Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şah Mahmud Qureyşi
Məhdum Şah Mahmud Qureyşi (ing. Shah Mehmood Qureshi, 22 iyun 1956) — Pakistanın xarici işlər naziri. == Həyatı == 1956-cı il iyunun 22-də Maridə anadan olmuşdur. 1978-ci ildə Pəncab Universitetini bitirmişdir, ixtisasca aqronomdur.1983-cü ildə Kembric Universitetinin magistraturasında təhsil almışdır. 1985-1988, 1988-1990 və 1990-1993-cü illərdə Pəncab əyalət assambleyasına üzv seçilmişdir. 1988-1990-cı illərdə Pəncab əyalətinin Planlaşdırma və İnkişaf Naziri. 1990-1993-cü illərdə Pəncab əyalətinin Maliyyə Naziri. 1993-1996-cı illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 1994-1996-cı illərdə Parlament işləri üzrə dövlət naziri olmuşdur. 2002-2007-ci illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir.
Əbu Həmzə Qureyşi
Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي‎ ; v. 3 fevral 2022, Atme[d]) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir. Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır. O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.
Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d]) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Qureyş
Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır. == Qureyşin ataları == Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir. Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir.Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır. Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır. Xaraba vəziyyətindəki Kəbəni bərpa etdirdi.
Qureyş Surəsi
Qureyş surəsi (ərəb. سورة قريش‎ (oxunuşu: surəh qureyş)) - Quranın 106-cı surəsi. Məkkədə nazil olmuşdur, 4 ayədir.
Firuz Qureyşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. == Hərbi xidməti == 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Qreysi Karvalyo
Qreysi Karvalyo (23 iyul 1990, San-Joze-dus-Kampus[d], San-Paulu ştatı) – Braziliya modeli. The Lions (Nyu-York, Los-Anceles), Oui Management (Paris), Why Not Model Management (Milan), Select Model Management (London) agentlikləri ilə əməkdaşlıq edir. == Karyerası == Qreysi Karvalyo modellik karyerasına 2007-ci ildə 18 yaşında ikən San-Pauluda yerli müsabiqəyə daxil olduqdan sonra başlamışdır. 2008-ci ildə Dəb həftəsində debüt etmişdir. Rio Dəb Həftəsinin ən çox təklif alan modeli olmuşdur: 39 dəb şousunun 35-ində podiuma çıxmışdır. Dəb həftəsindəki uğurlarından, "L'Officiel" jurnalının üz qabığında göründükdən və "Vogue", "Elle" kimi jurnallarda bəhs edildikdən sonra Marilyn agentliyi ilə müqavilə bağlamışdır. Burberry brendi, Karl Lagerfeld, Ralf Loren, Vera Vonq və Vivianna Vestvud kimi dizaynerlər üçün modellik etmişdir.2009-cu ilin payızında ilk dəfə Nyu-York və Parisin dəb həftələrində podiuma çıxmış, Karoliaa Herrera, Maks Azriya, Cambattista Valli və Stella Makkartni kimi dizaynerlər üçün modellik etmişdir. Miu Miunun yeganə rəng modeli olmuşdur. 2009-10-cu illərdə DKNY moda evinin, 2010-cu ildə Tommy Hilfinger brendinin siması olmuşdur.Karvalyo qadınalt platarları, çimərlik geyimləri və kataloq modelliklərinə görə məşhurdur, H&M, Next və Calzedonia brendləri üçün modellik etmişdir. 2010 və 2015-ci illərdə Victoria's Dəb Şousunda podiumda çıxış etmişdir.
Güdəyli
Gideyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gideyli kəndi Dağətəyi ərazidə yerləşir. Kəndin adı XIX əsrdə Haputlu Gideyli kimi qeyd olunmuşdur. Haputlu adlı kəndlərin əhalisi Quba qəzasından gəlmələrdir. Orta Asiyanın şərqində qırğız buqu qəbiləsində, həmçinin Altayda xemçik tuva tayfası tərkibində gedey tayfa adına rast gəlinir. Bu da oykonimin türk mənşəli tayfa adından yarandığını sübut edir. Sonralar adın əvvəlindəki Haput sözü düşmüşdür. == Əhali == Əhalisi 305 nəfərdir ki onunda 140 nəfəri kişi, 165 nəfəri qadındır.
