Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Must
Must - tam yetişmiş üzümdən alınan təzə sıxılmış təbii üzüm şirəsidir. Must Üzüm Avropa və hibrid sortlarından hazırlanır. Must əsasən üzüm şirəsi kimi hazırlanır, lakin şəffaflaşdırılmır, təzə halda içilir və ya pasterizə edilib, izotermiki çənlərə tökülür. Ev şəraitində tutumu 3-5 l olan termoslara tökmək olar. Uzun müddət saxlanılmır. Must desert içki kimi süfrəyə verilir. Müalicəvi qidalanmada geniş tətbiq edilir. Mustun rəngi və dadı yaxşı hiss olunmalı və hazırlandığı üzümün sortuna uyğun gəlməlidir. Kütləyə görə quru maddədən 14%-dən az, turşuluğu 1,0%-dən çox olmalıdır.
Nutt.
Tomas Nattol (ing. Thomas Nuttall, 5 yanvar 1786, Long-Preston — 10 sentyabr 1859, Sent-Helens, Lankaşir, İngiltərə) — İngiltərə botaniki və zooloqu. 1808–1841-ci illərdə ABŞ-də yaşayıb. The genera of North American plants, and a catalogue of the species, to the year 1817. By Thomas Nuttall, Philadelphia: Printed for the author by D. Heartt, 1818 (ing.) Доступно на сайте Botanicus New genera and species of plants, 1840 (ing.) The North American sylva, 1842–1849 (ing.). Graustein, Jeannette E. 1967. Thomas Nuttall, Naturalist: Explorations in America, 1808–1841. Harvard Univ. Press, Cambridge, MA (ing.) Richard and Barbara Mearns. Audubon to Xantus — ISBN 0-12-487423-1 (ing.) Francis W. Pennell (1936).
Mut
Mut - Qədim Misir mifologiyasına görə müharibə tanrısı. O İsis və Hathor kimi fironların simvolik anası sayilir. Teben də isə o Amonun həyat yoldaşı kimi təsvir edilmişdir. O eyni zamanda Xonsunun da anası sayılır. Məbəd divarlarındakı təsvirlərdə o Amonun həyat yoldaşı kimi göstərilmişdir. Rəngli rəsmdə Mut başında leşyeyən kərkəs düzümlü başlıqlı və Yuxarı, Aşağı Misirin tacları ilə əlində anıx tutmuş şəkildə təsvir edilmişdir. Digər bir rəsmdə isə qolları lələklərlə, qanadlı təsvir edilmişdir. Mut, Amon və Xon ilə Teben triosunu (üçlüyünü) təşkil edir. Mut mifik olaraq Amonun həm anası həm də qızı sayılır. O, "tanrının anası və qızı", həm də İşru gölünün sahibəsi kimi tərənnüm edilir Mut oğlu Xonsu dan başqa Montu oğulluğa götürərək onu da fivan məbədinin tərkibinə aid etməklə özünü ana ilahə kimi təsdiqləmişdir.
Adrian Mutu
Adrian Mutu (rum. Adrian Mutu; 8 yanvar 1979) — hücumçu mövqeyində çıxış etmiş Rumıniya futbolçusu və məşqçisi. Onun məşqçi kimi son iş yeri "U Krayova" klubu olmuşdur. 2023-cü ilin iyul ayında Neftçi klubunun baş məşqçisi təyin olunub və həmin ilin dekabr ayında uğursuz nəticələrə görə vəzifəsindən azad edilib. Mutu karyerasına iki il oynadığı "Arceş" klubunda başlamışdır, daha sonra yarımmövsüm oynadığl "Dinamo Buxarest" klubuna keçdi. İtaliya A Seriyasının 1999–2000 mövsümünün ortasında "İnter Milan" klubuna transfer olundu. Neradzurri ilə cəmi on oyundan sonra o, "Ellas Verona" klubuna keçid etdi, sonra isə "Parma"ya yollandı, növbəti üç il ərzində o, sonuncunun heyətində 39 qol vurmağı bacardı. Onun məhsuldar forması ona 22,5 milyon avro dəyərində "Çelsi" klubuna keçid və 2003-cü ildə "Qızıl top"a namizədlik qazandırdı. Pozitiv dopinq testindən sonra o, ingilis klubu ilə yollarını ayırdı və Seriya A-ya qayıdaraq "Yuventus" klubunun heyətinə qatıldı. 2006-cı il İtaliya futbol qalmaqalından və ardından "Yuventus"un B Seriyasına düşməsindən sonra Mutu "Fiorentina"ya keçməyə qərar verdi və növbəti 5 il ardıcıl olaraq burada çıxış etdi.
