Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Manaf Ağayev
Manaf Novruz oğlu Ağayev — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb. 1982–84-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Mədəni-Maarif" fakültəsinə daxil olur. İlk albomunu 1996-cı ildə çıxarıb 2009-cu ildə "Toylar Kralı" yarışmasının qalibi olub. Manaf Ağayev 18 fevral 2022-ci ildə Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil olduğuna görə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb.Evlidir, 3 övladı var.
Manaf Bəhmanlı
Manaf Bəhman oğlu Bəhmanlı (2 yanvar 1998, Yevlax – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub.2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb. == Hərbi fəaliyyəti == Manaf Bəhmanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. == İkinci Qarabağ müharibəsi == Azərbaycan Ordusunun əsgəri Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub. Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub. Sentyabrın 28-də Bakı şəhərində Biləcəri qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Manaf Bəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Manaf Dadaşov
Manaf Məcid oğlu Dadaşov (21 noyabr 1981, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir. Aktyor Məcid Dadaşovun oğludur. == Əsas rolları == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı Xeyir və Şər (N.Gəncəvi) — şah Ana qaz (R.Rza) — qonşu Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi Hacı Qara (M.F.Axundov) — Əsgər bəy Ezop (Q.Fiqeyredo) — həbəş Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd İki tonqal (A.Həsənoğlu) — Tərlan Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir Pəri Cadu (Ə.Haqverdiyev) — çoban Şeyx Sənan (H.Cavid) — dəliqanlı Şelkunçik (E.T.A.Hofman) — ata Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis Mən səni sevirəm (M.S.S) — Marlen Romeo və Cülyetta (U.Şekspir) — Merkusio Qoca kloun (M.Vişnek) — Manaf Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat Buratinonun macəraları (A.Tolstoy) — Duremar Konnemarada bir kəllə (M.Makdonax) — Martin HənlonYUĞ teatrı Günlərin bir günündə (İbrahim İbrahimli)Akademik Milli Dram Teatrı Kölgə (Y.Şvarts) — maliyyə naziri == Filmoqrafiya == Yol yoldaşları (film, 2003) Əlvida, cənub şəhəri (film, 2006) Hökmdarın taleyi (film, 2008) Üfüqü ötənlər (film, 2011) Sirr (serial, 2012) Həkimlər Bir ovuc torpaq (teleserial,2013) Bir ailəm var ( teleserial, 2013) Məriz (film, 2015) Xüsusi təyinatlı İbad (film, 2016) Sən olmasaydın ( teleserial, 2016) Nar bağı (film, 2017) İkinci güllə (film, 2017) Ümidlər puç olanda ( film,2018) Könül yarası ( teleserial, 2018) Son iclas (film, 2018) Dalan (film, 2019) Qarabağ. Birinci film “Bir topa adam” ( film, 2021) S.Ə.S. “Cındır adamlar” ( 2-ci bölüm) (serial, 2021) Əqrəb mövsümü (teleserial, 2022) == İstinadlar == == Xarici keçidlər == Manaf Dadaşovun “Müasir düşüncə” layihəsində (az.) “Xüsusi təyinatlı İbad” filimi təqdim olundu “Sarı gəlin” tamaşası İmran Axundov. İstedadla zəhmət birləşəndə...
