Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosovo Pole icması
Kosovo Pole (serb. Косово Поље) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 89 km²-dır.İcmanın inzibati mərkəzi Kosovo Pole şəhəridir. Kosovo Pole icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 4,9 km²-dır.
Peter Poles
Peter Poles — Sloveniya yayımçı.
Polen Uslupehlivan
Polen Uslupehlivan (27 avqust 1990, Yüreğir, Adana ili) – Türkiyə milli voleybol komandasında diaqonal mövqedə oynayan voleybolçu. == Karyerası == Vakıfbank aşağı yaş qruplarında başladığı voleybolçuluğa adı çəkilən komandanın əsas komandasından davam etmişdir. Oyun təcrübəsi qazansın deyə, 2010–11 sezonunu Nilüfer Belediyesporda icarə əsasında oynamışdır. 2012-ci ildə doğma komandasına geri dönmüşdür. 2012-ci ildə Türkiyə yığması ilə birlikdə 2012 London Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Bu hələ ki, voleybolçunun milli komanda da əldə etdiyi ən böyük uğurdur. 2012–13 sezonunu Vakıfbankla möhətşəm şəklində keçirir. Qazanıla biləcək bütün kubokları Polen və komandası həmin sezon aşağıda adı çəkilən turnirlərin qalibi olmuşdur: Türkiyə Qadınlararası Voleybol Çempionatı, Türkiyə Qadınlararası Voleybol Kuboku, Türkiyə Superkuboku, CEV Qadınlar Çempionlar Liqası və "Kulublar arası Dünya Çempionatı".
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi.Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Cynodon dactylon var. polevansii
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Cynodon polevansii
Barmaqvari çayır (lat. Cynodon dactylon) - qırtıckimilər fəsiləsinin çayır cinsinə aid bitki növü. == Sinonim == Agrostis bermudiana Tussac. ex Kunth [Invalid] Agrostis filiformis J.Koenig ex Kunth [Invalid] Agrostis linearis Retz. Agrostis stellata Willd. Capriola dactylon (L.) Kuntze Capriola dactylon var. maritima (Kunth) Hitchc. Chloris cynodon Trin. [Illegitimate] Chloris maritima Trin. Chloris paytensis Steud.
Polejan burnu
Polejan burnu (bolq. нос Полежан, ‘Nos Polezhan’ \'nos po-le-'zhan\) — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən qərbdə yerləşən burundur. Burun Vapa buxtasından 750 m şimal-qərbdə yerləşmişdir.Burun Bolqarıstanda yerləşən Pirin dağındakı Polejan zirvəsinin adını daşıyır. == Yerləşməsi == Qarbel burnundan 2.36 km şimal-şərqdə, Disilitsa burnundan 1.65 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD).
Polemaetus
Döyüşkən qartal (lat. Polemaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Polemaetus bellicosus
Adi döyüşkən qartal (lat. Polemaetus bellicosus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin döyüşkən qartal cinsinə aid heyvan növü.
Polemarx
Polemarx (q.yun. πολέμαρχος, polemarchos sözündən) — Qədim Yunanıstanda müharibə ilə əlaqəli hər şeyə nəzarət etmək həvalə olunan yüksək qoşun başçılarından biri. Sonradan polemarx anlayışı bütövlüklə müharibənin aparılması üçün məsuliyyət daşıyan hərbi liderə də şamil edilməyə başlandı. Belə ki, Likurqun qanunlarına əsasən, Spartada ordunun başında padşah dayanırdı və məsləhətçi qismində 2 polemarx çıxış edirdilər. Afinada isə polemarxa ordu bölmələrin komandanlığı da həvalə edilirdi.
