельеф ing. macrorelief) (yunca makros- böyük və relyef demekdir) - yer səthinin əsasən endogen pro­seslərlə yaranmış iri relyef forma­ları. Yüksəkliyi (dərinliyi) bir neçə yüz və min metrlərlə ölçülür/ silsi­lələr, dağarası çökəkliklər, vulkan konusları və s/.
Makrostomidlər
Makrostomidlər (lat. Macrostomida) — yastı qurdlar tipinin kirpikli qurdlar sinfinə aid olan dəstə. == Xarici quruluşu == Kiçik ölçülü (0.3–1 mm.) trubellarilərdir. Onların orta bağırsağı şaxələnmir, kisə şəklindədir. Mirostmum 3–4 mm. ölçüdə olur. Mikrostomum çox maraqlı qeyri-cinsi yolla çoxalır. == Yayılması == Dənizlərdə və şirin sularda yaşayırlar == Həyat tərzi == Yırtıcı həyat tərzi keçirirlər, bir çox onurğasızlarla, hətta hidralarla qidalanırlar.Bu dəstənin 2 növü vardır. == Təsnifatı == Microstomum lineare Microstomum lineare == Ədəbiyyat == B.Ağayev, Z.Zeynalova. Onurğasızlar zoologiyası.
Makrotəkamül
Makrotəkamül — növdən yüksək səviyyədə baş verən təkamüldür.Yəni bu zaman cins,fəsilə,dəstə ,sinif,şöbə,tip aləm və s. əmələ gəlir.Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır.Yəni makrotəkamül uzun müddətdə baş verən dəyişlilmədir.Makrotəkamülün əsasında mikrotəkamül durur.Onlar arasında kəskin fərq yoxdur. Canlıların inkişaf tarixində mikrotəkamüllə yanaşı, makrotəkamül də baş vermişdir. Makrotəkamül daha yüksək təkamül tək növdən yüksək taksonomik vahidlərin yaranmasına səbəb olmuşdur. Makrotəkamül uzun sürən proses olduğuna görə onu bilavasitə izləmək mümkün deyil. Makro və Mikrotəkamülün oxşar xüsusiyyətləri. Hər ikisinin əsasında divergensiya durur. Hər ikisinə təbii seçmə təsir edir. Hər ikisinə yaşamaq uğrunda mübarizə təsir edir.Makrotəkamül də mikrotəkamül kimi divergent xarakter daşıyır. O, bir sıra elmi dəlillərlə isbat edilir.
Makrovirus
Makrovirus (ing. macro virus, ru. макровирус) - kompüter viruslarının geniş yayılmış sinfi; Windows üçün Word və Excel fayllarını yoluxdurur. Daha ümumi anlamda: tətbiqi proqramın makrodilində yazılmış olan, sənəd faylına yazılan və həmin faylın açılması zamanı yerinə yetirilən virus. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Makao
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu. == Adın etimologiyası == Makao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Andre Malro
Andre Malro (fr. André Malraux, 3 noyabr 1901[…], XVIII arondisman (Paris)[d] – 23 noyabr 1976[…], Kretey[…]) — fransız yazıçısı, mədəniyyətşünası. == Həyatı == Andre Malro 1901-ci ildə Parisdə anadan olub və 75 il ömür sürüb. Malro tanınmış diplomat və mədəniyyət xadimi olub, general de Qoll hakimiyyəti dövründə mədəniyyət naziri işləyib. Onun “Antimemuar” adlı əsərinin nəşri dövrünün mühüm ədəbi hadisəsi sayılıb. 10 gün ərzində əsərin 170.000 nüsxəsi satılıb. Müəllif söhbətlərindən birində deyib: “Memuardan da gözəl bir əsər yazmaq olarmı?” Amma əvvəllər nəşr etdirdiyi “Nifrət dövrü” (1935) və “Altenburqda boğulanlar” (1948) adlı əsərləri də oxucuların diqqətindən kənarda qalmayıb.
Elis Manro
Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[…]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı. == Həyatı == Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı.
