MƏHƏLLİ

sif. Yalnız bir məhəllə, bir yerə məxsus və aid olan, ümumxalq mahiyyəti daşımayan; yerli. Məhəlli sözlər. Məhəlli idarələr.
– Belə zamanda məhəlli əsərlər yazmaqla kifayətlənmək olmaz. M.İbrahimov.

□ Məhəlli komitə köhn. – yerli komitə (həmkarlar ittifaqının yerli komitəsi).
Məhəlli komitə onun vəzifəsini … başqa birisinə vermək barəsində olan müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn.

MƏHƏLLƏ
MƏHƏRRƏM
OBASTAN VİKİ
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Naxçıvan məhəlli höküməti
Naxçıvan məhəlli hökuməti və ya Naxçıvan yerli hökuməti — Birinci Dünya müharibəsinin son dövründə, Rusiyada inqilablar nəticəsində mərkəzi hakimiyyət böhranının yarandığı və ermənilərin azərbaycanlılara kütləvi hücumlarının yaşandığı dövrdə Naxçıvan qəzasında yerli azərbaycanlılar tərəfindən formalaşdırılmış hökumət. Hökumət 1918-1919-cu illərdə mövcud olmuşdur. Osmanlı imperiyasının İrəvan quberniyasının cənubunda öz hakimiyyətini təsis etməsndən qısa müddət sonra Osmanlı zabiti Sürəyya bəy Naxçıvan qəzasının rəhbəri təyin edildi. Batum müqaviləsinə əsasən bu bölgələr Osmanlı imperiyasına birləşdirildikdən sonra Sürəyya bəy Xaliq Turqut bəy tərəfindən əvəz edildi. Turqut bəydən onu bu vəzifədə əvəz edən Əli Şəfiq bəy Mudros müqaviləsi ilə Osmanlı ordusunun bölgədən ayrılmasına qədər Naxçıvanın rəisi vəzifəsini iicra etdi. 1918-ci ilin noyabrında Osmanlı ordusunun bölgədən evakuasiyasının başladılmasından sonra Osmanlı ordusunun IX bölməsinin rəhbəri Şevki Paşa yerli azərbaycanlı elitlərdən biri olan Mirzə Nəsrullah bəy Əmirovu yerli hökumətin rəhbəri təyin etmək barədə qərar verdi. Dekabr hadisələrindən sonra Naxçıvan hökuməti Araz Türk Respublikası ilə üstüörtülü mübahisə içində olan Naxçıvan xanları ilə birlikdə tədricən bütün hakimiyyəti öz əllərinə cəmləşdirdi. Dekabr ayının sonlarında Mirzə Nəsrullah bəy Hacı Mehdi Bağırov ilə əvəz edildi. 4 yanvar 1919-cu ildə Naxçıvan hökuməti Naxçıvan Milli Şurasının formalaşdırılmasın a başladı. Şuraya Şərur-Naxçıvan bölgəsinin hər birindən 5 nümayəndə daxil idi.

Значение слова в других словарях