Polemologiya
Polemologiya (qədim yunanca πολέμιος - "müharibə, dava, dava" + λόγος - "söz, doktrina"), sosiologiyada müharibələri, silahlı qarşıdurmaları və hərbi zorakılığı öyrənən istiqamətlərdən biridir. Polemoloqların özlərinin də inandıqları kimi, onların fəaliyyəti kollektiv təcavüzkarlığın gizli mənbələrini müəyyənləşdirmək və müharibələr törətməkdən məsul olan sosial strukturlara təsir etməklə, təhlükəli fürsətçi riskləri neytrallaşdırmaq məqsədi daşıyır == Yaranma tarixi == Sosioloqlar polemologiyanın İkinci Dünya Müharibəsi bitdikdən sonra silahlı münaqişələrin yaranma səbəblərini və onları aradan qaldırmağın yollarını anlamaq cəhdləri zamanı meydana gəldiyinə inanırlar. Xüsusən, fransız sosioloqu G. Butul (1896-1980) yazdığı əsərləri ilə polemik tədqiqatların inkişafına təkan vermişdir. Sonradan o, Fransa Polemologiya İnstitutunu yaratdı; bir müddət sonra Belçika, Hollandiya, İspaniya və İtaliyada oxşar tədqiqat mərkəzləri meydana gəldi. İlk polemoloji tədqiqatın (G. Butulun "Müharibələr - Polemologiyanın elementləri" adlı əsəri) 1951 -ci ildə nəşr olunmasına baxmayaraq, Rumıniya alimi D. Qustun 1915-ci ildə "müharibə sosiologiyası" yaratmağı təklif etdiyi barədə məlumatlar var. 1926 -cı ildə sovet marşalı Mixail Nikolayeviç Tuxaçevski "sahə strategiyası" adlı əsərində ümumi müharibə elminin yaradılması ideyasını irəli sürmüşdür. 1935-ci ildə isə Fransada sürgündə olan rus generalı Nikolay Nikolayeviç Qolovin beynəlxalq sosioloji konqresdə çıxış edərək yeni bir "müharibə sosiologiyası"na ehtiyac olduğunu əsaslandırmağa çalışmışdır. == Elmi məsələlər == G. Butulun fikrincə, polemologiyanın əsasını dinamik sosiologiya təşkil edir, bu sahə sosiologiyanın sosial formalardakı dəyişiklikləri və bu dəyişiklikləri müəyyən edən amilləri öyrənən bölümüdür . "Sülh istəyirsənsə, müharibəyə hazır ol" şüarına söykənən polemoloji araşdırma, polemik alimlərin fikrincə, insanlığa xas olan kollektiv təcavüzün bütün aspektləri və formalarının fənlərarası və hərtərəfli öyrənilməsini vəzifə olaraq qarşısına qoyur (tarixi mərhələdən asılı olmayaraq). Bu elmi araşdırmalarda müharibələrin və silahlı qarşıdurmaların mənşəyini, inkişafını və gedişatını təyin edən iqtisadi, psixoloji, sosioloji, bioloji, texnoloji, demoqrafik və bir çox digər faktorlar nəzərə alınmışdır.
Polemoniaceae
Polemoniaceae (lat. Polemoniaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Cinsləri == Acanthogilia A.G.Day & Moran Aliciella Brand Allophyllum (Nutt.) A.D.Grant & V.E.Grant Bonplandia Cav. — Bonplandiya Cantua J.Juss. ex Lam. — Kantua Cobaea Cav. — Kobeya Collomia Nutt. — Kollomiya Eriastrum Wooton & Standl. Gilia Ruiz & Pav. — Giliya Giliastrum (Brand) Rydb.
Polemonium
Göyümçiçək (lat. Polemonium) - polemoniaceae fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Göyümçiçək:The Plant List saytında takson barədə məlumat.
Polemonium coeruleum
Mavi göyümçiçək (lat. Polemonium coeruleum) — göyümçiçək cinsinə aid bitki növü.
Polenta
Polenta (italyan dilində deyilişi: [poˈlɛnta])-İtaliyada yayılmış yemək növü.
Polessk
Polessk (rus. Полесск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Polesye
Polesye (Pripyat çayı hövzəsindəki ovalığın adından)-Rusiyanın Avropa hissəsinin cənubi tayqa sahəsində, Belorusiyada və Ukraynanın şimalında qarışıq meşələr zonasında dördüncü dövr buzlaq sularının yaratdığı ovalıq sahələrə deyilir.
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. == Həyatı == Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.
Qərbi Polesye
Qərbi Polesye (pol. Polesie Zachodnie, belar. Заходняе Палессе, ukr. Західне Полісся) — Belarus, Ukrayna və Polşa ərazisinə aid olan etno-tarixi region. == Ərazisi == Regionun qərb hissəsi Polşa (Lyublinskoe Polesye) ərazisinə aiddir. Şimal hissəsi Belarusun Beresteyski-Pinskoe Polesye bölgəsinə, cənub hissəsi isə Ukraynaya (Volınskoe Polesye) aiddir. Geoloji baxımdan ərazinin düzənlik hissəsi kembriyə qədər dövrdə formalaşmış. Bu ərazidən şimalda daş kömür dövrünün çöküntüləri üstünlük təşkil edir. Mezozoyun və kaynazoyun süxurları azlıq təşkil edir.Ərazi daha çox bataqlaşmış və bataqlıq-meşəliklərdən ibarətdir. Meşələrində şam ağacları üstünlük təşkil edir.
