Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəzni
Qəzni vilayəti (fars. غزنی‎; puşt. غزني) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri, inzibati mərkəzi Qəzni şəhəridir.Vilayətin ərazisi 22.915 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 1111.3 min nəfərdir. Əhalisinin 49%-ni puştunlar, 45%-ni həzaralar (milliyyətindən asılı olmayaraq birinci dil kimi dari dilini istifadə edənlər: bura Azərbaycan əsilli türklər olan qızılbaşlar da daxildir), 4%-ni taciklər və 1%-ə yaxınını hindlilər/siqhlər və başqa azlıqlar təşkil edir. == Vulusvaliləri == Rəşidan (2002-ci ildə əhalisi 29 min nəfər): 96%-i puştunlar, 4%-i həzaralar. Zanaxan (2002-ci ildə əhalisi 12 230 nəfər): 100% puştunlar. Navur (2002-ci ildə əhalisi 91 778 nəfər): 100% həzaralar. Qarabağ (2002-ci ildə əhalisi 218 min nəfər): 55%-i puştunlar, 45%-i həzaralar. Nava (2002-ci ildə əhalisi 29 054 nəfər): 100% puştunlar. Moqur (2002-ci ildə əhalisi 70.9 min nəfər): 99%-i puştunlar, 1%-i həzaralar və taciklər.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Gərni döyüşü
Qarni döyüşü — 1225-ci ildə Gürcüstan çarlığı və Xarəzmşahlar arasında baş vermiş döyüş. Döyüş nəticəsində Gürcüstan çarlığı məğlub edildi və Gürcüstan çariçası Rusudan qərargahını Tiflisdən Kutaisiyə köçürməyə məcbur oldu. == Döyüşdən əvvəl == Bu dövrdə Cəlaləddin Mənguberdi çariça Rusudana məktub yazaraq tabelik göstərməsini istədi. Lakin Rusudan tabe olmaqdan imtina etdi və Cəlaləddinə Monqol imperiyasına məğlub olduğunu xatırladan məktub yazdı. Bundan sonra 1225-ci ildə Xarəzmşah ordusu sərhədi keçərək Gürcüstana daxil oldu və qısa bir müddət sonra iki tərəf arasında ağır döyüş baş verdi. == Tərəflərin hərbi potensialı == Çariça Rusudan əsgər toplamaq üçün Gürcüstan çarlığının bütün bölgələrinə elçilər göndərdi. Bu dövrdə çarlıq muzdlu əsgərlər də daxil olmaqla 100,000 yaxın əsgər toplamaq potensialına sahib idi. Bununla yanaşı gürcülər təhlükəsizlik səbəbindən qüvvələrinin bəzi hissələrini ayırdılar. Beləliklə, Cəlaləddinə qarşı gürcülərin əlində 60–70,000-ə qədər qüvvə var idi. Xarəzmşah ordusunun sayı isə gürcülərdən daha çox idi.
Gərni məbədi
Gərni məbədi - Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi. == Tarixi == 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur.Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969-1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9-10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır. == Qalereya == == İstinadlar == == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, 509-510; А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр.50; Ə.Ələkbərli. Qərbi Azərbaycan, II с.
Gərni nahiyəsi
Gərni nahiyəsi — XIV əsr əsr-XIX əsrlər. İnzibati ərazi. Adı Gərni çayının adındandır. 1591 ci ildə Osmanlı dövründə inzibati-ərazi vahidi. İrəvan əyalətinin nahiyəsi İndiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal..Osmanlı dönəmində Qırxbulaq nahiyəsi davamı olan Qırxbulaq mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə İrəvan qəzası təşkil olmuşdur. 1591-cü ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfalarımız: Karni nahiyədə yaşayan Türkmən tayfaları: Başlı, Ağa Çorum, Əyricə, Göynük, Şərur, Girilücə, Eymir Bulacı, Şirvankəndi, Tuluca, Dikmədaş, Alpavud, Samaqar, Muğanlu, Əli Bəglü (Avşar), Əkrək, Uluxanbəg, Anduvan, Ağacəri, Mustafalu, Almalu, Candarlar, Toquz (Varsaq).1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Yolkəsən kəndi (Qaraqoyunlu (Qəmərli))1728-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Gərni nahiyəsində aşağıdakı kəndlər mövcud idi: Qaraqoyunlu (Qəmərli) == Dağıdılmış kəndlər == 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Gərnibasar mahalında dağıdılmış kəndlərin siyahısı 1. Məsimli, 2. Taytan, 3. Bayraməliqışlağı, 4.