Manaf Novruzov
Manaf Novruzov (tam adı: Manaf Əbdülrəhim oğlu Novruzov; 26 dekabr 1926, Naxçıvan) — həkim-terapevt, Tibb elmləri doktoru, professor. == Həyatı == Novruzov Manaf Əbdülrəhim oğlu 26 dekabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitunun tarix fakültəsini bitirmişdir. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə SSRİ Elmlər Akademiyası Vərəm Xəstəlikləri İnstitunun aspiranturasını bitirmişdir. Tibb elmləri doktoru (1970), prof.(1975).150-dən çox elmi əsərin, vərəmlə mübarizəyə dair yaddaş kitabçalarının, elmi-kütləvi filmin ssenari müəllifidir. === Əmək fəaliyyəti === Noraşen (indiki Şərur) rayonun mərkəzi xəstəxanasının baş həkimi (1955–58), Bakı şəhər 4saylı vərəm xəstəxanası baş həkiminin müavini və şöbə müdiri (1958–59), Azərbaycan Elmi-Tədqiqat Vərəm xəstəlikləri İnstitutunda baş elmi işçi (1963–68), təşkilat şöbəsinin müdiri (1970–81), elmi işlər üzrə direktor müavini (1981–95) işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftizio-pulmonoloqu, respublika ftiziatr və pulmonoloq həkimləri assosiasiyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasında vərəm xəstəlikləri üzrə milli əlaqələndiricisi olub. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Manaf Süleymanov
Süleymanov Manaf Fərəc oğlu (3 mart 1912, Lahıc, Şamaxı qəzası – 12 sentyabr 2001, Bakı) — azərbaycanlı yazıçı, nasir, tərcüməçi, tarixçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi (1991). == Həyatı == Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932–1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır. Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur. Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirmişdir. Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar.
Manaf Tlaf
Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən, Hims mühafazası) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü. == İlk illəri == Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi. O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur. Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi. == Karyerası == Tlas 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin sağ əlinə çevrilir.
Manaf Tlas
Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən, Hims mühafazası) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü. == İlk illəri == Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi. O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur. Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi. == Karyerası == Tlas 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin sağ əlinə çevrilir.
Manaf Xəlilov
Manaf Abbas oğlu Xəlilov (1899, Qala, Bakı qəzası – 14 iyul 1944) — Azərbaycan SSR yüngül sənayesi komissarının səlahiyyətlərinin icraçısı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrin birinci müavini, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. == Həyatı == Manaf Abas oğlu Xəlilov 1899-cu ildə Bakı qəzasının Qala kəndində neft işçisi ailəsində anadan olmuşdur. Çox gənc yaşlarından müstəqil əmək həyatı sürməyə başlamışdır. Bir neçə il kənd məktəbində oxuyandan sonra dərsi buraxmağa və çörək pulu qazanmağa məcbur olmuşdur. 1917-ci ildə Balaxanıda kapitalist Mirzoyevin 9- cu mədənində qarovulçu olmuşdur. Burada , neftçi- proletarlar arasında gənc işçi Xəlilovun siyasi şüuru formalaşmağa başlayır. Həmin ildə həmkarlar ittifaqının üzvü olmuş və 1919-cu ilin fevral ayında bolşeviklər partiyasına daxil olmuşdur. Mədəndə işlərkən podpolljedə çalışan bolşevik təşkilatının rəhbərliyi ilə bəy və xanların təmsilçisi Müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Partiya təşkilatının tapşırıqlarını yerinə yetirmiş, kazarmalarda və mədənlərdə agitasiya aparmışdır. O zaman bolşevik Həştərxanının neftə ehtiyacı var idi.
Manaf Zərnəvai
Manaf Zərnəvai — Şəki xanlığının Şirvan naibi, Hacı Məhəmmədəli xanın oğlu. == Həyatı == 1761-ci ildə Hacı Məhəmmədəli xanın devrilməsindən sonra Şəki xanlığına qaçmışdı. Nəhayət 1768-ci ildə Şəki-Quba qoşunlarının Şirvanı işğalından sonra Manaf bəy Məhəmmədhüseyn xanın Şirvan naibi təyin olundu. Hakimiyyəti altında Yeni Şamaxı, Sərdərin mahalı və Həsən mahalı vardı. Çox keçmədən 1768-ci ilin avqustunda Quba xanlığına qarşı danışıqlara başlayan Manaf bəy və Məhəmmədhüseyn xanın danışıqlarına əsasən Manaf bəy Köhnə Şamaxını ələ keçirərək bütöv Şirvanın xanı olacaq, göstərdiyi hərbi dəstək müqabilində Şəki xanlığına vergi ödəyəcəkdi. Lakin plandan xəbər tutan Fətəli xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndə sürgün edilir. 1769-cu ilin iyulunda isə Yeni Şamaxı dağıdıldı. 1789-cu ildə Fətəli xanın ölümündən sonra Məhəmmədhəsən xan Şirvana hücuma keçərək Manaf bəyi hakimiyyətə qaytarmağa çalışdı. Lakin Manaf bəyin hakimiyyəti cəmi yarım ay çəkdi. Həmin il Əsgər xanın orduları tərəfindən ələ keçirilərək öldürüldü.