Qərbi poles dili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.
Qərbi poles mikrodili
Qərbi poles mikrodili — Belarusun Brest vilayətində yaşayan insanların dialekti əsasında formalaşmış slavyan mikrodili. 1980—1990-ci illərdə bir qrup yerli filolıqlar tərəfindən kodlaşdırılmağa cəhd edilmişdir. Özündə belorus və ukrayna dillərinin xüsusiyyətlərini birləşdirir.
Senecio polelensis
Senecio polelensis (lat. Senecio polelensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Yelena Polenova
Yelena Polyonova (d. 20 avqust 1984) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yelena Polyonova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Şərqi Polesye
Şərqi Polesye — Belarus Respublikasının tarixi-etnoqrafik regionu. Respublikanın cənub-şərq hissəsində yerləşir. Polesye düzənliyinin böyük hissəsini əhatə edir. Regiona Qomel, Minsk və Brest vilayətlərinin əraziləri daxildir. Region şərqdən Podnepr (Dneprin sağ sahili və Berezinenin aşağı axarları), şimaldan Mərkəzi Belarus (Pariçi-Lyuban-Starobin-Çudin xətti üzrə), qərbdən Qərbi Polesye ilə həmsərhəddir. Şimaldan region suayrcı xətlə Mərkəzi Belarusun meşəli düzənliklərində ayrılır. Belarus dilinin mozır dialektinə məxsusdur. Regionda etnik baxımdan polyanilər (şimalda) və poleşukilər (cənubda) məskunlaşmış. == Tarixi == Dəmir dövründə Şərqi Polesye miloqrad mədəniyyətinin (E.ə. III-VII) və zarubines mədəniyyətinin (E.ə.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. == Həyatı == Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Polye
== Polye == Polye (serb-xorvat-polije-çöl, becərilən torpaq) aralıqdənizi karst tipində (açıq karstda), karst qıflarının birləşməsi nəticəsində əmələ gələn, hündür, sıldırım yamaclarla haşiyələnmiş,qapalı, geniş yastı çökəkliklərə deyilir. Polyenin sahəsi 300-400 km2 -ə, yamacların hündürlüyü isə bir neçə yüz metrə çatır. Polyenin çöküntülərlə örtülü dib sahəsində ponorlarda yox olan çay və ya ponorlarla qidalanan göl olur. Polyelər Balkan yarımadasında, Kırımda, Qərbi Gürcüstanda geniş yayılmışlar.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Ceyms Polk
Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845-1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur. Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846-1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, Nevada və Yutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi. == Erkən həyatı == ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur He was the first of 10 children born into a family of farmers.. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
J. Cole
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni, mahnı sözü yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı. Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. == İstinadlar == == Əlavə ədəbiyyat == "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. == Həyatı və musiqi karyerası == === Erkən illəri və Bon-Bon === Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Polk boğazı
Polk boğazı - Hind okeanınında yerləşən Şri-Lankanı Hindistandan ayırır. Lakkadiv dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 55 km, uzunluğu 150 km, dərinliyi 2–9 m təşkil edir. Boğazın şimal qutaracağında Cafna yarımadası yerləşir. Boğaz daxilində kiçik adacıqlar və dayazlıqlar vardır. Bu dayazlıqlar əfsanəyə görə Adəm peyğəmbərin saldığı yoldur və Adəm körpüsü adlanır. Boğaz Britaniya Hindistanının Madros vilayyətinin rəhbəri, dövlət adamı Robert Polkun şərəfinə adlandırılıb.
Santa-Pola
Santa-Pola (isp. Santa Pola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Baxo-Vinalopa ərazisinin 58,6 km² hissəsini əhatə edir. 2017-cu ildə hesablamalara görə əhali 31137 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 19 km uzaqlıqda yerləşir..
Vole Şoyinka
Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/ == Həyatı == Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı. İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı. Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü.
Şole (rayon)
Şole (fr. Cholet) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Şole. Rayon əhalisi 2006-cı ildə 193 112 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 117 nəf / km². Rayon sahəsi — 1646 km².