Fra Mauro
Fra Mauro (it. Fra Mauro; d. ? – ö. 1464) — İtalyan rahibi. Fra Mauro xəritəsinin müəllifi. Mauro Venesiya Laqununun Murano adasında yerləşən Müqəddəs Mayklın Kamaldol monastırının rahibidir. Məhz orada o, kartoqrafiya emalatxanasına qulluq edirdi. O, həmçinin Şahzadə Henri Navigator kimi çox güclü adamlar tərəfindən işə götürüldü.
Koduççi, Mauro
Mauro Koduççi və ya Kodussi (it. Mauro Codussi; təq. 1440[…], Berqamo əyaləti – 1504[…] və ya 23 aprel 1504, Venesiya) - İtalyan heykəltaraşı və erkən İntibah dövrü memarı. Mauro Koduççi, 1440-cı ildə Berqamo yaxınlığında dünyaya gəlib. 30 yaşına qədər heykəltaraşlıq ixtisası üzrə təhsil aldığı Lombardiyada yaşayan Mauro, təxminən 1468-ci ildə Venesiyaya gəlir. Maraqlıdır ki, demək olar həmin vaxtda Venesiyaya digər bir görkəmli memar - Pyetro Lombardo da gəlir. Sonralar Pyetro, Mauro ilə bir çox ortaq işə imza atırlar. Koduççi, Venesiyada bina dizaynında Florensiya motivlərini tətbiq etmiş ilk memar olmuşdu. O, intibahın yeniliklərini mövcud Bizans memarlıq üslubu ilə uğurla birləşdirməyi də bacarmışdı. Koduççi üçün fasadların dəbdəbəli ornamentlərlə bəzənməsinə, yarımdairəvi fronton formalarına olan ehtiras tipik hesab edilirdi.
Makao bayrağı
Makao bayrağı — Çin Xalq Respublikasına bağlı muxtar inzibati bölgə olan Makao ölkə-şəhərinin rəsmi bayrağıdır. == Rəng və simvolları == Düzbucaq formalı Makao bayrağında açıq yaşıl rəngli fon üzərində mərkəzdə ağ rəngli su zanbağı (lotus şanagülləsi) çiçəyi təsvir edilmişdir. Həmin su zanbağının üzərində azacıq qövslü beş beşguşəli sarı rəngli ulduz da var. Ortadakı ulduz digərlərindən bir az böyükdür.
Makao gerbi
Makao gerbi — ÇXR-na bağlı Makao Özəl İnzibati Bölgəsinin rəsmi gerbidir. Gerbin ilk versiyası Portuqaliya ənənələrinə sadiq qalınaraq 1935-ci ildə hazırlanmışdır. Ancaq 1999-cu ilə kimi istifadə edilməmişdir. == Təsviri və forması == Gerbin rəng və mənaları eynən Makao bayrağında olduğu kimidir. Sadəcə dairəvi formalı gerb təsvirində Makaonun çincə və portuqalca adı verilmişdir. == Qəbulu və istifadəsi == Gerb Makaonun idarəsi 20 dekabr 1999-cu ildə Portuqaliyadan Çinə keçəndə yenidən qəbul olunmuş və Makaonun rəsmi gerbi elan olunmuşdur. Gerb Çinin regional gerblərindən biri hesab olunur.
Makao patakası
Pataka (çin. 澳門圓, port. pataca macaense) və ya rəsmi adıyla Makao patakası (Çincə: 澳門 幣; Portuqalca: Pataca macaense; ISO 4217: MOP), Makaoda istifadə edilən rəsmi pul vahididir. Makao Mərkəzi Bankı tərəfindən bölüşdürülür. Patakanın alt vahidi 'avos'dur (Kanton: 仙; sin) və bir pataka 100 avosa bölünür; on avos bir 'ho'ya (毫) bərabərdir. Makao patakasını göstərmək üçün ən çox MOP $ işarəsindən istifadə edilir. == Yaranma tarixi == Bu pul vahidinin yaradılması haqqında ilk ideya 1894-cü ildə irəli sürülmüşdür. Ancaq belə bir banknotun yaradılması üçün milli bir bank fəaliyyət göstərməli idi. Belə bir bank yalnız 1902-ci ildə Makao Milli Bankı adı ilə fəaliyyətə başladı və Bank 1905-ci ildə Pataka adlı pul vahidi buraxdırmaq hüququ qazandı. O zamandan sonra Makao patakası 1980-ci ildə yenilənmişdir.
