Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir. Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Gərni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur oldu. Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Gərni məbədi
Gərni məbədi — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi. 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır. Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı.
Gərni nahiyəsi
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591-ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal.. Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq). 1590-cı ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli)) 1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Qərbi Almaniya
Almaniya Federativ Respublikası digər adı ilə Qərbi Almaniya — XV əsrdən etibarən Almaniya olaraq adlandırılan dövlətin, İkinci dünya müharibəsindən sonra siyasi və çoğrafi olaraq parçalanması nəticəsində yaranmış iki dövlətdən biri. 1949–1990-cı illər aralığında mövcud olmuş Qərbi Almaniya 1990-cı ildə Almaniya Demokratik Respublikası ilə birləşmişdir. Qərbi Almaniyanın paytaxtı Bonn şəhəri idi. 1989-cu ildə Berlin divarının dağıdılmasının ardından Qərbi Almaniya ilə Almaniya Demokratik Respublikası birləşmiş və nəticədə mövcud Almaniya yaradılmışdır. Soyuq müharibənin başlanğıcında Avropa Qərb və Şərq blokları arasında bölündü. Almaniya iki ölkəyə bölündü. Əvvəlcə Qərbi Almaniya özünü 1871–1945-ci illərdəki Alman Reyxinin demokratik şəkildə yenidən təşkil edilmiş yeganə davamı kimi təqdim edərək, bütün Almaniya üçün müstəsna mandat iddia etdi. Qərbi Almaniyanın üç cənub-qərb əyaləti 1952-ci ildə Baden-Vürtemberqi meydana gətirmək üçün birləşdi və Saar əyaləti 1957-ci ildə Fransa tərəfindən Müttəfiqlər tərəfindən işğal edilmiş Almaniyadan Saar Protektoratı olaraq ayrıldıqdan sonra Qərbi Almaniyaya bir dövlət olaraq qoşuldu (ayrılıq tam qanuni deyildi). Sovet İttifaqının buna qarşı çıxdığı kimi). Nəticədə on ştatdan əlavə, Qərbi Berlin qeyri-rəsmi de-fakto on birinci ştat hesab olunurdu.
Qərbi Antarktida
Qərbi Antarktida, və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957-1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir. Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dənizi və Ueddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.
Qərbi Arpaçay
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Qərbi Asiya
Ön Asiya, Qərbi Asiya və ya Cənub-Qərbi Ön Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur. Hazırda bu region aşağıdakı ölkələri əhatə edir: Fiziki coğrafi mövqeyi. Cənub-Qərbi Asiya dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri olmuşdur. Bu geniş regionda Anadolu, İran yaylaları Mesopotamiya ovalığı, Ərəbistan yarımadası yerləşir. Ön Asiya dağlıq yaylalarında yerləşən Anadolu və İran yaylaları, Əfqanıstan əsasən dağlıq ərazilərdir. Burada hündür dağ silsilələri arasında geniş çökəklər yerləşir. Hinduquş dağları regionun ən hündür dağlarıdır. Mərkəzi hissədə enli qurşaq şəklində uzanan yaylalar Ön Asiya yaylaları adlanır.
Qərbi Avropa
Qərbi Avropa — Avropanın qərbində tarixi-geosiyasi bölgə. Qərbi Avropa ölkələrinin vahid ərazisi Norveç dənizindən Aralıq dənizinədək 5000 km uzanır. Onların ümumi sahəsi 3,8 milyon km²-dir, bu Yer kürəsinin quru ərazisinin 2,5%-nə bərabərdir. Qərbi Avropa iqtisadi və siyasi cəhətdən bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 24 müstəqil dövlət və həmçinin Cəbəllüttariq yerləşir. Bu ölkələrdən dördü G8 qrupuna daxil olan başlıca İnkişaf Etmiş Ölkələrdir. Kiçik dövlətlər olan qalan 14 ölkə (mikrodövlətlər istisna olmaqla) Qərbi Avropada xüsusi mövqe tuturlar. Mikro dövlətlər isə xüsusi qrup əmələ gətirir. Qərbi Avropa dövlətlərinin iqtisadi-coğrafi mövqeyi üç başlıca əlamətlə səciyyələnir. Bir-birinə nəzərən sıx qonşuluq mövqeyi Əksər ölkələrin dəniz sahilində olması və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi Ümumi Avropa əməkdaşlığının inkişafı üçün Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması Dövlət quruluşuna görə Qərbi Avropa ölkələrinin 12-si respublika, digər 12-si isə monarxiyadır. Burada həm federativ, həm də unitar dövlətlər var.