Lidia Şole
Lidia Şole (pol. Lidia Szole; 2 dekabr 1896 və ya 25 fevral 1896, Trakay, Vilen quberniyası[d] və ya Sankt-Peterburq – mart 1943, Varşava, Ümumi Hökumət) — Polşalı rəssamı və dekoratoru, Polşa-Litva karaitlərinin gerbinin müəllifi. == Bioqrafiya == Trokidə varlı karait ailəsində anadan olub. 1914-cü ildə Şahzadə Obolenskayanın özəl gimnaziyasını bitirib. 1918-ci ildən sonra ailə Vilnaya köçdü və burada Lidiya Ştefan Batory Universitetinin İncəsənət fakültəsinə daxil oldu. 1920-ci illərin ortalarında Parisə getdi və burada Rəssamlıq Akademiyasında rəssamlıq təhsilini davam etdirdi. 1926-cı ildə o, Parisli mühacir karaitlərin yığıncağında Vilna və Trokidəki karait mərkəzləri haqqında məruzə ilə çıxış etdi. Öz ölkəsinə qayıdan kimi ictimai fəaliyyətinə davam etdi. 1923-cü ilin yanvarında Vilna Karaite Cəmiyyətinin idarə heyətinin üzvü seçildi. Karaite həvəskar teatrının həyatında iştirak etmişdir.
Lidiya Şole
Lidia Şole (pol. Lidia Szole; 2 dekabr 1896 və ya 25 fevral 1896, Trakay, Vilen quberniyası[d] və ya Sankt-Peterburq – mart 1943, Varşava, Ümumi Hökumət) — Polşalı rəssamı və dekoratoru, Polşa-Litva karaitlərinin gerbinin müəllifi. == Bioqrafiya == Trokidə varlı karait ailəsində anadan olub. 1914-cü ildə Şahzadə Obolenskayanın özəl gimnaziyasını bitirib. 1918-ci ildən sonra ailə Vilnaya köçdü və burada Lidiya Ştefan Batory Universitetinin İncəsənət fakültəsinə daxil oldu. 1920-ci illərin ortalarında Parisə getdi və burada Rəssamlıq Akademiyasında rəssamlıq təhsilini davam etdirdi. 1926-cı ildə o, Parisli mühacir karaitlərin yığıncağında Vilna və Trokidəki karait mərkəzləri haqqında məruzə ilə çıxış etdi. Öz ölkəsinə qayıdan kimi ictimai fəaliyyətinə davam etdi. 1923-cü ilin yanvarında Vilna Karaite Cəmiyyətinin idarə heyətinin üzvü seçildi. Karaite həvəskar teatrının həyatında iştirak etmişdir.
Pola Hokins
Pola Hokins - Britaniya jurnalisti və yazıçısıdır. Hawkins daha çox zorakılıq və narkotikdən istifadə haqqında triller olan "Qatardakı qız" romanı ilə tanınır. Roman 2016-cı ildə Emili Blantın oynadığı filmə uyğunlaşdırılmışdır. Hawkinsin ikinci triller romanı, Suya, 2017-ci ildə çıxdı. == Həyat və karyera == Hawkins Hararedə, Rodeziyada (indiki Harare, Zimbabve) Anthony "Tony" Hawkins və həyat yoldaşı Glynne'nin qızı olaraq anadan olub böyüdü. Atası iqtisadiyyat professoru və maliyyə jurnalisti idi. 1989-cu ildə 17 yaşında Londona köçməzdən əvvəl Hawkins Zimbabve, Harare, Arundel Məktəbində oxuyub, sonra Qərbi Londonda, Kensinqtonda müstəqil kollec olan Collingham Kollecində A-Levels təhsili alıb. Hokins Oksford Universitetinin Keble Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat oxudu. O, The Times-da jurnalist kimi işləyib, biznes haqqında məlumat verib. Daha sonra o, sərbəst şəkildə bir sıra nəşrlərdə çalışdı və qadınlar üçün maliyyə-məsləhət kitabı, "Pul ilahəsi" yazdı.
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsi ilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Şölə
Şölə — qız adı. Sözün mənası Od, işıq, parilti deməkdir. Bu isim həm ümumi həm də xüsusi isimdir.
Lölə salaməleyküm
Lölə salaməleyküm (lat. Cyperus longus) - topalaq cinsinə aid bitki növü.
Səfərəliyeva Şölə
Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib. == Ailəsi == (Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986 == Təhsili == 2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.