Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir.Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub. Devid Bredberi tərəfindən 1984-cü ildə Somoza diktaturasının devrilməsi ilə nəticələnən Nikaraqua hadisələrindən bəhs edən “Nikaraqua no pasaran” adlı sənədli film çəkilmişdir.
Paşaçay (İcrud)
Paşaçay (fars. پاشاچاي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (42 ailə).
Basaman
Basaman Xan - türk və altay mifologiyasında dəniz tanrısı. Dənizlərdən məsuldur. Qorxusuz bir qəhrəman olaraq xarakterizə edilər. Əlində üç çəngəlli yabası vardır. Yanında daşıdığı doqquz qollu tuğu yırtıcı heyvan quyruqlarından yaradılmışdır. == Etimologiya == (Bas) kökündən törəmişdir. Basqın edən, əzən, qazanan deməkdir. Çoxluq bildirən "basa" sözü ilə eyni kökdən törəmişdir. Yaymaq mənası da var. Monqol, türk və tunqus dillərində at sürmək mənasını ehtiva edən "basa" söz köküylə əlaqəli görünməkdədir.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Varaçan
Varaçan—Xəzər xaqanlığının köhnə mərkəzi. == Tarixi == M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü .
Pasason
Pasason (laos ປະຊາຊົນ, hərf. Xalq) — Laosda nəşr olunan həftəlik qəzet. Qəzet 13 avqust 1950-ci ildə təsis edilmişdir/ Bu, marksizm–leninizm prinsiplərinə əsaslanan kommunist partiyası olan və ölkədə səlahiyyətli yeganə siyasi partiya olan Laos Xalq İnqilabı Partiyasının rəsmi orqanıdır.
Kasalan (Miyanə)
Kasalan (fars. كسلان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 209 nəfər yaşayır (59 ailə).
Yaşadan, yaşayan Yaşar
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Babacan
Babacan (Göyçə)
Kosacan
Kosacan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Kosacan oyk., sadə. Şərur r-nunun Siyaqut i.ə.v.-də kənd. Arpa çayının sahilində, Şərur düzündədir. Bəzi tədqiqatçılara görə, XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır. Lakin bu oykonimin Azərb. ərazisində də özünəməxsus arealları vardır: Kosakan (Zəngilan), Küsəkan/Küsəkəran (Lerik). Türkiyədə, Sivasın 80 km.- liyində Kosadağ oronimi qeydə alınmışdır.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Pascal
Paskal dili – 1971-ci ildə professor Niklaus Virt (Niclaus Wirth) tərəfindən yaradılmışdır. Dil fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Paskal) şərəfinə adlandırılmışdır və qısa zaman içində universitetlərdə istifadə edilən proqramlaşdırma dili halına gəlmişdir. Paskal dilinin bir sıra xüsusiyyətləri onun biznes və sənaye sahələrində geniş tətbiqinə gətirib çıxarmışdır. Modula və Modula-2 dilləri Paskal dili əsas götürülərək inkişaf etdirilmişdir. Lazarus – Free Pascal kompilyatoruna proqram təminatı hazırlamaq üçün ödənişsiz yayılan proqramlaşdırma mühiti. Qrafik interfeysli Delphi-proqramlarını Linux, FreeBSD, Mac OS X, Microsoft Windows əməliyyat sistemlərinə asanca keçirməyə imkan verir. == Dilin xüsusiyyətləri == Paskal dili yeni başlayan şəxslər üçün daha böyük əhəmiyyət kəsb edir.Proqramlaşdırmaya yeni başlayan şəxslərin bu dildən başlamaları məsləhət görülür. Paskal dilinin sintaksisi çox sadə və asan başadüşüləndir. Sistem və qurğu tələbləri çox azdır. Həm kompilyator, həm də onda yazılan proqramlar üçün.
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Aydın Paşacanov
Aydın Paşacanov — Azərbaycan kimyaçı alimi, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Analitik Kimya laboratoriyasının müdiri. == Həyatı == Aydın Paşacanov 1948-ci il mayın 9-da Gürcüstan respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji İnstitutu) Kimya fakültəsinə qəbul olunmuşdur. Aydın Paşacanov Azərbaycan Dövlət Pedoqoji İnstitutunu 1970-ci ildə bitirərək Zaqatala rayonunda kimya müəllimi işləmişdir. Aydın Paşacanov (1972)-(1977) ilə qədər Gürcüstan Respublikasının Qardabani rayonunun Kalinin Azərbaycan orta məktəbində Kimya müəllimi, Tədris işləri üzrə direktor müavini,Qardabani Maarif şöbəsində metodist işləmişdir. 1978-ci ildə AMEA-nın Qeyri-üzvi və fiziki kimya institutunun (indiki Kataliz və Qeyri üzvi kimya İnstitutu) aspiranturasına daxil olmuş və SSRİ əlvan metallurgiya nazirliyinin Moskva "Qiproçvet-metaobrabotka" institutunda görkəmli alim Prof. A.A.Nemodrukun rəhbərliyi ilə Bismutun atom-absorbsiya təyini sahəsində elmi-tədqiqat işləri aparmışdır.1982-ci ildə kimya elmi üzrə fəlsəfə doktoru mudafiə etmişdir.1993-cü ildə Dosent elmi adını almışdır. Ailəlidir, iki oğlu var. Anar Paşacanov iqtisadiyyat elmləri üzrə fəlsəfə doktorudur, Azərbaycan Milli bankının əməkdaşıdır, Rəşad Paşacanov ADNA-nı bitirmişdir, Paşa Həyat sığortada işləyir. == Elmi fəaliyyəti == 1981-cü ildən Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis, kiçik və böyük elmi işçi, qrup rəhbəri, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Babacan (Əhər)
Babacan (fars. باباجان‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Babacan çayı
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Daşatan (Bostanabad)
Daşatan (fars. داش اتان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 10 nəfər yaşayır (4 ailə).
