Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Metod
Metod (yunanca: "methodos") — anlayışının özü "davam etmək", "izləmək" mənasını bildirir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir. Obyekt-yönlü proqramlaşdırmada: hər hansı sinfə (CLASS), yaxud obyektə aid olan funksiya və ya prosedur. Prosedurlu proqramlaşdırmadakı prosedur kimi, metod hansısa əməliyyatı yerinə yetirmək üçün müəyyən sayda deyimlərdən (STATEMENT) ibarətdir, giriş arqumentləri yığınına və qaytarılan qiymətə malikdir. Metodları iki qrupa ayırırlar: sadə metodlar və statistik metodlar: • sadə metodlar obyektin verilənlərinə (verilmiş sinfin konkret nüsxəsinə) erişə bilir • statistik metodlar obyektin verilənlərinə erişə bilmir və onlardan istifadə etmək üçün verilmiş sinfin nüsxələrini yaratmağa gərək yoxdur. Metodlar hər hansı sinfin obyektinin verilənlərinə çatmaq üçün interfeys təqdim edir. Metodun təqdim etdiyi giriş səviyyəsindən asılı olaraq, onları aşağıdakı növlərə ayırırlar: • açıq (public) interfeys – verilmiş sinfin bütün istifadəçiləri üçün ümumi interfeys; • qorunmuş (protected) interfeys – verilmiş sinfin bütün varisləri üçün daxili interfeys; • qapalı (private) interfeys – yalnız verilmiş sinfin daxilindən erişməyin mümkün olduğu interfeys. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Metox
Metox (yun. μετόχιον или μετόχι ) — Bizansda və Balkanlarda daha böyük bir monastıra tabe olan və bu monastırın iqtisadiyyatını təmsil edən kiçik monastır (və ya kilsə). Metox həm şəhərdə, həm də kənd yerlərində yerləşə bilər. Bir qayda olaraq, metoxun ayrı-ayrı sahələrdən, üzüm bağlarından və dəyirmanlardan ibarət kiçik təsərrüfatı var idi. Buna baxmayaraq daha böyük metoxlar da məlumdur ki, onların asılı əhalisi olan kəndləri (pariklər) olmuşdur. Dünyəvi insanlara məxsus metoxlar da var idi. Bir qayda olaraq, bunlar aristokratiya, varlı şəhər əhalisi və ya kəndlilərin nümayəndələridir. Başqa sözlə, monastır və ya kilsə dünyəvi şəxsin şəxsi mülkiyyətində idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Еп. Порфирий (Успенский).
Bioqrafik metod
Bioqrafik metod — "yazıçı"nın yaradıcılığını onun şəxsi həyat təcrübəsinin ifadəsi kimi öyrənmək metodu. Bu metodun başlıca janrı yazıçı "portretidir". Fridrix Şleyermaxerin təfsir elminə görə, yazıçının yaradıcılığını yaxşı başa düşmək üçün onun daxili və mənəvi həyatının faktlarını öyrənmək zəruridir. Bədii metodun banisi fransız tənqidçisi Sent-Böv hesab edilir ("Ədəbi-tənqidi portretlər", c 1 - 5, 1836 - 39). Onun fikrincə, yazıçının irsinin, ədəbi və siyasi mühitinin öyrənilməsi onun yaradıcılığının dərk olunmasının vacib şərtləridir. Bədii metod mədəni-tarixi məktəblərin nəzəriyyəsində və təcrübəsində tətbiq olunmuş (Q.Lanson, İppolit Adolf Ten), Georq Brandesin "tarixi-psixoloji" metodunun təşəkkülünə təsir etmiş, XIX - XX əsrlərdə mətndə yazıçının "daxili mən"ini axtaran "impressionizm" tənqidində əks olunmuşdur. Ədəbiyyatşünaslığın bir janrı kimi, ədəbi portretin təşəkkülü bədii metodla əlaqəlidir ("Qədim portretlər", Nestor Aleksandroviç Kotlyarevsk, 1907; "Rus yazıçılarının siluetləri", Yuli İsayeviç Ayxenvald, 1-3-cü nəşrləri, 1906 - 10 və başqaları). Bəzi ədəbiyyatşünaslar bədii metodu tədqiqat vasitəsi kimi qəbul edir, bioqrafik ünsürləri bədii obrazın qaynaqlarından biri kimi öyrənirlər. == Ədəbiyyat == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Boom metod
Boom metodu və ya Boom nuklein turşusunun çıxarılması metodu nuklein turşusunu bioloji nümunədən təcrid etmək üçün bərk fazalı ekstraksiya metodudur. Bu üsul nuklein turşularının silisium muncuqlara hopması ilə işləyir. == Baxış == Boom metodu (Boom nuklein turşusunun çıxarılması metodu) "nuklein turşusunu (NA) bioloji nümunələrdən təcrid etmək üçün möhkəm bir faza çıxarma metodudur" . Bu metodun əsası, təsirinə görə bir xaotrop maddə varlığında NA-nı bağlaya bilən silisium muncuqların istifadəsidir. Bioloji nümunələrdən nuklein turşularının təcrid olunması üçün bu üsul ən geniş yayılmış biridir və bu bioloji nümunədən NA-nın kiçik təmizlənməsi üçün sadə, sürətli və etibarlı bir üsul kimi tanınır. Bu üsul Willem R. Boom et al tərəfindən 1990-cı illərdə icad edilmiş və inkişaf etdirilmişdir. Lakin, yuxarıda qeyd olunan xaotik təsirin özü artıq məlum idi və artıq BOOM metodunun inkişafından əvvəl Vogelstein və Gillespie tərəfindən məlumat verilmişdir. Beləliklə Boom et al.-ın töhfəsi mürəkkəb başlanğıc materialları metodunun optimallaşdırılması ola bilər bədən mayeləri və digər bioloji başlanğıc materialları kimi məhsullar təqdim edir və . Boom metoduna digər şəxslər tərəfindən də oxşar müraciətlər edildi. Qısa olaraq "silika" sözü SiO 2 kristallarını ifadə edirdi; lakin silisium hissəciklərinin digər formaları mövcuddur.
