Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beynimdə qəribəlik (roman)
Beynimdə Qəribəlik — Orxan Pamukun 2014-cü ildə nəşr edilən romanı bu cümlə ilə başlayır: "Boza satıcısı Mövlud Qaradaşın həyatı, macəraları, xəyalları və dostlarının hekayəsidir və 1969–2012-ci illər arasında İstanbul həyatının bir çox insanların gözündən izah edilən bir rəsmidir". == Məzmunu == "Beynimdə qəribəlik vardı, içimdə də nə o zamana, nə o məkana aidlik duyğusu". — William Wordsworth, Prelüd-dən sitat. "Beynimdə qəribəlik" həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı (yalnız bir dəfə toy mərasimində ötəri gördüyü) sevgilisinin İstanbuldakı həyatlarından danışır. İyirmi beş yaşında kəndindən bir qız qaçırdı (yanlış qızı qaçırır); Qəribə bir şey oldu, onun bütün həyatını təyin etdi. İstanbula qayıtdı, evləndi, iki qızı oldu. Mövlud 1969–2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir.
Qəribli
Qəribli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Şahmar Qəribli — azərbaycanlı rejissor, aktyor. İslam Qəribli — f.e.d, yazıçı-ədəbiyyatşünas, Kəndlər Qəribli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qəribli (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Musa Qəribli
Qəribli (Ağdaş)
Qəribli — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qəribli kəndi Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qəribli kənd inzibati ərazi vahidi yaradılmışdır.
Qəribli (Tovuz)
Qəribli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. Yerli məlumata görə, kəndi vaxtilə Qərib adlı şəxs saldığına görə belə adlanmışdır. Əslində, bu tipli oykonimlər başqa yerdən gəlmiş, köçmüş ailələrin məskunlaşması ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Zəyəmçayın sahilində, Haçaqaya dağının ətəyində yerləşir. Kənddə Qəribli kənd kitabxana filialı, Qəribli kənd klubu fəaliyyət göstərir. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənd ərazisində Haçaqaya ziyarətgahı yerləşir Kənddə Qəribli kənd həkim məntəqəsi yerləşir.
Qəribli bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İslam Qəribli
İslam Eynəli oğlu Qəribli (5 may 1954, Molalan, Lerik rayonu) — f.e.d, yazıçı-ədəbiyyatşünas, "Qızıl Qələm" mükafatı laureatı. İslam Eynəli oğlu Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, orta təhsilini isə qonşu Şingədulan kənd orta məktəbində tamamlamışdır. 1971–1975-ci illərdə ADPU-nun filologiya fakültəsində oxumuş, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1975 −1979-cu illərdə Biləsuvar rayonunun Əmənkənd kəndində müəllim və tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış, 1979–1990-cı illərdə Lerik payonunun Murya, Kaqoy, Molalan kəndlərində müəllim və məktəb direktoru olmuşdur. 1990-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunmuş, hazırda həmin İnstitutun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması adlı namizədlik, "M. Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında(1905–1920)" adlı doktorluq dissertasiyasının müəllifidir. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. İ. Qəribli aşağıdakı kitabların müəllifidir: "Ağçaydan başlanan yol", Bakı, "Ozan" nəşriyyatı −1997, 72 səh., tirajı 500 (Redaktoru Allahverdi Məmmədli) "Sönməyən ocaq", Bakı, "Mütərcim" nəşriyyatı −1997, 432 səh., tirajı 1000(Məsləhətçi filologiya elmləri doktoru, prof. Xeyrulla Məmmədov, redaktoru Allahverdi Məmmədli) "Məhəmməd Hadinin "İnsanların tarixi faciəlıəri, yaxud əlvahi-intibah" poeması, Bakı, "Elm" nəşriyyatı-2001, 121 səh., tirajı 500(Kitab AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
Şahmar Qəribli
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Aysel Qəribli
Aysel Nizami qızı Qəribli — Azərbaycanlı alim, ən gənc Filologiya üzrə elmlər doktoru (33 yaş), dossent, Türkologiya jurnalının məsul katibi. Azərbaycanda elmlər doktoru elmi dərəcəsini almaq üçün müdafiə edən ən gənc alim. == Həyatı == Aysel Nizami qızı Qəribli 6 mart 1990-cı ildə Qazax şəhərində anadan olub. 2007–2012-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsində elmi fəaliyyətinə başlayıb, 2013-cü ildə Tətbiqi dilçilik şöbəsinə keçib. 2012–2014-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində magistr pilləsini oxuyub. 2013-cü ildə "Azərbaycan dili qloballaşan dünyada" adlı kitabı dərc olunub. 2014–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışıb. 2015-cil ildə "Azərbaycan təriqət şeirinin leksikası" adlı kitabı nəşr edilib. 2017-ci ildə "XIX əsr təriqət şeirinin lüğət tərkibi" mövzusunda dissertasiya işini müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi adını alıb.