Qərbi Avstraliya
Qərbi Avstraliya (ing. Western Australia) - ərazisinə görə Avstraliyanın ən böyük əyalətidir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Pert şəhəridir.
Qərbi Azərbaycan
Qərbi Azərbaycan — indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (Şurnuxu, Gorus, Basarkeçər və Qafan kimi bir çox kəndlər həmin əraziyə daxildir). XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z. Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur". 10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. Qərbi Azərbaycan mahalları Qərbi Azərbaycan İcması Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az.
Qərbi Benqaliya
Qərbi Benqaliya (benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir (ştatlar arasında 4-cü yer; 2011-ci ilin məlumatına əsasən). 1947-ci ildə Britaniya Hindistanının dağılmasından sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru) Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
Qərbi Ermənistan
Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı imperiyası) şərq bölgəsinə aid bir termindir. Bizans Ermənistanı olaraq da bilinən Qərbi Ermənistan, 387-ci ildə Böyük Ermənistanın Bizans İmperiyası (Qərbi Ermənistan) və Sasanilər İmperiyası (Şərqi Ermənistan) arasında bölünməsindən sonra yaranmışdır. Osmanlı imperiyası daxilindəki millətlərin müstəqillik əldə etməyə başladığı parçalanma dövründə ermənilər arasında da yaranan müstəqillik ideyasını yatırtmaq üçün 1890-cı illərin əvvəllərində əsasən kürd dəstələrindən olmaqla müsəlman xalqları silahlandıraraq Həmidiyə alayları kimi bir birlik meydana gətirildi. Bu birliyin 1894-1896-cı illər arasında həyata keçirdiyi qırğınlar və dövlətin iqtisadi qorxutma siyasətinin yaratdığı aclıq və epidemik xəstəliklər kimi hadisələr nəticəsində erməni əhalisi xeyli itki verdi. 1915-ci ildə qüvvəyə minən Köçürmə Qanunu ilə, Suriya səhrasına sürgün edilən ermənilərin mövcudluğu bölgədə sona çatdı. Mədəni irsin sistematik şəkildə məhv edilməsi bəzi tədqiqatçılar tərəfindən mədəni soyqırım nümunəsi kimi qiymətləndirilir. Keçmişdə bölgədə yaşayan bəzi ermənilər assimilyasiya olmuş və şəxsiyyətlərini gizlədərək həyatlarını davam etdirirlər. Ermənistan İnqilabi Federasiyası kimi tərəflərin söylədiyi irredentist baxışa görə, bu bölgə Böyük Ermənistanın bir hissəsidir və torpaqlar geri qaytarılmalıdır. Bölgə əsrlər boyu Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. Ermənistan İnqilab Federasiyasının töhfəsi ilə 1915-1918-ci illər arasında ermənilər tərəfindən müvəqqəti Qərbi Ermənistan İdarəsi adı altında idarə olunan bölgə 30 1918-ci il 30 oktyabr tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırıldı.
Qərbi Flandiriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Flandriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Folklend
Qərbi Folklend (ing. West Falkland, isp. Isla Gran Malvina) — Folklend adaları arxipelaqının tərkibinə daxil olan ada. Atlantik okeanın cənubunda yerləşir. Şərqi Folklend adasından sonra arxipelaqın ikinci böyük adasıdır. Şərqi Folklend adasından Folklend boğazı vastəsi ilə ayrılır. Adalara Argentina iddia edir Qərbi Folklend adasının sahəsi 4532 km²; sahil xətdinin uzunluğu 1258,7 km təşkil edir. Şərq hissəsi təpəlikdir. Burada Hornbi dağları şimaldan cənuba doğru uzanır. Ən hündür nöqtəsi 700 metr yüksəkliyə malik Adəm dağıdır.
Qərbi Frakiya
Qərbi Frakiya (yun. Δυτική Θράκη, bolq. Беломорска Тракия, Западна Тракия, türk. Batı Trakya) — Yunanıstanın şimal-şərqində tarixi vilayət, Balkan yarımadasının şərqində daha böyük bir tarixi vilayət olan Frakiyanın tərkib hissələrindən biri. Qərbi Frakiya qərbdə Nestos və şərqdə Evros çayları arasında yerləşir. Şimalda vilayət Bolqarıstanla sərhədin keçdiyi Rodop dağları ilə həmsərhəddir. Frakiyanın 1986-cı ilə qədər olan inzibati rayonuna Ksanti, Rodopi və Evros nomları daxil idi. Frakiya həmçinin, 2010-cu ilə qədər Evros nomunun bir hissəsi olan Egey dənizindəki Samotraki adasını da əhatə edirdi. 1986-cı ildən Frakiya Şərqi Makedoniya və Frakiya periferiyasının bir hissəsidir.
