Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mesake Cu
Mesake Cu (18 mart 1999-cu ildə Qvineya-Bisauda anadan olub) — LiqaPro təmsilçilərindən olan Benfika B klubunda hücumçu kimi çıxış edən peşəkar portuqaliyalı futbolçudur. Mesake Benfika akademiyası vasitəsilə inkişaf etmişdir. Mesake öz peşəkar karyerasında debütünü 14 may 2017-ci ildə Braqa B klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə İqor Şaponyiçi əvəz etmişdir. Həmin görüşdə Benfika liqa görüşündə rəqibinə 4-1 hesabı ilə məğlub olmuşdur. 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Portuqaliya Superkuboku görüşləri daxildir.
Məsafə
Məsafə – riyaziyyat və ümumiyyətlə həyatda iki nöqtə arasındakı uzaqlığı bildirir, azərbaycan dilinə ərəbcədən keçmişdir. İki nöqtə arasındakı məsafə onları birləşdirən düz xətt parçasının uzunluğuna deyilir. İki əşya arasındakı məsafə onların bir-birinə ən yaxın yerdən birləşdirən parçanın uzunluğudur. Kiçik məsafəni ölçmək üçün xətkeşdən istifadə edilir. İki nöqtə Oxyz koordinat sistemində, yəni klassik Evklid həndəsəsində (fəzasında) A ( x 1 , y 1 , z 1 ) {\displaystyle A(x_{1},y_{1},z_{1})} və B ( x 2 , y 2 , z 2 ) {\displaystyle B(x_{2},y_{2},z_{2})} nöqtələri arasında müxtəlif məsafə anlayışları mövcuddur, məsələn: (birinci məsafənin adi euclidienne məsafəsidir). | A B | = ( x 2 − x 1 ) 2 + ( y 2 − y 1 ) 2 + ( z 2 − z 1 ) 2 {\displaystyle |AB|={\sqrt {(x_{2}-x_{1})^{2}+(y_{2}-y_{1})^{2}+(z_{2}-z_{1})^{2}}}} və s. Qeyri-evklid həndəsəsində məsafə adi təsəvvürdə olan məsafələrdən fərqlidir.
Məsafə ölçmə cihazı
Məsafə ölçmə cihazı — bir obyektə olan məsafəni təyin edən bir cihaz. Range-Finding in the Army.
Getafe
Getafe(isp. Getafe) — İspaniyada şəhərdir və bələdiyyədir, muxtar cəmiyyət tərkibində Madrid əyalətinə daxildir. Bələdiyyə Area-Metropolitana rayonunun tərkibindədir. Sahə 78,74 км² tutur. Əhali 169130 insan (2010-cu ildə). Əyalətdən inzibati mərkəzə qədər məsafə — 13 kilometrdir. De los Anxeles İsanın anası şəhərin himayəçisi hesab edilir. == Tarixi == Şəhərin əsası 1326-cı ildə qoyulmuşdur. == Maddi baza == Şəhərdə: Rektorluq III Karlos adına Madrid universiteti, humanitar və hüquq elmlərinin fakültələri, həmçinin "de los Rios Fernandosunun" tələbə yataqxanası. Universitet hospitalı Getafe.
Neskafe
Nescafé— dünyada hazır qəhvəni ilk olarak satışa çıxaran firmadır. Nestléyə aid olan bir hazır qəhvə markasıdır. Hazırda dünyanın demək olar ki, hər yerində fərqli çeşidləri ilə tanınır və sevilərək içilir. Eyni zamanda qəhvəyə zamanla bir çox yeni dad qataraq qəhvə satışında çeşidli yeniliklər etmişdir. Son olaraq şəkər, krem və qəhvəni hazır olaraq birliktə istifadəçilərinə təqdim edən ilk markadır. Hazır qəhvə, ilıq və tropik iqlimlərdə yetişən dağ ətəklərində yetişdirilən Robusta çəyirdəklərindən istehsal edilir. Xoş qoxulu və aromatik bir dada sahib olan Arabica, Robustaya görə daha yumşaq bir dada sahibdir və daha yüksək temperaturda həll olur . Robusta çəyirdəkləri , Arabica'dan daha geniş bir coğrafyada yetişdiyi üçün hazır qəhvə istehsal edənlər tərəfindən ilk öncə seçilmiş hala gətirilmişdir. Qovrulduqdan sonra üyüdülən qəhvə çəyirdəkləri, böyük ölçüdə olan süzgəcli ibriklərə qoyulur. isti su ilə bişirildiyi üçün qəhvə özünün suya keçməsi üçün şərait yaradılır.
