Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matrona
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.
Matrona Moskovski
Moskvalı Matrona – rus pravoslav kilsəsinin müqəddəsi.
Moskvalı Matrona
Moskvalı Matrona – rus pravoslav kilsəsinin müqəddəsi.
Hesperis matronalis
Hesperis matronalis (lat. Hesperis matronalis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin hesperis cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi əyilmiş, qısa budaqlı və ya uzun, hündürlüyü (15) 30-100 sm, sadə və ya qarışıq tükcüklüdür. Yarpaqları yumurtavari və ya uzunsov-lansetvari, ucubiz, kənarları diş-dişli və ya demək olar bütöv, aşağı yarpaqları saplaqlı, yuxardakılar oturaq, dar lansetvaridir. Salxımı qeyri-sıxdır. Çiçəkləri xoş ətirli, ləçəkləri bənövşəyi, çəhrayı, az hallarda ağ rəngdədir. Buynuzmeyvələri demək olar ki düz, təsbehvari, uzunluğu 5-12 sm, nazik, çılpaq və ya tüklənmişdir. Toxumları xırda, mixəyidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır.
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Marton Fülop
Marton Fülop (mac. Márton Fülöp; d. 3 may 1983, Budapeşt, Macarıstan – ö. 12 noyabr 2015) — Futbol üzrə Macarıstan millisinin qapıçısı. == Karyerası == 2004-2010-cu illər ərzində İngiltərənin "Tottenhem", "Sanderlend", "Lester", "Mançester Siti" kimi klublarda forma geyinmişdir. Macarıstan millisinin heyətində də 24 dəfə meydana çıxmışdır. == Xəstələnməsi və vəfatı == Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bu səbəbdən 2013-cü ildə futbolçu karyerasını dayandırmalı olmuşdur. 2 il müddətində müalicə olsa da, Marton Fülop, 2015-ci ildə – 32 yaşında dünyasını dəyişmişdir.
Mayron Skoulz
Omon Matjon
Omon Matjon (özb. Omon Matçonov, 14 fevral 1943 – 29 oktyabr 2020, Daşkənd) — özbək şairi, dramaturqu, Özbəkistanın xalq şairi == Həyatı == Omon Matjon 14 fevral 1943-cü ildə Özbəkistanın Xarəzm vilayətinin Yangibazar rayonunda anadan ilmuşddur. Səmərqənd Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir (1969). Qafur Qulam adına Ədəbiyyat və İncəsənət Nəşriyyatında redaktor, şöbə müdiri (1969-1985), "Yoşlik" jurnalının baş redaktoru (1985-1991), Özbəkistan Res-publikası Prezidenti Aparatında məsul şəxs (1991-1994), Özbəkistan Respublikası Dövlət Mətbuat Komitəsi sədrinin müavini (1994 -1199), "Çolpon" nəşriyyatının direktoru (1999-2001), 2001-ci ildən ömrünün sonlarınadək "Gülxan" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Uğurlu ədəbi fəaliyyətinə görə Özbəkistanın Xalq Şairi adına layiq görülmüşdür (1993). Omon Matjon 29 oktyabr 2020-ci ildə, 77 yaşında Daşkənddə vəfat etmişdir. == Yaradıcılığı == Omon Matjon 1965-ci ildən mətbuatda şeirləri ilə çıxış etmişdir. Şairin "Karvan çanı" (1973), "Günəş saatı" (1974), "Yanan ağac" (1976), "Yaralı şimşək" (1977), "Səni sevirəm" (1981), "Ağaclar və bitkilər" (1984) , "Aramızda yalnız bir alma" (1990), "İnsanın kölgəsi günəşə düşdü" (1991), "Quş yolu" (1993), "İnam işığı" (1994), "Ardaxiva" (2000), "Xoca Əhrarın ziyarətləri" (2002) ) və digər poetik əsərlərində incə bir gerçəklik hissi ilə bədii ifadə prinsipi, müəyyən bir hadisədən fövqəladə fəlsəfi nəticələr çıxarmaq, doğulub böyüdüyü mühitin ab-havasına uyğun ifadələrin təcəssümü üstünlük təşkil edir. Omon Matjon lirik şeirlərlə yanaşı, povestlər və dramatik əsərlər da yazmışdır. O, həmçinin Xarəzmdan olan özbək xalqının böyük şəxsiyyətləri haqqında dramatik əsərlərin – “Pəhləvan Mahmud” (1975), “Beruni” (1977) və s.
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Qızıl Patron
Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi. 1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi. 1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu. 1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi. 2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.
