Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. == Alınması == etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. == Xassələri == Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Asetilen
Asetilen (C2H2) — alkin sinfinə daxil olan olan doymamış karbohidrogendir. Molekulunda bir üçqat rabitəsi olan CnH2n-2 formuluna malik alifatik açıq zəncirli k/h-lər sırası Alkinlər və ya asetilen sırası karbohidrogenləri deyilir. Alkinlər də üçqat rabitə ilə birləşən karbon atomları sp hibridləşmə vəziyyətindədir və 180°С bucaq əmələ gətirirlər (yəni açıq bucaqlar). Alkinlər bir-birindən –CH2 – qrupu ilə fərqlənirlər. Doymuş k/h-də olan “an” şəkilçisi “in” şəkilçisi ilə əlavə etməklə oxunur. H – C ≡ C – H H : C   C : H H – C C – H 0,12 nm təşkil edir Asetilen molekulunda 3 σ 2 π rabitə, 2 polyar və 3 q/polyar rabitə vardır. Mr (alken) = 14n-2, iki qonşu alkinin molyar kütləsinin cəmi 28n+10. molekulda rabitələrinin ümumu sayı 3n-1, polyar rabitələrinin ümumi sayı 2n-2, molekulda atomlarının ümumi sayı 3n-2 düsturları ilə müəyyən olunur. Adlandırılma (nomenklatura): Alkinləri adlandırılması üçün: 1. Tarixi (trivial və ya təsadüfi) 2.
Butilen
== İzomerlər ==
Matiyen
Matiyen, Matiyene, Mantiyen və ya Mantiyene — Güney Azərbaycanın qərbində padşahlıq adı idi. Strabon, Ptolemy, Herodot, Polibi və Böyük Plini də daxil olmaqla qədim tarixçilər Medianın şimal-qərbində yerləşən bir bölgəni təyin etmək üçün Mantiane, Martiane, Matiana, Matiani, Matiene, Martuni kimi adları qeyd etmişlər. == Etimologiyası == Matiyen adı, 800 il əvvəl Hurri əhalisini idarə edən Mitanni ilə əlaqəli ola bilər. Matiyen adı, Matiyen xalqının şərqində yerləşən qonşu Matianus gölünə (Urmiya gölü) də tətbiq edildi. Böyük ehtimalla Matiyen sözünün kökü "Mat" və ya "Mati", Maday və Mitan sözləriylə birgədir. == Tarixi == Ehtimal ki, Hurro-Urartu dilində danışan Mannalılar, e.ə. VII və VIII əsrlərdə İskit-Kimmerilər tərəfindən tabe edildi. Matiyen, təxminən miladdan əvvəl 609-cu ildə Midiyalılar tərəfindən fəth edildi. Matiyen, Əhəmənlərin fəthinə qədər Midiya İmperiyasının satrapına çevrildi. Saspirlər və Alaradlar qəbilələri (Urartu qalıqları) ilə birlikdə Əhəmənlər İmperiyasının XVIII satrapyasının bir hissəsi oldu.
Merilend
Merilend (ing. Maryland) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Annapolis şəhəridir.
Metsşen
Ulu Qarabəy (əvvəlki adı: Metsşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu.
Netizen
Netizen - [ing. net – şəbəkə və ing. citizen– vətəndaş] "şəbəkə vətəndaşı" və ya "net vətəndaşı" söz birləşmələrindən formalaşmış termindir. Onlayn məkanlarda və ya ümumiyyətlə İnternetdə fəal şəkildə iştirak edən bir insanı təsvir edir. Bu termin, ümumiyyətlə, İnternetin yaxşılaşdırılmasına, onu intellektual və sosial bir mənbəyə çevirməyə maraq və ya ətrafdakı siyasi strukturlara, xüsusən də açıq giriş, xalis bitərəflik və söz azadlığı ilə əlaqəli məna daşıyır. Bu termin 1990-cı illərin ortalarında İnternetin yeni coğrafiyasında yaşayanları təsvir etmək üçün geniş şəkildə istifadə edilirdi. Bu termin internetin yaradıcıarından biri olan Maykl Hauber tərəfindən populyarlaşdırılmış dır. == Müəyyənedici amil == Ümumiyyətlə, İnternetə çıxışı olan hər bir şəxs Netizen hesab edilə bilər. 21-ci əsrdə bu, İnternetin qlobal bağlantısı sayəsində mümkün olur. İnsanlar fiziki olaraq bir ölkədə yerləşə bilər, ancaq dünyanın əksəriyyətini qlobal bir şəbəkə ilə birləşdirə bilər.
