Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mehrəli Qasımov
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Mehrəli bəy Sarıcalı-Cavanşir
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Elçin Mehrəliyev
Mehrəliyev Elçin Əli oğlu (18 may 1952, Güllücə, Ağdam rayonu) — yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra yaradıcılıq müsabiqələrinin mükafatçısı, o cümlədən "Qızıl qələm", "Nailiyyət", "Açıq söz" mükafatları laureatı. == Həyatı == Elçin Mehrəliyev 1952-ci il mayın 18-də Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1971–1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1976–1991-ci illərdə "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti aparatında azərbaycandilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992–1993-cü illərdə "Yurd" jurnalı baş redaktorunun 1-ci müavini, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spigerin köməkçisi, 2001–2004-cü illərdə "Maarifçi" qəzetinin və "Advokat+" jurnalının baş redaktoru vəzifələrində işləyib. 2005-ci ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir. == Fəaliyyəti == === Publisistik yaradıcılığı === "Oçerklər" (Ş.Yaqubovla həmmüəllif, Gənclik, 1978); "Vətən bizim şöhrətimiz" (Gənclik, 1980), "Talelərdə yaşayır" (Oskar, 2002); "Ölməzlik" (Spektr-Poliqraf, 2005), "Doktor Akif Abdullayev" (Oskar, 2006) Habelə dövri mətbuatda yüzlərlə oçerk, müsahibə, reportajı dərc edilib. === Bədii yaradıcılığı === "Təpəl quzu" (uşaqlar üçün nağıllar, hekayələr, Gənclik, 1982); "Pərvin" (povest və hekayələr, Gənclik, 1989); "İttiham" (roman, Yazıçı, 1991); "Hər kəs öz taleyini yaşayır" (pyeslər, hekayələr, məqalələr, Gənclik, 1998); "90-cı illər" (roman, Nurlan, 2004); "Tale döyüşü" (roman, Elm və təhsil, 2011). Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə nümayiş etdirilir.
Eybalı Mehrəliyev
Mehrəliyev Eybalı Qara oğlu (1930, Bico – oktyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == 1930-cu ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1951-ci ildə ADPİ-nu bitirmişdir. İnstitutda laborant, Coğrafiya İnstitutunda kiçik elmi işçi, EA-nın İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent işləmişdir. APİ-nin dekanı olmuş, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri işləmiş, Coğrafiya İnstitutunda "Əhali coğrafiyası" şöbəsini yaratmış və ona rəhbərlik etmişdir. E.Q.Mehrəliyev 1958-ci ildə Bakıda namizədlik, 1992-ci ildə Kiyevdə doktorluq dissertasiyası müdafiə etmişdir. 150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının müəllifidir. Dövlət İdarəçilik Akademiyasında işləyirdi. 2011-ci ildə oktyabr ayında Bakı şəhərində vəfat etmişdir.
Fatma Mehrəliyeva
Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba – 4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956). == Həyatı == Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir. == Fəaliyyəti == Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir.
Hüseyn Mehrəliyev
Hüseyn Mehrəliyev (tam adı: Hüseyn İslam oğlu Mehrəliyev; 22 mart 1924, Cəbrayıl rayonu – 1 yanvar 1998) — Azərbaycan jurnalisti və yazıçısı. == Həyatı == Hüseyn Mehrəliyev 1924-cü il martın 22-də Cəbrayıl rayonunun Keçəlməmmədli kəndində anadan olmuşdur. Keçəlməmmədli məktəbində oxumuş, daha sonra isə Soltanlı kəndindəki orta məktəbi bitirmişdir. 1941-ci ildə Karyagin şəhərində yerləşən V.İ.Lenin adına pedaqoji məktəbi bitirmiş və həmin ildən əmək fəaliyyətinə başlamışdır. Bir müddət məktəbdə müəllim işləmişdir. H.Mehrəliyev 1946-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olaraq, 1951-ci ildə həmin şöbəni müvəffəqiyyətlə bitirmişdir. Ordu sıralarına hərbi xidmətə çağırılmış, orada siyasi işçi olmuş, Zaqafqaziya Hərbi Dairəsinin "Lenin bayrağı" redaksiyasında təşkilatçı müxbir vəzifəsində çalışmışdır. Tələbəlik illərindən başlayaraq müxtəlif qəzet və jurnal səhifələrində onlarca oçerk, felyeton və məqalələrlə çıxış etmiş, 1952-ci ildən isə, mətbuatda peşəkar jurnalist kimi fəaliyyətə başlamışdır. 1959-cu ildə Moskva şəhərində Sov.İKP MK yanında Ali Partiya məktəbinə daxil olan H.Mehrəliyev 1961-ci ildə oranı bitirmişdir. Sonralar "Sosialist Sumqayıtı" və "Abşeron" qəzetlərində redaktor işləmişdir.
