Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ovşarı
Ovşarı – zərbi muğam "Şüştər" lad-məqamına əsaslanır. Onu da deyək ki, "Ovşarı" aşıq musiqi-poetik yaradıcılığında bir ənənəvi hava kimi də məşhurdur. Zərb muğam kimi "Ovşarı" şüştər məqamının iki şöbəsinin intonasiyalarını özündə əks etdirir: "Şüştər", "Təsnif". Bu zərbi muğam öz musiqisi etibarilə müəyyən dərəcədə təntənəni, əzəməti əks etdirir. Onun mətni əsası xalq sözlərindən alınmışdır.
Kürd-Ovşarı
Kürd-Ovşarı — şur dəstgahı kökündə zərbli muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda ovşarı zərbli muğamı ilə yanaşı Maani (osmanlı) zərbli muğamından da geniş istifadə edilmiş və əsər "Şur" simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında gözəl tematik vəhdət yaratmış olur.
Kürd Ovşarı (Simfonik muğam)
Kürd Ovşarı — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir: Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim." S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır." "Kürd-Ovşarı" simfonik muğamı ilk dəfə 1948-ci ildə Niyazinin idarəsi ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Dövlət mükafatına layiq görülüb. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir.
Avşarı
Avşarı — qədim Azərbaycan rəqslərindən biri.[mənbə göstərin] Bu rəqsin adı bəzi mənbələrdə "Əfşarı" kimi də qeyd edilir. "Avşarı"da əhliləşdirilmiş meymundan istifadə olunur. Mütəxəssislərin fikrincə "Avşarı" hərbi rəqs sayılırdı. Ensiklopediyada yazılır: "Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsu 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xarakterli geniş instrumental müqədimmə ilə başlanır. Sazda "Qaraçı" kökündə ifa olunur. Muğam əsası şurdur. Kuplet formasında olan "Əfşarı"nın poetik mətni qoşmadır".
Ovşar karvansarası
Ovşar və ya Əfşar karvansarası XVI–XVIII əsrlərə aid abidə. Cənubi Qafqazdakı türk memarlığına xas binalarda olduğu kimi ikinci mərtəbənin eyvanları daxili həyətə baxır. Karvansaranın birinci mərtəbəsində mətbəx və yardımçı otaqlar, atelye və anbarlar yerləşirdi. Həyətlər isə, əsasən, düzbucaqlı formada olurdu. Karvansaranın ikinci mərtəbəsinə giriş həyətin kənarlarındakı pilləkənlərdən idi. Dövrümüzdə karvansaranın yerində (Mesrop Maştots prospektində) qapalı bazar inşa olunmuşdur.
Azərbaycanda tarixi pələng ovları
Azərbaycanda tarixi pələng ovları – 1932-ci ilə qədər Azərbaycanın əsasən cənub-şərq bölgəsində (Göytəpə və ətraf ərazilər) keçirilmiş, Turan pələngi ovları. Tarixən Roma İmperiyasında keçirilən qladiator döyüşlərində Turan pələngi istifadə edilmiş, buna görə də Anadolu və Qafqazda bu heyvan ovlanmışdır. Bu proses keçən əsrlərdə də davam etmiş, Sovet dövründə, 1930-cu illərə qədər müxtəlif sovet respublikalarının pələng ovçuları mükafatlandırılmışdır. Turan pələngi (həmçinin Xəzər, Hirkan, Mazandaran, Qafqaz, Talış pələngi olaraq da bilinir) vaxtilə ölkəmizdə rast gəlinən, Anadoludan Çinin qərbinə qədər geniş ərazidə yayılmış iri pişikkimi olmuşdur. Turan pələngi populyasiyası 1970-ci ildə Hakkaridə (Türkiyə) ovlanan fərdlə nəsli tükənmiş hesab olunsa da, bəzi araşdırmalar 80-ci illərdə Türkiyədə və Əfqanıstanda bəzi fərdlərin sağ qala biləcəyi, alimlərin onu vaxtından öncə nəsli tükənmiş elan etdiyini qeyd edir – ekologiyada buna Romeo xətası deyilir. Azərbaycanda uzun dövr ərzində pələng ovları həyata keçirilmişdir. "Qafqaz" qəzetinin 1846-cı ildə buraxılmış nömrələrindən birində (№ 13) Talış meşələrində həyata keçirilən pələng ovlarından bəhs edilir. Buradakı pələnglərin ailə şəklində (dişi və cüt) olduğu qeyd edilir. Həmçinin, tövlədə pələnglə qarşılaşmış ərini xilas etmək üçün heyvanı balta ilə öldürmüş qadından bəhs edilir. Qadının birinci zərbəsindən sonra pələng ona hücum etmiş, ancaq ağır yaralanmış pələng ölmüşdür.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Avşar
Əvşarlar sülaləsi — sülalə Avşar (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aşağı Avşar — Azərbaycanın Ağcabədi rayonunda kənd. Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Avşar — Xocavənd rayonunda kənd.