Məzafə (Meşkinşəhr)
Məzafə (fars. مازافا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 621 nəfər yaşayır (144 ailə).
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Arecibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Aresibo mesajı
Aresibo mesajı – tezlik modulyasiya radio dalğaları yolu ilə, Aresibo radio teleskopunun yenilənməsini qeyd etmək üçün 16 noyabr 1974 tarixindəki mərasimdə, yalnız bir dəfə (təkrarlı deyil) kosmosa göndərilmişdir. Mərasimin qeyd edildiyi tarixdə və yerdə, səmada görülə bilən ən yaxın və geniş bir ulduz toplusu olması səbəbiylə, 25000 işıq ili uzaqlıqdakı M13 kürəşəkilli ulduz bölgəsinə doğru göndərilmişdir. Mesaj 1679 ikilik ədəd sistemi rəqəmindən ibarətdir və təxmini olaraq 210 bayttır. Mesaj 2380 MHz tezlikdə, "sıfırlar" və "birlər" arasındakı fərq 1000 kW gücündəki 10 Hz'lik dəyişikliklərlə nizamlanmışdır. Məlumat saniyədə 10 bit olacaq şəkildə nümayiş olunmuşdur. Yayının ümumi müddəti üç dəqiqədən daha qısa olmuşdur. Mesajdakı bit sayı olan 1679, bir yarı sadə (iki sadə ədədin hasili) olduğu üçün seçilmişdir. Bu rəqəm, mesaj məzmunundakı hər bir bit 23 sütun və 73 sətir olacaq şəkildə ard arda düzüldüyündə, içində müxtəlif naxışlar saxlayan bir düzbucaqlı meydana gətirir. 73 sütun və 23 sətir olaraq yazılması halında ortaya mənasız və kompleks bir model çıxar. Şəkildəki bitlər qrafik xarakterlərə ya da boşluqlara çevirildiyinde sağdakı şəkildə görülən naxış (rəng məlumatı daşımadığı üçün rəngsiz olaraq) meydana gəlir.
Besame Mucho
Bésame Mucho (azərb. "Məni çox öp") — Meksikalı qadın pianoçu, bəstəkar Konsuelo Velaskesin 1940-ci ildə Kuba bolerosu janrında bəstələdiyi mahnı. XX əsrin ən məhşur mahnılarından biri. Mahnının müxtəlif janrlarda, müxtəlif dillərə tərcümədə, müxtəlif ifaçıların ifasında yüzlərlə instrumental versiyası mövcuddur. == Tarixi == Konsuelo Velaskesin yazdığına görə mahnını bəstələyərkən 25 yaşı olub və həmin vaxta kimi heçkimlə öpüşməyib. Velázquez Besame Muchonu ispan bəstəkar Enrique Granados tərəfindən 1916-cı ildə yazılmış Goyescas operasının "Quejas, o la Maja y el Ruiseñor" (Şikayətlər və ya gənc qız ilə bülbül) ariyasından təsirlənib yazdığını da qeyd edir.
Xetafe FK
Xetafe FK - İspaniyada futbol klubu.Oyunlarını Alfonso Perez stadionunda oynayır.
Xəta mesajı
Xəta mesajı – sistemdə olan və insanın müdaxiləsini tələb edən xəta haqqında istifadəçini məlumatlandıran sistem və ya proqram mesajı. Məsələn, proqram verilənləri printerə göndərə bilmədikdə belə bir mesaj verə bilər: “Printer Not Ready” (“printer hazır deyil”). Belə mesajlarla təsvir olunan xətaların diapazonu çox genişdir: asanca (məsələn, diski boş disksürənə qoymaqla) aradan qaldırılan xətalardan tutmuş, yalnız sistemi yenidən başlatmaqla (RESTART) aradan qaldırılması mümkün olan ciddi problemlərə kimi.
