Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kazan qəsdi
Kazan qəsdi (rus. Казанский заговор) — Polşa və Litvadakı üsyanın başçıları ilə zemlyavolyaçıların razılığına əsasən Volqaboyunda hərbi-kəndli üsyanı qaldırmaq cəhdi. Məqsəd çar hökumətinin hərbi qüvvələrinin bir hissəsini Polşadan uzaqlaşdırmaq idi. Buraxılmış intibahnamə tezliklə üsyana başlamağa, kəndlilərə torpaq vermək üçün yerlərdə inqilabi hakimiyyət orqanları yaratmağa çağırırdı. "Zemlya i volya" təşkilatının mərkəzi və Kazan komitələri isə hesab edirdi ki, üsyanın vaxtı yetişməmişdir. Qəsdin üstü açıldı; iştirakçılardan beş nəfəri güllələndi, qalanları katorqa cəzasına məhkum edildi. == Mənbə == Казан гәсди (1863) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir. Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.
Mikonos sui-qəsdi
Mikonos sui-qəsdi zamanı (1992-ci il 17-Sentyabr) İran kürdlərinin liderləri Sadiq Şərəfkəndi, Hümayun Ərdalan, Fəttah Əbduli və tərcüməçiləri Nuri Dehkürdi Berlindəki Mikonos yunan restoranında qətlə yetirilir. Qətlə görə bir iranlı və iki livanlıya iş kəsildi. == Hadisə == Sui-qəsddən 1-ay öncə İran Təhlükəsizlik naziri Əli Fallahian tv. müsahibəsində xaricdəki müxaliflərə qarşı da qərarlı hücumlar edə biləcəklərini bildirir. O, müsahibəsində qeyd edir: "Biz onları ölkədən kənarda da izləyir, nəzarət altında saxlayırıq. Keçən il biz onlara əsaslı zərbələr endirməyi bacardıq".
Ulduz sui-qəsdi
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi. == Zəmin == Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Corisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi. == Hadisə == 80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.
Özal Sui-qəsdi
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[…], Malatya – 17 aprel 1993[…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır. == Həyatı == Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
İzmir sui-qəsdi
İzmir sui-qəsdi — Türkiyə Respublikası prezidenti Mustafa Kamal Atatürkə 14 iyun 1926-cı il tarixində İzmirdə təşkil edilməsi planlanan sui-qəsd cəhdi. Aralarında köhnə nazirlər, deputatlar və qubernatorların da olduğu bir qrup tərəfindən planlanmış, ancaq həyata keçirilmədən qarşısı alınmışdır. Sui-qəsdin İzmirin Kəməraltı bölgəsində həyata keçirilməsi planlanmışdı. Buradakı kəsişmədə dönmək üçün yavaşlayacaq Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəyin qaldığı Qaffqarzadə hotelindən və Gürcü Yusif ilə Laz İsmayılın olduğu hotelin altındakı bərbər dükanından atəş açılacaq və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi və Kritli Şövki ilə hadisə yerindən qaçılması, sonra isə kiçik gəmi ilə Xiosa keçilməsi planlaşdırılmışdı. Ancaq 14 iyun 1926-cı ildə Kritli Şövqinin İzmir icra hakimiyyəti orqanlarına yazdığı məktubda sui-qəsd və sui-qəsdin kimlər tərəfindən təşkil ediləcəyi barədə məlumat verdi. Bir müddət sonra 4 nəfər həbs edildi və günahlarını etiraf etdilər. Bu hadisədən sonra İzmirə gələn İstiqlal Məhkəməsi heyəti tərəfindən keçirilən iclaslarda hadisənni arxasında daha geniş müxalif qrupun olduğu müəyyən edildi. İzmirdə 26 iyun — 13 avqust günləri arasında mühakimə edilən 40 nəfərdən 2-i qiyabi olmaqla 15-i edamla, biri isə sürgünlə cəzalandırıldı. Bir necə həftə sonra — 2 – 26 avqust günlərində Ankarada olan məhkəmələrdə mühakimə edilən 57 nəfərdən 4-ü edam, 6-sı sürgün, 2-si də həbs cəzasına məhkum edildilər.
