Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Niyaməddin Musayev
Niyaməddin Cabbar oğlu Musayev (1 may 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordenli (2000). == Həyatı == Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur. == Yaradıcılığı == 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır.
Niyaməddin Məhərrəmov
Niyaməddin Məhərrəmov (əsgər, 1986) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Niyaməddin Məhərrəmov (əsgər, 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Niyaməddin Paşayev
Niyaməddin Paşayev (1 may 1980, Qubadlı) — Azərbaycanı təmsil edən taekvondoçu, 2001-ci il Dünya Çempionatının, həmçinin 2004 və 2005-ci illər Avropa Çempionatlarının qalibi. == Həyatı == Niyaməddin Paşayev 1980-ci il mayın 1-də Qubadlı rayonunun Muğanlı qəsəbəsində anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğal edilməsindən sonra Sumqayıt şəhərində qaçqın həyatı yaşamağa başladı. 1986-1993-cü illərdə Qubadlı rayonu Mahruzlu qəsəbə orta məjtəbində, 1993-1995-ci illərdə Sumqayıt şəhər 8 nömrəli tam orta məjtəbdə, 1995-1997-ci illərdə isə Qubadlı rayonu Qaracallı qəsəbə tam orta məjtəbində (Sumqayıt şəhərində yerləşir) təhsil alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2008-2011-ci illərdə Sumqayıt Dövlət Universitetində əlavə ali təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda magistr dərəcəsi alıb. == Karyerası == Niyaməddin Paşayev 2000-ci ilin mayında Yunanıstanın Patras şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2001-ci ilin noyabrında isə Niyaməddin Paşayev Cənubi Koreyanın Çeju şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu.
Niyaməddin Sultanzadə
Niyaməddin Sultanzadə (tam adı: Niyaməddin Hüsaməddin oğlu Sultanzadə; 10 sentyabr 1998; Masallı – 6 noyabr, 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-ci ildə şəhər 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi idi. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı. Subay idi. == Hərbi həyatı == Niyaməddin Sultanzadə 2016-2017-ci illərdə hərbi xidmətdə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq qoşulmuş, Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 6 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Niyaməddin Sultanzadə 22 noyabr 2020-ci il tarixində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Niyaməddin Tağıyev
Niyaməddin Məhərrəm oğlu Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Niyaməddin Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2018-ci il tarixli Sərəncamları ilə Müdafiə Nazirliyinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının şəxsi heyət üzrə müavini vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Niyaməddin İskəndərov
Niyaməddin Qulu oğlu İsgəndərov (6 dekabr 1985, Xok, Şərur rayon Naxçıvan Muxtar Respublikası – 6 noyabr 2020, Şuşa rayonu)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyammədin İsgəndərov 6 dekabr 1985-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. 1992-2003-cü ildə Xok kənd orta məktəbində təhsil alıb.İki dəfə ailə qurub ,iki qız övladı vardı. == Hərbi Xidməti == Niyammədin İsgəndərov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 22 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nıyaməddin Isgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyammədin İsgəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Niyaməddin Ələkbərov
Niyaməddin İsrafil oğlu Ələkbərov (12 iyul 1989; Şərur, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Ələkbərov 1989-cu il iyulun 12-də Şərur şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Niyaməddin Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Niyaməddin Ələkbərov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Ələsgərov
Niyaməddin Süleyman oğlu Ələsgərov (13 aprel 1999; Axunlu, Ağsu, Azərbaycan — 4 oktyabr 2020; Toğanalı, Göygöl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Ələsgərov 1999-cu il, aprelin 13-də Ağsu rayonu, Axunlu kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Niyaməddin Ələsgərov Kəlbəcər döyüşlərində savaşıb. Niyaməddin Ələsgərov oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə Toğanalı istiqamətində qəhrəmancasına şəhid olub. Ağsuda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Niyaməddin Musayev (dəqiqləşdirmə)
Niyaməddin Musayev — Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni laureatı. Niyaməddin Musayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Niyaməddin Musayev (şəhid)