Manaf Şamxalov
Manaf Şamxalov (11 iyun 1915, Xiv, Dağıstan MSSR – 1974) — Sovet, Tabasaran şairi və yazıçısı. Üstəlik tərcüməçi və dramaturq olaraq da tanınır. == Bioqrafiya == 15 iyun 1915-ci ildə kasıb bir kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu məktəbdə alır. Dərbənd pedaqoji işçilər fakültəsini bitirir. Komsomol və partiya vəzifələrində çalışır, Pskov şəhərinin atçılıq eskadriyası qəzetinin ilk redaktoru olur, "Svet Oktyabrya" rayon qəzetinin redaksiyasında fəaliyyət göstərir. 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv olur. 1955-ci ildə rayon partiya məktəbini bitirmişdir. 1959-cu ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. Manaf Şamxalov 1974-cü ildə vəfat etmişdir.
Asif Manafov
Asif Abbas oğlu Manafov — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi. == Həyatı == Asif Abbas oğlu Manafov 1959-cu ildə Oğuz şəhərində anadan olub.Orta təhsilini 1976-cı ildə Oğuz şəhər 2 №-li orta məktəbində başa vuraraq, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Biologiya fakultəsinə daxil olub.Universiteti bitirdikdən sonra 1982 təyinatla Zoologiya institutuna göndərilib. 1982-1985-ci illərdə Zoologiya institutunun “Su heyvanları parazitləri“ laboratoriyasinda baş laborant vəzifəsində çalışıb.Daha sonra 1985-ci ildə həmin laboratoriyada müsabiqə yolu ilə kiçik elmi işçi, 1992-ci ildə böyük elmi işçi, 2013-cü ildə isə baş elmi işçi və laboratoriya müdiri vəzifələrinə seçilib. O, 2014-cü ildən institutun “Parazitologiya” şöbəsinə də rəhbərlik etmişdir. A.Manafov 1990-cı ildə “Şimali Azərbaycanda Melanopsis cinsindən olan mollyuskların partenit və serkariləri” mövzusunda namizədlik, 2012-ci ildə isə «Azərbaycanın su hövzələrində Melanopsis praemorsa (L.) mollyusklarının trematod faunası (morfologiya, biologiya, ekologiya)” adlı doktorluq dissertasiyalarını müdafiə edərək müvafiq elmi dərəcələri almışdır. O 70-dən artıq elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir. A.A.Manafov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər üzrə Ekspert şurasının üzvüdür. O həmçinin, Qafqaz Universitetinin Beynəlxalq “Qafqaz” jurnalının redaksiya heyətinin, “AMEA Zoologiya institutunun əsərləri”nin və “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri”nin redaksiya heyətlərinin üzvüdür. == Elmi fəaliyyəti == Elmi fəaliyyətə 1982-ci ildə AMEA Zoologiya İnstitutunda baş laborant vəzifəsilə başlayan Asif Abbas oğlu Manafov 2013-cü ildən institutun “Su heyvanları parazitləri” laboratoriyasının, 2014-cü ildən isə həm də “Parazitologiya” şöbəsinin müdiri işləmişdir.Zoologiya institutunda çalışdığı illərdə o, insan və kənd təsərrüfatı heyvanları, balıq və quşların parazitar xəstəliklərinin tədqiqi ilə əlaqədar olan elmi-tədqiqat mövzularının icraçılarından biri, daha sonra rəhbəri olmuş, respublika ərazisində yaşayan şirinsu mollyusklarının trematod faunasının kompleks zooparazitoloji tədqiqi, akvakultura şəraitində yetişdirilən balıq növlərinin, xüsusilə nərə balıqlarının parazitar xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində ixtisaslaşmışdır.A.Manafov respublikanın şirinsu hövzələrində məskunlaşan mollyuskların insan və heyvan trematodlarının yayılmasında rolunu müəyyən edərək, bu