Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hinqar
Hinqar — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hinqar Ağsu rayonunun Gürcüvan inzibati ərazi vahidində kənd. Keçmış adı İnqar olmuşdur. Oykonim anqar sözünun Azərbaycan dilinin fonetik qanunlarına uyğunlaşdırılmış formasıdır. Tədqiqatçılara görə, bu soz türk-monqol dillərində "yarıq", "ağız", "qapı", "kecid", "dərə" mənalarında işlədilmiŞdir. Türk dillərində anqar "geniş vadi" mənasındadır. Sözün əvvəlinə "h" samitinin artırılması Azərbaycan dilinin dialekt və Şivələrində təsadüf olunan fonetik hadisədir.
Minar-e-Pakistan
Minar-e-Pakistan (urdu ‫مینار پاکستان‎‬, azərb. Pakistan minarəsi‎) — Pakistanın Pəncab əyalətinin Lahor şəhərinin mərkəzində Britaniya Hindistanının müstəqillik qazanmasından sonra 23 mart 1940-cı ildə ayrı bir müsəlman ölkəsinin qurulması barədə olan Lahor qətnaməsinin qəbul edilməsinin xatirəsinə inşa edilən minarə, milli əhəmiyyətə malik abidə. Minarənin inşa prosesi 1960–1968-ci illərə təsadüf edir. == Dizayn == Minarənin dizaynında moğol, İslam və müasir memarlıqdan ilham alınmışdır. Minarə Rusiyada anadan olmuş qumuq əsilli dizayner və mühəndis Nəsrəddin Muradxanov tərəfindən dizayn edilmişdir. İnşa prosesinə "Mian Abdul Khaliq Company" şirkəti nəzarət edirdi. Tikilinin təməldaşı 23 mart 1960-cı ildə qoyulmuşdur. İnşa prosesi 8 il davam etmiş və nəhayət 21 oktyabr 1968-ci ildə sona çatmışdır. Minarənin tikilməsinə 7,058,000 Pakistan rupisi xərclənmişdir. Abidənin ətrafında parklar və bir dənə süni göl var.
Qütb Minar kompleksi
Qütb Minar kompleksi Dehli şəhərinin cənub-qərbində Qütb Minar minarəsi və ətrafındakı bir neçə tarixi memarlıq abidələrindən ibarətdir. Dehli sultanlığı dövründə tikilən bu abidələr Hint-İslam memarlığının gözəl nümunələrdir. 1993-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir. == Tarixi == Dehli şəhərinin işğalından sonra Sultan Qütbəddin Aybək tərəfindən 1192-1198-ci ildə tikilən Qüvvət’ül-İslam Məscidi tikilməsi ilə Qütb Minar kompleksinin əsası qoyuldu. 1235-ci ildə sultanın özü tərəfindən tikilmiş Şəmsəddin Eltutmuş türbəsi və Alaeddin Halaci tərəfindən 1311-ci ildə tikilən Alai Darvazası Qütb Minar kompleksinin ən gözəl memarlıq nümunələrindən biridir. == Abidələr == === Alai Darvazası === Alai Darvazası Qüvvət-ül-İslam məscidinin cənub tərəfində yerləşir və məscidin əsas giriş qapısıdır. Alai Darvazası 1311-ci ildə Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilmişdir. === Qütb Minar minarəsi === Qütb Minar minarəsi (hind क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir.
