Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzəxan
Mirzəxan — Kişi adı. Tanınmış şəxslər Mirzəxan Mənsimov — Coğrafiya elmləri namizədi. Yaşayış məntəqələri Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Mirzəxan Qaraqoyunlu bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində bələdiyyə.
Mirzəxan Qaraqoyunlu
Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mirzəxanlı adı XVIII-XIX əsrlərdə yaşamış Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848 illərin siyahıya alınması sənədlərinə əsasən Çar Rusiyası dövründə Qaraqoyunlu Mirzəxanlı Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Mirzəxanlı adı Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Qaraqoyunlu Mirzəxanlıda 1848 ildə ayrıca aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə Əhməd ağa (1783-1848), Mustafa ağa (1788-1848), Əli ağa (1798-1848), İsmayıl ağa (1808-1848), Vəli ağa (1813-1848) adlı beş qardaş yaşamışdır. Bu beş qardaş Mirzəxan ağanın oğludur. Əhməd ağanın 5, Mustafa ağanın 4, Əli ağanın 2, İsmayıl ağanın 1, Vəli ağanın 1 oğlu olmuşdur. 1886 ildə Qaraqoyunlu Mirzəxanlıda aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə beş bəy ailəsi yaşamışdır. Abdulla ağa Əhməd ağa oğlu (1826-...), oğlu Şükür bəy (1861-...), Muradxan bəy Əli ağa oğlu (1848-...), oğlu Adil bəy (1880-...), Süleyman ağa Əli ağa oğlu (1836-...), oğlanları Əhməd ağa (1868-...), Əlipaşa ağa (Ələşrəf ağa) (1870-...), Ziyad bəy Vəli ağa oğlu (1849-...), oğlu Misir bəy (1871-...), Mehdi bəy İsmayıl ağa oğlu (1841-...), oğlu İsmayıl bəy (1866-...), qardaşı Məmməd bəy (1856-...), onun oğlu Dadaş bəy (1878-...), Səfər ağa (Teymur ağa) İbrahim ağa oğlu (1858-...) Qaraqoyunlu Mirzəxanlı kəndinin bəylərindən olmuş, Mirzəxan ağanın nəslinin övladlarıdırlar. XVIII-XIX əsrlərdə Qaraqoyunlu Mirzəxanlıda Hacı Musa Əfəndi Mirzə Məmməd oğlu (1803-1848), Molla Allahverdi Hacı Məmməd Əfəndi oğlu (1800-1848), Səməd Əfəndi Molla Mustafa oğlu (1811-...), qardaşları Molla Mahmud (1808-1848), Molla Əbdürrəhim (1831-1848), Əhməd Əfəndi Məmməd Əfəndi oğlu (1788-1848) adlı din xadimləri və onların ailə üzvləri yaşamışlar.
Mirzəxan Qaraqoyunlu bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məryəm Mirzəxani
Məryəm Mirzəxani (fars. مریم میرزاخانی‎; d. 3 may 1977, Tehran - ö. 14 iyul 2017, Stenford) — İran riyaziyyatçısı, ABŞ Riyaziyyat Cəmiyyətinin Satter Mükafatının (2013) və Filds medalı laureatı (2014). Filds Medalı almış ilk qadın. == Erkən Həyatı və Təhsili == Məryəm 1977-ci ildə 3 may tarixində Tehranda anadan olmuşdur. Atası Əhməd elektrik mühəndisi idi. O Nadir İstedadlıların İnkişafı üçün Milli Təşkilatın tərkibində olan Fərzanegan Məktəbində oxuyub. 1994-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanan ilk iranlı qadın tələbə oldu. 1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasıda yüksək xal toplamışdır.
Mirzəxanlı (Tarım)
Mirzəxanlı (az-əbcəd. میرزه‌خانلێ‎, fars. میرزاخانلو‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 167 nəfər yaşayır (55 ailə).