20 iyul sui-qəsdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədi ilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
Abdi İpəkçi sui-qəsdi
1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5-6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır. Bu isə qətldə başqa birinin də iştirak etdiyini göstərmişdir. Həmin şəxs Oral Polad olmuşdur. Oral Polad və Məmməd Şənər sui-qəsdi birlikdə planlaşdırmış, Məmməd Əli Şəbəkə isə onu icra edəcək şəxs kimi onlara sonradan qoşulmuşdur. Məmməd Əli Şəbəkə sui-qəsdə görə edama məhkum edilsə də 1979-cu ildə ölkənin ən ciddi qorunan hərbi həbsxanalarından biri Maltepe Hərbi Həbsxanasından qaçırılmışdır. Abdullah Çatlı Bədrəddin Comərd sui-qəsdində əli olduğuna görə axtarışa verilmiş və 1978-ci ilin avqustunda Sakaryada saxlanılmışdır. Buna baxmayaraq o 48 saat sonra sərbəst buraxılmışdır. Uğur Şamçının İpəkçi cinayətinin əsas fiquru adlandırdığı Çatlı 1982-ci ilin fevralında bu dəfə "MHP" cinayəti ilə axtarışa verilmiş, Sürixdə Məmməd Şənər ilə birlikdə saxta pasportla tutulmuş, ancaq yenə də 48 saat sonra azadlığa buraxılmışdır.
Andrey Karlov sui-qəsdi
Andrey Karlov sui-qəsdi (ing. Assassination of Andrei Karlov; rus. Убийство Андрея Карлова) - Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri Andrey Karlova qarşı 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində gercəkləşdirilmiş sui-qəsd. Hadisə səfirin Ankaradaki Müasir Sənətlər Mərkəzində bir rəsm sərgisinin açılışında çıxış etməsi zamanı baş vermişdir. Çevik Polis Alayının əməkdaşı 22 yaşlı Mərd Altındaş səfirə arxa tərəfdən yaxınlaşaraq 5 dəfə atəş açmışdır. Qatilin kameralara düşən görüntülərində səfiri güllələdikdən sonra Allahu Əkbər, Allahu Əkbər deyə bağırdığı Hələbi unutma, Suriyanı unutma, ümmətimiz təhlükəsizlikdə olmadığı müddətcə təhlükəsizlikdə olmayacaqsınız, geri çəkilin, geri çəkilin, Sadəcə ölüm bizi buradan kənarlaşdıra bilər, Bu zülmdə əli olan hər kəs cəzasını çəkəcəkdir - ifadələrini işlətdiklərini görünür.
Avraam Linkoln sui-qəsdi
Avraaam Linkoln sui-qəsdi, 14 aprel 1865-ci ildə Müqəddəs Cümə günü baş verən Amerika vətəndaş müharibəsinin son böyük hadisələrindən biridir. Amerika Birləşmiş Ştatlarının prezidenti Abraham Linkoln, Amerikalı qardaş oğlu adlı tamaşanı həyat yoldaşı və iki qonağı ilə Ford Teatrında seyr edərkən silahla vurulmuşdur. Aktyor və Konfederasiya simpatiyaçısı John Wilkes Booth, digər sui-qəsdçilər Lyuis Pauell və Corc Atzerodt ilə birlikdə, müvafiq olaraq o dövrün xarici işlər naziri William H. Seward və vitse-prezident Andrew Johnsonu öldürməyi planlaşdırdılar. But, xaos yaradacağına və Linkoln, Seward və Johnsonu öldürərək Federal Hökuməti məhv edəcəyinə ümid etmişdi. Booth Linkolnu öldürməyə müvəffəq olsa da, plan ümumi məqsədinə çatmadı. Sewardda da hücum edildi, ancaq o sağaldı. Johnsonu vurmalı olan adam isə panikaya düşərək Vaşinqtona qaçdı. John Wilkes Booth, həddindən artıq cənub tərəfdarı və Konfederasiya adından çalışan bir Marylandli casusu idi. Boothun ilk planı, Lincolnu bazarlıq üçün Konfederasiya həbsxanasına qaçırmaq idi, lakin Linkolnun 11 apreldə afroamerikalıların hüquqları mövzusunda etdiyi nitqinə görə planını dəyişdirərək onu öldürməyə qərar verdi. Booth, Linkoln və həyat yoldaşının Ford Teatrında bir tamaşa izləməyə gələcəyini öyrəndi.