Qərbi Kürdüstan
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir. Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır. Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir.
Qərbi Makedoniya
Qərbi Makedoniya — Yunanıstanda bölgə.
Qərbi Miyo
Qərbi Miyo (fr. Millau-Ouest) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1244. Qərbi Miyo kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Miyo kommunasıdır. 2006-cı ildə əhalinin sayı 17 884 nəfər təşkil edirdi.
Qərbi Moldova
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir.
Vərni xalçası
Vərni — mifik dünya, əfsanələr aləmini xatırladan, xovsuz xalçalar növünə aid xalçalar[mənbə göstərin]. Xovsuz xalçalar növünə aid olan Vərni xalçalarının istehsalının əsas mərkəzləri Ağcabədi, Bərdə (Ləmbəran) və Cəbrayıldır[mənbə göstərin]. Vərni Qarabağ, Naxçıvan, İrəvan və Qazax-Borçalı bölgələrində geniş yayılmışdır. Bəzən Muğanda toxunmuş vərnilərə də rast gəlmək mümkündür. Mürəkkəb sarıma üsulu ilə toxunduğuna görə "Vərni" xalçalarının üzərində mürəkkəb naxışlar qoymaq mümkün olurdu. Orta əsrlərdə ornamental naxışlarla zərif hazırlanmış yüksək keyfiyyətli parçalar "perni" və ya "berni" adlandırılırdı. O zamanlar şahlar bayram günlərində və xüsusi təntənəli günlərdə bu parçalardan libas geyinərdilər. Hesab olunurdu ki, bu libası onlara cənnətdən Cəbrayıl adlı mələk gətirmişdir və buna görə də onunla ehtiyatla davranırdılar. Fərz etmək olar ki, sonrakı dövrlərdə ornamental naxışlı, zərif toxunuşlu "Vərni" xalçaları məhz həmin "perni" və ya "berni" adlanan parçalardan toxunmuşdur və adı da bununla bağlıdır. "Verni" xalçaları xalçaçılar tərəfindən "As-tan" adlandırılan 2 hissədən hazırlanır.
Şəfiabad (Gərni)
Şəfiabad — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Gərni qalası
Gərni qalası — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında Gög dağının ətəyində Ellər (12.10.1961-dən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-dən Qarni) kəndində qədim türk qalası.Gərnibasar mahalında e. ə. III–II yüzillərdə inşa edilmiş Gərni qalası və həmin qalada eramızın I yüzilində Arman hökmdarı I Turadat tərəfindən tikilmişdir. Qar-qar\Gər-gər\Her-her türk tayfasının adını daşıyan bu qala eramızdan iki min il əvvəl Gögqan tərəfindən tikilmiş, onun adını daşımış, sonrakı adını isə Göganın da mənsub olduğu Qar-qarlardan almışdır. Bəzi mənbələrdə onun e.ə. 2–3-cü əsrlərində inşa olunduğu göstərilir. Qalanın yerləşdiyi Baş Gərni kəndində qədimdən Türk-Oğuz tayfaları yaşamış, kənd 1827-ci ildə bölgənin ruslar tərəfindən işğalı zamanı yerlə-yeksan edilmişdir. Kəndə ilk ermənilər 1828–1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər. Uzunluğu 314 m. olan qala divarları qalanın şimal tərəfini və şərq tərəfinin yarısını tutur.