Mayron Şoulz
Mayron Skoulz (ing. Myron Samuel Scholes) (1 iyul 1941[…]) — Kanadada anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı. 1997-ci ildə Robert Mertonla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Blek-Skoulz modelinin qurucularından biridir. Bütün binominal opsiyon modellərinin mənbəsi bu anlayışdır. == Həyatı == Mayron Skoulz 1 iyul 1941-ci ildə ailəsinin Böyük böhran dövründə köçdüyü Kanadanın Timmins şəhərində anadan olub. 1951-ci ildə ailəsi cənuba, Kanadanın Hamilton şəhərinə köçdü. Mayron Skoulzun anası xərçəng xəstəliyi səbəbindən öldü, sonra o, Hamiltonda qalmağa qərar verdi və McMaster Universitetinin iqtisadiyyat bölməsindən məzun oldu. McMasterdəki professorlardan biri Mayron Skoulzu sonradan İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Çikaqo Universitetinin iqtisadçıları olan Corc Stiqler və Milton Fridmenlə tanış elədi. İqtisadiyyat bölməsindən məzun olduqdan sonra Mayron Skoulz təhsilinə Çikaqo Universitetində davam etməyə qərar verdi.
Natron gölü
Natron gölü (ing. Natron, suah. Natron) — Tanzaniyanın şimalında, Keniya ilə sərhəddə Aruşa bölgəsində duzlu qələvi göl. Göl Böyük Rift Dərəsinin şərq hissəsi olan Qriqori riftində yerləşir. Natron gölü hövzəsi beynəlxalq Ramsar Konvensiyası ilə qorunur. Natron əsasən Şimali Keniyada minerallarla zəngin ərazidən başlayan Evaso Nqiro çayı ilə qidalanır. Gölün dərinliyi üç metrdən çox deyil və ilin vaxtından və suyun səviyyəsindən asılı olaraq sahil xəttini dəyişir. Gölün uzunluğu maksimum 57 km, eni isə 22 km-ə çatır. May-dekabr aylarında göl üzərində mövsümi yağıntılar düşür və 800 mm yağıntı alır. Bataqlıq ərazilərdə suyun temperaturu 50 dərəcə C-yə çata bilir və suyun səviyyəsindən asılı olaraq qələvilik pH 9-dan 10,5-ə qədər ola bilir.
Cin Mayron Amdal
Patron Xəlil üsyanı
Patrona Xəlil üsyanı – 1730-cu ildə İstanbulda baş verən və III Əhmədin taxtdan endirilməsi ilə nəticələnən üsyan. == Üsyandan əvvəlki vəziyyət == Yeniçəri ocağına məsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı üçün Patrona ləqəbiylə anılan Xəlilin adıyla tarixə keçən üsyan, mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Üsyan 1718 tarixli Pojarevatsk sülhü ilə başlayan ardıcıl siyasi, iqtisadi və sosial inkişafa qarşı etirazların nəticəsidir. Dövrün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın, Osmanlı ordusunun Avstriyaya qarşı məğlubiyyətindən sonra sülh tərəfdarı siyasət yeritməsi səbəbilə orduyla münasibətlərinin pisləşməsi, Belqrad və Temeşvar kimi önəmli mövqelərin itirilməsi, Nevşəhərli İbrahim Paşa sədrəzəm olduqdan sonra ordunu məmnun etmək üçün heç bir səbəb olmadan Səfəvilərə müharibə elan etməsi və bu mübarizədə Osmanlıların məğlub olması əhalinin müxtəlif təbəqələri arasında narazılıqlara səbəb olmuşdu. Digər tərəfdən uzun müddətdir ki, davam edən müharibələrin səbəb olduğu iqtisadi böhran, əvvəlcə müvəqqəti olaraq yığılsa da, sonralar daimi vergiyə çevrilən ağır “imdadiyyə” vergisi, önəmli dövlət vəzifələrinin ömürlük verilməsi kimi icra olunan bəzi tədbiqlər, xüsusilə aşağı təbəqənin vəziyyətini ağırlaşdırmışdı. Başda Sultan Əhməd və kürəkəni Nevşəhərli İbrahim Paşa olmaqla, dövlət adamlarının israfçılığa səbəb lüzumsuz məsrəfləri, boş qalan bəzi vəzifələrin qeyri-qanuni şəkildə guya doluymuş kimi göstərərək gəlirlərinin xəzinəyə yönləndirilməsi də xalqın etirazına və dövlət adamlarına olan nifrətə səbəb olmuşdu. XVII əsr boyunca böyük şəhərlərə köç hələ də davam edir, bu da əyalətlərin boşalmasına, istehsalın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olurdu. Sonradan Lalə dövrü olaraq anılan Nevşəhərli İbrahim Paşanın sədarəti dövründə ilk türk mətbəəsinin açılması, tərcümə heyətinin qurulmasıyla şərq və qərb ədəbiyyatlarından tərcümələrin hazırlanması, kitabxanaların açılması, bir müddətdir diqqətlərdən yayınan çini sənətinin yenidən inkişaf etdirilməsi, kağız və parça emalatxanalarının qurulması, rəsmi yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağının təşkili kimi işlər isə əhalinin yalnız müəyyən bir qismini təskin edirdi. Fransız memarlığının təsiri ilə hazırlanan köşk və qəsrlərin inşası və bununla bağlı olaraq dəbədəbəli həyat tərzi və israfın artması İstanbul əhalisinin etriazlarını alovlandırdı. Sarayın adət-ənənələrdən uzaqlaşması, hətta müqəddəs Ramazan ayında belə şənliklərin davam etməsi üləma zümrəsinin də əhalini dəstəkləməsinə səbəb olmuşdu.