Kamal Türklər sui-qəsdi
Kamal Türklər — İnqilabçı İşçi Peşələri Konfederasiyası qurucusu və ilk ümumi başçısı. İşçi sinifinin əhəmiyyətli kəslərindən Kamal Türklər, 1926-cı ildə Dənizlidə, yoxsul bir ailənin ilk uşağı olaraq doğuldu. Yoxsulluqla keçən bir ibtidai məktəb çağından sonra, gənc yaşda həyatını dərzi çırağı olaraq işə başladı. Daha sonra köynək ustalığı, ayaqqabıçı çıraklığı kimi müxtəlif işlərdə çalışdı. Bu dövrdə, işçi haqqlarıyla əlaqədar fikirləri şəkilləndi. 1944-cü ildə liseydən məzun olan Türklər, ehtiyat zabit olaraq əsgərliyini etdi və 1946-cı ildə tamamladı. Dənizlinin Tavas mahalında bir il dövlət məmuru olaraq vəzifə yerinə yetirdi. 1947-ci ildə İstanbul Hüquq Fakültəsinə kaydoldu. Bu dövrdə həyatını Bakırköy Emayetaş fabrikində işçilik edərək qazandı. Sendikal həyatı da bu iş sayəsində başladı.
Şinzo Abe sui-qəsdi
Şinzo Abe sui-qəsdi — 8 iyul 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Nara prefekturasının Nara şəhərindəki Yamato-Saydayci stansiyasının yaxınlığında yerli vaxt ilə saat 11:30 ( UTC+9 ) radələrində seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsdə məruz qalması nəticəsində o, ağır yaralanmış və ölmüşdür. == Atəş açılması == 8 iyul 2022-ci ildə Şinzo Abe 10 iyul bazar gününə təyin edilmiş yuxarı palataya seçkilər ərəfəsində yenidən seçilmək üçün namizəd olan Liberal Demokrat Partiyasının namizədi, Şura üzvü Keyi Sato adından çıxış edirdi. Abe əldə düzəldilmiş qoşalüləli ov tüfəngi ilə arxadan iki dəfə vurulmuş və yıxılmışdır.Abe vurulduqdan dərhal sonra şüurlu və ünsiyyətcil idi. O, sinə yarası ilə təcili vertolyotla yerli xəstəxanaya aparılıb və Kaşiharadakı Nara Tibb Universiteti Xəstəxanasına çatanda həyati əlamətlərinin olmadığı bildirildi. Abenin huşsuz olduğu və ürəyinin dayandığı bildirilmişdir; bu ifadə tez-tez Yaponiyada koroner tərəfindən ölümün rəsmi təsdiqindən əvvəl istifadə olunur. YST saat 14:45-də keçirilən mətbuat konfransında Baş nazir Fumio Kişida Abenin kritik vəziyyətdə olduğunu və "həkimlərin bu anda əllərindən gələni etdiklərini" söylədi. Şinzo Abe beş saat sonra ölmüşdür. == Şübhəli şəxs == Nara şəhərindən olan 41 yaşlı kişi Tetsuya Yamaqami (山上徹也), 2002-2005-ci illərdə Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü, Nara Prefekturasının Polisi tərəfindən qətlə cəhddə şübhəli bilinərək həbs edilmiş və Nara Qərbi Polis İdarəsinə köçürülmüşdür. Yamaqami müstəntiqlərə deyib ki, "o keçmiş baş nazirdən narazı idi və onu öldürmək niyyətində idi." == Sonrası == Baş nazirin ofisində böhranın idarə edilməsi mərkəzi yaradılıb. Seçki kampaniyası üçün Yamaqata prefekturasında olan baş nazir Fumio Kişida Tokioya qayıtmaq üçün qalan cədvəlini ləğv etdi.
