1. NƏSİL Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir.. (M.İbrahimov); ÖVLAD Qəhrəmandır onun azad övladı; Qafqazda məşhurdur onların adı (A.Səhhət); ZÜRRİYYƏT [Səlim bəy:] ..Mirzənin, budur, saqqalı düşüb qurşağa, amma zürriyyəti yoxdur (Ə.Haqverdiyev).
2. NƏSİL [Bəxtiyar:] Mənim bütün nəslim bəxtiyardır.. (M.Hüseyn); NƏSƏB Kərəm gəzdi lələsinə Əslini; Axtarmadı nəsəbini, əslini (Aşıq Hüseyn Cavan); FAMİLİYA Şükür öyrəndi ki, bu kənddə bir-birinə qanlı iki familiya vardır (S.Hüseyn); SÜLALƏ Dərvişlik peşəsinin əsasını Səfəvilər sülaləsindən olan İran padşahı II Abbas qoymuşdu (Ə.Haqverdiyev); TİRƏ El bilir ki, onların törəməsi ilə bizim tirə əmiuşağı olublar (S.Rəhimov).