Niyaməddin Zirəddin oğlu Musayev (10 mart 1997, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Musayev 1997-ci il martın 10-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2003–2014-cü illərdə Y. Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Niyaməddin Musayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Niyaməddin Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Niyaməddin Musayev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Musayev (əsgər)
Niyaməddin Zirəddin oğlu Musayev (10 mart 1997, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Musayev 1997-ci il martın 10-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2003–2014-cü illərdə Y. Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Niyaməddin Musayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Niyaməddin Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Niyaməddin Musayev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Məhərrəmov (əsgər, 1986)
Niyaməddin Əmiraslan oğlu Məhərrəmov (11 yanvar 1986; Eyvazalılar, Beyləqan rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Məhərrəmov 11 yanvar 1986-cı ildə Beyləqan rayonunun Eyvazalılar kəndində Əmiraslan Məhərrəmovun və Nəzakət Məhərrəmovanın ailəsində anadan olmuşdur. 1992-2003-cü illərdə orta təhsil almışdır. Ailəli idi, Ayan və Ayxan adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Niyaməddin Məhərrəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Niyaməddin Məhərrəmov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Niyaməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Niyaməddin Məhərrəmov (əsgər, 1993)
Niyaməddin İsrail oğlu Məhərrəmov, (5 yanvar 1993; Şəmkir rayonu, Azərbaycan — 30 sentyabr 2020; Murovdağ Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Məhərrəmov 1993-cü il yanvarın 5-i Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2000–2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdur. == Hərbi xidməti == Niyaməddin Məhərrəmov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 30 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Nizaməddin Cəlilov
Nizaməddin Cəlilov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru.[mənbə göstərin] == Həyatı == Cəlilov Nizaməddin Qurban oğlu 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu mühəndis, Azərbaycan Universitetini isə hüquqşünas ixtisasları üzrə bitimişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti qismində xidmət etmişdir, müharibə veteranıdır. 2005-ci ildən ədliyyə orqanlarında qulluq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavinidir. Azərbaycan Respublikası Prezidentinin 20.11.2013-cü il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, Bir övladı var.
Nizaməddin Həmidov
Nizaməddin Baba oğlu Həmidov (15 aprel 1952, Qubadlı) — Azərbaycan dövlət xadimi, elmi işçisi, polisi,xüsusi xidmət orqanı müşaviri, general. O, əsas olaraq Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində tutduğu ciddi rəhbər vəzifələrə görə tanınır. == Həyatı == === İlk illəri və təhsili === Nizaməddin Baba oğlu Həmidov 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. O, 1958-ci ildə Qubadlı rayon Dondarlı kənd orta məktəbinə daxil olmuş, oradakı təhsili başa vurduqdan sonra, 1969-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. Həmidov 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Nizaməddin Həmidov 1987–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir. === Elmi fəaliyyəti === Təhsil almaqla yanaşı, Həmidov 1970–1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır. O, 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həmidov hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir. === Dövlət orqanlarında fəaliyyəti === 1977-ci ildə Azərbaycan SSR daxili işlər orqanlarında xidmətə qəbul olunan Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini vəzifəsində çalışmışdır.
Nizaməddin Quliyev
Nizaməddin Məhəmməd oğlu Quliyev — Ağstafa Rayon İcra Hakimiyyətinin və Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, iqtisad elmləri namizədi. == Həyatı == Quliyev Nizaməddin Məhəmməd oğlu 1 sentyabr 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqdisadiyyatı və təşkili institutunun aspiranturasını bitirmişdir. 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 2009–2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu ilin tarixli Sərəncamı ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Ailəli idi, 3 övladı var. == Həbsi == 2019-cu il dekabrın 19-da Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda günahlandırılır.