İmperatriça Myonsonun sui-qəsdi
İmperatriça Myonsonun sui-qəsdi – Çoson kralı Koconun həyat yoldaşı olan İmperatriça Myonsonun 8 oktyabr 1895-ci ildə Yaponiya casusları tərəfindən öldürülməsi hadisəsi. Hadisə Koreyada Eulmi insidenti (kor. 을미사변) adı ilə tanınır. == Arxa plan == Birinci Çin-yapon müharibəsindən sonra Rusiya imperiyası Yaponiyanın Koreya yarımadasındakı ən böyük rəqibi olmuşdur. Yaponlar 1895-ci ildə Koreyanı Yaponiyanın protektoratlığına çevirmək istəsələr də, yerli dəstəyi qazana bilməmişdirlər. Buna görə də yaponlar Yaponiyanın Koreyadakı mövcudluğuna qarşı olan önəmli siyasi şəxsləri aradan qaldırmaq istəyirdilər. Bu şəxslərdən ən əhəmiyyətlisi kralın həyat yoldaşı olan İmperatriça Myonso idi. == Sui-qəsd == 8 oktyabr 1895-ci ildə səhər saatlarında Yaponiyanın Seulda yerləşən nümayəndiliyi koreyalılar kimi geyinərək Yaponiyanın Koreyadakı səfiri olan Miura Qoronun başçılığı ilə Kyonbokkun sarayına irəliləmişdirlər. Miura Qoro sui-qəsd planını "Tülkü ovu əməliyyatı" adlandırmışdı. Yapon və koreyalılardan ibarət 50 nəfərlik sui-qəsd qrupu saraya qarşı hücum təşkil etmişdir.Sui-qəsdçilər Kral Koçonu tutsalar da, ona xəsarət yetirməmişdirlər.
Adrian qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Ambuaz qəsri
Ambuaz qəsri (fr. Château d'Amboise) — Fransanın Luar vadisində yerləşən Endr və Luara departamentindəki Ambuaz şəhərində yerləşən tarixi şato-qəsr. XV əsrdə monarxiya tərəfindən konfiskasiya edildikdən sonra qəsr, kralların sevimli məkanlarından birinə çevrilmiş və yenidən qurularaq genişləndirilmişdir. 1498-ci ildə Fransa kralı VIII Karl başını qapı kənarına vurduqdan sonra bu qəsrdə vəfat etmişdir. XVI əsrin ikinci yarısından sonra əsasən tərk edilmiş qəsr tənəzzülə uğramış, bir çox daxili tikililər isə uçub-dağılmışdır. Buna baxmayaraq qəsrin əsas tikililəri dövrümüzə çatmış, müdafiə divarları və qüllələr də daxil olmaqla dövrümüzə çatan bütün tikililər əsaslı bərpa edilmişdir. 1840-ci ildə Fransa Mədəniyyət Nazirliyi tikilini tarixi abidə kimi qeydiyyata almışdır. 81 metr hündürlükdə yerləşən qəsr 2000-ci ildə UNESCO tərəfindən Luar vadisindəki digər qəsrlərlə birlikdə Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == === Anju qrafları və Ambuaz ailəsinin mülkü === Ambuaz qəsri Luar çayı üzərindəki mahmız ərazidə inşa edilmişdir. Ərazinin strateji əhəmiyyəti orta əsrlərdə qəsrin inşasından daha əvvəl anlaşılmış və onun yerində qall oppidi inşa olunmuşdur.
