Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Psevdo-Apollodor
Psevdo-Apollodor naməlum qədim yunan yazıçısı, ədəbiyyatda "kitabxana" ya "Mifik kitabxana" (yun. Βιβλιοθήκη) adlanan üç cildlik ənənəvi qədim yunan mifik və qəhrəmanlıq dastanlarının toplusunun müəllifi. "Mifik kitabxana" günümüzün yunan mifologiyasından bəhs edən ən əsas mənbəyi sayılır.
Psevdo-Higin
Psevdo-Higin — əsərləri Yuli Higin adı ilə imzalanmış və ya ona aid edilmiş naməlum qədim mifoqrafiyaların ümumi adı. Buna baxmayaraq, o, tarixçilərə məlum olan iki Yuli Higin – Qay Yuli Higin və Higin Qromatik ilə etibarlı şəkildə eyniləşdirilməmişdir.
Psevdo-Demosfen
Psevdo-Demosfen — Demosfenin çıxışları arasında qorunub saxlanılmış, lakin müəllifliyin ona aid edilmədiyi çıxışların müəllifi. Psevdo-Demosfenin əsərlər arasında Axarnalı Apollodor üçün yazılmış altı əsər var. Ehtimal olunur ki, onların hamısı eyni müəllif tərəfindən yazılmışdır. Bu çıxışların müəllifinin Apollodorun özü olduğu müəyyən edilmişdir.
Psevdo-Dionisi Areopagit
Psevdo-Dionisi Areopagit — "Areopagitika" adlanan teoloji əsərlər toplusunun (korpusunun) naməlum müəllifi. Bu əsərlər e.ə. I əsrində yaşamış Həvari Pavelin şagirdi Dionisi Areopagitə aid edilmişdir. == Mənası == Areopagitçilər xristianlığa təsir edən neoplatonizm prosesini tamamlamışdılar. Bu cərəyanı İlahiyyatçı Qriqori və Nissalı Qriqori başlatmışdı. Areopagit yazılarının müəllifi Prokl Diadoxdan təsirlənmişdir və o, ilk dəfə xristian ibadətinə sistemli baxışı inkişaf etdirmişdi. O, bunu simvollar və müqəddəs ayinlər sistemi kimi görürdü. Bunlar gizli və ülvi fikirlərin sirli ifadəsi kimi xidmət edirdi.
Fars psevdosiklofisi
Fars eyrenisi (lat. Pseudocyclophis persicus) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Pseudocyclophis cinsinə daxil olan yeganə növü == Описание == Kiçik ilanlardır. Eyrenis cinsinə yaxınlığı ilə seçilirlər. Bədəninin nazikliyi ilə seçilirdi. Ümumi uzunluğu 37 sm-dir. Yuxarı hissəsi işiqlı-zeytunu olur və qəhvəyi nöqtəlırlə örtülü olur. Sifət hissəsi parlaq olsa da, başı qara olur. Erkəklərdə bədən bir gəngdə olur. Boğazları isə parlaq olaraq ləkəlidir.
Psevdomembranoz kolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. == Törədicisi == lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. == Diaqnostikası == Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Psevdomorfozlar
Psevdomorfozlar - mineralogiyada mineralı təşkil edən maddəyə yad olan, zahiri kristalloqrafik formalı fərdlər. Əvvəlki mineralın sonradan həll olub çıxması nəticəsində yaranan boşluqların doldurulması (doldurma psevdomorfozlar) və ya əvvəldən yaranan mineralın formasını saxlamaq şərtilə kimyəvi əvəzolunma nəticəsində əmələ gəlir. Bu halda əvəz edən mineralın bir hissəsi əvəz olunanın tərkibinə daxil ola bilər. Əvvəlki maddə tam əvəz olunduqda sıxışdırılıb çıxarılma psevdomorfozlar adlanır. Üzvi qalıqlar üzrə də mineral psevdomorfozlar rast gəlir. Psevdomorfozlar mineralın mənşəyini göstərən mühüm kriterilərdən biridir. == Həmçinin bax == Mineralogiya == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Psevdosənədli film
Psevdosənədli film — forması və ya üslubca sənədli filmə bənzəsə də, real hadisələri əks etdirməyən kino janrı. Ssenaridən və uydurma elementlərdən əhvalat danışmaq üçün istifadə olunur. Bu uyduralar ya rejissorun təxəyyülünün məhsulu olur, ya da ki, kompüter effekləri vasitəsilə yaradılır. Orson Uellsin uğurlu filmlərindən biri olan "Dünyaların müharibəsi" (1938) filmi bu janrda çəkilmiş ilk filmlərdəndir. Bundan başqa "Mad Max 2","Dyatlov aşırımının sirri" və s. kimi filmlər də bu janra daxildir.