Gərni dərəsi
Gərni dərəsi — Ermənistanın İrəvan şəhərindən 23 km şərqdə, eyniadlı kənddən bir qədər aşağıda yerləşən dərə. Vladimir Minorskiyə görə, orta əsrlərdə Bəlazurinin "Kürdlərin çayı" adlandırdığı çay Gərni dərəsi idi. Dərənin yuxarısındakı burnunda b.e. I əsrinə aid Gərni məbədi görünüe. Dərənin kənarları boyunca Qoğt çayı tərəfindən oyulmuş, yaxşı qorunmuş bazalt sütunlardan ibarət qayalar var.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Gernsi
Gernsi (Sarniya; ing. Bailiwick of Guernsey [ˈɡɜrnzi], fr. bailliage de Guernesey [baˈjaʒ də ɡɛʁnəˈzɛ], norm. Guernési) — Çannel adaları hissəsi kimi ingilis Kanalında bir ada. Əhalinin sayı 62 711 nəfərdir (2014). Paytaxt Peter Port. Rəsmi dillər — ingilis, fransız. Gernsi Britaniya tacının əsas sahibidir, lakin Böyük Britaniyanın bir hissəsidir. Gernsinin tac mülkiyyətinin tərkibi, eyni ada adasına əlavə, digər kiçik adaları da əhatə edir. Gernsi AB-nin bir hissəsidir, ancaq AB gömrük ərazisinin bir hissəsidir.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Geri
Geri (ad)
Gərni zəlzələsi (1679)
1679-cu il İrəvan zəlzələsi — 4 iyun 1679-cu ildə İrəvan şəhərində və ətrafında baş vermiş güclü zəlzələ. Zəlzələnin episentri Baş Gərni kəndi yaxınlığında olub. Zəlzələnin maqnitudası 6,4 bal (digər mənbələrə görə 8 bal) gücündə olub. Yeraltı təkanların gücü 9–10 bala çatıb. Bu, Cənubi Qafqaz tarixindəki ən güclü zəlzələlərdən biri hesab olunur. Zəlzələ nəticəsində İrəvan şəhəri ətraf ərazilər güclü zərər görüblər. Nəticədə 20 mindən çox adam xəsarət almış, 7500-dən artıq insan həlak olmuşdur.. İrəvan zəlzələsi 1679-cu il iyunun 4-də baş vermişdir. Zəlzələ nəticəsində İrəvan şəhəri və ətrafı darmadağın olmuşdur. Kanakir, Vəliağalı, Baş Gərni və digər yaşayış məntəqələri yerlə yeksan olub.
Molla Əhməd (Gərni)
Molla Əhməd — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Azadlı (Germi)
Azadlı (fars. ازادلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 416 nəfər yaşayır (83 ailə).
Azərbaycan gerbi
Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır. Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi.
Ağahəsənbəyli (Germi)
Ağahəsənbəyli (fars. اقاحسن بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Germi bölgəsinin Ücarud kəndistanında, Germi qəsəbəsindən 20 km. şimal-şərqdə, Germi-Biləsuvar avtomobil yolunun 14 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (38 ailə).
Ağaməhəmmədbəyli (Germi)
Ağaməhəmmədbəyli (fars. اقامحمدبيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Təzəkənd-Əngut kəndindən 31 km şərqdə, Biləsuvar-Aslandüz avtomobil yolunun 117 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 764 nəfər yaşayır (157 ailə).
Ağaverdili (Germi)
Ağaverdili (fars. آقاوئردیلی‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Germi qəsəbəsindən 32 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 17 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 8 nəfər yaşayırdı. Əhalisini azərbaycan türkləri təşkil edirdi.
Ağdaş (Germi)
Ağdaş (fars. اقداش سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Germi bölgəsinin Qala-Bərzənd kəndistanında, Germi qəsəbəsindən 21 km şimalda, Germi-Ərdəbil avtomobil yolunun 13 kilometrliyindədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə).
Babikəndi (Germi)
Babikəndi (fars. بابي كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə).
Bavariya gerbi
Bavariya gerbi — tarixi və müasir Bavariya dövlətinin gerbi. Gerbin böyük və kiçik forması mövcuddur. Rəsmi olaraq 5 iyun 1950-ci ildə təsdiq edilmişdir. Müasir gerb 1945-ci ildə Eduard Ege tərəfindən dizayn edilmişdir. Gerbdə 4 rüb var: Qızıl şir — Yuxarı Pfalts zonasını təsvir edir. Frankoniya dırmığı — Yuxarı Frankoniya, Mərkəzi Frankoniya və Aşağı Frankoniya zonalarını simvolizə edir. Göy bəbir — Yuxarı Bavariya və Aşağı Bavariyanın simvoludur. Üç şir — tarixi Şvabiya bölgəsini təmsil edir. Kiçik qalxan (alm. Herzschild‎) — Bavariya dövlətini təmsil edir.
Baxışlı (Germi)
Baxışlı (fars. باغشلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 234 nəfər yaşayır (40 ailə).
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.