Dəniz otları
Dəniz otları — dəniz və okeanların duzlu sularında yaşamağa uyğunlaşmış çiçəkli ot bitkilərinin ekoloji qrupu. Bu qrupa dörd fəlilə daxildir: Posidoniaceae, Zosteraceae, Hydrocharitaceae və Cymodoceaceae.
Dəniz yovşanı
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıqgözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. Adadovşanlarının böyük, oval bədənləri var.
Kamfora yovşanı
Kamfora yovşanı (lat. Artemisia maritima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir. Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən, 2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir.
Lerx yovşanı
Lerx yovşanı (lat. Artemisia lercheana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Afrikada, Asiyada təbii yayılmışdır. Səbəti 2-3 mm uzunluğunda, yumurtaşəkillidir. Aşağı yarpaqları 2-4 sm olub, düz, uc paycıqları dar, xətvari, 2 mm uzunluğundadır. Gövdənin orta yarpaqları yayın ikinci yarısında büzüşərək tökülür. Çiçəkləri al-qırmızı rəngdə olub, avqustda çiçəkləyir, noyabr-dekabr aylarında toxum verir. Gilli və şorakətli torpaqlarda bitir. Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında yayılmışdır. Zehni fəaliyyəti artırır; sətəlcəm, xroniki bronxit, ağ ciyər vərəmi, astma, qrip, allergiya, faringit, ürək xəstəliyi, əsəb xəstəliyi, ikinci immun çatışmazlığı, dəridə ziyilləri, irinli səpkiləri müalicə edir, yağlı dəri üçün istifadə edilir.
Ovsalı-i Allahverdixan (Urmiya)
Ovsalı-i Allahverdixan (fars. اوصالوي الهوردي خان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (87 ailə).
Ovsalı-i Kazım (Urmiya)
Ovsalı-i Kazım (fars. اوصالوي كاظم‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (80 ailə).
Mino-Ovari zəlzələsi (1891)
Mino-Ovari zəlzələsi — 1891-ci ildə Yaponiyada baş verən zəlzələ. 1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır. Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.
Selenqin yovşanı
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Sivers yovşanı
Sivers yovşanı (lat. Artemisia sieversiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soviç yovşanı
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir. Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar.
Su qovşağı
Çayın və ya kanalın üstündə qurulmuş bir sıra hidrotexniki qurğulardır. Su qovşağında SES-in binaları, bənd, suyığan və suburaxan qurğular, kanallar, şlüzlər və su anbarı daxildir.
Tarla yovşanı
Tarla yovşanı (lat. Artemisia campestris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Artemisia campestris subsp. alpina (DC.) Arcang. Artemisia campestris subsp. borealis (Pall.) H.M.Hall & Clem. Artemisia campestris subsp. bottnica Lundstr. ex Kindb. Artemisia campestris subsp.
Yapon dovşanı
Yapon dovşanı (lat. Lepus brachyurus) — Dovşanlar fəsiləsinə aid növ. Yaponiya adalarında yayılmış endemik canlı. Yapon dovşanı əsasən kiçik ölçülü dovşanlara aiddir. Onların çəkisi 2,5 kq təşkil edir. Rəngi parlaq qırmızı-qəhvəyidən tünd boz-qəhvəyi çalarlarında ola bilir. Ağ ləkələr isə baş və ayaq nahiyələrində rast gəlinir. Şimal adalarında yayılmış yarımnövlərdə mövsümü dimorfizm müşahidə edilir. Beləki, qış ayları xəzi ağ rəngə bürünür. Onların yayılma sərhədləri əsasən yapon adaları daxilində yerləşir Honşu, Şikoku, Kyuşu, Sado, Oki adaları, Avaci.
Yapon yovşanı
Yapon yovşanı (lat. Artemisia japonica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Zail yovşanı
Çin yovşanı
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Şovits yovşanı
Şovits yovşanı (lat. Artemisia szowitziana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada çay kənarlarında, səhralarda, meşələrdə təbii halda bitir. Gövdəsi 50–60 sm və ya daha hündürdür. Aşağı yarpaqları müəyyən hissəsi üçər lələkvari parçalanan, bəziləri lələkvari, digərləri isə ikiqat lələkvari parçalanandır. Çiçəklər barverəndir. Örtük yarpaqlar 3–7 ədəd üst-üstə oturan sərt yarpaqlardan təşkil olunmuşdur. Qıraq yarpaqlar bir qədər orta yarpaqlardan kiçikdirlər. Hamaş çiçəyi eyni olub, budaqları əyilən, piramidavari, süpürgəlidir. Aşağı yarpaqları çox vaxt 10 sm uzunluğunda, uc payları xətvari 5–10 sm uzunluğunda, yastıdırlar.
Əkin çovdarı
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Secale cereale var.
Əmiraslan ovdanı
Əmiraslan ovdanı — XIX əsrdə Maştağada tikilmiş ovdan. Ovdanın əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub, su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Ovdan hazırda baxımsız vəziyyətdədir.
Alyaska dovşanı
Alyaska dovşanı – Alyaska dovşanı (lat. Lepus othus) — Alyaska yarımadasının qərbində yaşayan dovşan. Alyaska dovşanı Şimali Amerikadakı ən böyük dovşan növüdür, uzunluğu 50–70 sm, quyruğu isə təxminən 8 sm-dir. Arxa ayaqları çox uzundur — təxminən 20 sm, bu da qarda irəli hərəkət etmək imkanı yaradır. Cinsi dimorfizm ifadə edilmir. Bədən rəngində mövsümi dimorfizm var: yayda heyvanın paltosu boz-qəhvəyi və ağ alt paltarı var, qışda isə xəzi tamamilə ağ olur. Balalar yayda doğulur, onların tükləri yetkin heyvanlardan bir qədər tünd olur. Heyvanların başı möhkəm qurulmuşdur və yuxarı kəsici dişlər çox güclü şəkildə əyilmişdir. Digər növlərdən fərqli olaraq, Alyaska dovşanının istilik itkisinin mümkün qədər az olmasını təmin etmək üçün nisbətən qısa qulaqları var. Pəncələr qısadır, qarda qazmaq üçün uyğunlaşdırılmışdır.
Avsarlı
Əfsərli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib "əfşar tayfasına mənsub olan yer, ərazi, kənd" mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı "Əvsərli"dir. Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır.
Hovari
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir. Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Ovaria
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Kasari çayı
Kasari çayı — Estoniyada çay. Mənsəbi Baltik dənizidir. Kasari çayı Estoniyanın qərbindəki ən bolsulu çaylardan biridir. Çayın uzunluğu 112 kilometr, hövzəsinin sahəsi 3210 kv.kilometr, orta illik su sərfi 25-30 kub m/saniyədir. Zamanla çayda daşqınlar çox olduğu üçün ətraf sakinlərin gediş-gəlişinə və təsərrüfatına ciddi problemlər yaradırdı. Çay yatağının dərinləşdirilməsi problemi az da olsa, həll edə bilmişdi, amma yenə də daşqınlar vaxtı çayın digər sahilinə keçmək olmurdu. Buna görə də 1905-ci ildə çayın aşağı yatağında 307 metr uzunluğunda dəmir-betondan körpü tikildi. Sonradan nəqliyyat vasitələrinin keçməsi üçün yeni bir körpü tikildi.
Madam Bovari
«Madam Bovari», yaxud «Xanım Bovari» (fr. Madame Bovary) — fransız yazıçı Qüstav Floberin, ilk dəfə 1856-cı ildə nəşr etdiyi, məşhur romanı. Bu roman dünya ədəbiyyatının böyük nümunələrindən sayılır.