Makao qülləsi
Makao qülləsi ( çin. 澳門旅遊塔會展娛樂中心 娛樂 旅遊 塔 會展 娛樂 中心 , port. Torre de Macau Torre de Macau , port. Centro de Convenções e Entretenimento da Torre de Macau; tam adı:port. Centro de Convenções e Entretenimento da Torre de Macau Centro de Convenções e Entretenimento de Torre de Macau ), Makao şəhərində turistlərin böyük marağını cəlb edən yüksək səviyyəli tikili teleqüllə, rabitə qovşağı kafe ,3D kino və pərakəndə satış məntəqəsi kimi istifadə olunur. . 338 metr hündürlüyündə olan teleqüllə Makao şəhərində ən yüksək binadır və Çində 18-ci yerdədir,dünyanın ən yüksək televiziya qüllələri siyahısında 19-cu yer tutur. == Təsvir == Qüllə yüksək sürətli liftlərlə təchiz olunmuşdur: onların maksimal sürəti dəqiqədə 540 metr (32.4 km / saat, 0-dan 235 metrədək yüksəlmək 40 saniyəyə bərabərdir) . .n Skywalk X sistemi qonaqları xüsusi ilə cəlb edir,qüllə xarici gəzinti platformasına , eləcə də dünyanın ən yüksək tulanma platformasına (qiymət 150 400 dollar jumps) malikdir . 235 metr hündürlükdə və 734 m² sahəsi olan bir görüntü platformasından 55 km-ə yaxın radius mənzərə açılır.Bu platformanın 2 bölməsi var ki,biri açıq-şüşə mənzərəli,digəri isə saat əqrəbinin əksi istiqamətində hərəkət etmə xüsusiyyətlərinə malikdir. . Polad şpinelin hündürlüyü 90 metrdir.
Makao yarımadası
Makao yarımadası (çin. 澳門半島, port. Península de Macau) — Makaonun tarixi və ən çox yayılmış ərazisidir. == Təsviri == Yarımada 8,5—9,3 km² təşkil edir. Yarımadada 2013-cü ilə olan məlumata görə 504 300 nəfər təşkil edir. Yarımadanın ən hündür nöqtəsi 90 metrdir. Sahillərini Cənubi Çin dənizinin suları yuyur. == İnzibati bölgü == Yarımada beş freqeziyaya bölünür.
Marko Arment
Marko Arment – tanınmış amerikalı mobil aplikasiya yaradıcısı, proqramçısıdır. O həm də texnoloji sahədə müxtəlif saytlar və bloqlarda yazılar yazır. Böyük sosial şəbəkələrdən olan Tumblr-ın yaradıcılarından biridir. Bundan əlavə Instapaper və podkast platforması olan Overkastın da yaradıcısıdır. == Təhsili == Arment 2004-cü ildə Pensilvaniya ştatındakı Midlind şəhərində yerləşən Allegeyni kollecini kompüter elmləri ixtisası üzrə bitirib. == Karyera == Arment nəhəng sosial şəbəkələrindən olan Tumblr proqramının əsas yaradıcı və təkmilləşdirici iki şəxsindən biridir. O, 2007-10 illəri arasında burada baş texnoloji direktor (CTO) vəzifəsində işləmişdir. O, 2010-cu ildə buradan ayrılaraq yaratdığı digər bir proqram olan Instapaper-in üzərində kökləndi. Instapaper maraqlandığın veb-saytları, məqalələri yadda saxlayır və münasib vaxtda sonradan oxumağını təmin edir. O lakin bu layihəni 2013-cü ildə Betaworks şirkətinə satmışdır.2006-cı ildə şəxsi bloqu olan Marco.org saytını yaratmışdır.