Nizaməddin məscidi
Nizaməddin məscidi — Bakının Suraxanı rayonunda yerləşən Əmircan qəsəbəsinin (köhnə Xilə kəndinin) ən qədim tarixi abidələrindən biri. == Haqqında == XIV əsrdə yonulmuş əhəng daşından tikilən bu məscid Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilmişdir. O vaxtlar Şirvan şahı və şeyxülislamı Əmir Nizaməddini Əmirhac ("hacılar əmiri") təyin etmişdir. Sonradan kəndin adı məhz bu titul ilə əlaqədar dəyişilərək, əvvəl Əmirhacıyan, daha sonra isə Əmircan olmuşdur. Beləliklə, Nizaməddin məscidini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb: "Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir". Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur: "Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri qəməri 730-cu il (miladi tarix 1329-1330)".1384-1385-ci illərdə Nizaməddin məscidi Şərifəddin tərəfindən təmir edilmiş və onun cənub tərəfə baxan həyətində yeni bir portal tikilmişdir. Qapının üzərində daş kitabə yerləşdirilib. Ərəb dilində iki cərgə üzrə həkk olunmuş bu kitabədə yazılıb: "Bu imarətin tikilməsini Nəsrəddin Qutluqşah oğlu Şeyx Mahmudun oğlu Şərifəddin əmr etmişdir.
Nizaməddin İsgəndərov
Nizaməddin İsgəndərov (tam adı: Nizaməddin Şirin oğlu İsgəndərov; 4 mart 1956, Salyan, Salyan rayonu) — Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı (1999), fizika-riyaziyyat elmlər doktoru, professor, Tərəqqi mükafatı laureatı (2009). == Həyatı == Nizaməddin Şirin oğlu İsgəndərov 1956-cı il martın 4-də Azərbaycan Respublikasının Salyan rayonunda anadan olub. 1964–1974-cü illərdə Salyan şəhər 27 saylı orta məktəbində oxuyub. 1974–1979-cu illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. Nizaməddin Şirin oğlu İsgəndərov 1979-cu ildə Bakı Dövlət Universitetini bitirmiş, 1979–1981-ci illərdə AZEA-nin Mexanika-Riyaziyyat İnstitutunda baş laborant, 1981–1983-cü illərdə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda stajor-tədqiqatçı, 1983–1986-cı illərdə isə aspirant olmuşdur. 1986-cı ildə prof L. P. Nijnikin rəhbərliyi altında Kiyevdə namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1986–1993-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 1993–1997-ci illərdə Türkiyə Respublikasının Yıldız Teknik Universitetində (İstanbul) doktor-professor, 1997–1999-cu illərdə isə Riyaziyyat və Mexanika İnstitutunda laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır. Prof. N. Ş. İsgəndərov 1999-cu ildən BDU-da çalışır. O, 2003-cü ildən fizika-riyaziyyat elmləri doktorudur və hal-hazırda "Diferensial və İnteqral tənliklər" kafedrasının professoru, mexanika-riyaziyyat fakültəsinin dekanıdır.
Nizaməddin İsmayılov
Nizaməddin İsmayıl oğlu İsmayılov (10 yanvar 1981; Füzuli rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nizaməddin İsmayılov 1981-ci il yanvarın 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Nizaməddin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nizaməddin İsmayılov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizaməddin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizaməddin İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizaməddin İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nizaməddin Şami
Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi. == Həyatı == Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri-müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə Əmir Teymur Nizaməddin Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alaraq onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, N.Şami, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N.Şami, "Zəfərnamə"ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir. Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında Kür çayı sahilində vaqe olmuş hadisələrin şərhində təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N.Şami idi.