İsmayıl Qəribli
İsmayıl Cavanşir oğlu Qəribli (10 yanvar 1984, Axaməd, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı. İsmayıl Qəribli 10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. 2005–2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir.2007–2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində məsləhətçi, 2009–2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 oktyabr 2015-ci il tarixli 325–04/S nömrəli sərəncamı ilə İsmayıl Cavanşir oğlu Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2020-ci il tarixli 49-VI FR nömrəli fərmanı ilə İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin edilmişdir. 2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin "Hüquq fənləri" kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir.
Qəribli bələdiyyəsi (Tovuz)
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Qəriblər
Qəriblər — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 1795 nəfərdir. Digər keçmiş adı Siyobırondur. Qəriblər həmin kənddə məskunlaşmış nəslin adıdır. Siyobıron isə talış dilində “qaratikanlıq” mənasındadır. Kənddə Qəriblər kənd məscidi dini icması fəaliyyət göstərir.
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qəribi
Qəribi — XVI əsr Azərbaycan şairi, Səfəviyyə təriqətinin üzvü, I İsmayılın saray şairi. Qəribi irsi iqamətgahı olan Bozüyük mahalında Şeyx Səfiəddinin valisi Manteşə tayfasından olan Sufi Hacı Müslihəddin Əmir Xanın ailəsində doğulub. Şairin özünün dediyinə görə, atası savadlı və dindar olmaqla yanaşı, zəngin və xüsusi ictimai statusa malik idi. Qəribi mistik yola erkən girişi atasından almış, Osmanlı sultanı I Səlimin dövründə, Qəribinin on yaşı olarkən sünni üləmalarından olan atasının qızılbaşlar tərəfindən zülmə məruz qalaraq edam edilməsini ilə təlimi yarımçıq qalmışdır. Bundan sonra Qəribi Səfəvi ordeninə qoşularaq I Şah İsmayılın saray şairi olur. 1520-ci illərdə onun Osmanlı İmperatorluğunda olması onun bu torpaqlarda fəaliyyət göstərən Səfəvilərin bir qolu olduğunu göstərir. Qəribi I Şah Təhmasibə həsr etdiyi divanı və dini mübahisələrə dair Azərbaycan dilində “Hekayət-e Yohanna” (“Yunusun tarixi”; Yunus peyğəmbərin kitabı ilə qarışdırılmamalıdır) adlı risaləsi ilə tanınır. Əsərdə təriflər verilir, şahın hakimiyyəti, eləcə də onun atası I İsmayıl, onun məsihçi poeziyasını Qəribi dəfələrlə parafraz və müxəmməs şəklində təqlid edir. Əsər 1558-1576-cı illər arasında yazılmışdır. Qəribinin əsərinin ərəb ("Alzam ən-navaseb") və farsca ("Resala-ye Yohanna") başqa versiyaları da var, lakin onlar natamamdır və hər ikisinin sonu yoxdur.