Marko Asensio
Marko Asensio Villemsen (21 yanvar 1996[…]) — La Liqa təmsilçilərindən olan Real Madrid klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Malyorka === Asensio Balear adalarının Palma şəhərində anadan olmuşdur. Onun anası Niderland, atası isə İspaniya vətəndaşıdır. Asensio futbolçu karyerasına doğma şəhərini təmsil edən Malyorka klubunda başlamışdır. O, oyunu ilə Real Madrid və Barselona klublarının skautlarının diqqətini cəlb etmişdir. Asensio karyerasında debütünü hələ yeniyətmə olmasına baxmayaraq, B komandası ilə 2013–14 mövsümündə Terkera Diviziyasında etmişdir. Asensio əsas komanda ilə debütünü 27 oktyabr 2013-cü ildə Sequnda Diviziyasında Rekreativo de Huelva klubuna qarşı oyunda etmişdir. O, son altı dəqiqə meydanda mübarizə aparmış və komandası 3–1 hesabı ilə məğlub olmuşdur.Asensio Luqo klubu ilə oyunda da son altı dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Malyorka rəqibi ilə 0–0 hesabı ilə heç-heçə etmişdir. Asensio gözəl oyun sərgilədikdən sonra baş məşqçi Xose Luis Oltra onu əsas komandaya çağırmışdır.Asensio peşəkar karyerasında ilk qolunu 16 mart 2014-cü ildə Tenerife klubuna qarşı oyunda vurmuşdur.
Marko Borsotti
Marko Borsotti — BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi.
Marko Delvekkio
Marko Delvekkio (7 aprel 1973, Milan) — təqaüdçü italyan futbolçudur, hücumçu kimi çıxış edir. == Həyatı == Əslən milanlı olan Marko 90-cı illərin əvvəlində "İnter"də möhkəmlənə bilmədi və 1995-ci ildə "Roma"ya keçdi. Hücumçu uzun illər Françesko Totti ilə yanaşı Delvekkio "canavarlar"ın heyətində 10 mövsüm keçirib. 2000–2003-cü illər aralığında forvard milli komandaya cəlb edilirdi. O, İtaliya yığmasının heyətində qitə birinciliyinin gümüş mükafatçısı da oldu. Son bir neçə ildə Marko meydanda çox az görünür. Bunun səbəbi isə çoxsaylı zədələrdir. == 2006/07-ci illər mövsümü == Keçən mövsüm yuxarıda işlətdiyimiz sözlərin təsdiqi oldu. Delvekkio "Askoli"də cəmi 6 matçda meydana çıxmaqla 2 dəfə fərqləndi. Cari çempionat ərəfəsində hücumçu "Roma" ilə birgə məşq edirdi və şahidlərin sözlərinə görə, yaxşı forma yığmışdı.
Marko Rubio
Marko Rubio (ing. Marco Antonio Rubio; 28 may 1971, Mayami, Florida) — Amerikalı siyasətçi, ABŞ senatına Florida ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Marko Rubio Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, dördüncü yeri tutmuşdur.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Marko Veşoviç
Marko Veşoviç — (28 avqust 1991, Podqoritsa) — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi. == Karyera == === İlk illər === Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur.
Marko Yankoviç
Marko Yankoviç (futbolçu, 1988)
Marko Yevtoviç
Marko Yevtoviç (5 yanvar 1987) — Serbiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Marko Yevtoviç Serbiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Marko Yuliano
== Bioqrafiyası == Yuliano dünya məşhurluğunu "Yuventus"dakı çıxışı ilə əldə edib. O, 8 il (1996-2004) "Qoca Sinyora"nın uğurları üçün tər töküb. Həmin illərdə turinlilərin ən yaxşı müdafiəçilərindən biri yüz illiklərin qovşağında ölkə yığmasının da əsas futbolçularından idi. Mükafatlarının sayının çox olmasına baxmayaraq, Mark bəxtsiz oyunçu kimi tanınırdı. Çempionlar Liqasının üç final qarşılaşmasında məğlubiyyət, üstəgəl Avro-2000-in həlledici matçında uğursuzluğu unutmaq çox çətindir. == 2006/07-ci illər mövsümü == Təcrübəli müdafiəçi 2006-cı ilin 31 avqustunda "essina" ilə anlaşdıqdan sonra 21 oyunda iştirak etdi. Onun oyunu artıq elə də yaxşı deyildi, turnirin sonunda isə siciliyalılar elitanı tərk etdilər. Yuliano müqaviləsinin müddətini artırmadı və indi azad agent statusu ilə klubsuz qalıb. == Nailiyyətləri == Avropa birinciliyinin gümüş mükafatçısı (2000), İtaliya çempionu (1997, 1998, 2002, 2003), ölkə Superkubokunun qalibi (1997, 2002, 2003), Avropa Superkuboku (1996) və Qitələrarası Kubokun sahibi (1996).