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Betesda (Merilend)
Betesda, ABŞ-nin Merilend ştatının Montqomeri qraflığında yerləşən siyahıyaalma məntəqəsidir. Əhalisi 2013-cü ildəki statistik məlumatlara əsasən 63,374 nəfər təşkil edir.
Medisen Biti
Medisen Biti (ing. Madisen Beaty; 28 fevral 1995) — ABŞ aktrisası. "The Curious Case of Benjamin Button"da (2008) Deyzi Fuller, "The Master"də (2012) Doris Solstad, "Other People"da (2016) Rebekka Malçey, "The Fosters"də (2013-2018), "The Magicians"da (2018-2019) İris və "Aquarius"da (2015-2016) Patrisia Krenvinkel rolları ilə tanınır.
Merilend Universiteti
Merilend Universiteti (ing. University of Maryland, College Park) — Amerika Birləşmiş Ştatlarıda yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == "Universitas 21"-ə daxildir.
Merilin Cess
Merilin Cess (fr. Marilyn Jess; 26 noyabr 1959) — Fransa pornoaktrisası. 70-dən çox pornofilmdə çəkilmişdir. 1987-ci ildə "QİÇS" xəstəliyinin yayılmasından sonra karyerasını bitirmişdir. Merilin həmişə öz şəxsi həyatını gizli saxlamışdır və onun indi nə işlə məşğul olması haqqında da çox az məlumatlar var. Rejissor Con B. Rutun sözlərinə görə Merilin rejissor Didye Filip-Jerara ərə getmiş və iki uşaq dünyaya gətirmişdir. Hazırda isə öz şəxsi qalereyasında şəkil satışı ilə məşğul olur. == Filmoqrafiya == 1977. Collégiennes à tout faire. 1979.
Merilin Menson
Brayan Hü Uorner ya da səhnə adıyla Merilin Menson (5 yanvar 1969, Kanton[d], Ohayo) — ABŞ-lı müğənni. Öz adını daşıyan Merilin Menson qrupunun lideridir. Adını dünya tərəfindən məşhur aktrisa Merilin Monro və qatil Çarlz Mensondan almışdır. == Filmləri == Menson ilk olaraq David Lynchin Itkin Otoban filmində rol alır. Göründüyü digər əhəmiyyətli filmlər Asia Argentonun Aldadan Ürək və Lucy Liunun baş rolunda oynadığı Diriliş: ​​Vampir ovçusudur. Menson, Michael Moore silahlanma əleyhdarı reportajı Mənim Sevimli Silahımda da fikirlərini açıqlamışdır çünki Columbine Məktəbi qətliamının məsullarından biri olaraq Merilin Menson göstərilməkdədir. Menson Phantasmagoria: The Visions of Lewis Carroll adlı bir film çəkib, baş rol oynama planlarını açıqlamışdır. == Diskoqrafiya == 1994 - Portrait of an American Family 1995 - Smells Like Children (EP Remix) 1996 - Antichrist Superstar 1998 - Mechanical Animals 1999 - The Last Tour on Earth (Canlı konsert albomu) 2000 - Holy Wood 2003 - The Golden Age of Grotesque 2004 - Lest We Forget 2007 - Eat Me, Drink Me 2009 - The High End of Low 2012 - Born Villain 2015 - The Pale Emperor 2017 - SAY10 == Kitablar == Üzərində uzun müddət çalışdığı avtobioqrafiyası və yaşadıqları problemləri izah edən kitab The Long Hard Road Out of Hell-ki həyat hekayəsinin yanında öz dizaynları da kitabın içərisində iştirak etməkdə-mətbuatda yayılan dedi-qoduları əksinə dinləyənləri qədər nifrət edənlərdən də çox maraq gördü.Neille Straussesun köməkləriylə yazılan kitab 1998-ci ildə nəşr olunmuşdu. Merilin Menson 1996 çıxışlı Antichrist Superstar, 1999 çıxışlı Mechanical Animals və 2001-yoxuşlu Holy Wood albomlarının meydana gətirdiyi bütünə verilən ad Menson Triologiyadır. Mensonun Trilogiyadakı albomları bir hekayə, bir tema ətrafında oluşmuştur.Merilin Menson bu Trilogiya haqqında Holy Wood adında bir də kitab yazmışdır.