Daşatan (Marağa)
Daşatan (fars. داش اتان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,250 nəfər yaşayır (328 ailə).
Doğan Babacan
Doğan Babacan (d. 30 Kasım 1929, İstanbul, ö. 18 Mayıs 2018) Türkiyə futbolçusu və hakimi. 1930-cu ildə anadan olan Doğan Babacan FİFA Dünya Kubokunda oyun idarə edən yeganə Türkiyəli hakimdir. O, 1974-cü il mundialında Almaniya – Çili (1:0) matçının baş hakimi olub. Həmin oyunda Çilili futbolçuya göstərdiyi qırmızı kartla FİFA Dünya Kuboku tarixində ilk qırmızı kart göstərən hakim olmuşdur.
Qaracan Kərimli
Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı; 27 dekabr 1947, Təkəli, Marneuli rayonu) — "Xalq yaradıcılığı" Ümumittifaq festivalının laureatı (1991), Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018). == Həyatı == Qaracan İsa oğlu Kərimli (Qaracan Borçalı) 1947-ci ilin dekabr ayının 27-də Borçalı mahalının Marneuli (Sarvan) bölgəsinin Təkəli kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini bitirdikdən sonra 1967–1969-cu illəri hərbi xidmətdə qulluq edib. 1976-cı ildə Xalq Təsərrüfatı institutunu (İqtisad Universiteti) bitirib. Həmin ildən etibarən, Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində, Peşə təhsili Komitəsində, Sumqayıt şəhər Səhiyyə şöbəsində, Bakı şəhər Yollahiyyə İnstitutunda iqtisadçı, maliyyəçi, baş mühasib təftişçi, vəzifələrində çalışıb. Aşıq sənətinin sirlərini 12 yaşından öyrənməyə başlayıb. İlk ustadı həmkəndlisi aşıq Mustafa olub, sonralar Borçalının ustad sənətgarı aşıq Əmrah Gülməmmədovdan dərs alıb. 1984-cü ildə Azərbaycan Aşıqlar Birliyinin IV qurultayında, Birliyin İdarə Heyətinin üzvü, 1991-ci ildə Birliyin İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsinə təyin olunub və 2004–2008-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Bu dövr ərzində Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecində saz müəllimi, Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri, Bakı şəhər Ittifaq teatrında ifaçı qrupların rəhbəri kimi fəaliyyət göstərib. Hələ Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Əhsən Dadaşovun bədii rəhbərliyi altında İnstitutun ansamblında artıq nüfuz qazanmışdı.
Sungun Babacan
Sungun Babacan (5 oktyabr 1958, Ankara – 6 avqust 2022) – Türkiyədən olan səsləndirmə aktyoru. 1958-ci ildə Türkiyənin Ankara şəhərində doğulmuşdur. Hacettepe Universitetinin iqtisadiyyat və idarəçilik fakültəsindən məzun olmuşdur. Dublaj sənətinə TRT kanalında başlamışdır. 1980-ci illərin ortalarında TRT kanalında yayımlanan "Şənbədən şənbəyə" verilişinin aparıcısı olmuşdur. Bir çox film və serialın aktoyorlarının dublajını edən Babacan tərcümə və dublaj rejissorluğu da etmişdir. Televiziya filmləri və reklamlar üçün səsləndirmələrdə iştirak etmişdir. "League of Legends" video oyununun türkcə versiyasında Lyuşian personajını səsləndirmişdir. "Keçmişdən evim möhtəşəm" və "Gülə-gülə oturun" verilişlərinin səsləndirilməsində iştirak etmişdir. Paytaxt Kommunikasiya Elmləri Akademiyasında dublaj mövzusunda dərslər vermişdir.Kristofer Nolanın "Qara cəngavər" trilogiyasında Betmeni, "Forrest Qamp" filmində baş personajı, "Kriminal qiraət" filmində Con Travoltanın personajını səsləndirmişdir.Səhhətində problem olduğu üçün bir müddət müalicə alan Babacan 6 avqust 2022-ci ildə ölmüşdür.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.