Qərbi Azərbaycan
Qərbi Azərbaycan — İndiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan (Şurnuxu , Gorus və Kafan kimi bir çox kəndlər həmin əraziyə daxildir). XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır. == Tarixi == Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür. 1918–1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Korkodyan özünün "Sovet Ermənistanının əhalisi 1831–1931" kitabında təsdiq edərək yazır: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur" == Müasir dövrdə == 10 may 2020-ci ildə ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən bir video-konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib. == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan mahalları Qərbi Azərbaycan İcması == Xarici keçidlər == Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)). azerbaijan-news.az. 2014-10-14.
Qərbi Benqaliya
Qərbi Benqaliya (benq. পশ্চিম বঙ্গ, Pościm Bôngo) — Hindistanın şərqində ştat. Paytaxtı və ən böyük şəhəri Kəlküttədir. Əhalisi 91 347 736 nəfərdir (ştatlar arasında 4-cü yer; 2011-ci ilin məlumatına əsasən). == Tarixi == 1947-ci ildə Britaniya Hindistanının dağılmasından sonra Benqaliya dini cərəyanlar üzrə bölündü. Bölgənin qərb hissəsi Hindistana (Qərbi Benqal deyilir), şərq hissəsi Pakistana Şərqi Benqal (daha sonra Şərqi Pakistan adlandırıldı) adı verilən bir vilayət olaraq birləşdirildi. Şərqi Pakistan 1971-ci ildə Banqladeş adlı müstəqil bir dövlət oldu. Benqaliyanın bölünməsi bir çox sosial-iqtisadi, siyasi və etnik problemlərin yaranmasına səbəb oldu.
Qərbi Berlin
Qərbi Berlin — 1949–1990-cı illər arası xüsusi statusa malik anklav ərazi. Qərbi Berlin hər tərəfdən ADR-in ərazisi ilə əhatə olunmaqla Şərqi Berlindən daş divarlarla ayrılmışdı. == Tarixi == İkinci dünya müharibəsindən sonra Almaniyanın ərazisi və paytaxtı dört fərqli zonaya bölündü. Şərqi-sovet və üç qərbi-amerika, fransa, ingiltərə ərazilərinə. 1948-ci il iyunun 24-dən Berlinin qərb hissəsi sovet orduları tərəfindən mühasirəyə alındı. 1949-cu il 23 mayda Almaniya Federativ Respublikasının (AFR) yaradılması elan olundu. SSRİ-nin də buna cavabı gecikmədi: 7 oktyabr 1949-cu ildə Şərqi Berlinin müvəqqəti parlamenti-Xalq Soveti-Almaniya Demokratik Respublikasının yaradılmasını elan etdi. Qərbi Berlin-12 şəhər dairəsinədən ibarətdir: Tirqarten, Şarlottenburq, Vilmersdorf, Şpandau (ingiltərə sektoru). Kroysberq, Noylkeln, Tempelxof, Şeneberq, Selendorf, Şteqlic (amerika sektoru). Veddinq, Raini-kendorf (fransa sektoru)Şərqi və Qərbi Berlin arasında ki, sərhəd ilk vaxtlar açıq olmuş və ümumi uzunluğu 155 km idi.