Mirzəcan Mədətov
Mirzəcan Mədətov (1809, Çanaqçı – 1851, Şuşa) — erməni əsilli Azərbaycan şairi. == Həyatı == Mirzəcan Mədətov Valerian Qriqoryeviç Madatovun (Arustam Quqo oğlu Mədətovun) qardaşı oğludur. Vərəndə mahalının Çanaqçı kəndində anadan olmuşdu. Tiflis canişinliyi dəftərxanasında çalışmışdı. Podpolkovnik rütbəsinədək yüksəlmişdi. Əvvəllər Tiflis dəftərxanasında işləyən sənətkar sonralar Azərbaycan aşıq şeiri formalarında bir çox qoşma və gəraylıların müəllifi oldu. Onun yaradıcılığı əsasən Aşıq Pəri ilə dəyişmələrdən və məktublaşmalardan ibarətdir. Aşıq Pərinin şeirlərinə dərindən yanaşanda məlum olur ki, Mirzəcan Mədətovla çox yaxın olmuş, bir sənət yoldaşı kimi onun xatirini çox istəmişdir. İstər dəyişmələrində, istər də ithaflarında biz bunların şahidi oluruq. Şeirlərindən məlum olur ki, Mirzəcan Mədətovun ölümü Aşıq Pərini dərindən sarsıtmış, ona xüsusi qoşma həsr etmişdir.
Mirzəcan Orucov
Mirzəcan Araz oğlu Orucov (14 sentyabr 2001; Şamaxı, Azərbaycan — 7 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəcan Orucov 2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Mirzəcan Xəlilov
Mirzəcan Xəlilov (1954, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi"nin və "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi"nin üzvüdür. == Həyatı == Mirzəcan Mirzəmməd oğlu Xəlilov 1954-cü il, aprel ayının 19-da Sabirabad rayonunun Kovlar kəndində kolxozçu ailəsində anadan olub. Mirzəcan Xəlilov ailədə 6 övladdan biri olub. İlk təhsilini 1960-cı ildə Kovlar kənd 8 illik natamam məktəbdə alan Mirzəcan Xəlilov 1968-ci ildə oranı əla qiymətlərlə bitirib. Həmin ili Sabirabad şəhər Səməd Vurğun adına 3 saylı şəhər orta məktəbində təhsilini davam etdirib. 1970-ci ildə şəhər məktəbinin 10-cu sinfini bitirib. Həmin ili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Çay Qurğuları və Su Elektrik stansiyasının Hidrotexniki Tikintiləri ixtisasına qəbul olub. Qiyabi təhsil alan Mirzəcan Xəlilov 8 oktyabr 1978-ci ildə paytaxtda fəaliyyət göstərən Bakı Şin zavodunda iş fəaliyyətinə Başlayıb. 1974–76-cı illərdə hərbi xidmətlə bağlı təhsilinə ara verməli olub.
Levon Mirzoyan
Levon İsaeviç Mirzoyan (18 (30) noyabr 1897, Heşan, DQMV – 26 fevral 1939, Moskva) sovet — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyasının I katibi (1926–1929). == Həyatı == Levon Mirzoyan 1920–1925-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan KP Bakı komitəsinin katibi olub. 1925–1929-cu illərdə Azərbaycan KP MK-nin sədri vəzifəsində çalışıb. 1929–1933-cü illərdə dairə komitəsinin katibi, sonra KP Ural vilayət komitəsinin 2-ci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayətinin 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb. 1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb.
Ararat Mirzoyan
Ararat Samveloviç Mirzoyan (23 noyabr 1979, İrəvan) — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi. == Həyatı == 23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib.
Maksim Mirzoyan
Maksim Mikayeli Mirzoyan (erm. Մաքսիմ Միքայելի Միրզոյան; 19 iyul 1947, Stepanakert – 30 oktyabr 2020) — Ermənistan hərbçisi və siyasətçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Qondarma DQR Milli Məclisinin IV çağırış deputatı. == Həyatı == Maksim Mikayeli Mirzoyan 19 iyul 1947-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olmuşdur. 1965-ci ildə Xankəndi şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə "Sevanşin" trestinin avtomobil yığma stansiyasında böyük dispetçer, baş mexanik, sonra istismar şöbəsinin rəisi olmuşdur. 1975–1978-ci illərdə Xankəndi MTVM-nin baş mühəndisi olub. 1977–1991-ci illərdə ardıcıl dörd dəfə Xankəndi şəhər sovetinin deputatı seçilmişdir. 1978–1979-cu illərdə Xankəndi Səhiyyə və Əmək Müfəttişliyi İdarəsinin əməliyyat şöbəsinin müdiri olmuşdur. 1979–1988-ci illərdə Xankəndi Əmək Müfəttişliyi İdarəsinin 2718 saylı karvanının rəisi olmuşdur.
Qacar şahzadəsi Məculla Mirzənin portreti
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.