Merilin Monro
Merilin Monro (ing. Marilyn Monroe, əsl adı ing. Norma Jeane Mortenson; 1 iyun 1926[…], Los-Anceles, Kaliforniya, ABŞ – 4 avqust 1962 və ya 5 avqust 1962, Brentvud (Los-Anceles), Kaliforniya) — amerikan kino aktrisası, müğənni və model. XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biridir. İllərcə kiçik rollarda özünü göstərdikdən sonra "Gentlemen Prefer Blondes", "How to Marry a Millionaire", "Some Like It Hot ve The Seven Year Itch" kimi filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü 1950 və 1960-cı illərin əvvələrində ən populyar kino ulduzlarından biri olmasını təmin etdi. Karyerasının sonlarına doğru nailiyyətləri daha da artdı. "Bus Stop" ve "The Misfits" kimi kinolarda dramatik rollarda da özünü göstərdi və bənzəri görülməmiş populyar bir maraq nəsnəsi halına gəlib, qazandığı bu şöhrət ilə zamanının digər ulduzlarını geridə qoydu. Halbuki, xalqın gözündə yaratdığı xoşbəxt imicinin əksinə, şəxsi həyatında yaşadığı məyusluqları və güvənsizlikləri onsuzda var olan problemlərini daha da dərinləşdirdi. Xüsusilə 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərindən etibarən səhhətində olan müxtəlif problemlər və şəxsi problemləri karyerasına da mənfi təsir göstərmiş və Monronun işləməsinə mane olmuşdur. Yenə də ölümündən sonra şöhrəti get-gedə artaraq bütün zamanların ən önəmli mədəniyyət fiquru və ikonası olmuş və digər məşhurlar tərəfindən təqlid edilmişdir.
Merilin diptixi
Merilin diptixi (ing. Marilyn Diptych) — amerikalı rəssam Endi Uorholun pop-art stilində işlədiyi məşhur rəsm əsəri. Uorhol rəsm üzərində işləməyə Merilin Monronun ölümündən bir həftə sonra, 1962-ci ilin avqustunda başlamışdır. Rəssam Trafaret çapının vasitəsilə aktrisanın 1953-cü ildə çəkildiyi "Niaqara" filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkili kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır. Monronun diptixin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsmlər ağ-qara çalarlarla qismən dağılmış, cızma qaranı xatırladan və solğun haldadır. Belə hesab edilir ki, Uorhol rəsmi iki, parlaq və solğun hissəyə bölməklə Merilin Monronun təzadlarla dolu olan həyatını və ölümünü assosiasiya etmişdir. 2011-ci ilə olan məlumata görə, "Merilin diptixi" əsəri Londonun Teyt qalereyasının Liverpul şəhərində yerləşən filialında sərgilənir. 2 dekabr 2004-cü ildə "The Guardian" qəzeti müasir incəsənətin 500 ən parlaq əsərlərinin siyahısını açıqlayıb. Siyahıda Uorholun bu işi üçüncü yerə layiq görülüb.
Merilin Çembers
Merilin Çembers (22 aprel 1952[…], Providens[d], Rod-Aylend – 12 aprel 2009, Santa-Klarita, Kaliforniya, ABŞ) — pornoaktrisa və siyasətçi. == Həyatı == Merilin Çembers 1952-ci ildə doğulmuşdur. Merilin 1970-ci ildə yuyucu tozun reklamına çəkildikdən sonra bütün Amerikada məşhurlaşmışdır. Porno ulduzun 50 yaşı tamam olduqda qəfildən siyasətlə məşğul olmağa qərar verib. Müxtəlif partiyalara qoşulandan 2 dəfə ABŞ-nin vitse-prezident postuna namizədliyini irəli sürüb – 2004 və 2008-ci illərdə, amma seçkilərdə lazım olan səsi yığa bilməyib. Merilin Çembers 2009-cu ildə vəfat etmişdir.