Güneyli
Güneyli (Cəlilabad) — Azərbaycanda kənd. Güneyli (Ərdəmli) — Türkiyədə kənd.
Adapazarı gürzəsi
Adapazarı gürzəsi (lat. Vipera barani) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Yarımnövlər əmələ gətirmir. == Təsviri == Dişilər 60 sm, erkəklər isə 54,5 sm uzunluğa malik olurlar. == Yayılması == Türkiyənin şimal-qərbi.
Anadolu gürzəsi
Anadolu gürzəsi (lat. Montivipera albizona) — gürzəkimilər fəsiləsinin kiçik asiya gürzəsi cinsinə aid biki növü. == Anadolu gürzəsi == Mərkəzi Türkiyədə yaşayan gürzə ailəsinin bir növ zəhərli ilanı. == Təsviri == Bir çox fərdləri kiçik olsa da, Anadolu gürzəsi 78 sm uzunluğa çatır. [3] Başı nisbətən böyükdür, boyundan açıq şəkildə ayrılır. Ağız yuvarlaq və kiçik pulcuq ilə örtülmüşdür. Burun açılması tək qalxan içərisində kəsilir. Göz qapaqları ilə sıx bağlı olan böyük supraorbital plitalar var . Bədəni 23 satır pulcuq ilə örtülmüşdür. Rəngi Qəhvəyi bozdur.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Avisen gürzəsi
Avisen gürzəsi (lat. Cerastes vipera) — Buynuzlu gürzələr cinsinə daxil olan zəhərli ilan növü. Yarımnövlərə ayrılmır. == Təsviri == Bu növün ümumi uzunluğu 50 sm təşkil edir. Başları enli və düz, bədənləri isə kökdür. Göz ətrafında buynuzvarı pulcuqlara sahib deyildir. Bədəninin yan hissələrində olan pulcuqlar xırdadır. Bədəninin ümumi rəngi qumlu-qonurdur. Quyruğunun sonu qara rəngdədir. == Ekologiya == Ədsasən qumlu səhralarda yaşayır.
Darevski gürzəsi
Darevski gürzəsi (lat. Vipera darevskii) — Gürzələr fəsiləsinə daxil olan ilan növü. Dişilər erkəklərdən iri olur. Dişilər 40 sm, erkəklər isə 25 sm olur. İlan öz adını İlya Sergeyeviç Darevskinin adında götürmüşdür. İlk dəfə Ermənistanda aşkarlanmışdır. == Xariçi görünüşü == Erkəklərin quyruğu 39-43 sm, dişilərdə isə 45-50 sm olur. Başı iri sonucu isə yumrudur. Gürzələrin rəngi sarı-boz və ya sarı-qəhvəyi olur. Bədənində ziqzaqvari zolaq keçir.
Dinnik gürzəsi
Dinnik gürzəsi (Vipera dinniki) — Əsl gürzələr cinsinə aid ilan növü. Rus zooloqu Nikolay Yakovleviçin şərəfinə adlandırılmışdır (1847–1917). == Görünüşü == Dinnik gürzəsi 500–550 mm uzunluğa malik olur. Quyruğu isə 30–80 mm-dir. Bədənin üzəri boz-yaşıl, narıncı, və qəhvəyi rəng calarlarında olur. == Yayılması == Dinnik gürzəsi Böyük Qafqazın yüksək dağlıq ərazilərində yayılmışlar. Onlara Rusiya, Gürcüstan və Azərbaycanda yayılmışlar. Azərbaycanda Zaqatala Dövlət Təbiət qoruğu ərazisində rast gəlinə bilər. == Həyat tərzi == Dinnik gürzəsi qafqaz gürzəsinfən fərqli olaraq düzən ərazilərdə yayılmışlar. Onlara əsasən 1500 metrdən 3000 m hündürlüyə qədər olan ərazilərdə rast gəlinir.
Firuz Qureşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. == Hərbi xidməti == 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Güneyli (Cəlilabad)
Güneyli, Badamağac (?-2015)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Badamağac kəndi Güneyli kəndi adlandırılmışdır.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. == Görünüşü == Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. == Yayılması == Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.