Qərbi Ermənistan
Qərbi Ermənistan (Qərbi ermənicə: Արեւմտեան Հայաստան rom: Arevmıdyan Hayasdan), ermənilərin tarixi vətəninin bir hissəsi və bugünkü Türkiyənin (keçmiş Osmanlı imperiyası) şərq bölgəsinə aid bir termindir. Bizans Ermənistanı olaraq da bilinən Qərbi Ermənistan, 387-ci ildə Böyük Ermənistanın Bizans İmperiyası (Qərbi Ermənistan) və Sasanilər İmperiyası (Şərqi Ermənistan) arasında bölünməsindən sonra yaranmışdır. Osmanlı imperiyası daxilindəki millətlərin müstəqillik əldə etməyə başladığı parçalanma dövründə ermənilər arasında da yaranan müstəqillik ideyasını yatırtmaq üçün 1890-cı illərin əvvəllərində əsasən kürd dəstələrindən olmaqla müsəlman xalqları silahlandıraraq Həmidiyə alayları kimi bir birlik meydana gətirildi. Bu birliyin 1894-1896-cı illər arasında həyata keçirdiyi qırğınlar və dövlətin iqtisadi qorxutma siyasətinin yaratdığı aclıq və epidemik xəstəliklər kimi hadisələr nəticəsində erməni əhalisi xeyli itki verdi. 1915-ci ildə qüvvəyə minən Köçürmə Qanunu ilə, Suriya səhrasına sürgün edilən ermənilərin mövcudluğu bölgədə sona çatdı. Mədəni irsin sistematik şəkildə məhv edilməsi bəzi tədqiqatçılar tərəfindən mədəni soyqırım nümunəsi kimi qiymətləndirilir. Keçmişdə bölgədə yaşayan bəzi ermənilər assimilyasiya olmuş və şəxsiyyətlərini gizlədərək həyatlarını davam etdirirlər. Ermənistan İnqilabi Federasiyası kimi tərəflərin söylədiyi irredentist baxışa görə, bu bölgə Böyük Ermənistanın bir hissəsidir və torpaqlar geri qaytarılmalıdır. == Tarixi == Bölgə əsrlər boyu Osmanlı imperiyası tərəfindən idarə edilmişdir. Ermənistan İnqilab Federasiyasının töhfəsi ilə 1915-1918-ci illər arasında ermənilər tərəfindən müvəqqəti Qərbi Ermənistan İdarəsi adı altında idarə olunan bölgə 30 1918-ci il 30 oktyabr tarixli Mudros sülh müqaviləsinin 24-cü maddəsində “Altı erməni vilayəti” adlandırıldı.
Qərbi Flandiriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. == Əhalisi == Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Flandriya
Qərbi Flandiriya (nid. West-Vlaanderen fr. Flandre occidentale, alm. Westflandern‎)- Belçikanın bir əyalətidir. Şərqi Flandiriya, Eno, Fransa və Niderlandla sərhədlənir. Şimal dənizi ilə yuyulur. İnzibati mərkəzi-Bryuqedir. 64 kommundan ibarətdir. == Əhalisi == Sahə: 3144 кm² Ən hündür nöqtəsi: 156 metr Kemmelberq Əsas çaylar: Eyzer, Leye, Mandel Əhali: 1 159 366 nəfər.
Qərbi Folklend
Qərbi Folklend (ing. West Falkland, isp. Isla Gran Malvina) — Folklend adaları arxipelaqının tərkibinə daxil olan ada. Atlantik okeanın cənubunda yerləşir. Şərqi Folklend adasından sonra arxipelaqın ikinci böyük adasıdır. Şərqi Folklend adasından Folklend boğazı vastəsi ilə ayrılır. Adalara Argentina iddia edir == Coğrafiyası == Qərbi Folklend adasının sahəsi 4532 km²; sahil xətdinin uzunluğu 1258,7 km təşkil edir. Şərq hissəsi təpəlikdir. Burada Hornbi dağları şimaldan cənuba doğru uzanır. Ən hündür nöqtəsi 700 metr yüksəkliyə malik Adəm dağıdır.
Qərbi Frakiya
Qərbi Frakiya (yun. Δυτική Θράκη, bolq. Беломорска Тракия, Западна Тракия, türk. Batı Trakya) — Yunanıstanın şimal-şərqində tarixi vilayət, Balkan yarımadasının şərqində daha böyük bir tarixi vilayət olan Frakiyanın tərkib hissələrindən biri. Qərbi Frakiya qərbdə Nestos və şərqdə Evros çayları arasında yerləşir. Şimalda vilayət Bolqarıstanla sərhədin keçdiyi Rodop dağları ilə həmsərhəddir. Frakiyanın 1986-cı ilə qədər olan inzibati rayonuna Ksanti, Rodopi və Evros nomları daxil idi. Frakiya həmçinin, 2010-cu ilə qədər Evros nomunun bir hissəsi olan Egey dənizindəki Samotraki adasını da əhatə edirdi. 1986-cı ildən Frakiya Şərqi Makedoniya və Frakiya periferiyasının bir hissəsidir.