Şarl Messye
Şarl Messye (fr. Charles Messier; 26 iyun 1730[…] – 12 aprel 1817[…], Paris) — fransız astronom. 1774-cü ildə dumanlıqlar və ulduz topaları kimi 45 dərin kosmos cismindən ibarət olan bir kataloq dərc elədi. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər göyüzü müşahidəçilərinə, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilinməsinə köməklik etməkdi. 1781-ci ildə 110, "Messier cisimlərini" əhatə edəcək formada genişləndirildi. M1-dən M110-a qədər bu cismlər, günümüzdə hələdə yüksək nisbətdə istifadə edilməkdədir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir. Messier marafonlarında həvəskar kosmonavtlar, çoxluqla şərtlərin daha uyğun olduğu mart ayında, bu 110 göy cismini günbatışından gündoğuşuna qədər keçən bir gecə içərisində müşahidə etməyə çalışarlar. Aydakı Messier krateri və 7359 Messier meteoru, onun şərəfinə adlandırılmışdır.
Messye cisimləri
Messier cisimləri — Çarlz Messierin orjinalı 1771-ci ildə yayımlanan, Dumanlıq və ulduz qrupları (Catalogue des Nébuleuses et des Amas d'Étoiles") kataloqundakı səma cisimləridir. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər astronavtlara, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilməsinə kömək etməkdir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir.
Masae Suzuki
Masae Suzuki (d. 21 yanvar 1957) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 45 oyun keçirib.
Subliminal mesaj
Subliminal mesaj və ya şüuraltı mesaj — başqa bir obyektin içinə basdırılmış olan bir işarə və ya mesajdır və normal insan qəbulu limitlərinin altında qalmaq, o anda fərq edilməmək üzrə nəzərdə tutulmuşdur. Subliminal mesajlar insanın şüurlu diqqəti tərəfindən fərq edilə bilməzlər, ancaq bu mesajlarda insanın şüuraltına təsir irəli sürülməkdədir. Subliminal texnikalar reklamçılıq və təbliğat sahələrində tez-tez istifadə edilir. Seriallarda və ya filmlərdə xarakterlərin içdiyi içki markaları, paltarları subliminal mesaj nümunələrindəndir. Bu texnikaların məqsədləri, təsiri, istifadə sıxlığı və rəqabət kimi mövzularda əxlaqa uyğunluğu mövzuları mübahisəlidir. Marka və məhsulların marketinqində cəmiyyətin maraq, ehtiyac və qəbulunu dəyişdirməyə qədər bir çox mövzuda istifadə edilməkdədir. Bir adamı, təşkilatı və ya məhsulu pis göstərmək üçün o şey ilə pis olan bir obyektin eyni temada işlənməsi subliminal mesajın ən məşhur istifadə edilmə şəklidir.Bu ana qədər aparılan çoxsaylı çalışmalara baxmayaraq hələ də bu mesajlar intellektual səviyyəsi və düşüncə qabiliyyəti çox yüksək insanlar tərəfindən belə ilk baxışda 100 % anlaşılmır.Bu da toplumlarımızı istiqamətləndirici reklamlara qarşı müdafiəsiz qoyur.
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Multimedia mesaj xidməti
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Kənafə
Kənafə (ərəb. كنافة‎ kanāfah) — Ərəb mətbəxində şirin şəkərəsaslı siropu ilə isladılmış pendirli şirniyyat və desert. Dünyanın ən böyük kənafəsi Türkiyənin Antakya şəhərində 2017-ci ildə hazırlanmışdı. Uzunluğu 78 metrə, çəkisi isə 1550 kilo idi.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Məqalə
Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Məsyaf
Məsyaf (ərəb. مصياف‎‎) — Suriyanın Həma mühafəzəsində şəhər. 2004-cü ilin əhali siyahıyaalmasının məlumatlarına görə, Məsyaf şəhərində 22.000 nəfər yaşayır. İsmaililər, ələvilər və xristianlardan təşkil olunmuş şəhər əhalisi din baxımından cürbəcürdür. Şəhər orta əsrlərə aid qalası ilə tanınır, hansı ki, nizari ismaililərin və onların elit xaşxaşi qoşunlarının mərkəzi olmuşdur. Şəhərin adı İslam dövründə və indiyə qədər sakinləri tərəfindən "Məsyaf", "Masyat" və "Masyad" kimi müxtəlif formalarda tələffüz edilmişdir. Şəhərin ərəb dilindəki adı Akkad dilindəki "Mansuate" sözündən törəmişdir. Şərqşünas Edvard Lipinski irəli sürür ki, bu sözdəki "nsv" ərəb dilindəki mənası "qurmaq" və "yaratmaq" olan "nss" ilə əlaqəlidir. Əlavə olaraq, Lipinski iddia edir ki, şəhərin Akkad dilindəki adı böyük ehtimalla "mansuvatu" sözünün konfiqurasiyadır. "Mansuvatu" ərəb dilindəki "minassatu(n)" sözü ilə əlaqəlidir ki, hər iki sözün mənası "yüksəklik" deməkdir.