Psevdoefedrin
Psevdoefedrin adrenomimetik, vazokonstriktor, bronxodilatator, antikongestif dərmandır. İynəyarpaqlı efedra bitkisinin tumurcuqlarından efedrin ilə birlikdə alınan alkaloid. Suda və etanolda asanlıqla, xloroformda orta dərəcədə həll olunan, rəngsiz iynəşəkilli kristallar və ya zəif spesifik qoxulu ağ kristal toz. Farmakoloji xüsusiyyətlərinə görə efedrinə bənzəyir, lakin daha zəiif və az zəhərlidir. == Ümumi məlumat == Psevdoefedrin böyüklərdə bronxial astma (yüngül və orta dərəcəli formalar) və astmatik bronxit üçün istifadə olunur. Lakin hazırda daha effektiv təsirli bronxodilatator agonistlər ( orciprenaline, fenoterol, salbutamol və s.), metilksantinlər ( teopek və s.), antikolinerjiklər ( troventol, atrovent və s.) mövcuddur. Hal-hazırda psevdoefedrin sistemli istifadə üçün müxtəlif birləşmələrin tərkibində istifadə edilir : dekstrometorfan + parasetamol + psevdoefedrin (preparatlar "Grippex", "Gripend", "Daleron Cold 3"), parasetamol + psevdoefedrin xlorfenamin (dərman "AntiFlu"). Ancaq arzuolunmaz təsirlərə görə, xüsusən də yuxusuzluğun tez-tez inkişafı və qan təzyiqinin artması səbəbindən çox geniş istifadə edilmir. Psevdoefedrin narkotik vasitə olan psixostimulyator metamfetaminin evdə hazırlanması üçün istifadə edilə bilər və buna görə də bu dərmanı ehtiva edən dərmanların dövriyyəsi məhduddur. == Farmakoloji təsiri == Alfa-adrenergik, beta-adrenergik, bronxodilatlayıcı və vazokonstriktor təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır, kardiostimullaşdırıcı təsir göstərir və qan təzyiqini artırır.
Elastik psevdoksantoma
Elastik psevdoksantoma (ing. pseudoxanthoma elasticum) – autosom-resessiv xəstəlikdir, göz, dəri və arteriyaların elastik liflərində degenerasiya, kalsifikasiya baş verir. Xarakter əlaməti bükücü səthlərin büküşlərində ksantomatoz papulaların tapılmasıdır.
Psevdokist
Psevdokist — Psevdokistlərin əmələ gəlməsində ən çox rast gələn yol axacağın zədələnməsidir. Kəskin və xronik pankreatitlər, travma və əməliyyatlar axacağı zədələyərək psevdokistlərin əmələ gəlməsinə səbəb ola bilirlər. Zədələnmə nəticəsində pankreas şirəsi peripankreatik bölgəyə çıxır. Zədələnmə dərəcəsindən, yerindən, ətraf orqanların və orqanizmin reaktiv imkanlarından asılı olaraq axacaq zədələnməsinin aqibəti bir neçə ola bilər: kist və ya fistul. Zədələnmə nahiyəsi və vəzi şirəsi ətraf toxumaların reaktiv iltihabı nəticəsində yetərli dərəcədə hüdudlandıqda psevdokist ortaya çıxır. Başlanğıcda iltihabi yastıq zərif və incə olduğu halda ( 2 mm), 1,5–2 ay sonra iltihabi yastıq möhkəmlənir, qalınlaşır və divar şəklində formalaşır.
Psevdomembranoz enterit və enterokolit
Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində lat. Clostridium difficile bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır. == Törədicisi == lat. Clostridium difficile qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. lat. Clostridium difficile tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər. == Diaqnostikası == Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur. Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir.
