Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bounce TV
Bounce TV — 2011-ci ildə buraxılan Amerika kabel televiziyası şəbəkəsi. Yalnız 25 və 54 yaşları arasında olan Afrika-Amerika tamaşaçılarına yönəlmiş Bounce TV həm orijinal, həm də sindikatlaşdırılmış proqramları birləşdirir. Bounce TV ölkədə ev təsərrüfatlarının yüzdə 73%-i üçün mövcuddur. Original proqramların istehsalı 2012-ci ildə başlamışdır. İlk original teleseriyası "Ailə Zamanı" idi. 2016-cı ildə kanal Qloriya Ruben, Vanessa Bell Kellouey və Riçard Louson ilə birlikdə "Saints and Sinners" adlı ilk dramatik seriyasını istehsal etməyə başladı. Kanal həmçinin "Underworld", "The Bernie Mac Show", "Hewley", "Valideynlər" və "Rock" klassik sitkomlarını sindikatlaşdırır. 2015-ci ilin iyul ayına qədər kanal "Şou Kosbi"-nin təkrarlarını yayımlayırdı, lakin Bill Kosbi ətrafında baş verən qalmaqala bağlı olaraq şou cədvəldən çıxarıldı.
Pointe
Puant, Pointe (от fr. la pointe — ucluq, bəzən; paya və ya dəbilqə) — baletdə rəqqasələrin ayaq geyimi. Paunt iki məna daşıyır: Puant ayaq barmağın uc hissəsinə deyilir. Puantla rəqs etmək — pəncə deyil məhz baş barmaqlar - puantlar üzərində rəqs etmək deməkdir. Bu rəqs sistemi baletdə XIX əsrin əvvəllərində tətbiqini taparaq onun vacib elementinə çevrilmişdir. Puanlar üzərində rəqsi ancaq qadın balet sənətçiləri ifa edirlər. Puantlar balerinaların rəqs edərkən geymiş olduqları xüsusi balet çəkmələrinin adıdır.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Source 2
Source 2 — Valve tərəfindən hazırlanmış video oyun mühərriki. Mühərrik 2015-ci ildə orijinal Source mühərrikinin sələfi elan edildi və onu istifadə edən ilk oyun Dota 2 oldu. Artifact, Dota Underlords, Half-Life: Alyx və Counter-Strike 2 kimi digər Valve oyunları Source 2 istifadə olunaraq hazırlanmışdır. == Tarixi == Orijinal Source mühərrikinin davamı üçün planlar 2007-ci ildə Half-Life 2: Episode Two buraxıldıqdan sonra başladı. İlk demo 2010-cu ildə Left 4 Dead 2-dəki bir xəritənin yenidən hazırlanması ilə yaradılmışdır. Bunun şəkilləri 2014-cü ilin əvvəlində internetə sızdırıldı. 2014-cü ildə keçirilən Game Developers Conference-də Valve əməkdaşı Sergiy Miqdalskiy Left 4 Dead 2-də istifadə olunan Source 2 fizika sazlama (debugging) alətini nümayiş etdirdi. Source 2 ilk dəfə 2014-cü ildə Dota 2 üçün Steam Workshop alətləri vasitəsilə 2015-ci il Game Developers Conference-də rəsmi olaraq elan edilməmişdən əvvəl təqdim edildi. Valve bunun məzmunun daha səmərəli yaradılmasına imkan vermək üçün olduğunu bildirdi. Valve həmçinin Vulkan qrafika API-ni dəstəkləyəcəyini və üçüncü tərəf Havok alətlərinə olan ehtiyacı əvəz edəcək Rubikon adlı yeni daxili fizika mühərrikindən istifadə edəcəyini bildirdi.
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Fernando Ponte
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Pinus peuce
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Ponte Morandi
Ponte Morandi (it. ponte Morandi) - İtaliyanın Genuya şəhəri sərhədləri daxilində, Polçevera çayı üzərində A10 avtomagistralının tərkibinə daxil olan körpü. Mühəndis Rikkardo Morandinin şərəfinə adlandırılıb. 1960-cı illərdə inşa edilən körpünün hündürlüyü 90 metr olub. == Tarixi == Körpünün tikintisi 1963-cü ildə başlanmışdı və 4 il sonra bitirilmişdi. Körpünün açılışı 4 sentyabr 1967-ci ildə oldu. Mərasimdə İtaliya prezidenti Cuzeppe Saraqat iştirak edirdi. 14 avqust 2018-ci ildə körpünün Polçevera çayını keçən keçidlərindən biri üzərindəki onlarla avtomobillə birlikdə uçdu. İlkin məlumatlara görə, dağıntıya görə 39 insan həlak oldu.