Mehrəliqışlaq
Mehrəliqışlaq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qışlaq-i Mehrəlikəndi (Pərsabad)
Qışlaq-i Mehrəlikəndi (fars. قشلاق مهرعلي كندئ‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 28 nəfər yaşayır (7 ailə).
Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı. 1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir. 1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir. 1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir. 1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Vüsal Mehrəliyev
Vüsal Akif oğlu Mehrəliyev (15 yanvar 1978) — aktyor və rejissor.Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru(2022), Prezident mükafatçısı(2022) Vüsal Mehrəliyev 15 yanvar 1978-ci ildə İsmayıllıda anadan olmuşdur. Əhməd Cavad adına Bakı Mədəni-Maarif texnikomunun Kino və dram aktyorluğu fakültəsini bitirib. 27 oktyabr 1997-ci ildən Gənc Tamaşaçılar teatrının aktyorudur. Dram və kino aktyoru olaraq bir neçə filmdə, serialda və televiziya tamaşasında rol almışdır. 2016-cı ildən Moskvada B. Şukin adına Teatr İnstitutunda aktyorluq sahəsində təhsilini davam etdirir. 2014-cü ili aprel ayının 14-də Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə Kalmıkiya Respublikası Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə mükafatlandırılmışdır. 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 1. Mahmud - («Mahmud və Məryəm» Elçin) 2. Uruz - («Dədəm Qorqud» Ə.Dəmirçizadə) 3.
Yaşar Mehrəliyev
Yaşar Mehrəliyev (tam adı: Yaşar Topuş oğlu Mehrəliyev; 30 sentyabr 1959; Pürülü, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Kafedra müdiri, riyaziyyat elmləri doktoru, professor. 1959-cu il, sentiyabrın 30-da Qərbi Azərbaycanın Qafan rayonu, Pürülü kəndində anadan olub. 1966–1976-cı illərdə Qafan rayonunun Gığı kənd orta məktəbində oxuyub. 1977–1982-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-cü ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var 1977–1982, tələbə, mexanika-riyaziyyat fakültəsi, BDU. 1988–1990, dissertant, mexanika-riyaziyyat fakültəsi, BDU. 1994, f.-r.e.n., "Petrovski mənada parabolik olan ikitərtibli tənliklər üçün ümumi sərhəd şərtli tərs məsələlər". 2015, R.ü.e.d., Bir sinif xüsusi törəməli diferensial tənliklər üçün tərs sərhəd məsələsi. 2018- h/h, Kafedra mediri 1998–2018, Dekan müavini, Mexanika-riyaziyyat fakültəsi, BDU 1999- h/h, dosent, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1988–1999, baş müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995–1997, müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1985–1995, baş elmi işçi, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1983–1985,mühəndis, Hesablama mərkəzi, BDU Apardığı dərslər: Diferensial tənliklər, Riyazi fizika tənlikləri, Xüsusi törəməli tənliklər üçün tərs məsələlər. 202 elmi məqalənin müəllifidir. 