Qütb Minar minarəsi
Qütb Minar minarəsi (hind क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir. Qırmızı daş və mərmərdən tikilmişdir. == Tarix == Qutub Minar, Astaliika (qüllə) inşa edilən dünyanın ən yüksək kərpicidir.}} {{Uzunmüddətli görüntü | Delhi_Qutub_01.JPG | 200 | 400 | {} ölçüsü | 72.5 | 2 | lk = Əfqanıstan [cəbhədəki minarələr] və onu ələ keçirməyi arzulayıram [[Dəli Sultanlığı] ilk müsəlman hökmdarı] [Qutubuddin Aibak], Dehli, yayılmanın qəzəbinə görə Qutub minarının yenidən qurulması il ərzində [1193] başlamışdır, lakin yalnız onun əsasını tapmışdır. Onun müəllifi [İlyutmiş] üç mərtəbə uzadıb və Firozş Tuğlaq beşinci və son mərtəbə ... Qüllə qırmızı qumdan hazırlanmışdır ki, bu da [Quran] ayələrinin və çiçəklərin çiçəklənməsinə səbəb olan üzümlərin çiçəklənməsi ilə qırılmışdır, ərəb sözləri hazırlanır Qutub Minar qədim qala qəsəbəsinin qədim qala qalıqları üzərində tikilmişdir. Qədim Dəli şəhəri, Dhillika.Dhillika, Tomar və Chauhan son hindu hökmdarlarının paytaxtı idi. Kutubaminarın əsl adı Qutbuddin tərəfindən yaradılmayan, lakin Chandra Gupta Vikramadityanın Navratan başqa bir astronomu Varahamihira tərəfindən yaradılmış Vishnu Pillardir.
Canqar
Canqar — Qərbi monqolların dastanı. == Dastan haqqında == XIII—XIV əsrlərə aid edilən bu dastan dünya folklorunun ən böyük əsərlərindən biridir. == Xarici keçidlər == «Джангар» на калмыцком языке на форуме «Свободная Калмыкия» «Джангар» на русском языке на сайте «Бумбин Орн» Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Mongolian Epic Identity: Formulaic Approach to Janggar Epic Singing Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine «Джангар» — наш идеал! «Бумба» — наше будущее?
Manqal
Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
Midqard
Midqard (q.skan. Miðgarðr — hərfi “fəzanın orta qatı” — “aralıq dünya”) German-skandinav mifologiyasında doqquz daləmdən biri olan insanların yaşadıqları məkan ya dünya.
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü.Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Minqei
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Minqora
Minqora — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər.Pakistanlı Feminist və qadın hüquqları qoruyucusu Məlalə Yusəfzay burada anadan olub,Əhalinin əsasını puştunlar təşkil edir.Pakistanın ən böyük 26-cı şəhəridir. == Tarixi == Bir çox Buddist qalıqları və oymalar Cambil çayı vadisində olan Minqora yaxınlığında aşkar edilmişdir. Panrda eramızın I əsrinə aid bir stupa və monastır qazılmışdır. Loe Banr, Butkara II və Matalai'de, İtalyan arxeoloqlar e.ə.1520 ilə e.ə.170 arasında olan 475 Aryan qəbirini və iki at skeletini qazdılar. Əliqramada Svat çayının qarşı tərəfində, Səidi Şərif hava limanının yaxınlığında, Gandhara məzar mədəniyyətinə aid bir yer İtalyan arxeoloqları tərəfindən tapılıb və eramızdan əvvəl 1000-ci ilə aiddir. 2007-ci ildə Taliban üsyanının yüksəlişi zamanı Minqora, əsasən Minqoradakı ənənəvi mədəniyyətə təsir edən Taliban tərəfindən işğal edildi. Bir il sonra yaraqlı lider Fəzlullah, daha sonra Məhəmmədi, Mingoradan təxminən beş kilometr uzaqlıqda yerləşən Mamdheri kəndində pirat FM kanalını qurdu. Sonradan Fazlullah, Siqar vadisində, Minqoranın hamısını əhatə edən Pakistan Təhriki Təlibanın lideri oldu. Yerli müğənnilər və rəqqasələr, Taliban tərəfindən vəhşicəsinə vurularaq öldürüldü və bədənləri Minqora'nın əsas yol dairəsinə atıldı.2009-cu ildə Rah-i-Raast əməliyyatı Minqoranı yenidən Pakistanın nəzarətinə verdi.
