Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morelli
Etyenn-Qabriel Morelli (1717[…] – 1778[…]) — Fransa maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını — "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
Alessia Maurelli
Alessia Maurelli (22 avqust 1996) — İtaliyanı təmsil edən bədii gimnast. Alessia Maurelli 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi. Maurelli həm də Dünya Çempionatlarının 1 qızıl və 2 gümüş medalını qazanıb. == Karyerası == Alessia Maurelli 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Marta Pacnini və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Anagallis monelli
Anagallis monelli (lat. Anagallis monelli) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin anaqallis cinsinə aid bitki növü.
Mürsəlli
Mürsəlli (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Mürsəlli (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Müəllif
Müəllif (lat. auctor) — yaradıcılığı nəticəsində əsər yaranan fiziki şəxs . İstedad, ağıl və zəhməti ilə əsər yaradan şəxs və ya şəxslər qrupu. Müəllif müəssisə və ya təşkilat da ola bilər, bu halda materiallar həmin təşkilatın adından dərc edilir. Müəlliflik hüququ və ondan irəli gələrək müəllif anlayışı Avropada XIX əsrdə özünə tərəfdarlar tapmağa başladı. Almaniya İmperatorun 11 iyun 1870-ci il tarixli fərmanı ilə müəlliflik hüququna Urheberrecht adı verildi. Rusiyada XX əsrin əvvəlində müəlliflik hüququ dedikdə ədəbi yaradıcllıq nəzərdə tutulurdu. XX əsrdə bu anlayış daha geniş başa düşülərək intellektual mülkiyyət anlayışına çevrildi.
Müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Etyenn-Qabriel Morelli
Etyenn-Qabriel Morelli (1717[…] – 1778[…]) — Fransa maarifçisi. Morellinin həyatı haqqında çox az məlumat var. XVIII əsrin ortalarında bu imza ilə bir neçə əsəri çap olunmuşdur; məsələn: "Baziliada". Maraqlıdır ki, Morellinin əsas kitabını — "Təbiət kodeksi və ya onun qanunlarının əsl ruhu"nu uzun müddət Didronun adına çıxırdılar.
F.Muell.
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Çox modelli verilənlər bazası
Çox modelli verilənlər bazası (ing. multi-model database) — fərqli verilənlər modellərini bir arada dəstəkləyən və işləyən verilənlər bazasıdır. Adətən ənənəvi verilənlər bazası yalnız bir modelə (məsələn, əlaqəli model) əsaslanır. Lakin, çox modelli verilənlər bazaları həm əlaqəli (ing. relational), həm də qeyri-əlaqəli (NoSQL) modelləri, qrafik verilənlər, sənəd əsaslı, açar-dəyər cütləri və s. kimi müxtəlif model növlərini dəstəkləyə bilər. Çox modelli verilənlər bazası müxtəlif tipli məlumatları vahid verilənlər bazasında saxlamağa və işlətməyə imkan verir. == Üstünlükləri == Çeviklik — müxtəlif verilənlər tipləri üçün bir neçə fərqli bazanın əvəzinə bir bazadan istifadə edə bilərsiniz. Saxlama və sorğu etmək asanlığı — verilənlərə müxtəlif üsullarla (SQL, NoSQL, JSON sorğuları və s.) müraciət etmək imkanı verir. Miqyaslanma — məlumatların miqdarının artması ilə asanlıqla miqyaslana bilər.
Lutpulla Mutəllip
Lutpulla Mutəllip (22 noyabr 1922, Sincan[d] – 18 sentyabr 1945 və ya 17 sentyabr 1945, Aksu, Sincan[d] və ya Sincan[d]) — uyğur şairi. == Həyatı == Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir. Haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilmişdir. Əsasən də Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində dururdular. Uyğur araşdirıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazmışdır. Ailədəki müqəddəs kitabların qapağina mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır. Kiçik yaşlarından fitri istedadı ilə ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini də öyrənmiş olur.
Mürsəlli (Sabirabad)
Mürsəlli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəlli (İmişli)
Mürsəlli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Müsəllim Həsənov
Müsəllim Qaman oğlu Həsənov (22 dekabr 1958, Şiştəpə, Şamxor rayonu) — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).[mənbə göstərin] Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub. 2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib. "Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb. İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir. İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.
Mütəllib Serov
Mütəllim Abbasov
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir. Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir.
Mütəllim Mütəllimov
Müəllif hüquqları
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Müəllif hüququ

Müəllif nitqi
Müəllif nitqi — Bədii əsərlərdə müəllifin dilindən yazılan parçalar, obrazların, personajların danışığında işlənməyən parçalar.
Müəllim (dəqiqləşdirmə)
Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Əl-Mutəali
Əl-Mutəali (ər. المتعالِ) — Allahın adlarından biri.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Rəna Mütəllib
Nik O'Melli
Nikolas Eduard O'Melli (5 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli musiqiçi. Rok qrupu Arctic Monkeys-in bas gitaraçısı və bek-vokalistidir.