Con Mott
Con Reley Mott (ing. John Raleigh Mott; 25 may 1865[…] – 31 yanvar 1955[…]) — yevangelist və Dünya Xristian Tələbələr Birliyi(YMCA) və Dünya Tələbə Xristian Federasiyasının (WSCF) rəhbəri. 1946-cı ildə Nobel sülh mükafatını,dünyanı sülhə təşviq etmək üçün çalışan Beynəlxalq Protestant Xristian Tələbə təşkilatlarının qurulması və gücləndirilməsindəki işinə görə aldı. Mükafatı Emili Qrin Bolç ilə bölüşdü. 1895-1920-ci illərdə Mott Dünya Tələbə Xristian Federasiyasının baş katibi oldu. 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında yaxından iştirak edən bu qurum onu ömürlük fəxri prezident seçdi. Ən çox tanınan kitabı,Bu nəsildə dünyanın müjdələnməsi (ing. The Evangelization of the World in this Generation) XX əsrin əvvəllərində missioner şüarı oldu. == Həyatı == Mott,25 may 1865-ci ildə Nyu York,Sallivan dairəsinin,Livinqston yaşayış məntəqəsində anadan olmuşdur. Ailəsi 1865-ci ilin sentyabr ayında Ayova ştatının Postvill şəhərinə köçür.
Mart Nutt
Mart Nutt (21 mart 1962, Tallin – 2 iyun 2019) — estoniyalı siyasətçi və tarixçi. == Təhsili == Mart Nutt 1980-ci ildə Tallin Nomme gimnaziyasını bitirdikdən sonra Tartu universitetinə daxil olub. 1985-ci ildə universiteti tarix etnoqrafiya üzrə magistr dərəcəsi ilə bitirib. 1988-ci ildə doktorluq dərəcəsi alıb. 16 dekabr 2011-ci ildə Tallin Politexnik Universitetində " Eston parlamentinin hakimiyyəti, beynəlxalq münasibətlərin formalalaşdırılması və reallaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == 1988-ci ildən 1991-ci ilə qədər Estoniya açıq səma altında muzeyinin elmi rəhbəri olub. 1991-ci ildən 1992-ci ilə qədər o Estoniya Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildən 2004-cü ilə qədər Yaan Tonisson İnstitutunda elmi rəhbər olub. 2011-ci ildə İnsan Hüquqları İnstitutunun idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1989-cu ildə azad gənclər təşkilatı olan "Res Publica"-nın üzvü kimi Respublikaçı Milli Koalisiyanın yaranmasında təşəbbüs göstərənlərdən biri kimi tanınmışdır.
Matt Hardi
Matt Hardi (ing. Matt Hardy) — Peşəkar amerikan güləşçisi. == Həyatı == Matt Hardi 23 sentyabr 1974-cü ildə doğulub.
Matt Vortinqton
Matt Lyuk Vortinqton (18 dekabr 1997, Sauthempton, Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Bornmut klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Bornmut === Vortinqton öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Lester Siti klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Bornmut rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Yeovil Taun (icarə) === 31 avqust 2017-ci ildə Vortinqton icarə əsasında Liqa 2 təmsilçilərindən Yeovil Taun klubu ilə 2018-ci ilin yanvar ayına qədər müqavilə imzalamışdır.
Mett Basbi
Metyu Basbi (26 may 1909, Belshill[d] – 20 yanvar 1994, Mançester) — Şotlandiya futbolçusu və meneceri. O, 1945-1969-cu illərdə və 1970-71 mövsümünün ikinci yarısında "Mançester Yunayted"i idarə etmişdir. Müharibəyə qədərki illərdə "Mançester Siti" və "Liverpul" komandalarında oynayıb. "Mançester Yunayted" klubunun meneceri vəzifəsində daha çox məşhur olub. Burada 25 il çalışıb. Basbinin rəhbərliyi altında "Mançester Yunayted" komandası beş dəfə İngiltərə çempionu olmuş, iki dəfə İngiltərə Kubokunu və bir dəfə UEFA Çempionlar Kubokunu qazanmışdır.