Qərbi Kürdüstan
Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir.Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır.Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir. Həmçinin, onlara görə, bu dəyərlər muxtar regionun konstitusiyasında, cəmiyyətində və siyasətində əks olunur. Bəzi müşahidəçilər Rojavanın müstəqilliyin yox, bütövlükdə federallaşmış bir Suriya üçün bir model olacağını bildirmişdir.
Qərbi Makedoniya
Qərbi Makedoniya — Yunanıstanda bölgə.
Qərbi Miyo
Qərbi Miyo (fr. Millau-Ouest) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1244. Qərbi Miyo kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Miyo kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 17 884 nəfər təşkil edirdi.
Qərbi Moldova
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. == См. ==
Qərbi Pakistan
Qərbi Pakistan (urdu مغربی پاکستان‎, benq. পশ্চিম পাকিস্তান) — 1947-ci ildə Hindistanın parçalanmasının ardından müasir Pakistan dövlətinin formalaşmasında rolu olan yaradılmış iki eksklavdan biri.1947-ci ildə Britaniyadan müstəqilliyini əldə edəndən sonra Pakistan dövləti fiziki cəhətdən Hindistan Respublikası tərəfindən bir-birindən ayrılmış qərb və şərq qanadları olan iki eksklava ayrılmışdı.
Qərbi Polesye
Qərbi Polesye (pol. Polesie Zachodnie, belar. Заходняе Палессе, ukr. Західне Полісся) — Belarus, Ukrayna və Polşa ərazisinə aid olan etno-tarixi region. == Ərazisi == Regionun qərb hissəsi Polşa (Lyublinskoe Polesye) ərazisinə aiddir. Şimal hissəsi Belarusun Beresteyski-Pinskoe Polesye bölgəsinə, cənub hissəsi isə Ukraynaya (Volınskoe Polesye) aiddir. Geoloji baxımdan ərazinin düzənlik hissəsi kembriyə qədər dövrdə formalaşmış. Bu ərazidən şimalda daş kömür dövrünün çöküntüləri üstünlük təşkil edir. Mezozoyun və kaynazoyun süxurları azlıq təşkil edir.Ərazi daha çox bataqlaşmış və bataqlıq-meşəliklərdən ibarətdir. Meşələrində şam ağacları üstünlük təşkil edir.
Qərbi Qat
Qərbi Qat (hind पश्चिमी घाट), Saxyadri (hind सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). == Geologiyası == Qərbi Qat dağları ayrıca bir sistem deyildir. Silsilə Dəkkən yaylasının bir parçasıdır. Böyük ehtimalla silsilə Qondvananın parçalanması zamanı, 150 mln il öncə meydana gəlmişdir.
Qərbi Qazaxıstan
Qərbi Qazaxıstan (qaz. Батыс Қазақстан) — Qazaxıstan Respublikasın tərkibində iqtisadi region. Onun bir hissəsi Mərkəzi Asiyada, başqa hissəsi isə Şərqi Avropada yerləşir. O Aqtöbe, Qərbi Qazaxıstan, Manğıstau və Atırau vilayətlərdən ibarətdir.Şimaldan Rusiya, cənubda Özbəkistan və Türkmənistan, şərqdən isə Qazaxıstanın Şimalı, Mərkəzi və Cənubi regionları ilə həmsərhəddir, qərbdən Xəzər dənizi, cənub-şərqdən isə Aral dənizi ilə yuyulur. == Əhali == Qərbi Qazaxıstanın bütün vilayətlərində qazaxlar əhalinin tam əhalinin 3/4-ü təşkil edirlər. Beləliklə, bu Qazaxıstanın ən monoetnik regionudur.