Aspelt qəsri
Aspelt Castle (fr. Château d'Aspelt) ― Lüksemburqun cənubundakı Aspelt məntəqəsində yerləşən və 1590-cı ildə Barokko üslubunda inşa edilmiş bir yaşayış yeri. == Tarixi == Qalaya aid ilk yazılı mənbə 1132-ci ilə aid Theoderich von Wied-in Echternach salnaməsində tapıla bilər.
Azuçi qəsri
Azuçi qəsri (安土城) – Yaponiyanın Şiqa prefekturasının Omihaçiman şəhərində yerləşmiş qəsr. Oda Nobunaqanın əsas qəsrlərindən biri olmuşdur. Bir çox xüsusiyyətinə görə dövrünün müasir qəsrlərindən biri olmuşdur. 1582-ci ildə baş vermiş yanğından sonra məhv olmuşdur. Daş bünövrəsindən başqa heç bir hissəsi salamat qalmayıb, lakin Mie prefekturasında reproduksiyası yerləşir. == Tarixi == XVI əsrin ortalarında portuqallar tərəfindən odlu silahların Yaponiyaya tanıdılmasından sonra ənənəvi qəsr modellərindən imtina edilmiş və feodallar odlu silahlara qarşı effektiv qəsrlər tikdirməyə başlamışdırlar. Azuçi qəsri bu baxımdan növünün ilk nümunələrindən biri olmuşdur. Qəsrin tikintisi Oda Nobunaqa tərəfindən 1576-cı ildə başladılmış və 1579-cu ildə tamamlanmışdır. Qəsr Biva gölünün sahilində, düzənliyə baxan təpənin üstündə, paytaxt Kiotoya gedən vacib nəqliyyat yollarının üstündə tikilmişdir. Əvvəlcə qəsr ancaq müdafiə qurğusu kimi nəzərdə tutulsa da, Nobunaqa qəsrdən iqamətgah kimi də istifadə etmişdir.Azuçi qəsri bir çox xüsusiyyətinə görə əvvəlki yapon qəsrindən fərqlənirdi.
Aşıq Bəsdi
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Belöy qəsri
Belöy qəsri (au de Belœil və ya Château of Belœil) — Belçikanın Haintaunt əyalətinin Belöy bələdiyyəsi ərazisində yerləşən qəsr. XIV əsrdən bəri Ligne şahzadəsi burada yaşayır. Qəsr 1664-cü ildə salınmış valehedici Baroqve bağının ortasında yerləşir. Qəsrə və bağa yaz və yay fəslində səfər etmək mümkündür. == Tarixi == Belöy 1394-cü ildə Ligne ailəsinin mülkünə çevrilir. XV əsrin əvvəllərində yerli qəsr ailənin əsas iqamətgahı olaraq seçilir. Köhnə qəsr xəndəklərlə əhatə olunmuş dörtkünc formada idi və dörd bürcdən ibarət idi ki, hər bir bürc bir küncdə yerləşmişdir. Keçən əsrlər müddətində fasad və daxili interyerdə dəyişikliklər olsa da, bu ilkin struktur qorunub saxlanılmışdır. XVII və XVIII əsrdə bu istehkam qalası fransız üslubunda lüks evə (qəsrə) çevrilmişdir.