Məğağə
Məğağə (ərəb. مغاغة‎) — Misirin əl-Minya mühafəzəsində yerləşən şəhər.
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.
Elmi məqalə
== Esse == Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. == Elmi məqalə == Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. == Jurnalistikada == Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Evklid Məsafəsi
Evklid məsafəsi Evklid fəzasında iki nöqtə arasındaki parçanın uzunluğudur. Evklid məsafəsi Pifaqor teoremindən istifadə edərək nöqtələrin Karteziyan koordinatları vasitəsilə hesablana bilər, buna görə bəzən bu məsafə həm də Pifaqor məsafəsi adlandırırlar. Bu adlar qədim yunan riyaziyyatçıları Evklid və Pifaqorla əlaqəlidir, baxmayaraq ki, Evklid məsafələri ədədlər olaraq təmsil etmirdi və Pifaqor teoremindən istifadə edilərək məsafənin hesablanmasına bağlantı 18-ci əsrə qədər qurulmamışdı. Nöqtə olmayan iki obyekt arasındakı məsafə, adətən iki obyekt arasındakı nöqtə cütləri arasındakı ən kiçik məsafə olaraq təyin olunur. Bir nöqtədən bir xəttə olan məsafə kimi, müxtəlif növ obyektlər arasındakı məsafələrin hesablanması üçün düsturlar mövcuddur. Müasir riyaziyyatda məsafə anlayışı mücərrəd metrik fəzalara qədər ümumiləşdirilmiş və Evklid məsafəsindən başqa digər məsafələr tədqiq edilmişdir. Statistikada və optimallaşdırmadaki bəzi tətbiqlərdə məsafənin özü yerinə Evklid məsafəsinin kvadratı istifadə olunur. == Məsafə formulları == === Birölçülü === Həqiqi ədəd oxu üzərindəki istənilən iki nöqtə arasındaki məsafə həmin nöqtələrin koordinatlarının ədədi fərqinin mütləq qiymətinə bərabərdir. Belə ki, əgər p {\displaystyle p} və q {\displaystyle q} həqiqi ədəd oxu üzərindəki iki nöqtədirsə, onda bu nöqtələr arasındaki məsafə bu şəkildə verilir: d ( p , q ) = | p − q | . {\displaystyle d(p,q)=|p-q|.} Eyni qiyməti verən, lakin daha yüksək ölçülərə daha asanlıqla ümumiləşdirilə bilən daha mürəkkəb bir düstur: d ( p , q ) = ( p − q ) 2 .
Məlalə Yusəfzay
Malala Yousafzai (puşt. ملاله یوسفزۍ; 12 iyul 1997[…], Minqora, Pakistan) — Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist. Pakıstanlı aktivist olan bu xanım, qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban, qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir. Onun ailəsi doğulduğu Kiber Partunxva regionda məktəblər şəbəkəsini idarə edirdi. Bənəzir Bhuttonu və Cinnahı özünə rol model seçərək və atasının düşüncəsindən ilhamlanaraq humanitar işə yönəlir. Malala 2009-cu ilin əvvəllərində, 11-12 yaşı olanda BBC Urdu üçün gizli ad altında Svat əyaləti Taliban işğalı altında olanda öz həyatı haqqında bloq yazır. Növbəti yay bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B.Ellick New York Times üçün onun həyatından bəhs edən sənədli film hazırlayır.
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).
Məsudə Rüstəmova
Rüstəmova Məsudə Hümmət qızı (30 aprel 1932, Qədili, Qubadlı rayonu – 28 yanvar 2011, Bakı) — Qubadlı rayon partiya komitəsinin birinci katibi (15.04.1970-5.01.1980). Məsudə Rüstəmova 1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində dünyaya gəlmişdir. Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş, 1920-ci ildən Sovet İKP üzvü sıralarına qoşulmuşdur. 1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildən 1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri işləmişdir. 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı olmuşdur. 1948-ci ilin avqust ayında vəfat etmişdir. Anası Rüstəmova Çöhrə Abış qızı 1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş, 1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxoza üzv yazılmış və həmin kolxozda işləmişdir. 1927-ci ildən Sov. İKP üzvü olmuşdur.