Pseudo-elephantopus
Pseudo-iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Achillea pseudo-tanacetifolia
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Papaver pseudo-orientale
Spilanthes pseudo-acmella
Pseudo-acacia halodendron
Caragana halodendron (lat. Caragana halodendron) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda İranda və Şimali-Qərbi Monqolustanda, Zaqafqaziyada və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m, sallaq zoğlara malik, gövdəsinin rəngi qonur koldur. Bitkinin yarpaqlaması mürəkkəb, 3-6 cüt gümüşü cütlələkvari çılpaq yarpaqlardan ibarətdir. Yarpaqların üzəri bozumtul, gümüşü tükcüklərlə örtülmüş olur. Uc hissədəki tək yarpaq tikanla əvəz olunmuşdur. Bu tikanlar qışda yarpaqcıqlar töküldükdən sonra saplaqlarla birlikdə gövdə üzərində uzun müddət qalır. Yarpaqaltlıqları bizvari tikanlara çevrilmişdir. Çiçəkləri 2-3 ədəd olmaqla yarpaqların qoltuğundakı salxımlarda yerləşir.
Prevo
Prevo (fr. prévôt — rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. == Ədəbiyyat == Viktor Hüqo — Paris Notr-Dam Kilsəsi, s 7.
Sevda
Sevda — qadın adı və təxəllüs. Sevda Abdullayeva — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Sevda Ağazadə — azərbaycanlı televiziya aparıcısı, ssenarist, diktor, redaktor. Sevda Cəfərova — azərbaycanlı həkim-pediatr, reanimatoloq, neontaloq, tibb elmləri üzrə fəlsəfə doktoru. Sevda Dəmirəl — türkiyəli model və kinoaktrisa. Sevda Həsənova — azərbaycanlı jurnalist. Sevda Mikayılova — azərbaycanlı filoloq, şairə. Sevda Məmmədəliyeva — azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü. Sevda Qarayeva — azərbaycanlı güləşçi. Sevda Qurbanəliyeva — azərbaycanlı alim, sənətşünaslıq doktoru, professor.
Kirk Asevedo
Kirk Asevedo (ing. Kirk Acevedo) — ABŞ-lı aktyor. Oz teleserialında Miguel Alvarez ilə Fringe teleserialındakı Charlie Francis xarakterləri ilə tanınır. İki ALMA Mükafatı qazanan aktyor, fərqli sahələrdə bu mükafata beş dəfə namizəd oldu. 2005-ci ildən bəri Kiersten Warren ilə evli olub bir qız övladı atasıdır. Gəzən ölülər teleserialında qonaq aktyor kimi iştirak edib.
Sevda Abdullayeva
== Həyatı == Sevda Həsən qızı Abdullayeva 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1975-ci ildə Bakıda fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. 1982-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində professor vəzifəsində, 1994-1997-ci illərdə İndiana Universitetində (ABŞ) professor vəzifəsində çalışmışdır. 1997-ci ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Bionanostrukturlar fizikası" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. 2009-cu ildən indiyədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar Üzrə Tədqiqat Mərkəzinin direktoru vəzifəsini icra edir. J.Alfyorov adına Beynəlxalq təhsil və elm fondunun Azərbaycan filialının rəhbəridir. "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə 10 fəlsəfə doktoruna rəhbərlik etmişdir və 1 elmlər doktorunun məsləhətçisi olmuşdur. Beynəlxalq və respublika elmi jurnallarında 200-dən artıq məqaləsi (133-ü xaricdə) və bir kitabı nəşr olunmuşdur. Onlardan 65-i impakt faktorlu jurnallarda çap olunub.
Sevda Axundova
Sevda Ağazadə
Sevda Ağazadə (6 sentyabr 1958, Bakı) — Televiziya aparıcısı. Ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor. == Həyatı == 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşdur. 7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra təhsilini Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur. Anası, dayısı, qardaşı, bacısı və oğlu da oranı bitirmişlər. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürülmüşdür. Orada 5 il işləmişdir. Sonra eşidir ki, AzTV-də müsabiqə var, müsabiqədə iştirak edir və radioda işə düzəlir.
Sevda Cəfərova
Sevda Dəmirəl
Sevda Dəmirəl (türk. Sevda Demirel) — məşhur Türkiyəli model və kino aktrisa. == Həyatı == == Filmoqrafiya == Hiç Bana Sordun mu? (1997) Altın Vuruş (1998) Tutku Suçları (2000) Otostop (1996) Tatlı Kaçıklar (1996) Bay E (1995) === TV Serialları === == Xarici keçidlər == "Emniyet'te 'Sevda' soruşturması" (türk). sabah.com.tr. 1997-07-08. 2018-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-30. "Emniyette `Sevda' depremi" (türk). milliyet.com.tr.