Qədiməli Əhməd
Zərbəli Qafarov
Zərbəli Vidadi oğlu Qafarov (13 iyun 1990, Gəncə – 8 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zərbəli Qafarov 13 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Zərbəli Qafarov 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008–2010-cu illərdə xidmətini Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sıravi əsgər kimi etmişdir. Zərbəli Qafarov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Zərbəli Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, Tərtər və Goranboy rayonları istiqamətində vuruşmuşdur. Zərbəli Qafarov 8 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Zərbəli Qurbanov
Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu – 2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989) Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir. Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur. Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur. 12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur. 1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır. 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə).
Zərbəli Səmədov
Zərbəli Mirzağa oğlu Səmədov (1 yanvar 1908, Bakı – 4 oktyabr 1979, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1968). Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakıda pedaqoji məktəbi (1927) və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir. Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur. Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Qəribə müharibə
Qəribə müharibə (3 sentyabr 1939 – 8 may 1940) — İkinci dünya müharibəsinin əvvəlindən heç bir hərbi əməliyyatın aparılmadığı 8 aylıq dövrün adıdır. Avropanın bütün böyük gücləri bir-birinə müharibə elan etməsinə qarşılıq, bu dövrdə Almaniyanın işğallarına qarşı irimiqyaslı bir hərbi reaksiya verilməmişdir. Bu müharibə Almaniyada "Sitzkrieg" ("oturan müharibə", Blitzreqə bir göndərmə), Fransada "Drôle de guerre" ("gülməli müharibə") və Polşada "Dziwna wojna" ("qəribə müharibə") adlandırılmışdır. Vinston Çörçill isə bu müharibə üçün Şəfəq müharibəsi ifadəsini işlədib. Alman ordusunun böyük hissəsi Polşada olsa da, Ziqfrid xəttində daha kiçik bir birlik Fransa sərhədini gözləyirdi. Sərhədin digər tərəfində Majino xəttində İngilis və Fransız qoşunları var idi. Bu dövrdə qırıcı təyyarələr arasında çox kiçik miqyaslı toqquşmalar və iti döyüşlər baş verdi. Kral Hərbi Hava Qüvvələri Almaniyaya dair təbliğat broşuraları yayımladı. Sərhədlərində vuruşmayan tərəflər Norveçdə döyüşlə məşğul olacaqlar. Müharibənin başlaması ilə İngiltərə və Fransa Amerika silah istehsalçılarına böyük həcmdə silah sifarişləri verir.
Qəribə valvisiya
Qəribə valvisiya (lat. Welwitschia mirabilis) — Qnetokimilər sinfinə aid velviçiyakimilər sırasının yeganə müasir növü. Namibiya və Anqolaya xasdır. Bitki adətən ingilis dilində "welwitschia" kimi tanınır, lakin tumbo ağacı adı da istifadə olunur. Namada "kharos" və ya "khurub", afrikaansda "tweeblaarkanniedood", Damarada "nyanka", Hereroda "onyanqa adlanır. Qeyri-rəsmi mənbələrdə bitki adətən "canlı fosil" kimi istifadə olunur. Velviçiya, 1859-cu ildə indiki Anqolada bitkini təsvir edən ilk avropalı olan Avstriyalı botanik və həkim Friedrich Velviçin adını daşıyır. Velviç bitkidən o qədər heyrətə gəldi ki, "bir toxunuşun xəyal məhsulu olduğunu sübut etməsindən qorxaraq diz çöküb ona baxmaqdan başqa heç nə edə bilmədi." London Linnean Cəmiyyətindən Dalton Hooker Velviçin təsvirindən istifadə edərək və Namibiyada bitkini müstəqil şəkildə qeydə almış rəssam Tomas Bainesin materialı ilə birlikdə material toplayıb, növləri təsvir etdi. Canlı fosil bitkisi olaraq da bilinən ən uzun ömürlü bitkilərdən biri yenə Afrikada tapılan ən nadir bitki növlərindən biridir. Bu qəribə görünüşlü bitkinin odunlu, qalın, qısa və qalın gövdəsi var.
Qəribə soğan
Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir. Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır.
Qəribə bellevaliya
Qəribə bellevaliya (lat. Bellevalia paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir.