Nizaməddin Şəmsizadə
Nizaməddin Şəmsizadə (Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə; d. 30.12.1954, Quba rayonu) — Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi (2019). == Həyatı == Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin qədim türk obası - İspik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafıə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991 –ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Mehmed Nizaməddin Əfəndi
Mehmed Nizaməddin Əfəndi (10 yanvar 1909 – 10 mart 1933) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu İzzəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nizaməddin Əfəndi 10 yanvar 1909-cu ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 7 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacıları Şükriyə Sultan və Mihrişah Sultanla birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Ardından şahzadələr məktəbində təhsilini tamamlayan Nizaməddin Əfəndi bir müddət Osmanlı ordusunda xidmət etdi və 1918-ci ildə çavuşluğa yüksəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nizaməddin Əfəndi də sürgünə göndərildi. İlk öncə kiçik bacısı Mihrişah Sultanla birlikdə Ruminiyaya getsə də, çox keçmədən səhhəti pisləşdi.
Nizaməddin Əhməd Paşa
Mahmudoğlu Nizamüddin Əhməd Paşa (1281, Kiçik Asiya – 25 yanvar 1380) — Sultan Orxan Qazinin səltənətində, təxminən 1331–1348 illərində sədrəzəmlik edən Osmanlı paşasıdır. Elmiyyə sinfindən vəzirliyə yüksələn ilk paşalardan biridir.
Mahmudoğlu Nizaməddin Əhməd Paşa
Mahmudoğlu Nizamüddin Əhməd Paşa (1281, Kiçik Asiya – 25 yanvar 1380) — Sultan Orxan Qazinin səltənətində, təxminən 1331–1348 illərində sədrəzəmlik edən Osmanlı paşasıdır. Elmiyyə sinfindən vəzirliyə yüksələn ilk paşalardan biridir.
Qiyasəddin Cəmşid
Qiyasəddin Cəmşid, (Fars: غیاثالدین جمشید کاشانی, Ərəb: غياث الدين جمشید بن مسعود بن محمد الكاشي, Ġiyāṯ ad-Dīn Ǧamšīd min Mas'ūd min Muhammad al-noyabr) (1380, Kaşan, İsfahan ostanı – 22 iyun 1429, Səmərqənd) 14-cü əsrin son yarısında Kaşanda anadan olub, həkim, riyaziyyatçı və astronomdur == Həyatı == Ölüm tarixi dəqiq deyil. Uluğ bəyin dəvəti ilə təhsilini Kaşanda bitirmiş və Samarqandda getmiş və burada təhsilini davam etdirmişdir. Riyaziyyat və astronomiya üzrə işləyən Əl-Kaşi, aritmetik sistemdə onlu sistemdən istifadə edən ilk şəxsdir. Meraga Rəsədxanasında aparılan müşahidələrlə əlaqədar olaraq, İlhan Zic adlı əsərlərin oxunması Hakan tərəfindən yazılmış, əsəri Zhan tərəfindən tamamlanmışdır. Süllem əl-Səma işində o, göy cisimlərinin məsafələrində problemi müzakirə etdi. Gıyaseddin Cəmşid əl-Kaşinin ən əhəmiyyətli əsəri, Orta əsr İslam Dünyasında riyaziyyat biliklərini bütün istiqamətləriylə təqdim edən Matematik Açarı adlı kitabdır; bu işin bir hissəsində ondalık fraksiyaları nəzəri baxımdan təhlil edib əlavə olaraq, toplama, çarpma və bu fraksiyalara bölmək kimi aritmetik əməliyyatların necə həyata keçirildiyini göstərdi; Burada verdiyi məlumatlar 16-cı əsrin Osmanlıdakı tanınmış riyaziyyatçılarından və astronomlarından biri idi. Takiyüddin (Ərəb dili) [2]) trigonometriya və astronomiya tətbiq edilərək inkişaf etdiriləcək.