Qərbi Rodez
Qərbi Rodez (fr. Rodez-Ouest) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1245. Qərbi Rodez kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 22 017 nəfər təşkil edirdi.
Qərbi Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Qərbi Sahara
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Qəzni (şəhər)
Qəzni — Əfqanıstanda şəhər.
Şəfiabad (Gərni)
Şəfiabad — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
Gərni qalası
Gərni qalası — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ kənarında Gög dağının ətəyində Ellər (12.10.1961-dən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-dən Qarni) kəndində qədim türk qalası.Gərnibasar mahalında e. ə. III–II yüzillərdə inşa edilmiş Gərni qalası və həmin qalada eramızın I yüzilində Arman hökmdarı I Turadat tərəfindən tikilmişdir. == Tarixi == Qar-qar\Gər-gər\Her-her türk tayfasının adını daşıyan bu qala eramızdan iki min il əvvəl Gögqan tərəfindən tikilmiş, onun adını daşımış, sonrakı adını isə Göganın da mənsub olduğu Qar-qarlardan almışdır. Bəzi mənbələrdə onun e.ə. 2–3-cü əsrlərində inşa olunduğu göstərilir. Qalanın yerləşdiyi Baş Gərni kəndində qədimdən Türk-Oğuz tayfaları yaşamış, kənd 1827-ci ildə bölgənin ruslar tərəfindən işğalı zamanı yerlə-yeksan edilmişdir. Kəndə ilk ermənilər 1828–1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər. == Memarlıq quruluşu == Uzunluğu 314 m. olan qala divarları qalanın şimal tərəfini və şərq tərəfinin yarısını tutur.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Germi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Gernsi
Gernsi (Sarniya; ing. Bailiwick of Guernsey [ˈɡɜrnzi], fr. bailliage de Guernesey [baˈjaʒ də ɡɛʁnəˈzɛ], norm. Guernési) — Kanal Adaları hissəsi kimi İngilis Kanalında bir ada. Əhalinin sayı 62 711 nəfərdir (2014). Paytaxt Peter Port. Rəsmi dillər - ingilis, fransız. Gernsi Britaniya tacının əsas sahibidir, lakin Böyük Britaniyanın bir hissəsidir. Gernsinin tac mülkiyyətinin tərkibi, eyni ada adasına əlavə, digər kiçik adaları da əhatə edir. Gernsi AB-nin bir hissəsidir, ancaq AB gömrük ərazisinin bir hissəsidir.
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Gərni zəlzələsi (1679)
İrəvan zəlzələsi — 1679-cu ildə İrəvan zəlzələsi. == Tarixi == 1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə yeksan etmişdi. İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb: Daşı-daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə yeksan oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə yeksan olan şəhəri dirçəldənlər viranəlik-xarabalıq üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar.
Molla Əhməd (Gərni)
Molla Əhməd — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Gərnibasar mahalı ərazisində kənd.
ABŞ gerbi
ABŞ gerbi (ing. Great Seal of the United States) — Amerika Birləşmiş Ştatlarının dövlət gerbi.
Abbasəlili (Germi)
Abbasəlili (fars. عباس عليلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Təzəkənd-Ənqut kəndindən 24 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 27 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (81 ailə).
Allahyarlı (Germi)
Allahyarlı (fars. اللهيارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (17 ailə).
