Manaf Xəlilov

Manaf Abbas oğlu Xəlilov (1899, Qala, Bakı qəzası14 iyul 1944) — Azərbaycan SSR yüngül sənayesi komissarının səlahiyyətlərinin icraçısı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrin birinci müavini, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs.

Manaf Xəlilov
bayraq
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini
bayraq2
13 noyabr 1937 – 29 iyun 1938
SədrTeymur Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 14 iyul 1944(1944-07-14)
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Manaf Abas oğlu Xəlilov 1899-cu ildə Bakı qəzasının Qala kəndində neft işçisi ailəsində anadan olmuşdur. Çox gənc yaşlarından müstəqil əmək həyatı sürməyə başlamışdır. Bir neçə il kənd məktəbində oxuyandan sonra dərsi buraxmağa və çörək pulu qazanmağa məcbur olmuşdur. 1917-ci ildə Balaxanıda kapitalist Mirzoyevin 9-cu mədənində qarovulçu olmuşdur. Burada , neftçi- proletarlar arasında gənc işçi Xəlilovun siyasi şüuru formalaşmağa başlayır. Həmin ildə həmkarlar ittifaqının üzvü olmuş və 1919-cu ilin fevral ayında bolşeviklər partiyasına daxil olmuşdur. Mədəndə işlərkən podpolljedə çalışan bolşevik təşkilatının rəhbərliyi ilə bəy və xanların təmsilçisi Müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Partiya təşkilatının tapşırıqlarını yerinə yetirmiş, kazarmalarda və mədənlərdə agitasiya aparmışdır. O zaman bolşevik Həştərxanının neftə ehtiyacı var idi. Neft işçiləri bolşeviklər üçün yanacaq göndərilməsini tələb edirdilər. Müsavat hökuməti buna hər vəchlə müqavimət göstərirdi. Budur ki, mədən və zavodlarda işçi tətilləri baş verirdi.9-cu mədəndə də belə tətilləri aktiv təşkilatçılarından biri Manaf Xəlilov idi. Vətəndaş müharibəsi cəbhələrində Qızıl Ordunun qəhrəmancasına qələbəsindən və Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Bakı partiya təşkilatı Xəlilovu Qızıl Orduya göndərir. 1922-ci ildən Xəlilov rota siyasi rəhbəri kimi işləyir. Orduda olarkən var-qüvvəsini Qızıl Ordunun möhkəmlətməyə və döyüşçülərin siyasi tərbiyəsinə verir. Ordudan buraxılandan sonra 1924-cü ildə Xəlilov mədən qayıdır. Artan sosializm sənayesi getdikcə daha artıq yanacaq tələb edirdi. Bu zaman Manaf Xəlilov 7-ci Sabunçu mədənində həmkarlar komitəsinin sədri seçilir. Həmkarlar təşkilatına rəhbərlik edərkən sosializm yarışını genişləndirir, neftçilər kollektivini neft planını vaxtından əvvəl yerinə yetirmək üçün səfərbərliyə alır. 1926-cı ildə rəhbər təsərrüfat işinə irəli çəkilir. Lenin rayonunun 12-ci,18-ci və başqa mədənlərində dörd il müdir köməkçisi işləyir, istismar təsərrüfatında intizam yaradır. Qabaqcıl texnikanı cəsarətlə tətbiq edir və az bir zamanda neft hasilatının kəskin surətdə yüksəlməsinə müvəffəq olur. Mədənlərdə bir neçə il işləmək nəticəsində böyük, təşəbbüsçü neft komandirinə çevrilir. 1929-cu ilin axırında partiya təşkilatı onu S. M. Kirov adına Sənaye Akademiyasına oxumağa göndərir. Akademiyanın ictimai həyatında fəal iştirak edir, inadla elmə yiyələnir. 1931-ci ildə Sənaye Akademiyasını bitirdikdən sonra Lenin rayonu mədənlərinin direktor müavini təyin edilir, sonra isə mütəxəssisləri aparatdan istehsalata keçirmək haqqında xalq ağır sənaye komissarı, Serqo Orconikidzenin əmrindən sonra könüllü surətdə mədənə gedən birincilərdən olur. Lenin rayonunun 4-cü mədənində rəhbərlik etdiyi üç il ərzində işi yaxşı bildiyinə və kadrlara həssaslıqla, diqqətlə yanaşdığına görə neftçilər arasında böyük nüfuz qazanır.4-cü mədənin işçi və mütəxəssisləri kollektivi, bolşevik-təşkilatçı Xəlilovun rəhbərliyi ilə hər il dövlət planını artıqlığı ilə yerinə yetirir. Eyni zamanda Xəlilov böyük partiya-ictimai iş görür. Azərbaycan K(b)P raykomu Plenumunun və bürosunun üzvü seçilir, 22-ci Bakı partiya konferensiyasında isə Azərbaycan K(b)P Bakı Komitəsinin üzvü seçilir.12-ci çağırış Bakı Sovetinin üzvü olaraq sovetin neft seksiyası işində aktiv iştirak edir. 1937-ci ilin sentyabr ayında Əzizbəyovneft trestinin müdiri vəzifəsi kimi məsul işə irəli çəkilir. Ümum-Azərbaycan Mərkəzi İcra Komitəsinin Prezidiumunun 1937-ci il 13noyabr tarixli qərarı ilə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin birinci müavini təsdiq edilmişdir.

Repressiyalara uğraması

[redaktə | mənbəni redaktə et]

Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əks-inqilabi milliyətçi təşkilatının" rəhbəri olduğu ittihamı ilə həbs olunmuşdur[1]. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır[1]. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir[2]. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi[3]. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə15 il müddətinə azadlıqdan məhrum edilmişdir[4]. 1944-cü ildə həbs düşərgəsində dünyasını dəyişmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərardadı ilə bəraət edilmişdi[5]. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır[5].

  1. 1 2 Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əks-inqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
  2. "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123-124". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  3. "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  4. "00497 №-li Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
  5. 1 2 "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881-892". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.