Mett Deymon
Mettyu Peyc Deymon (8 oktyabr 1970[…], Kembric, Massaçusets) — ABŞ aktyoru, film prodüseri və ssenaristi. Forbes jurnalına əsasən dünyanın ən çox gəlir gətirən aktyorlarından biri hesab olunur. Bir "Oskar" və iki "Qızıl Qlobus" mükafatı laureatıdır. Mett Deymon 8 oktyabr 1970-ci ildə ABŞ-nin Massaçusets ştatının Kembric şəhərində anadan olub. İlk 2 yaşını Bostonun varlı rayonu sayılan Nyutonda keçirir. Atası Kent Deymon vergi müfəttişi, anası isə Lesley universitetində professor idi. Onun atası şotland və ingilis əsilli, anası isə isveç və fin əsillidir. Onun həmçinin sonralar heykəltaraşlıqla məşğul olan Kayıl adında böyük qardaşı var. 1973-cü ildə hələ Mett-in 3 yaşı tamam olmamış onun valideynləri boşanır və buna görə də o qardaşı Kayıl ilə birlikdə Kembricdə anasının himayəsi altına keçir.Gələcək aktyor 5 nəfər ailənin birlikdə yaşadığı evdə böyüməli olur.Onun qonşularından biri də “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi” kitabının müəllifi amerikalı tarixçi,yazıçı Hovard Zinn olmuşdur. 1978-ci ildə onun artıq 8 yaşı olanda uzaq qohumu olan və öz yaşadığı evdən 2 məhəllə uzaqda yaşıyan digər gələcək aktyor Ben Affleklə tanış olur.
Mett Helders
Metyu Helders (7 may 1986, Şeffild, Yorkşir və Hamber[d]) — İngiltərəli zərb ifaçısı, vokalist və bəstəkar. O yeddi studiya albomu buraxdığı rok qrupu Arctic Monkeys-in qurucu üzvlərindən biri kimi tanınır.
Mett LeBlan
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı. Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.
Mett LeBlenk
Mett Stiven LeBlan (ing. Matt Steven LeBlanc; 25 iyul 1967, Nyuton[d], Massaçusets) — amerikalı aktyor. NBC sitkomu Dostlar serialında Coyi Tribiani rolunu canlandırıb. Dostlar serialında uğurlu roluna görə 3 dəfə Emmi mükafatına nominasiya qazanmışdır. Epizodlar serialında özünün bədii versiyası olaraq rol almışdır. Mett LeBlenk 25 iyul 1967-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. Onun anası Patrisia italyan əsilli ofis meneceri, atası Pol LeBlan isə fransız-kanada əsilli mexanik idi. O, 17 yaşında karyerasını model olaraq başlamaq üçün Nyu-Yorka köçdü. Qısa müddət sonra aktyorluğa başladı. Mett 2003-cü ildə İngiltərədə doğulmuş amerikalı model Melissa Maknayt ilə evləndi.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Mett Rivz
Mett Rivz (ing. Matthew George "Matt" Reeves) - ABŞ rejissoru, prodüseri, ssenaristi. Rivz Rokvill Sentr şəhərindən anadan olmuş və Los-Ancelesdə böyümüşdü. O ilk rejisorluq fəaliyyətinə yeddi yaşında olarkən dostları ilə başlamışdı. Rivz Cey Cey Abramsla ilk dəfə tanış olduqda onların hər ikisinin 13 yaşı vardı. Future Shock (1993) (Mr.
Mett Smit
Mettyu Robert «Mett» Smit (ing. Matthew Robert "Matt" Smith; 28 oktyabr 1982, Norsempton) — İngilis aktyor və rejissor. Ən çox 2010 və 2013-cü illər arasında «Doktor Kim» serialında on birinci Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Ornella Muti
Ornella Muti (it. Ornella Muti; 9 mart 1955, Roma) — İtalyan aktrisa. Əsl adı Françeska Romana Rivellidir. Atası Neapol doğumlu italyan, anası isə estondur. Bacısı Claudia Mutidir. Muti iki dəfə ailəli olmuşdur. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı vardır: Naike Rivelli (1974), anasına oxşarlığı ilə tanınan və İspaniya film rejissoru José Luis Bermúdez de Castro Acasodan olan qızıdır. Andrea və ikinci qızı Carolina isə ikinci əri olan Facchinettidəndir. 1998-ci ildən bəri plastik cərrah Stefano Piccolo ile birlikdə yaşamaqdadır.