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Argentinanın gerbi
Argentina Respublikasının gerbi (ispanca: Escudo de armas de la República Argentina) 1944-cü ildə təsdiqlənmişdir. Əslində isə onun bir qədər fərqli forması 1813-cü ildə Baş Təsis Məclisinin möhrü olmuşdur.¹ Gerbin dizaynının kimə məxsus olması bilinməsə də, burada əsasən 3 nəfərin - Alvear, Monteagudo və Vieytes adı çəkilir. Lakin, bundan bir neçə il əvvəl prezident Bernardino Rivadavianın Perulu Antonio Isidoro Castrodan Argentina gerbi hazırlamağını istəməsi məlumdur. O dövrdə hələ, gerblər bayraqların üzərində göstərilmirdi, Buenos Aires doğumlu hərbi lider Manuel Belgrano gerbi bayrağın üzərinə çəkməyi əmr etdi və həmin bayrağı San Salvador de Jujuy şəhərinə verdi.² Gerbin zirvəsində qızılı-sarı rəngli May günəşini görə bilərik. Bu həm də Argentinadanın bayrağında öz əksini tapmışdır. Doğan günəş Argentinanın yüksəlişini simvolizə edir, Argentinanın himninin ilk versiyasında da deyildiyi kimi, "yeni və şanlı bir millət yerin səthindən yüksəlir" ("se levanta a la faz de la tierra una nueva y gloriosa nación"). Gerbin mərkəzində təsvir olunan iki əl Argentinanın müxtəlif əyalətlərinin birləşməsini, həmrəyliyi təmsil edir. Əllərin birləşdiyi hissədə yerləşən nizə (çubuq) gücü və nizənin başında yerləşən firigiya papağının əks etdirdiyi azadlığı qorumaq istəyini simvolizə edir. Gerbdə yer alan Firigiya papağı Fransız inqilabında olduğu kimi qırmızı rəngdədir.* Mavi və ağ rənglər bayraqda olduğu kimi Argentina səmasını özündə əks etdirir. == Maraqlı fakt == "Smurfs" ("Şirinlər") cizgifilmində bütün şirinlər ağ Firigiya papağı taxdığı halda, Şirin Baba qırmızı Firigiya papağı taxır.
Ağahəsənbəyli (Germi)
Ağahəsənbəyli (fars. اقاحسن بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ücarud kəndistanında, Germi qəsəbəsindən 20 km. şimal-şərqdə, Germi-Biləsuvar avtomobil yolunun 14 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (38 ailə).
Ağaməhəmmədbəyli (Germi)
Ağaməhəmmədbəyli (fars. اقامحمدبيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Təzəkənd-Əngut kəndindən 31 km şərqdə, Biləsuvar-Aslandüz avtomobil yolunun 117 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 764 nəfər yaşayır (157 ailə).
Ağaverdili (Germi)
Ağaverdili (fars. آقاوئردیلی‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Əngut kəndistanında, Germi qəsəbəsindən 32 km qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 17 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 8 nəfər yaşayırdı. Əhalisini azərbaycan türkləri təşkil edirdi.
Ağtəpə (Germi)
Ağtəpə (fars. اغ تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Xoruzlu kəndistanında, Germi qəsəbəsindən 27 km cənub-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (11 ailə).
Babikəndi (Germi)
Babikəndi (fars. بابي كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə).
Başqırdıstan gerbi
Başqırdıstan gerbi - Rusiya Federasiyasının tərkibinə daxil olan Başqırdıstan Respublikasının dövlət simvolu. 1999-cu il 6 iyul tarixində Başqırdıstan Respublikasının Parlamenti tərəfindən qəbul edilib. Rusiya Federasiyasının Dövlət heraldika reyestrində №164 kimi qeydiyyatdadır. == Təsviri == Başqırdıstan Respublikasının gerbi milli ornamentlərlə çərçivəyə alınmış dairəyə içərisində Salavat Yulayevin abidəsinin doğan Günəşin və onun şüalarının fonunda təsirini təqdim edir. Aşağıda isə xalqın cəsarət rəmzi olan kurayın çiçəklənməsi təsvir edilib. Başqırdıstan Respublikasının dövlət bayrağı rənglərində bəzədilmiş lentin üzərində ağ sahədə belə yazılmışdır: «Başqırdıstan». Gerbin rəngli təsvirində Salavat Yulayevin abidəsi, ornamentlər qızılı, kuray gülü - yaşıl, doğan günəş parlaq-qızılı, günəşin şüaları-sarı, abidə və ornament arasında olan fon- ağ, daxili və xarici ətrafları - tünd-qızılı rənglərdədir. Salavat Yulayev - Başqırd bahadurlarının yürüşlərinə, doğma təbiətə təriflər deyən başqırd milli qəhrəmanı və xalq şairidir. Onun yaradıcılığı hər cür zülmə qarşı mübarizə ruhunda olub ağızdan ağıza ötürülmüşdür. Lakin gerbdə konkret bir şəxsiyyət təsvir olunmayıb.