Lotiyev gürzəsi
Lotiyev gürzəsi (Vipera lotievi) — Əsl gürzələr cinsinə daxil olan ilan növü. Rus herpetoloqu Konstantin Lotiyevin şərəfinə adlandırılıb. == Görünüşü == Lotiyev gürzəsi çöl gürzəsinə çox bənzəyir. Əsas fərqləri isə Lotiyev gürzəsinin nisbətən enli və başının yumru olması ilə fərqlənir. Rəngi parlaq-boz və ya boz qəhvəyi olur. Uzunluğu 500 mm təşkil edir. == Yayılması == Lotiyev gürzəsi əsasən Şimali Qafqazın Kabarda-Balkariya, Şimali Osetiya, Çeçenistan, İnquşetiya və Dağıstan ərazilərində, üstəlik Gürcüstanın dağlıq ərazilərində yayılmışdır. Son zamanlar bu canlılara Azərbaycanda belə rastlanılır. Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb. Hec bir yarımnövü yoxdur.
Milos gürzəsi
Milos gürzəsi (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır. == Yayılması == Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan). == Təsviri == Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır.
Mimizuku gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Nikolski gürzəsi
Nikolski gürzəsi (lat. Vipera nikolskii) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Öz adını rus zooloqu Aleksdandr Nikolskinin adından almışdır. == Təsviri == Bədəninin uzunluğu 765 mm, quyruğunun uzunluğu isə 80 mm təşkil edir. Ümumi uzunluqları nadir hallarda 1 metri keçir. Dişilər erkəklərdən iri olur. Başı iri, enli, nisbətən qabarmış olur və boynundan asanlıqla seçilir. Bədəninin orta hissəsindən 20–23 cərgə pulcuq keçir. Yetkin fərtdlər bir qayda olaraq qara rəngdə olurlar. Üst dodaq nahiyəsində bəzən ağ nöqtələr olur.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Qafqaz gürzəsi
Vipera kaznakovi (lat. Vipera kaznakovi) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinin əsl gürzə cinsinə aid heyvan növü. Qafqaz muzeyinin direktoru müavini Aleksandr Nikolayeviç Kaznakovun şərəfinə adlandırılıb. == Görünüşü == Gürzənin uzunluğu 475 mm, dişilərdə — 600 mm təşkil edir. Quyruqları 7 — 8 sm olur. Başı kifayət qədər enli olur. Nadir hallarda bütünlüklə qara rəngli olanını görmək olar. Yuxarı hissəsi qara, boğazı ləkəsiz qara olur. Ümumilikdə isə qırmızı və narıncı rənglər üstünlük təşkil edir. Balalar isə qırmızı-qəhvəyi rəngdə olur.
Vaqner gürzəsi
Vaqner gürzəsi (lat. Vipera wagneri) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Növ alman araşdırmaçısı, Moris Vaqnerin şərəfinə adlandırılmışdır. O, il dəfə bu növə aid nümunələri 1846-cı ildə toplamışdır.. Bədənlərinin uzunluqları 70–95 sm arasında dəyişir. Erkəklər boz, dişilər isə nisbətyən qəhvəyi rəngdıə olur. Qarın nahiyəsi parlaq sarı olur. Üstəlik qara nöqtələrə sahib olur. Bu növ gürzələr Türkiyənin şərqində, Van gölü şimalındakı ərazilərdə, İranın qərbində 1200–2000 hündürlüyü olan ərazilərdə yayılmışdır. Onlar bitki örtüyündən məhrum olan qayalı ərazilərdə, bulaqların yaxınlığında yaşayırlar.
Şamaxı gürzəsi
Şamaxı gürzəsi və ya Şamaxı başıqalxanlısı (lat. Vipera shemakhensis) — Gürzələr fəsiləsinə, Əsl gürzələr cinsinə aid növ. == Görünüşü == Boz, qəhvəyi rənglərdə olur. Bədəninin ortasından tünd qəhvəyi ziqzaq şəkilli zolaq keçir. == Yayılması == Azərbaycanın endemik canlısıdır. Əsasən Azərbaycanın şimal-şərq ərazilərində yayılmışdır. Xüsusi ilə Şamaxı rayonu ərazisində daha geniş areala malikdir. Elə öz adını da aşkarlandığı rayonun adından götürmüşdür. Əsasən quru daşlı dağ yamaclarında yayılmışlar. == Xüsusiyyətləri == Uzunluğu 55–60 sm-ə qədər olur.