2 Riyaziyyat üzrə fəlsəfə doktoru yetişdirmişdir Riyazi fizika tənlikləri Xüsusi törəməli tənliklər üçün düz və tərs sərhəd məsələləri Diferensial tənliklərin spektral nəzəriyyəsi Qeyri-xətti funksional analiz 2000,Zəncan, İran: "Tətbiqi riyaziyyat üzrə ikinci beynəlxalq birləşmiş seminar" 2008, Nalçik, Rusiya: "Rusiya-Azərbaycan beynəlxalq Elbrus simpoziumu" 2008, Gəncə, Azərbaycan: " Riyazi nəzəryyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər " beynəlxalq konfransı 2011, Самара, Россия: Международная конференция "Дифференциальные уравне¬ние и их приложения" 2011, Kyiv, Ukraine: XV International Conference on Dynamical System Modeling and Stability Investigation 2012, L'viv, Ukraine: International Conference dedicated to the 120-th anniversary of Stefan Banach 2013, Kyiv, Ukraine: XVI International Conference on Dynamical System Modeling and Stability Investigation 2013, Ankara, Turkey: The 12th International Workshop on Dynamical Systems and Applications 2013, Minsk, Belarus: International Conference dedicated to the 95th anniversary of Ye.A. Barbashin 2017, Saransk, Russia: XIII International scientific conference "Differential equations and their applications in mathematical modeling" 2017, Thanyaburi, Thailand: The 2¬nd IEEE International Conference on Science and Technology (TICST 2017) Обратная краевая задача для параболического уравнения с нелокальными краевыми условиями.
İslam Mehrəliyev
İslam Məhəmməd oğlu Mehrəliyev (19 iyun 1986, Bakı) — azərbaycanlı aktyor. İslam Mehrəliyev 19 iyun 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri, Yasamal rayonu 176 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1997-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində olan Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunda çıxış edib. 2003-cü ildə Bakı şəhəri, Yasamal rayonu Süleyman Sani Axundov adına 172 saylı orta məktəbin 11-ci sinfini bitirib. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru" fakultəsinə daxil olub. Sənət müəllimi Xalq artisti, professor, dosent Ramiz Əzizbəyli olub. 2008-ci ildə Xəzər televiziyasının "Gülüş Ulduzu" layihəsinin laureatı olmuşdur. "Qarşıdurma" adlanan Maşın Şounun 14-cü sürətinin qalibi olub. Ailəlidir, oğlu və qızı var.
Mehrili
Mehrili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Mehrili (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Mehrili (Qubadlı)
Mehrili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Xocamsaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Mehrili kəndi dağətəyi ərazidədir. Tam adı Əyədi Mehrilidir. Əyədi sarallı tayfasının qışlaqlarından birinin adı olmuşdur, mehrili isə orada məskunlaşmış nəslin adıdır.
Mehrili (Şəmkir)
Mehirli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. == Əhalisi == Kənd əhalisi 1117 nəfərdir ki, onunda 538 nəfəri kişi, 579 nəfəri isə qadınlar təşkil edir.
Mehrili bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məzrəli
Məzrəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Məzrəli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Mehralı Qasımov
Muraz Məhərli
Məzrəli (Saatlı)
Məzrəli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1027 nəfərdir. Sakit Yaqubov — Azərbaycan Dövlət İqtisad Universitetinin elm üzrə prorektoru, iqtisad elmləri doktoru, professor. Kənddə məscid, kənd xəstəxanası, orta təhsil məktəbi, kitabxana, bələdiyyə binası yerləşir. Kənd Saatlı şəhərindən 9 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Saatlı və İmişli rayonlarının sərhəddindədir. Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatıdır.