Qiyasəddin Məhəmməd
Qiyasəddin Məhəmməd (v. 1336 və ya 3 may 1336) — Elxanilər dövlətinin vəziri, Fəzlullah Rəşidəddinin oğlu. == Həyatı == 1327-ci ildə Əbu Səid tərəfindən vəzirliyə gətirilmişdi. Mənbələrdə Bağdadda kilsələri sökməsi və Hənəfiliyi bərpa etməsi ilə xatırlanmışdır. Məmlüklər ilə sülh müqaviləsini imzalamışdır. Aqrar təsərrüfatın inkişafına şərait yaratmış, Xorasanda rüşvətxorluq hallarını aradan qaldırmışdır. Onun fəaliyyəti əmirlər tərəfindən bəyənilmirdi. 1328-ci ilin iyulunda Əmir Əli Padşah Oyrot ona qarşı Sultaniyə tərəfdən hücuma keçsə də, bu üsyan yatırıldı. 1329-cu ildə Narın Tağayın üsyanı da yatırıldı və sərkərdə edam olundu. 1334-cü ildə Mahmudşah İncunun üsyanının aqibəti də eyni oldu.
Qiyasəddin Qeybullayev
Qiyasəddin Qeybullayev (tam adı: Qeybullayev Qiyasəddin Əsgər oğlu; 13 mart 1934, Rustov, Quba rayonu – 13 dekabr 2002) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. == Həyatı == Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), böyük elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-də çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur.
Qiyasəddin Türkanşah
Qiyasəddin Türkanşah — II Qılınc Arslan oğlu olan Ərzurum hakimi Məhəmməd Toğrulşahın oğlu idi. 3 il boyu Gürcü çariçası Rusudanla evli olmuşdur və Gürcü-İmereti kralı VI Davidın atasıdır. Güclü olmadığına görə və gürcü siyasətinə bələd olmadığı üçün gürcü salnamələri onu kral olaraq hesablamır. 1226-cı ildə Xarəzmşahların hücumu dövründə Gürcüstandan qaçdığı üçün Rusudan onu boşamışdır.
Ziyafəddin Əliyev
Ziyafəddin Yunis oğlu Əliyev (03 dekabr 1964, Qasım İsmayılov – 14 iyun 1992, Goranboy rayonu, Ağcakənd) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyafəddin Əliyev 03 dekabr 1964-cü ildə Goranboy şəhərində anadan olmuşdur. 1981-ci ildə Goranboy şəhərində orta məktəbi bitirmişdir. 1982–1984 cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy şəhərində əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə erməni hərbi birləşmələrinin Vətənimizə qarşı apardığı müharibəyə səssiz qala bilməyərək, könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Goranboy rayonunda təşkil olunmuş Goranboy özünümüdafiə batalyonunun ən cəsur əsgərlərindən biri olmuşdur. == Döyüşlərdə iştirakı == Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Todan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci ilin iyun ayının 13-də əks hücum əməliyyatında Ağcakəndin düşməndən azad edilməsi üçün çox böyük fədakarlıq göstərir. Batalyonun ən cəsur, qorxmaz əsgərlərindən biri kimi daim ön sıralarda döyüşür.
Ziyafəddin Əsədov
Ziyafəddin Əsədov (tam adı: Əsədov Ziyafəddin Həmid oğlu) — Azərbaycan alimi, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri, Xəzər Universitəsi kimya kafedrasının müdiri. == Ümumi məlumatlar == Ziyafəddin Əsədov 1950-ci il iyunun 19-da Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi gümüş medalla, 1972-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) kimya-texnologiya fakültəsini bitirmişdir. Z. Əsədov əmək fəaliyyətini 1972-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda işləyir. 1979-cu ildə kimya elmləri namizədi, 1992-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Yüksəkmolekullu birləşmələr kimyası üzrə professor elmi adını 2003-cü ildə almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2002-ci ildə yeni yaradılmış "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının müdiri vəzifəsində işləyir. == Əsas elmi nailiyyətləri == Ziyafəddin Əsədovun elmi araşdırmaları neft sənayesində tətbiq üçün oliqomer və polimer təbiətli yeni effektiv səthi-aktiv maddələrin sintezi və tədqiqinə həsr olunmuşdur.