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. == Xarici görünüşü == Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. == Həyat tərzi == Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Miqart
Miqart Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Miqart-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. 1590-cı ilə aid türkcə mənbədə Maqaret kimidir. Dağ Borçalıya mənsub bu kənd 1920-cı ildə Ermənistana birləşdirilmiş və Tumanyan rayonunda ermənicə yazılışda adı Mğart adlandırılmışdır. XIX əsrin 30-cu illərində kəndin azərbaycanlı əhalisi zorla köçürülmüş və ermənilər yerləşdirilmişdir. Azərbaycan dilində mağara sözündəndir.
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Misqal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. == Ulduz sistemi == Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Mizhar
Mizhar Mizhar xəyalların təcəssümüdür. Bu obraz məxfilikdə özünü sirr edə bilən birinin simvoluna bənzəyir. Dustaqlara azad, azadlara diri sayılan kəs azad olmayandır. Onun qisasçısısı isə Mizhardır.. İnsanlar varolduqları gündən bu günə qədər yasamın nə olduğunu, niyə və necə var olduqlarını araşdırırkən, mühüm bir məsələni gözdən qaçırırlar. Nədir o mühüm məsələ? O, şifrələnmiş bir mətndə qeyddir. Mətni tap, şifrəni həll et, dünyaya çatdır... Vaqiəni qarşıla.. Bu mütləq olacaq..
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, Аrqоs, Peloponnes, Qərbi Yunanıstan və İon adaları) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Sincar
Sincar(ərəb. سنجار‎, kürd. شنگال, süry. ܫܝܓܪ) — İraqın şimal-qərbində şəhər. == Tarix == Zəngilər sülaləsinin bir qolu Sincarda hökumət qurmuşdu. == Coğrafiyası == Sincar şəhəri Mosulun Ninəvə mühafazasının şimalında yerləşir. == Əhalisi == Sincar şəhərində Ərəblər və müsəlmanlarla yanaşı əhalinin böyük əksəriyyətini Yezidi məzhəbindən olanlar təşkil edir.
WinRAR
WinRAR - RAR və ZİP formatinda 32 və 64 bitlik Əməliyyat sistemi üçün arxivatorudur. İş sürətinin və sıxılma dərəcəsinə görə ən yaxşı arxivatorlardan biri sayılır. Proqramı yükləmək pulsuzdur amma 40 gündən sonra lisenziyanı almağı təklif edir. == Tarixi == Proqramın adı Roshal ARchiver sözündən götürülüb. Əmrlər sətri RAR və UNRAR ilk 1993-ci ilin payızında buraxılıb. Winrar 1.54b erkən inkişaf mərhələsi 1995-ci ildə 16 bitlik Windows 3.x proqramı üçün buraxılıb. 2.0 versiyası 6 sentyabr 1996-cı ildə buraxılıb. == Əsas imkanları == RAR və ZİP arxivlərin yaradılması formatları. CAB, ARJ, LZH, TAR, GZ, ACE, UUE, BZIP2, JAR, ISO, 7z, Z formatlı faylları açma imkanı. CBC rejimində 256 bit (128 bit 4 yenilənməsində) AES (Advanced Encryption Standard) alqoritmindən istifadə etməklə açarın uzunluğu ilə arxivlərin şifrləməni imkanı.