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Məsumə Məlikova
Məsumə Fazil qızı Məlikova (22 noyabr 1929, Bakı) — AMEA-nın müxbir üzvü (1989), Azərbaycanın Əməkdar hüquqşünası (1969), hüquq elmləri doktoru, professor, BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiri. Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində anadan olub. M. F. Məlikova 1958-ci ildə M. V. Lomonosov adına MDU-da "M. F. Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə "XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir. Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir.
Məsumə Məmmədova
Məsumə Hüseyn qızı Məmmədova (4 fevral 1988, Sumqayıt) — texnika elmləri doktoru, professor, 2017-ci ildən AMEA-nın müxbir üzvü Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Məsumə Məmmədova 1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir. 1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir. Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir. O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini vurğulayaraq: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”.
Məsuyə (Sulduz)
Məsuyə (fars. ماسوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (102 ailə).
Levenşteyn məsafəsi
Levenşteyn məsafəsi — informasiya nəzəriyyəsi, dilçilik və kompüter elmində iki ardıcıllıq arasındakı fərqi ölçmək üçün sətir ölçüsü. Qeyri-rəsmi olaraq iki söz arasındakı Levenşteyn məsafəsi bir sözü digərinə dəyişdirmək üçün tələb olunan tək simvollu redaktələrin (daxiletmə, silmə və ya əvəzetmə) minimum sayıdır. O, 1965-ci ildə bu məsafəni hesablayan sovet riyaziyyatçısı Vladimir Levenşteynin şərəfinə adlandırılıb. Levenşteyn məsafəsi "redaktə" məsafəsi də adlandırıla bilər, baxmayaraq ki, bu termin həm də ümumi olaraq redaktə məsafəsi kimi tanınan daha böyük məsafə ölçüləri ailəsini ifadə edə bilər.:32 Bu, sətir düzülüşləri ilə sıx bağlıdır. == Tərifi == İki a , b {\displaystyle a,b} sətri arasındakı Levenşteyn məsafəsi (müvafiq olaraq | a | {\displaystyle |a|} və | b | {\displaystyle |b|} uzunluğu) lev ⁡ ( a , b ) {\displaystyle \operatorname {lev} (a,b)} ilə verilir. lev ⁡ ( a , b ) = { | a | if | b | = 0 , | b | if | a | = 0 , lev ⁡ ( tail ⁡ ( a ) , tail ⁡ ( b ) ) if head ⁡ ( a ) = head ⁡ ( b ) , 1 + min { lev ⁡ ( tail ⁡ ( a ) , b ) lev ⁡ ( a , tail ⁡ ( b ) ) lev ⁡ ( tail ⁡ ( a ) , tail ⁡ ( b ) ) otherwise {\displaystyle \operatorname {lev} (a,b)={\begin{cases}|a|&{\text{ if }}|b|=0,\\|b|&{\text{ if }}|a|=0,\\\operatorname {lev} {\big (}\operatorname {tail} (a),\operatorname {tail} (b){\big )}&{\text{ if }}\operatorname {head} (a)=\operatorname {head} (b),\\1+\min {\begin{cases}\operatorname {lev} {\big (}\operatorname {tail} (a),b{\big )}\\\operatorname {lev} {\big (}a,\operatorname {tail} (b){\big )}\\\operatorname {lev} {\big (}\operatorname {tail} (a),\operatorname {tail} (b){\big )}\\\end{cases}}&{\text{ otherwise}}\end{cases}}} === Nümunə === Məsələn, "anket" və "aptek" sözləri arasındakı Levenşteyn məsafəsi 3-dür, çünki aşağıdakı 3 redaktə bir hərfi digərinə dəyişir və bunu 3-dən az redaktə ilə etmək mümkün deyil: anket → apket ("n" hərfini "p" ilə dəyişdirmək), apket → aptet ("k" hərfini "t" ilə dəyişdirmək), aptet → aptek ("t" hərfini "k" ilə dəyişdirmək). Məsafəsi 1 olan sözlərə "qaş" və "daş"ı nümunə göstərmək olar: qaş → daş ("q" hərfini "d" ilə dəyişdirmək).