parazitlərin müxtəlif inkişaf mərhələlərinin (serkari, metaserkari, adoleskari, sporosista, redi) mikromorfoloji quruluşunun tədqiqi əsasında elm üçün yeni olan 30-dan artıq trematod növünün ilk təsvirini vermuişdir.A.Manafov tərəfindən Lesitodendridlər kompleksinə daxil olan trematodların filogenezində virqulanın əmələ gəlmə və formalaşma yolu müəyyən edilərək, təsnifatda aparıcı əhəmiyyətə malik olan bu orqanın trematodların taksonomik təyinatındakı yeri və roluna yenidən baxılmasının vacib olduğu göstərilmişdir. Hetotaksiyanın (sensillərin topoqrafiq tədqiqinin) trematodların təsnifatında mühüm əhəmiyyətə malik olduğu orijinal faktlarla sübut edilərək göstərilmişdir ki, bu strukturun tədqiqinin nəticələri ancaq differensasiyaedici əlamət kimi deyil, həm də etibarlı inteqrasiyaedici (morfoloji cəhətdən uzaq görünən növlərin filogenetik cəhətdən yaxın qohumluğunu göstərən )əlamət kimi istifadə edilə bilər.
Asya Manafova
Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi == Həyatı == Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995 ildən). Azərb. Dövlət Neft və Kimya İn-tunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959 ildən başlamış, 1965 ildən Azərb. EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969 ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974 ildən Azərb. KP Qusar RK-nın katibi, 1979 ildən Azərb. KP MK-da məsul işçi, 1981 ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990 ildən Azərb. KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992 ildə Azərb. Resp. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.
Cavid Manafov
Cavid Faiq oğlu Manafov (4 fevral 1999, Nizami rayonu – 7 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Manafov 4 fevral 1999-cu ildə Bakı şəhəri Nizami rayonunda anadan olub.O, 15.09.2005-31.05.2016-ci ilədək Heydər Əliyev adına liseydə təhsil alıb, 15.09.2016-ci ildən-31.05.2020 ci ildək Bakı Dövlət Universitetinin (SEP) Psixologiya fakültəsində təhsil alıb. 8 iyul 2020-ci ildə hərbi xidmətə yollanıb. Müharibə başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 31 oktyabr 2020-ci il tarixində Batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını xilas edərkən ağır yaralanıb. 7 noyabr 2020-ci il tarixində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Cavid Manafov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Manafov
Fərhad Manafov
Manafov Fəxrəddin Manaf oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir.
Fəxrəddin Manafov
Manafov Fəxrəddin Manaf oğlu — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1987), Azərbaycan Respublikasının Xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006). == Həyatı == Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik Aktyorlar evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna vermiş və 1975-1980-ci illərdə orada ali təhsil almışdır. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirmişdir.
Manafoba
Manafoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 dekabr 2002-ci il tarixli 415-IIQ saylı qanunu ilə Manafoba kəndi Qusarçay kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çinartala kəndi mərkəz olmaqla, Çinartala kənd inzibati ərazi dairəsinə verilmişdir.