Yoşinori Muto
Yoşinori Muto (d. 15 iyul 1992) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub.
Yuki Muto
Yuki Muto (d. 7 noyabr 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Mett Bomer
Metyu Staton Bomer (11 oktyabr 1977, Vebster-Qrouvs[d], Missuri) — ABŞ aktyoru. İşlərinə görə müxtəlif mükafatlar, o cümlədən Qızıl Qlobus və Tənqidçilərin Seçimi Televiziya Mükafatlarına layiq görülməklə yanaşı, həmçinin Primetime Emmy Mükafatına namizəd olub. Bomer televiziya debütünü 2000-ci ildə uzun müddət davam edən "All My Children" serialında etdi. O,Karnegi Mellon Universitetini İncəsənətlər üzrə Bakalavr dərəcəsi ilə bitirib. Tezliklə "Guiding Light"-da müqaviləli rolu oynadı və "Tru Calling" də daxil olmaqla primetime şoularında göründü. 2005-ci ildə Bomer "Flightplan" adlı triller filmində debüt etdi, daha sonra 2007-ci ildə NBC televiziya serialı "Chuck"-da təkrarlanan rolu ilə tanındı. 2009–2014-cü illərdə USA Network serialı "White Collar"-da fırıldaqçı Nil Kafri rolunu oynadı. Bomer 2011-ci il trilleri "In Time", 2012-ci il komediya-dramı "Magic Mike" və onun 2015-ci il davamı filmində və 2016-cı ildə çəkilmiş neo-noir filmi "The Nice Guys" filmlərində köməkçi rolları ifa edib. 2015-ci ildə "The Normal Heart" filminə görə Qızıl Qlobus mükafatını qazandı və Primetime Emmy mükafatına namizəd oldu. Bomer FX-in qorxu antologiyası "Amerikan qorxu hekayəsi" serialının dördüncü mövsümündə qonaq qismində və beşinci mövsümündə isə əsas rolda yer aldı.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Lachesis muta melanocephala
Lachesis melanocephala (lat. Lachesis melanocephala) – lachesis cinsinə aid ilan növü.
Luiz Van-Hutt
Luiz Van-Hutt (fr. Louis van Houtte; 29 iyun 1810 – 9 may 1876, Gent) — Belçika botaniki. == Elmi fəaliyyəti == Luiz Van-Hutt toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == L’Horticulteur Belge (1833—1838). Flore des serres et des Jardins de l'Europe (1845—1883).
Mett K. Miller
Metyu Kermit "Mett" Miller (ing. Matt K. Miller; 2 fevral 1960) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Mott və beyli
Mott və beyli (ing. Motte-and-bailey, fr. Motte, Motte castrale) — xüsusi bir tip erkən orta əsr qalası, bir palisade ilə əhatə olunmuş bir həyət, içəridə və ya yaxınlıqda bir donjon ilə taclanmış höyüd var. Belə qalalar XI-XII əsrlərdə Fransada, 1066-cı il Norman fəthindən sonra İngiltərə, Uels və Şotlandiyada da geniş yayılmışdır. İngilis termininin adı Fr.-nin birləşməsindən yaranır fr. motte — "təpə", və ing. bailey, bir qala həyətini ifadə edən bir söz. Bu tip qalaların əsas üstünlüyü onlardan ibarət idi ki, onların inşası çox vaxt və səy tələb etmirdi, həmçinin müdafiə zamanı taktiki üstünlük verəcək təbii yüksəkliklər qəsrinin inşasını tələb etmirdi (yəni qala "açıq sahədə" inşa edilə bilər). Lakin taxtadan olan bu istehkamlar yanğına həssas idi və mühasirədə çox vaxt yanğın qurbanı olurlar, bununla əlaqədar olaraq XII əsrin sonlarında geniş yayılmış daş qalalarının inşasına başlanılır. Mott, ya da qala qülləsi, Qərbi Avropadakı feodal qalasının ilk formasıdır.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Mütə döyüşü
Mütə döyüşü (ərəbcə: غزوة مؤتة) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi. İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi. Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi: "Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin." Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu. İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I. İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir.