Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Paşaçay (İcrud)
Paşaçay (fars. پاشاچاي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (42 ailə).
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Varaçan
Varaçan — Xəzər xaqanlığının köhnə mərkəzi. M. İ. Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü.
Pasason
Pasason (laos ປະຊາຊົນ, hərf. Xalq) — Laosda nəşr olunan həftəlik qəzet. Qəzet 13 avqust 1950-ci ildə təsis edilmişdir/ Bu, marksizm–leninizm prinsiplərinə əsaslanan kommunist partiyası olan və ölkədə səlahiyyətli yeganə siyasi partiya olan Laos Xalq İnqilabı Partiyasının rəsmi orqanıdır.
Odsaçan
Alov qurğusu və ya alov maşını - yanğın törətmək üçün nəzərdə tutulmuş və alov axınını çox uzun müddət ərzində mexaniki olaraq idarə edə bilən bir cihaza verilən addır. Bu maşınlar I Dünya Müharibəsi illərində istifadə edilməyə başlandıqdan sonra məşhurlaşmış və bundan sonra bu maşınlardan geniş bir formada istifadə olunmağa başlanmışdır. Bəzi modellərində alov axını yanan mayelər vasitəsilə yaradılırarkən, bəzi modellərində isə sistem qazla işləyir. Əksər hərbi məqsədlər üçün nəzərdə tutulmuş olan alov maşınlarında tez alışan mayelərdən istifadə olunduğu halda, kommersiya tipli alov maşınlarında isə təbii qaz və yaxud da təzyiqli propanın istifadə edilməsi təhlükəsiz məqsədilə daha məqsədəmüvafiq hesab olunmuşdur. Hərbçilər tərəfindən istifadə edilmiş olan idarə olunan yanma qabiliyyəti başqaları tərəfindən kənd təsərrüfatında (məsələn, şəkər qamışı sahələrinin yandırılması) və ya digər torpaq işlərində istifadə edilmişdir. Bu maşınlar ya operatorlar tərəfindən daşınar, ya da avtomobilə quraşdırılmaq üçün nəzərdə tutulmuş ola bilərdilər. İlk hərbi alov qurğuları Birinci Dünya Müharibəsi zamanı səngərlər arasında yaxın döyüşlərdə istifadə edilmiş, İkinci Dünya Müharibəsi zamanı isəonun istifadə sahələri daha da genişlənmişdir. Portativ olanları iki hissədən ibarət olurlar; istifadəçinin belində daşıdığı depo hissəsi və əlində tutduğu tapança hissəsi. Depo hissəsi adətən iki və ya üç müxtəlif silindr formalı borudan ibarət olur. İki silindrli sistemlərdə, bir silindrdə sıxırdırılmış yanan qaz (adətən azot), digərində isə seyrəltdirilmiş yanan maye mövcud olur.
Kasalan (Miyanə)
Kasalan (fars. كسلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (59 ailə).
Yaşadan, yaşayan Yaşar
Yaşadan, yaşayan Yaşar (film, 2012)
Babacan
Babacan (Göyçə)
Kosacan
Kosacan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Kosacan oyk., sadə. Şərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının sahilində, Şərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır: Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.- liyində Kosadağ oronimi qeydə alınmışdır.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Paşalar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Daşuçan
Daşuçan (dağ)
Pascal
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Qaracan Kərimli
Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı; 27 dekabr 1947, Təkəli, Marneuli rayonu) — "Xalq yaradıcılığı" Ümumittifaq festivalının laureatı (1991), Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018). Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı) 1947-ci ilin dekabr ayının 27-də Borçalı mahalının Marneuli (Sarvan) bölgəsinin Təkəli kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra 1967–1969-cu illəri hərbi xidmətdə qulluq edib. 1976-cı ildə Xalq Təsərrüfatı institutunu (İqtisad Universiteti) bitirib. Həmin ildən etibarən, Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində, Peşə təhsili Komitəsində, Sumqayıt şəhər Səhiyyə şöbəsində, Bakı şəhər Yollahiyyə İnstitutunda iqtisadçı, maliyyəçi, baş mühasib təftişçi, vəzifələrində çalışıb. Aşıq sənətinin sirlərini 12 yaşından öyrənməyə başlayıb. İlk ustadı həmkəndlisi aşıq Mustafa olub, sonralar Borçalının ustad sənətgarı aşıq Əmrah Gülməmmədovdan dərs alıb. 1984-cü ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında, Birliyin İdarə Heyətinin üzvü, 1991-ci ildə Birliyin İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsinə təyin olunub və 2004–2008-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Bu dövr ərzində Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecində saz müəllimi, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri, Bakı şəhər Ittifaq teatrında ifaçı qrupların rəhbəri kimi fəaliyyət göstərib. Hələ Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Əhsən Dadaşovun bədii rəhbərliyi altında İnstitutun ansamblında artıq nüfuz qazanmışdı.
Sungun Babacan
Sungun Babacan (5 oktyabr 1958, Ankara – 6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru. 1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur. Dublaj sənətinə TRT kanalında başlamışdır. 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur. Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir. Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir. "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir. Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Əli Babacan
Əli Babacan (türk. Ali Babacan; 4 aprel 1967, Ankara) — Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri. Türkiyənin keçmiş İqtisadiyyat naziri. Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. İngilis dilini çox yaxşı bilən Babacan 1995-ci ildə Ülkü Zeynəb Babacanla ailə həyatı qurub. Mustafa Kərəm, Fatma Dilarə və Hilmi Əmir adlı üç övladı var.
Ali Babacan
Əli Babacan (türk. Ali Babacan; 4 aprel 1967, Ankara) — Demokratiya və Sıçrayış Partiyası (DEVA) sədri. Türkiyənin keçmiş İqtisadiyyat naziri. == Siyasi fəaliyyəti == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci ildə Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci ildə keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. Partiyanın abreviaturu olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Şəxsi həyatı == İngilis dilini çox yaxşı bilən Babacan 1995-ci ildə Ülkü Zeynəb Babacanla ailə həyatı qurub. Mustafa Kərəm, Fatma Dilarə və Hilmi Əmir adlı üç övladı var.
Babacan (Aralıq)
Babacan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1886-cı il qeydlərində Kobi kimi qeyd olunur. Əvvəllər Daşburun bucağına aid məhəllə idi, lakin 29 mart 1946-cı ildə kənd statusu almışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 26 km, Aralıq qəsəbəsinin mərkəzindən 19 km məsafədədir.
Daşuçan (Duzluca)
Daşuçan — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Daşuçan (dağ)
Daşuçan – Şəki rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3192 metr. Oronim daş və uçan (uçmaq felindən) komponentlərindən düzəlib, "daş düşən" mənasındadır. Görünür, dağın adı aşırıma və sürüşmə nəticəsində zirvədən daşların qoparaq yerə düşməsi, aşağıya yuvarlanması ilə bağlıdır.