Ponte Serrada
Ponte Serrada (port. Ponte Serrada) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10561 nəfərdir. Ərazisi 570 кm²-dir. Əhalinin sıxlığı 20,7 nəfər/кm²-dir. Bələdiyyə 14 iyun 1958-ci ildə yaradılmışdır. Bələdiyyə ad gününü 7 iyulda qeyd edir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Senecio punae
Senecio punae (lat. Senecio punae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Peuce rubra
Qara küknar (lat. Picea mariana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Şimali Amerikanın çimalında Labrador yarımadasından Alyaskaya kimi və cənubda Virciniyadan Viskonsinə qədər yayılmışdır. Hündürlüyü 20–30 m, gövdəsinin dimateri 30–90 sm, ensiz, konusvarı çətirli ağacdır: mədəni şəraitdə, əsaəsn, orta ölçülüdür. İri ağaclarda budaqları torpağa qədər sallanır. Qabığı yarıqlı, bozumtul və ya qırmızımtıl-qonur, nazikdir. Cavan zoğları qırmızımtıl-qonur, sıx, qırmızı tükcüklüdür. Tumurcuqların uzunluğu təxminən 5 mm, yumurtavarı-konusvarıdır, qatransız və ya az qatranlıdır; onların qabıqları üçbucaq, uzunsov-ucu biz, tükcüklü, qırmızı-qonurdur. İynəyarpaqları nazik, uzunluğu 6–12 (18) mm, eni 0,7–0,8 mm, dördbucaqlı, iynəli, bəzən küt, tünd göyümtül-yaşıl, çox sıx, 8–9 (14) ol qalır, sürtüldükdə ətirli olur. Qozaları yumurtavarı, xırda (uzunluğu 2–3,5 sm və eni 1,5–1,8 sm), yetişənə qədər alqırmızı-qonur, yaşlandıqda tutqun-qonur, nazik yumurtavarı qabıqlı, uzun illər (20–30 ilə qədər) ağacda qalır.
Irelande Douze Pointe
"Irelande Douze Pointe" — İrlandiyalı qrup Hind Dustin tərəfindən səsləndirilən mahnı. Mahnı 2008 Eurovision Mahnı Müsabiqəsi üçün İrlandiyanın nümayəndəsi və mahnısını təyin edəcək olan Milli Finalda yarışmağa haqq qazanmışdır. 2008-ci ilin May ayında mahnı Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilmiş 2008 Eurovision Mahnı Yarışmasında İrlandiyanı təmsil etmişdir və yarışmada yarıfinalda 22 balla On beşinci olaraq finala yüksələ bilməmişdir.
Prince of Persia
Prince of Persia (azərb. Fars şahzadəsi‎) – Action-adventure (ing. Hərəkət-macəra) janrında olan oyun seriyalarıdır. == Tarixi == "Prince of Persia" videooyununun ilk versiyası Cordan Mexner və "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə Prince of Persia adı altında yaradılmışdır. Yaradılan oyun 2D formatındadır. Kompaniya oyunun müxtəlif seriyalarını yaradaraq məşhurluq qazanmışdır. "Prince of Persia" oyununun sonuncu seriyaları müxtəlif kompaniyalar tərəfindən hazırlanmışdır. 1999-cu ildə ilk dəfə olaraq oyun seriyasının ilk 3D formatında Prince of Persia 3D adı altında hazırlanılır. Bu oyun 3D formatında yaradılmasına baxmayaraq əvvəlki 2D formatındakı oyun seriyalarına görə çox məşhur olmamışdır. 2003-cü ildə dövrünə görə məşhur olan Prince of Persia: The Sands of Time (azərb.