Marat Manafov
Marat Manafov (1950-ci illər, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. == Haqqında == Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Məmmədəli Manafzadə Sabit
Məmmədəli Manafzadə (təxəllüsü: Sabit; 1888 – 1940) ― Azərbaycan şairi, yazıçı və publisist. == Həyatı == XX əsrin əvvəlləri – Azərbaycan ədəbiyyatının yeniliklərlə zəngin, ədəbi-mədəni oyanışın ən əlamətdar dönəmidir. 1905-ci il inqilabından sonra çar Rusiyasının mətbuata verdiyi nisbi azadlıqlardan istifadə edən Azərbaycan ziyalılarının təşəbbüsü ilə bir sıra mətbuat orqanları fəaliyyətə başlamışdır. Xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə yeni bir ədəbi məktəbin əsası qoyulmuş, yeni bir ədəbi nəsil formalaşmışdır. Bu dövrün yetişdirdiyi Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətlərindən biri Məmmədəli Manafzadə Sabitdir. O, 1888-ci ildə Təbrizdə doğulmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra fransızların Təbrizdə açdığı Pedaqoji institutu bitirmişdir. 1908-ci ildən etibarən jurnalist kimi fəaliyyətə başlayan Sabit Təbrizdə öz təşəbbüsü ilə “Şəkər” adlı qəzetin nəşrinə başlamış, milli birlik, bərabərlik, azadlıq ideyalarının carçısı olmuş, Məşrutə inqilabına və Səttarxan hərəkatına dəstək verdiyinə görə İran mürtəcelərinin təqiblərindən qaçaraq Bakıya gəlmişdir. Onun Azərbaycan mətbuatında görünməsi də buraya gəlişindən sonra – 1910-cu ildən sonrakı mərhələyə aiddir. M.M.Sabit bir qədər sonra Aşqabada dəvət olunmuş, uzun illər “Müzəffəri” məktəbində müəllim işləmişdir.
Osman Manafov
Osman Natiq oğlu Manafov (24 noyabr 1991; Suraxanı rayonu, Azərbaycan — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Osman Manafov 1991-ci il noyabrın 24-də Suraxanı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Osman Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Manafov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Manafov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qabil Manafov
Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor. == Həyatı == Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır. 1974—1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır. 1975-ci ildə ordu sıralarında xidmət etmişdir. 1976—1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980—1982-ci illərdə V.İ.Lenin adına APİ-da (indiki N.Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir. 1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir.
Rafiq Manaflı
Rafiq Hidayət oğlu Manaflı (22 sentyabr 1958, Salyan, Salyan rayonu) — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri. == Həyatı == Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur. == Siyasi Fəaliyyəti == 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur. 2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub.
Turan Manafov
Turan Manafov Elman oğlu (19 sentyabr 1998, Bakı) — azərbaycanlı futbolçu. Bakını təmsil edən "Səbail" klubunda oynayır. == Karyera == Turan Manafov futbola əvvəlcə Qarabağın, sonra isə Qəbələnin futbol akademiyasında başlayıb. Daha sonra "Qarabağ"a keçən futbolçu, "Qarabağ"ın 2017-ci il yay toplanışlarına qatılır və Rusiyanın "Axmat" klubu ilə yoldaşlıq oyununda Ansi Aqollini əvəzləyərək meydana çıxır. 2017-ci ildə Qarabağın Azərbaycan Premyer Liqasında bir neçə oyununda adı oyunun iştirak ərizəsinə salınır. Futbolçu həmçinin UEFA Çempionlar Liqasında iştirak edən komandaların gənc futbolçuarının iştirakı ilə keçirilən "UEFA Gənclər Liqası"nın qrup mərhələsinin ilk turunda keçiriləcən "Çelsi" U-19 — "Qarabağ" U-19 oyununda iştirak edir.2018-ci ildə futbolçu "Sumqayıt" klubuna dəvət edilir. "Sumqayıt"ın əvəzedici komandasının heyətində, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında meydana çıxır. 2018–19 mövsümundə "Sumqayıt"ın əsas heyətinə dəvət alır və 23 sentyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın "Keşlə" ilə oyununda debüt edir. Mövsümun ikinci yarısında futbolçu "Zaqatala" klubuna icarəyə verilir. 5 aprel 2019-cu ildə Azərbaycan çempionatının Birinci divizionunda baş tutmuş "Zaqatala" — "Səbail-2" oyununda qol vurur.2019-u ilin yayında futbolçu "Səbail" klubuna transfer edilir.
Turan Manafzadə
Turan Manafzadə (Turan İslam qızı Manafzadə; 25 may 1991, Bakı) — Azərbaycan dirijoru, bəstəkarı və pianoçu. 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını almışdır. == Həyatı == === Erkən illəri === 1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub. === Yaradıcılıq fəaliyyəti === Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər vermişdir. 2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmışdır. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılmışdır. O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnirini təşkil etmişdir.
Xəyalə Manaflı
Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı. == Həyatı == Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir. 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır. 1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub. 1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub.