Merilin İstman
Merilin İstman (ing. Marilyn Eastman; 17 dekabr 1933, Davenport[d], Ayova – 22 avqust 2021, Tampa, Florida) — ABŞ aktrisasıdır. Ən yaxşı çəkildiyi film Yaşayan ölülərin gecəsi filmidir. Merilin ABŞ yazıçısı və diktoru Con F. İstman ilə ailə həyatı qurmuş və onların üç övladı dünyaya gəlmişdir. == Həyatı == Merilin İstman 1937-ci il tarixində Ayova ştatında anadan olmuşdur. Film karyerasına 1957–1966-cı illərdə çəkilmiş "Perri Meyson" televiziya serialı ilə başlamışdır. Ardınca 1968-ci ildə çəkilmiş Yaşayan ölülərin gecəsi filmində Helen personajını canlandırmışdır. Bu filmdə populyarlıq əldə etmiş və bir müddət film karyerasından uzaqlaşmışdır. 1995-ci ildə "Qonaq", 1996-cı ildə isə Santa Klaus" filmlərinə çəkilmişdir.
Riçard Metison
Riçard Metison (ing. Richard Burton Matheson; 20 fevral 1926[…] – 23 iyun 2013[…], Los-Anceles, Kaliforniya) — ABŞ-nin elmi və fantastik ədəbiyyat yazıçısı, Hüqo mükafatı laureatları == Həyatı == Riçard Metison 20 fevral 1926-cı ildə ABŞ-də anadan olub. 23 iyun 2013-cü ildə bazar günü ABŞ-nin Los-Ancels şəhərində vəfat edib. == Yaradıcılığı == Riçard Metison "Someone Is Bleeding" adlı ilk romanını 1953-cü ildə nümayiş etdirib. "Hell House", "The shrinking Man", "A Stir of Echoes", "What Dreams May Come" və "I Am Legend" kimi əsərləri səhnəyə uyğunlaşdırılan Riçard Metison, Amerika Yazıçılar Birliyinin (WGA) indiyə qədərki ən yaxşı yazılmış 10 televiziya serialı siyahısında üçüncü sırada iştirak edən "The Twilight Zone"un bəzi hissələrinə də imzasını atıb.
Rokvill (Merilend)
Rokvill, ABŞ-nin Merilend ştatının Montqomeri qraflığının paytaxtıdır. 2010-cu ildəki siyahıyaalınmanın statistik göstəricilərinə əsasən şəhərin əhalisi 61,209 nəfər təşkil edir.
Metalın səsi
Metalın səsi (ing. Sound of Metal) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Darius Marderdir. Baş rolda Riz Ahmed çəkilib. Film eşitmə qabiliyyətini itirən musiqiçidən bəhs edir. == İstinadlar == == Xarici keçidlər == protagonistpictures.com/film/sound-of-metal/ — Metalın səsinin rəsmi saytı Metalın səsi — Internet Movie Database saytında.
Kata Betlen
Kata Betlen (30 noyabr 1700 – 29 iyul 1759) — Transilvaniyalı yazıçı, Macarıstan və Rumıniyada ilk memuarçılardan biri olub. == Haqqında == Kata Betlen ölkəsinin mədəni və intellektual həyatında fəal iştirak edib. Yazıçının ailəsi cəmiyyətdə yüksək mövqe tuturdu — Bethlen klanı hökmdarlar və kanslerlər kimi Transilvaniyanın başçısı olmuşdur. Kata Betlen 17 yaşında katolik ilə evlənmək məcburiyyətində qaldı, bu evlilik ailəsinin siyasi qərarı idi. Bu evlilik ona çox pis təsir etdi. Həyat yoldaşı uşaqlarını əlindən aldı, Kata onlarla görüşə bilmirdi. Uşaqlarından ayrı yaşamaq çox çətin idi. Yazıçı öz memuarlarında uşaqları haqqında xatirələrini yazırdı. Həyat yoldaşının ölümündən sonra Kata bu dəfə sevgilisi ilə yenidən evləndi. İkinci evlilikdən çox xoşbəxt idi, lakin ikinci həyat yoldaşı və uşaqları rəhmətə getdilər.