Bədii metod
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur. Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Mett Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Mett Deymon
Mettyu Peyc Deymon (8 oktyabr 1970[…], Kembric, Massaçusets) — ABŞ aktyoru, film prodüseri və ssenaristi. Forbes jurnalına əsasən dünyanın ən çox gəlir gətirən aktyorlarından biri hesab olunur. Bir "Oskar" və iki "Qızıl Qlobus" mükafatı laureatıdır. == Həyatı və karyerası == === Erkən həyatı === Mett Deymon 8 oktyabr 1970-ci ildə ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində anadan olub. İlk 2 yaşını Bostonun varlı rayonu sayılan Nyutonda keçirir. Atası Kent Deymon vergi müfəttişi, anası isə Lesley universitetində professor idi. Onun atası şotland və ingilis əsilli, anası isə isveç və fin əsillidir. Onun həmçinin sonralar heykəltaraşlıqla məşğul olan Kayıl adında böyük qardaşı var. 1973-cü ildə hələ Mett-in 3 yaşı tamam olmamış onun valideynləri boşanır və buna görə də o qardaşı Kayıl ilə birlikdə Kembricdə anasının himayəsi altına keçir.Gələcək aktyor 5 nəfər ailənin birlikdə yaşadığı evdə böyüməli olur.Onun qonşularından biri də “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabının müəllifi amerikalı tarixçi,yazıçı Hovard Zinn olmuşdur. 1978-ci ildə onun artıq 8 yaşı olanda uzaq qohumu olan və öz yaşadığı evdən 2 məhəllə uzaqda yaşıyan digər gələcək aktyor Ben Affleklə tanış olur.
Mett Helders
Metyu Helders (7 may 1986, Şeffild, Yorkşir və Hamber[d]) — İngiltərəli zərb ifaçısı, vokalist və bəstəkar. O yeddi studiya albomu buraxdığı rok qrupu Arctic Monkeys-in qurucu üzvlərindən biri kimi tanınır.
Mett LeBlan
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. == Həyatı == Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı. Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.
Mett LeBlenk
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. == Həyatı == Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı. Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Mett Rivz
Mett Rivz (ing. Matthew George "Matt" Reeves) - ABŞ rejissoru, prodüseri, ssenaristi. == Erkən həyatı == Rivz Rokvill Sentr şəhərindən anadan olmuş və Los-Ancelesdə böyümüşdü. O ilk rejisorluq fəaliyyətinə yeddi yaşında olarkən dostları ilə başlamışdı. Rivz Cey Cey Abramsla ilk dəfə tanış olduqda onların hər ikisinin 13 yaşı vardı. == Filmoqrafiya == Future Shock (1993) (Mr.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Boom(Bum) metod
Mett K. Miller
Metyu Kermit "Mett" Miller (ing. Matt K. Miller; 2 fevral 1960) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Metil-etil keton
Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir. == Fiziki xassələri == Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir. == Alınması == Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur. == Toksikliyi == Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Getto
Getto (it. ghetto) — orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Gettolar müasir dövrdə adətən böyük şəhərin kənarında yerləşən və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlardır. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Matkot
Matkot (ivr. ‏מטקות‎‏‎) — İsraildə oynanılan və çimərlik tennisinə oxşar raket oyunu. İsrailin milli idman növü hesab olunur. Oyunda əsas məqsəd taxta raketka ilə rezin topu qarşı tərəfə yerə düşmədən göndərməkdir. Oyunda əsasən 2 nəfər iştirak etsə də, bəzən bu say artıq ola bilir. == Haqqında == Matkot çimərlik idman oyunudur və bu idman növü üzrə heç bir yarış keçirilimir. Oyunçuların əsas məqsədi qara rezin topu irəli göndərməkdir. İdmanın adı ivrit dilində "raketka" mənasını verən "matka" sözündən yaranmışdır. Bu sözün mənşəyi isə naməlumdur. Raketkalar taxtadan hazırlanır, lakin tutacaqlar əsasən plastikdən ibarət olur.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyır Region Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Metak
METAK metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkətidir. Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. == Tarixi == Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir. 2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır. 2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur. 2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir. 2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. == Metalların ümumi xarakteristikası == Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). == Metalların fiziki xassələri == Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. === Metalların plastikliyi === Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. === Metal parıltısı === Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Metan
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir. Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya. == Metanın mənbələri == Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). == Metronun tarixi == İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.