Manas
Manas — qırğız dastanı. == Ümumi məlumat == Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Manas (şəhər)
Tumanyan, Allahverdi və ya Alaverdi — Ermənistan Respublikasında şəhər. Keçmiş Tumanyan rayonunun mərkəzi. == Tarixi == Manas şəhərinin adının türk mənşəli olması heç bir şübhə doğurmadığından ermənilər ərazinin milli mənsubiyyətini dəyişmək məqsədi ilə şəhərin adını dəyişərək Allahverdi qoyublar və beləliklə də qədim tarixin daha bir səhifəsi kölgədə qalıb. Şəhər Tona (Debed) çayı sahilində yerləşir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1975-ci ildə 21,9 min əhalisi olub. Şəhər sovetinə Ağnər (dəyişdirilmiş adı Akner) kəndi də daxil idi. Hazırda əhalisinin hamısını ermənilər təşkil edir. == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası.
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manat (tanrı)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manay Alibekov
Manay Alibekov (1860 - 1920)—qumuq şairi. == Həyatı == Manay Alibekov (1860, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın pe­şəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yaz­dığı əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qu­muq qızla­rının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mol­lalar“ və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa­riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban­zadə onu „köy ve köylü şairi“ adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir. Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zən­gin etnoqrafik materialları var. Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap et­dirmişdir.
Mana çayı
Mana çayı — Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Çayın uzunluğu 475 km, hövzəsinin sahəsi isə 9320 кm²-dir. Başlanğıcını Verxmans gölündən götürür. Mansk Beloqoriya silsiləsindən keçərək, şərqi Sayan dağlarının şimal hissəsindən keçir.
Mana İvabuçi
Mana İvabuçi (d. 18 mart 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 20 qol vurub.
Noura Mana
Noura Mana (12 dekabr 1997) — Mərakeşli üzgüçü. Noura Mana Mərakeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Noura Mana birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.20 saniyəlik nəticəsi ilə 59-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aq-Manay bərzəği
Aq-Мanay bərzəği (rus. Ак-Монайский перешеек, ukr. Ак-Монайський перешийок, krımtat. Aq Manay boynu, Акъ Манай бойну) — Kerç yarımadasını Krımın əsas hissəsi ilə birləşdirir. Azov dənizinin Sivaş körfəzi və Arabat körfəzlərini Qara dənizin Feodosiya körfəzini ayırır. Bərzəğin uzunluğu təqribi — 15 km, eni ən dar yerdə — 17 km təşkil edir. Bərzəx öz adını onun ərazisində yerləşən Aq-Manay və Parpac kəndlərinin adından götürmüşdür. Bərzəğin şimal hissəsində Arabat Oxu adlı burun vardır. Onun ərazisində hərbi su anbarları və Kamışıncki Luk gölü vardır. Bərzəxdə Kamenskoe, Lovovo, Petrovo, Semisotka, Frontovoe, Yacmennoe və şəhər tipli qəsəbə olan Primorsk Bərzəz artıq I — III əsrlərdə məskunlaşma mövcud idi.
"Manas" Qırğızıstan-Türkiyə Universiteti
"Manas" Qırğızıstan-Türkiyə Universiteti (qırğ. Кыргыз-Түрк «Манас» Университети, türk. Kirgizistan-Türkiye "Manas" Üniversitesi) — Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi. Əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır. == Tarixi == Manas Universiteti, fəaliyyətlərinə 1997–1998-ci tədris ilində Qırğızıstanın paytaxtı — Bişkekdə "Qırğız-Türk" Manas "Universitetinin yaradılması haqqında" Sazişin hər iki ölkənin səlahiyyətli orqanlarının təsdiqindən sonra başladı. Bu müqavilə 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə Cümhuriyyəti və Qırğızıstan Respublikası Hökumətləri tərəfindən imzalanmışdır. Universitet, Tələbə İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanının nəticələrinə əsasən Qırğızıstandan tələbə qəbul edir. Türk tələbələr, Türkiyə Cümhuriyyətinin İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən edilən bir imtahan yolu ilə işə qəbul edilir. Digər Türkdilli dövlətlərin və millətlərin tələbələri, Türkiyə Cümhuriyyəti Türk Dilli Dövlətlər üçün Tələbə İşə Qəbulu və Dağıtımı Mərkəzi tərəfindən də keçirilən imtahan nəticələrinə görə işə qəbul edilir. 2011–2012-ci tədris ilinin birinci semestrinin sonuna 9 fakültədə, 4 ali məktəbdə, 1 peşə məktəbində 3809 lisenziya tələbəsi təhsil alır, 196 lisenziya və aspirant isə 2 institutda təhsillərini davam etdirir.
