Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Firuz Qureşli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1993(1993-12-02) |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 2020(2020-10-10) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Xidmət illəri | 2018-2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur.
2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdə gedən döyüşlərdə həlak olmuşdur. Külüs kənd məzarlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Firuz Qureşli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Firuz Qureşli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]