One-Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
Ponte City Apartments
Ponte City Apartmens – Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən göydələn. == Ümumi məlumat == Ponte city Apartments göydələni silindr formasında tikilmişdir ki, bunun nəticəsində günəş işığı mənzillərə daxili tərfdən də girə bilir. 55 mərtəbəli bu bina 173 metrdir(567,6 fut). Bu bina yaşayış binası kimi tikilmişdi. Ponte City Apartmens göydələninin memarı Manfred Xermer olmuşdur. == Tarixi == 1970-ci illərdə bina Yohanessburqda ən nüfuzlu yaşayış binalarından biri idi, lakin 1980-ci illərin sonlarında ərazidə cinayət kəskin şəkildə çoxaldığına görə sakinlər binadan ayrıldı və bina bandalar tərəfindən tutuldu. XXI əsrin əvvəllərində bina və ətraf ərazini bərpa etmək üçün cəhdlər edilmişdir, lakin 2007-ci il ipoteka böhranı əmlak qurucularının planlarını qismən pozub. Bina 2015-ci ildən etibarən yaşayış yeridir, 24 saat mühafizə olunur və biyometrik giriş nəzarəti sistemi ilə təmin olunur.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. == Xarakteristika == Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Şahzadə (Prince of Persia)
Şahzadə (ing. Prince) – Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Personaj ilk dəfə Cordan Mexner tərəfindən yaradılmışdır. Oyunlarda onun adı bir dəfə də olsun çəkilmir. Filmdə isə onun adı "Dastan" kimi səslənir. İlk üç seriyada orijinal personaj olur. Lakin 2003-cü ildən etibarən personajın xarakteri və görünüşü dəyişir.
Prince of Persia: Epilogue
Prince of Persia: The Sands of Time - "Ubisoft" videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu videooyun seriyası Prince of Persia oyununun "Yüklənə bilən məzmun" davamıdır.
Prince of Persia 3D
Prince of Persia 3D və ya Prince of Persia 3D Arabian Nights (azərb. Fars Şahzadəsi 3D: Ərəb gecələri‎) - "The Learning Company" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan, macəra oyunudur. Əvvəlki seriya oyunlarından fərqli olaraq videooyunun görünüşü 3D qrafikasındadır. == Məzmun == Fars Sultanı xarici ölkələrə döyüşmək üçün ölkəni tərk edir. Bu zaman qəddar vəzir Cəfər zamanı dəyişərək, Şahzadəni tutur və qəhrəmanı zindana həbs etdirir. Lakin xoşbəxtlikdən zindanda dəlik bir yer var idi. Qəhrəman bundan istifadə edərək, müxtəlif kolidorlardan keçir. Keçdikdən sonra məsləhətçi ilə rastlaşır. Məsləhətçi qəhrəmana deyir ki, ona mütləq xəncər lazımdır. Bunun üçün qəhrəman yeraltı çaydan akrobat hərəkətləri ilə keçməyə başlayır.
Five Finger Death Punch
Five Finger Death Punch — ABŞ metal qrupu. Qrup 2005-ci ildə Zoltan Bathori və Jeremi Spenser tərəfindən quruldu. 2006-cı ildə isə basçı Matt Snell və vokalist İvan Moody qrupa qatıldı. Qrupun qısa adı (FFDP vəya 5FDP) deyə adlandırılır. Qrupun ilk debüt "The Way of the Fist" adlı albomları 2007-ci ildə bıraxıldı. FFDP daha sonra Korn,Chimaira, All That Remains və Disturbed qrupları ilə birgə konsertlərə qatıldı.
Xuan Ponse de Leon
Xuan Ponse de Leon (isp. Juan Ponce de León; 8 aprel 1480 və ya 1474 – 1521[…], Havana, İspaniya imperiyası) — İspaniya səyyah və konkistador. == Həyatı == Xuan Ponse de Leon İspaniyanın Valyadolid şəhərində anadan olmuşdur. Gənclik illərində Qranada şəhəri uğrunda aparılan döyüşlərdə fəal iştirak etmişdir. Ponce de Lion Xristofor Kolumbla eyni gəmidə yeni dünya adlandırılan Şimali Amerikaya getmişdir. İspaniya kral ailəsi tərəfindən verilən əmrə əsasən Puerto -Rikonun ilk qubernatoru təyin edilmişdir. 1513-cü ildə indiki Florida ştatı əraizisininı kəşf etmişdir. O, Amerika Birləşmiş Ştatlarına gəlmiş ilk avropalı hesab olunur. == Yeni dünya səyahəti == Espanyola adasının fəth edilməsində yaxından iştirak etdikədən sonra Ponse de Leon bu adada yaşamağa başlamışdır. Leon adada yaşayan yerli xalqın tez-tez yaxınlıqda yerləşən Puerto-Riko adası haqqında danışıqlarını eşidirdi.
Üç pəncə
Üç pəncə — iki hissəli yallı rəqsi. Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır. Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.
Battles of Prince of Persia
Battles of Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. Bu seriya Prince of Persia: The Sands of Time və Prince of Persia: Warrior Within seriyaları arasında baş verən hadisələri ehtiva edir.
Prince of Persia: Harem Adventures
Prince of Persia: Harem Adventures - "Gameloft" mobil oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: Harem Adventures" mobil oyunu "Gameloft" şirkətinin ilk oyunudur.