Brassica campestris var. mana
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Mana Puls Milli Parkı
Mana Puls Milli Parkı — Zimbabvenin şimalında 219,600 hektar ərazini əhatə edən vəhşi təbiəti mühafizə zonası və milli parkdır.Bura, aşağı Zambezi çayının hər yağış mövsümündən sonra düzənliyin geniş bir göl sahəsinə çevrildiyi bir regionudur. Göllər daha sonra getdikcə quruyur və geri çəkilir. Bu zaman bölgə bir çox iri heyvanı su axtarışına cəlb edir və bura, Afrikanın ən məşhur araşdırma bölgələrindən birinə çevrilir. Park 1984-cü ildə Sapi Safari bölgəsi (118,000 ha) və Çivour Safari sahəsi (339,000 ha) ilə birlikdə (ümumi 676,600 ha) UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Mana Puls həmçini, 3 yanvar 2013-cü il tarixində beynəlxalq əhəmiyyətli Ramsar bataqlıq ərazisi təyin edilmişdir. == Etimologiya == Mana şona dilində "dörd", Pool isə ingilis dilində "hovuz" deməkdir və parkın bu adı orta Zambezi yaylaları tərəfindən meydana gələn dörd böyük daimi hovuza istinad edir. == Ekologiya == Bu 2500 kvadrat kilometrlik çay sahili, adalar, qum sahələri və hovuzlar, maxaqoni, yabanı əncir, eboniya və baobab meşələri ilə əhatə olunmuş ərazilər Cənubi Afrikanın ən az inkişaf etmiş milli parklarından biridir. Park ölkədəki ən böyük begemot və timsah konsentrasiyasına və zebra, fil və Afrika kəlinin böyük quraqlıq mövsümdə ən böyük məməli populyasiyalarına malikdir. Bu ərazidə şir, hepard, Afrika vəhşi iti, bəbir və qonur kaftar da daxil olmaqla yaxın təhlükə altında olan növlər də mövcuddur. Ərazi UNESCO tərəfindən qeyd edildiyi zaman, bura Afrikada 500-ə yaxın fərdi olan şərq qara kərgədanları üçün ən vacib sığınacaqlardan biri idi.
Anafi
Anafi (yun. Αναφή) — Egey dənizindəki ada Yunanıstana məxsusdur. == Coğrafiya == Kiklad arxipelaqına daxildir. Santorinidən 12 dəniz mili şərqdə yerləşir. Ada təxminən 38 km² əraziyə, 10 km uzunluğa və 7 km enə malikdir. Anafi adasının şərq hissəsində hündürlüyü 584 m olan Kalamoss zirvəsi var. == Əhali == 2001-ci il siyahıyaalınmasına görə, Anafi adasında 273 nəfər yaşayırdı. == İqtisadiyyat == Hazırda ada sakinlərinin əsas məşğuliyyəti turizm və balıqçılıqdır.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Banan
Banan — banankimilər fəsiləsindən çoxillik ot bitkisi cinsi. Qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Vətəni Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələridir. 70-ə yaxın növü var. İstisevən hibrid növləri (M. paradisiaca və M. sapientum) daha çox yayılmışdır. Kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru — yalançı gövdə əmələ gətirir. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur, ümumi kütləsi 50–60 kq-a çatır. Yeyilir, qurudulur, konserv, marmelad, şirə, şərab, banan unu və s. hazırlamaq üçün istifadə edilir.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.