Məzrəli (İmişli)
Məzrəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məzrəli kəndi İmişli rayonu inzibati yaşayış məntəqələrtindən biridir. Araz çayının sağ sahilində , Mil - Muğan su kanalı boyu, Bakı- Horadiz şose yolunun kənarında yerləşir. Kəndin tarixi XVIII əsrə aiddir. Məzrəli kəndinin əhalisi Cənubi Azərbaycanın Şahsevən tayfaları və Qarabağın Cavanşir, Kəbirli, Bəcrəvan, Otuziki tayfaları ilə əlaqədardır. Nadir şah Əfşar hakmiyyətə gəldikdən sonra onun hakimiyyətini qəbul etməyən bu tayfalar Xorsana və Əfqanıstana sürgün olundu, lakin bəzi nəsillər Araz boyu meşələrə çəkilərək gizli olaraq məskunlaşdılar. Tədricən bu ərazilərdə adının mənşəyi "Məzrə və ya Mezra " kimi formalaşan və mənası "əkin yeri, düzən yer , mənasını verən Məzrəli adı bu cür formalaşdı. Əhalinin burada kütləvi məskunlaşması SSRİ dövründə baş verdi. Kolxoz quruculuğu və sosializm quruculuğu burada geniş miqyasda aparıldı. "Kalinin" kolxozu kimi tanınan Məzrəli kəndi hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biridir.[mənbə göstərin] I Qarabağ müharibəsi zamanı 18 nəfər Məzrəli kənd sakini Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu: Əliyev Rafael Balamirzə oğlu Qəmbərov Rəmzi Müvəkkil oğlu Süleymanov Azər Fazil oğlu Fətəliyev Sabir Kamil oğlu Nərimanov Mürşüd Nadir oğlu Nağıyev Nəriman Rüstəm oğlu Sadıqov Yaşar Dövlət oğlu Nəsirov Vasif Famil oğlu Sadıqov Valid İsfəndiyar oğlu Xəlilov Yusif Adna oğlu Bağırov Ramil Ənvər oğlu Qasımov Rasif Musavat oğlu Əsgərov Həbib İzzət oğlu Şirinov Qamət Teyyub oğlu Səfərov Nicat [1995-cildə Bakı metrosunda terror aktı nəticəsində həlak olub] Bağırov Ramil Ənvər Mehdiyev Əhliman Rəhman Quliyev Elçin Etibar Kənd əhalisinin sayı 6257 nəfərdir.
Məzrəli bələdiyyəsi
Məzrəli bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə. Məzrəli bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.
Meheli nalburunu
Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb. == Qısa təsviri == Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburun və Kiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir. == Yayılması == Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır.
Mehdili
Kəndlər Mehdili (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Mehdili (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Mehdili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Meyvəli
Meyvəli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Meyvəli (Fındıqlı) — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meşəli
Meşəli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Meşəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Meşəli (Goranboy) — Azərbaycanın Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Məzrəli bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Eşqin Mehtili
Mehdili (Bərdə)
Mehdili — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdili kənd inzibati ərazi dairəsində kənd.
Mehdili (Cəbrayıl)
Mehdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Tarixi == Rusiya İmperiyası dövründə Mehdili kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na görə, Mərcanlı kənd icmasına daxil olan Mehdili kəndində 69 ev var idi və burada 306 azərbaycanlı (o dövrdə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan sünni idi və kəndlilər idi. Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, kənddə 440 sakin (85 təsərrüfat, 220 kişi və 220 qadın) var idi. Bütün kənd sovetliyinin (Böyük Mərcanlı, Çaxırlı, Cocuq Mərcanlı, Usublu) milli tərkibi 100% türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir.
Mehdili (Kürdəmir)
Mehdili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Mehdili kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin əsasını mehdili nəsli qoyduğu üçün belə adlanmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mehdili bələdiyyəsi
Mehdili bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Mehdili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Mehtərli (Vərziqan)
Mehtərli (fars. مهترلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 881 nəfər yaşayır (186 ailə).
Meyvəli (Fındıqlı)
Meyvəli — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meyvəli bazarı
Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır. Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Meyvəli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mehrablı
Mehrablı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Mehrablı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.
Məhrablı
Məhrablı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məhrablı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Məhrəba
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. Əhalisi 222 nəfərdir.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Moheli
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.