Yonqar
Yonqar emal olunan pəstahdan mexaniki emal zamanı ayrılan material hissəciyidir. Metalların kəsmə ilə emalında yonqarlar müxtəlif mərhələlərdə yaranır. Alət metala daxil olduqda birnci mərhələ də metalın əzilməsi baş verir. Bu zaman material nisbətən bərkiyir. Kəsmə zonasında təzyiq artır və yaranan gərginlik kəsmə zonasındakı toxunma gərginliyindən böyük olduqda sürüşmə baş verir. Sürüşmə müstəvisində metallın kristallik qəfəsi dağıdılır və yonqar alətin qabaq üzü üzrə sürüşür. Nəticədə materialdan fərqli olaraq müxtəlif formalı yonqarlar əmələ gəlir. Yonqar kəsmə zonasından kənarlaşdırıldıqdan sonra alət növbəti dəfə pəstaha girir və növbəti yonqar çıxarılır. Beləliklə səth hissə-hissə yonulur və emal olunur. Yonqar əmələgəlmədə temperatur ənvacib amillərdəndir.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Dingir
Dingir, Diĝir (şumercə: 𒀭; deyilişi [ tiŋiɾ ]) — mixi yazılı qaynaqlarda "Tanrı" anlayışını ifadə edir. "Tinqir" sözü "İlah" və ya "İlahə" olaraq tərcümə edilə bilər. Şumer mixi yazılarında 𒀭 işarəsi adətən ilahiliyi, bəzən də müqəddəsliyi müəyyənləşdirmək üçün dini adların qarşısında istifadə edilir (məs.: 𒀭𒈹 = dingirİnanna; "İnanna tanrı"). İşarə əvvələr şumercə "göy", "ulu", "ən" (yüksək, uc, son) məna yükünü daşıyan an sözünün ideoqramı kimi istifadə olunub; sonralar isə işarə həm də dingir (tanrı) sözünün loqoqramına çevrilib və şumer panteonunun ən ulu tanrısı, bütün digər ilahların əcdadı hesab edilən An tanrının adını daşıyır; bundan əlavə, sözlərdə /an/ hecasını ifadə edən fonoqram kimi tətbiq edilir. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin El (və ya ilu) İlahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur. Şumer ilahiyyat anlayışı göylərlə sıx bağlıdır, faktlardan bu aşkar olunur ki, "göy" ideoqramının işarəsini iki dəfə yazdıqda ulduzun gerçək şəkli formalaşır. İlahiyyatın gerçək bağlılığı səmadakı parlaq hierofaniya ( yunan dilində "müqəddəs işığı gətirmək" anlamına gəlir) ilə bağlıdır. Bu da mümkündür ki, Şumercə olan Dingir sözü tədricən dəyişilib, Türk dilində olan Tenqri (səma, Göy Tanrısı) sözünə çevrilmişdir. Güman ki, türk panteonunun baş ilahı (T2NQR2İ /teŋri/ = göy; Tanrı) şumer panteonundakı Dingir ilə bağlıdır. Assuriya mixi yazılarında bu (AN, DİGİR, ) həmçinin il (yaxud ilu) ilahının ideoqramı və yaxud da an və il sözlərinin hecalı şəkildə yazılışı kimi oxunur.
Conqar boğazı
Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Conqar yarımadası
Çonqar yarımadası (ukr. Чонгар, Чонгарський півострів) — Azov dənizinə daxil olan Sivaş körfəzinin şimalında yerləşən yarımada. İnzibati cəhətdən Xerson vilayəti Qeniçek rayonu ərazisinə daxildir. Çonqar boğazı ilə birlikdə Siaş yarımadasını iki yerə ayırır. Çonqar yarımadası çox saylı damba və körpülərlə Krım yarımadasına birləşir. Yarımadada eyni adlı kənd yerləşir. == Hərbi əhəmiyyəti == Çonqar yarımadası Or bərzəxi və Arabat əqrəbi ilə birlikdə Krımın materikə birləşməsi baxımından böyük əhəmiyyət daşıyır. İstər Rusiya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsi dönəmində burada şiddətli döyüşlər getmişdir.. Burada general Vrangelin rəhbərliyi və fransız mühəndislərin iştirakı ilə Çonqar güçləndirilmiş müdafiə xətti qurulmuşdur. 2014-cü ilin fevral-dekabr ayları Ukraynaya məxsus PPX yaxınlığı və Çonqar kəndidə daxil olmaqla Rusiya ordusunun nəzarətində olmuşdur.
Cunqar kəpənəkçiçəyi
Cunqar kəpənəkçiçəyi (lat. Aconitum soongoricum) - kəpənəkçiçək cinsinə aid bitki növü.