Kətişen
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Verilən
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Merilin Mao obrazında
"Merilin Mao obrazında" (ing. Marilyn as Mao) və ya "Merilin/Mао" (ing. Marilyn/Mao) — 1952-ci ildə latış-yəhudi əsilli fotoqraf Filipp Halsman tərəfindən yaradılmış fotomontaj. Sonradan bu obraz Salvador Dali, çinli rəssamlar Yu Yuhan və Xua Ciminq kimi təsviri incəsənətin bir çox məşhur nümayəndələri tərəfindən istifadə olunmuşdur. == Filipp Halsmanın fotosu == Amerikalı aktrisa və model Merilin Monro 1952-ci ilə qədər karyerasının zirvəsinə doğru əminliklə irəliləyirdi. 1950-ci ilin dekabrında "20th Century Fox" kinostudiyası ilə 7 illik müqavilə imzalamış, 1 il sonra bu studiyanın istehsalı olan filmlərdə baş rollarda çəkilməyə başlamışdır. Tezliklə Merilin "Hollivud əcnəbi mətbuat assosiasiyası tərəfindən "ən gəlirli gənc aktrisa" elan olunmuşdur.. Monro özünü yeni seks-simvol qismində təqdim edirdi. Müsahibələrindən birində o, 1949-cu ildə açıq paltar geyinmiş, yarıçılpaq fotolara çəkildiyini bildirmişdir. Mətbuat həmin dövrdə onun alt paltarı geyinmədiyini qeyd etmişdir.
Merilin Monronun filmoqrafiyası
Merilin Monronun filmoqrafiyası — amerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. Monro 1945-ci ildə fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb. Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o, Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilədən sonra Monro ardıcıl olaraq orta səviyyəli komediyalarda "küt sarışın gözəlçə" rolunda çəkilib. 1952-ci ildə o, özünün ilk nuar filmi olan "Qapını döymədən gəlmək olar" filmində baş rolu ifa edib, sonra isə Keri Qrant və Cincer Rocers ilə birlikdə “Meymun biznesi” komediyasında çəkilib. 1953-cü ildə Monro, Cozef Kotten və Cin Piterslə "Niaqara" nuar filmində çəkilib.
Montqomeri qraflığı (Merilend)
Montqomeri qraflığı və ya Montqomeri dairəsi, Amerika Birləşmiş Ştatlarının Merilend ştatında yerləşən bir qraflıqdır. 2010-cu ildəki statistik məlumatlara əsasən qraflığın əhalisi 971.777 nəfər təşkil edir. Qraflığın mərkəzi Rockville şəhəridir.
Metil qrupu
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. == Metil kationu, anionu və radikalı == === Metil kationu === Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Aleksandr Motılev
Aleksandr Motılyov (rus. Александр Анатольевич Мотылёв, 17 iyun 1979 Rusiya) Rusiyalı qrosmeyster (2000). == Naliyyətləri == 2001-ci ildə o, Rusiya Çempionu olmaqla Şahmat aləmini təəccübləndirsə də, sonrakı illərdə nümayiş etdirdiyi laqeyd münasibət həm yaxşı, həm də pis nəticələrə gətirib çıxartdı. 2002-ci ildə Moskvada Rusiya Dünyaya qarşı adlı mötəbər turnirə dəvət alan Aleksandr yalnız 6 oyundan 1 xal topladı. 2004-cü ildə o, Tomskda təsnifat turnirində qalib gəldi və Rusiya Superfinalında uğurlu oyun nümayiş etdirdi. 2005-ci ildə 2-ci Sanjin Otel Kubokunda ikinci yeri tutdu (Harikrishnadan sonra) və həmin il yenidən Rusiya Superturnirinə vəsiqə qazandı, bu dəfə Kazanda keçirilən yarışın üçüncüsü oldu. 2006-cı ildə Wijkaan Zeedə keçirilən Corus "B" turnirində birinci yeri Maqnus Karlsenlə bölüşdürdü. 2009-cu ilin iyun ayında Rusiyanın Poikovsky şəhərində keçirilən 10-cu Poikovsky Karpov turnirinin qalibi oldu. 2001-ci il Komandalar arasında Dünya Çempionatının əsas oyunlarında Rusiyanı təmsil edərək, komandasının gümüş medal almasında oz töhfəsini verdi. 2014-cü ildə Avropa Şəxsi Çempionatın qalibi oldu.
Merilənd Universiteti
Merilend Universiteti (ing. University of Maryland, College Park) — Amerika Birləşmiş Ştatlarıda yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == "Universitas 21"-ə daxildir.
Sərilən acıçiçək
Sərilən acıçiçək (lat. Gentiana decumbens) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.