Mehmed Nizaməddin Əfəndi

Mehmed Nizaməddin Əfəndi (10 yanvar 1909, Konstantinopol10 mart 1933) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu İzzəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi.

Mehmed Nizaməddin Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Tiçino, İsveçrə
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Atası Yusif İzzəddin Əfəndi
Anası Ləman Ünlüsoy
Ailəsi Osmanlı xanədanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nizaməddin Əfəndi və bacısı Mihrişah Sultan

Şahzadə Nizaməddin Əfəndi 10 yanvar 1909-cu ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 7 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacıları Şükriyə SultanMihrişah Sultanla birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Ardından şahzadələr məktəbində təhsilini tamamlayan Nizaməddin Əfəndi bir müddət Osmanlı ordusunda xidmət etdi və 1918-ci ildə çavuşluğa yüksəldi.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nizaməddin Əfəndi də sürgünə göndərildi. İlk öncə kiçik bacısı Mihrişah Sultanla birlikdə Ruminiyaya getsə də, çox keçmədən səhhəti pisləşdi. Həddindən artıq alkoqollu içki içməyə başlayan Nizaməddin Əfəndi vərəm xəstəliyinə tutuldu. Bu vəziyyətdə azyaşlı bacısı Mihrişah Sultanı İsgəndəriyyədə yaşayan digər bacısı Şükriyə Sultanın yanına göndərdi.

Vəziyyətinin ağırlaşmasının ardından müalicə məqsədilə 1931-ci ildə İsveçrənin Tiçino əyalətindəki bir xəstəxanaya yerləşdirilən Nizaməddin Əfəndi çox keçmədən 10 mart 1933-cü ildə burada vəfat etdi. Onu ziyarət etmək məqsədilə yanına gələn Osman Fuad Əfəndi isə cənazəsini Qahirəyə gətirərək burada dəfn etdirmişdir. Ancaq 16 avqust 1967-ci ildə cənazəsi İstanbula daşınmış, Sultan Mahmud türbəsinə - atasının yanına dəfn olunmuşdur.

  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
  • Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. p. 229. ISBN 978-0-292-78335-5
  • Salnâme-i Devlet-i Âliyye-i Osmanîyye, 1333–1334 Sene-i Maliye, 68. Sene. Hilal Matbaası. 1918. pp. 68–69
  • Ünlü, Hasan (2019). Veliahd Yusuf İzzeddin Efendi (1857-1916) (Thesis). Mimar Sinan Fine Art University Institute of Social Sciences. p. 25