Publi Vergili Maron
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, İtaliya[d], Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Publiy Vergiliy Maron
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, İtaliya[d], Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Patron Mutlu Son İstiyor
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Patron xoşbəxt sonluq istəyir (film, 2014)
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Sen-Marten-d'Antron
Sen-Marten-d'Antron (fr. Saint-Martin-d'Entraunes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 40,05 km², əhalisi — 85 nəfərdir (2006) artım tendensiyası ilə: 102 nəfər (2012), əhalinin sıxlığı 2,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 93 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 102 nəfər.
Altron
Altron (ing. Ultron) – Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə yaradılmış komiks personajı. Roy Tomas və Con Bessema tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında kameo kimi peyda olmuşdur. Altron Henk Pim tərəfindən yaxşı məqsədlər üçün yaradılmış, lakin daha sonra tərəf dəyişdirmiş süni intellektdir. Qisasçılar komandasının əzəli düşmənidir. Adamantium elementindən özünə bədən hazırlamış ilk Marvel Comics personajıdır. Altron 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filmində Ceyms Speyder tərəfindən canlandırılmışdır. Altron bir çox Qisasçılar animasiyasında və videooyununda peyda olmuşdur. IGN Altronu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 23-cü yerdə göstərmişdir. "Wizard" jurnalı isə onu "Ən böyük 200 supercinayətkar" siyahısında 189-cu yerdə göstərmişdir.
Hadron
Hadron (yun. ἁδρός, adrós, "qalın, güclü, ağır") kvant fizikasında mürəkkəb hissəcik. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). == Xüsusiyyətləri == Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange (qəribə), charm (ovsun, tilsim), top (üst), bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər.
Jasron
Jasron (fr. Jasseron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01195. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1552 nəfər təşkil edirdi.
Kation
Kation (yun. κατά káta "aşağı" və ἴον ion "gedən") müsbət yüklənmiş iondur. Elektrolizdə müsbət yüklənmiş ionlar həmişə katoda tərəf hərkət etdiyindən, onlara Kation adı verilmişdir. Bu atom və molekulaların elektron verməsi və ya Hidrogen ionu H+ alması nəticəsində yaranır. Duzlar həmişə kation və anionların birləşməsindən ibarətdir. Müxtəlif yüklü kationalar arasında baş verən elektron dəyişməsi Qapon düsturu ilə təsvir olunur. Kationların kimyvi təsdiqi üçün tətbiqi analitikaya aid laboratoriya cihazları, həmçinin sadə kolbalar tətbiq edilirlər. == Birləşmiş kationlar == Birləşmiş kationalar aid misallar: NH4+ (Ammonium]]-Ion) H3O+ (Oksonium]]-Ion) [NO]+ (Nitrosilbrləşməsi-Kation) == Sadə kationların birləşməsi == Na → Na+ + 1e− Natrium atomundan elektron verməsi nəticəsində sadə yüklənmiş Natriumionu yaranır. Tomda mənfi yükün az olması səbəbindən müsbət yüklər üstünlük təşkil edirlər. Mg → Mg2+ + 2e− İki elektronun verməsi nəticəsində maqnezium atomundan iki dəfə müsbət yüklənmiş maqnezium ionu yaranır.
Madeon
Hüqo Pyer Lekler (fr. Hugo Pierre Leclercq); təxəllüsü Madeon — fransız DJ, musiqiçi və mahnı müəllifi.
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016 illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.
Maroni
Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı. Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür. Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km və ya 725 km), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır. Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir.
Martin
Martin — ad. Bu soyadı olanlar Vilyam Martin — ingilis təbiətşünası. Bu adı olanlar Martin Haynriş Klaprot — Alman kimyaçısı. Martin Val — Danimarka botaniki.
Ambrön
Ambrön (Fransa)