Mehdi Ənsari
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Movsar Barayev
Movsar Barayev (26 oktyabr 1979, Arqun, Çeçen-İnquş MSSR – 26 oktyabr 2002, Moskva) — Çeçen səhra komandiri, terrorçu, Çeçenistandakı separatçı hərəkatın fəal iştirakçısı, Çeçen İçkeriya Respublikasının silahlı birləşmələrində İslam Xüsusi Təyinatlı Alay komandiri vəzifəsini icra edən şəxs. Arbi Barayevin qardaşı oğlu olmuşdur. 2002-ci ilin oktyabrında Moskvada Dubrovka Teatr Mərkəzinin binasında girov götürülməsi ilə əlaqədar məşhurlaşmışdır. 26 oktyabr 1979-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Arqun şəhərində anadan olubmuşdur. Atası Buxari Süleymanov, anası Larisa Baraevadır. Movsarın bir qardaşı və Raisa, Fatimə adlı bacıları olmuşdur. On səkkiz yaşından etibarən separatçıların silahlı birləşmələrində iştirak edir, əmisi Arbi Barayevin əmr etdiyi İslam Xüsusi Təyinatlı Alayda xidmət edir. Sonradan Arbinin şəxsi mühafizəçisi olur. 1998-ci ilin yayında Şəriət Mühafizəsi tərəfində Əbdül-Malik Mecidov Qudermesdəki toqquşmalarda iştirak edir. Bu döyüşdə yaralanır.
Movsar Minçayev
Movsar Tahiroviç Minçayev ( çeç. Минцаев, Мовсар ТӀахӀирович; 8 aprel 1952, Karaqanda) — opera və estrada müğənnisi, bas, müəllim, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, Rusiyanın əməkdar artisti, Soçidə estrada mahnı müsabiqəsinin laureatı (1980), Mixail Qlinka müsabiqə (1982), Rio-de-Janeyroda Eytor Villa-Lobos müsabiqə (1983), Şalyapin adına Beynəlxalq müsabiqə (1993) laureatı. 8 aprel 1952-ci ildə Qazaxıstan SSR-də Karaqandada anadan olub. Çaykovski adına konservatoriyada təhsil alıb. Hələ tələbə ikən Pyotr Çaykovskinin "İolantası"nda Robertin, Volfqanq Amadey Motsartın "Fiqaronun toyu"da Fiqaro rollarını Gennadi Rojdestvenskinin rəhbərliyi altında ifa etmişdir. 1979-cu ildə Qlinka adına Ümumittifaq Müsabiqəsinin qalibi olmuş və tamaşaçılardan ən yüksək mükafatı almışdır. Klassik musiqi ilə yanaşı Movsar Minçayev estrada səhnəsində də çıxış edirdi. Təhsil aldığı müddətdə gənc bəstəkar Əli Dimayevlə tanış oldu. İşbirliyinin nəticəsi "Qara Burka", "Dostlara" mahnıları idi. Bəstəkar Aleksey Majukovun "Məhəbbət naminə", "Yaşıl alaqaranlıq" mahnılarını ilk dəfə Minçayev ifa etmişdir.
Mürtəza Ənsari
Şeyx Mürtəza Ənsari (13 may 1800, Dezful, Xuzistan ostanı – 18 noyabr 1864, Nəcəf) — Şiə idealoqu, alim. Şeyx Ənsari hicri-qəməri 1214-cü ildə "Qədir-Xum" günü Dezful şəhərində dünyaya göz açdı. Atası Şeyx Məhəmməd Əmin ilk övladının adını Mürtəza qoydu. Şeyxin anası Mürtəzanı dünyaya gətirməmişdən öncə İmam Sadiqi (ə) yuxuda gördü. İmam (ə) röyada bu möminə xanıma qızılla bəzədilmiş bir Quran verir. Yuxu saleh övlad kimi təbir edilir. Şeyx Ənsarinin doğulduğu məhəllə fəqihlər, elm adamlarının məhəlləsi idi. Şeyx hicri-qəməri 1232-ci ildə atası ilə birlikdə İrandan İraqa gedib. Təhsilini kamilləşdirmək üçün Kərbəla və Nəcəfdə olub. Həmin vaxt Şeyx Ənsarinin 18 yaşı olur.
Otvari gәndalaş