Qəribə İbrahimxəlilova
Qəribə Süleyman qızı İbrahimxəlilova(3 mart 1929, Şəki rayonu)―Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qəribə İbrahimxəlilova 3 mart 1929-cu ildə, Azərbaycan Respublikasının, Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə Böyük Vətən Müharibəsi illərində (1947-1953), Azərbaycan SSR-in, Nuxa (Şəki) rayonunda yerləşən, Lenin adına kalxozda başlamışdır. O, daha sonra həmin kalxozda tütünçülük sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1949-cu ildə onun rəhbərlik etdiyi sektor 3 hektarlıq sahədən hər hektardan 25,9 sentner olmaqla Trapezond növlü tütün məhsulunun yığımını həyata keçirmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1950-ci il Fərmanına əsasən, 1949-cu ildə bütün növ kənd təsərrüfatı məhsulları üzrə icbari tədarükləri yerinə yetirdiyinə və yüksək tütün məhsulu əldə etdiyinə görə İbrahimxəlilova Qəribə Süleyman qızı "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının ictimai rifahının yüksəldilməsində fəal iştirak etmiş, 1959-cu ildən, 1963-cü ilədək Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırışının deputatı olmuşdur. == Şəxsi həyatı == Ailəlidir, 2000-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. O əvvəlcə Timiryazevski rayonunda yaşayıb, hal-hazırda isə Moskvanın Oçakovo-Matveevo rayonunda yaşayır.
Periheli
Periheli [yun. peri – yaxın + yun. helios – Günəş] Günəşin ətrafında dövr edən göy cisimlərinin orbitlərinin Günəşə ən yaxın nöqtəsi. Yer öz orbiti üzrə hərəkətində yanvarın 3-də Günəşə ən yaxın – 147 mln. km məsafədə olur. Buna Yerin Periheli məsafəsi deyilir.
Qurieli
Qurieli ( gürc. გურიელი) və ya Qurielovlar (rus. Гуриеловы) — Quriya knyazlığının suveren knyazlarının (mtavarlarının) soyadı. 1871-ci ildən sonra Qurieli ailəsinin knyazlarının gücü sona çatmışdır. Son hökmdarın əmisioğlu David Qurieli (1802–1856) Qurieli (Qurielovlar) knyazlıq ailəsinin əsasını qoymuşdur. Onun nəsli 1850-ci il fərmanı ilə Rusiya imperiyasının knyazlıq ləyaqətində təsdiqlənmişdir. Rusiya imperiyasında Qurieli ailəsinin knyazları Tiflis quberniyasının şəcərə kitabının beşinci hissəsinə daxil edilmişdir. Долгоруков П. В. Российская родословная книга. — СПб.: Тип. Э. Веймара, 1856.
Zeynəb Zərbəli qızı
Zeynəb Zərbəli qızı (d.1860 – ö.1942) — XIX əsrin qadın aşıqlarındandır. Zeynəb Zərbəli qızı 1860-cı ildə Şirvan bölgəsində Kolanı elatının Goran obasında anadan olmuşdur. Üç oğul, bir qız anası olan Zeynəb 1942-ci ildə 82 yaşında vəfat etmişdir. Bəndəlinin həyat yoldaşı olmuşdur. İndi Bəndəliyev soyadı olanlar Bəndəlinin və Zeynəbin nəvə, nəticə və kötücələridir.. Babası Çürük İslamın yanında böyümüşdür. Zeynəbin atası da şair imiş. Onun bu sənəti seçməsində atasının böyük rolu olub. Zeynəbi çobanları İsmayıl sevsə də ailəsi onun çoban ilə evlənmək istəyinə qarşı çıxıb. Şairənin şeirlərində haqsızlıqlara qarşı üsyan motivləri özünü büruzə verir.
Gergeli Krauş
Gergeli Krauş (25 dekabr 1993-cü ildə anadan olub) — Macarıstanı təmsil edən kişi badmintonçu.
Qeybəli (Sayınqala)
Qeybəli (fars. غيب علي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (19 ailə).