Sevda Hüseynova
Sevda Həsənova
Sevda Həsənova (8 avqust 1970, Mingəçevir) — ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru. == Həyatı == Sevda Həsənova 8 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olub. 1988-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994–2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildə ANS-Press Nəşriyyat Evinin "Hesabat" jurnalında xüsusi icmalçısı, 2007-ci ildə www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru olub. 2007–2009-cu illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olub. 2008-ci ilin sentyabr ayından 2009-cu ilin iyun ayınadək ANS Müstəqil Yayım və Media Şirkətində (ANS-TV) "Daha Doğrusu" verilişinin aparıcısı işləyibdir. 2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin Baş Direktoru olub. 2011-ci ilin yanvarından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Baş direktoru olub. 2012-ci ilin noyabrından ANS TV-nin Proqram Departamentinin rəhbəri olub.
Sevda Mikayılova
Sevda Məmmədəliyeva
Sevda Yusif qızı Məmmədəliyeva (14 noyabr 1946, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini (1999–2023), alim, fəlsəfə elmləri doktoru, professor, əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü (2001), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024). == Həyatı == Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır. Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970–1983-cü illərdə AMEA-nın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illərdə S. Məmmədəliyeva böyük elmi işçi (1974) və dosent (1983) elmi adlarına yiyələnmişdir. S. Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir. 1987-ci ildə S. Məmmədəliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda bir illik stajirovka keçir. 1994-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında 090011 – "Sosial fəlsəfə" ixtisası üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edir və fəlsəfə elmləri doktoru elmi dərəcəsi alır (1994). 1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S. Məmmədəliyeva "Bilik" Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.
Sevda Qurbanəliyeva
Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996). == Həyatı == Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib. O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib. 1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib. 1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür. 2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir.
Sevda Süleymanova
Sevda Süleymanova (tam adı: Sevda Yunis qızı Süleymanova) — tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini. == Həyatı == Sevda Süleymanova 1954-cü il yanvarın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 199 saylı orta məktəbi bitirdikdən (1961-1971) sonra Azərbaycan Dövlət Universitetində (1971-1976) təhsil almışdır. == Elmi fəaliyyəti == Sevda Süleymanovanın elmi fəaliyyəti kommunist partiyası və sovet totalitar rejimindən müstəqil Azərbaycana keçid zamanı tarixçi alimlərin qarşılaşdığı kəskin kontrastı əks etdirir. Belə ki, o, “Azərbaycan Kommunist Partiyasının ilk partiya təşkilatlarının rolunu artırmaq sahəsində fəaliyyəti (1976-1980-cı illər)”mövzusunda namizədlik disertasiyasını 1990-cı ildə müdafiə etmişdir. Burada Sevda xanım mümkün olduğu dərəcədə obyektiv olmağa çalışmışdır.Artıq müstəqil Azərbaycan şəraitində Sevda Süleymanova “Azərbaycanda ictimai-siyasi hərəkatın yaranması və inkişafı (XIX əsrin sonu ХХ əsrin əvvəli)”, mövzusunda doktorluq disertasiyasını 2003-ci ildə müdafiə etmişdir. Həmin ildə Bakıda “Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri” mövzusunda beynəlxalq Elmi Sessiyada “Bakının azad edilməsinə dair” məruzə ilə çıxış etmişdir. Yenə 2003-ci ildə “Vektor” beynəlxalq elmi mərkəzi tərəfindən “XXI əsrin tanınmış xanımı”, 2006-cı ildə isə “XXI əsrin Azərbaycan ziyalıları” beynəlxalq diplomları ilə təltif olunmuşdur. 2007-ci ildən Azərbaycan kütləvi informasiya işçilərinin həmkarlar ittifaqının “Qızıl qələm” fəxri media mükafatı laureatıdır. 17-21 iyun 2008-ci ildə “Qadınlar və İctimai sfera” mövzusunda beynəlxalq konfransda, 13-14 sentyabrda isə “Azərbaycan dövlətçilik ənənələrinin tarixi” mövzusunda Azərbaycan xalq Cumhuriyyətinin qurulması və bakının azad edilməsinin 90 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak etmişdir.
Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir. == Təhsili və elmi fəaliyyəti == 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır. 1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.
Şəvqo
Şəvqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Şav (şəv) talış dilində "gecə", qo "yer" deməkdir.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.