Bendzin qəsri
"Bedzin qəsri" - Polşanın cənubunda Bedzin bölgəsində yerləşən qəsr. XI əsrdə ağacdan, XIV əsrdə daşdan tikilmişdir. Polşa krallığının və Polşa-Litva uniyasının əsas qəsri olmuşdur. == Tarixi == Bedzin kəndinin tarixi IX əsrə qədər uzanır . Mənbələrə görə burada XI əsrdə ağac istehkamlar mövcud olmuşdur. 1241-ci ildə tatar yürüşlərində dağıdılmış, sonra təkrar təmir olunmuşdur. Polşa kralı I Kasamir və ya Böyük Kasamir (30 aprel 1330-5 noyabr 1370) öz hakimiyyəti dövründə ağac qəsri daş qəsrlə əvəz etdi. 1358-ci ildə qəsr Polşanın ən əsas qəsri oldu. Qəsrin əsas məqsədi Bohemiya və Sileziyadan gələcək hücumları dəf etmək idi Qəsr 1364-cü ildə Müqəddəs Roma İmperiyası kralı IV Çarlz tərəfindən ziyarət edildi. 1588-ci ildə Polşa müharibəsindən sonra Avstriya hersoqu III Maksimillian burada həbs olundu.
Bettendorf qəsri
Bettendorf qəsri (fr. Château de Bettendorf) Şərqi Lüksemburqdakı Bettendorf kəndində yerləşir. XIII əsrdən bəri bir qala olduğu görünsə də, bugünkü Barokko binası 1728-ci ilə aiddir və 1962-ci ildə bərpa edilmişdir. Qala xüsusi mülkiyyətdir və xalqa açıq deyil. 2007-ci ildə qala və park ərazisi, Lüksemburqun milli abidələrin milli reyestrinə əlavə edildi.
Beykoz qəsri
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Bodiam qəsri
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır. Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur. Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdirQəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər. == Tarixi == III Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi. 1377-ci ildə Fransadan qayıdan Robert Nollesə və Edvard Delinqricə 1385-ci ildə İngiltərə kralı II Riçard La-Manş tərəfdən fransızların hücum təhlükəsinə görə həmin ərazilərdə möhkəmləndirmə işləri aparmağa icazə verdi..
Boqenşperk qəsri
Boqenşperk qəsri (sloven. Grad Bogenšperk, alm. Schloss Wagensperg‎) ― Sloveniyada yerləşən 16-cı əsrə aid qəsr. Tikili, London Kral Cəmiyyətinin əməkdaşı, 17-ci əsr alimi və təbiətşünası Yanez Vaykard Balvazor ilə əlaqəsi səbəbilə daha çox tanınır. == Memarlıq == 412 m yüksəkliyindəki alçaq bir təpədə yerləşən intibah dövrünə aid qəsr tamamilə bərpa edilmiş və Sloveniyanın əhəmiyyətli bir mədəniyyət abidəsi olaraq siyahıya alınmışdır. Üç mərtəbəli qəsr dörd qülləni birləşdirən və daxili həyəti əhatə edən bir neçə dövrə aid dörd hissədən ibarətdir. Qəsrin ən qədim hissəsi əvvəllər müstəqil istehkam olmuş şimal qülləsidir. == Tarix == Qəsr ehtimal ki, qəzalı vəziyyətdə olan və 1511-ci ildə baş verən güclü zəlzələ nəticəsində ciddi şəkildə zədələnmiş Lixtenberk qəsrinin əvəzi olaraq Vaqen ailəsi tərəfindən inşa edilmişdir. 1630-cu ildə ailənin son üzvü olan Yuriy Vaqenin öldü. Bundan sonra qəsr 1672-ci ildə Yanez Vaykard Balvazor tərəfindən alınana qədər bir neçə sahib dəyişmişdir.
Bran qəsri
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir. Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir. == Tarixi == 1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur.
Brzeq qəsri
Brzeq qəsri ― Polşanın Brzeq şəhərində qəsr. Hal-hazırda muzey olaraq fəaliyyət göstərən tikili Piast sülaləsinin mavzoleyini də ehtiva edir. == Coğrafiya == Brzeq qəsri Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyvodalığı ilə Opol Voyvodeşip vilayətlərinin sərhədindəki Odra çayının qərbindəki uçurumda yerləşir. Qəsr Namısluv və Stşelin şəhərləri arasındakı milli yolun yaxınlığında yerləşir. == Tarix == Qəsrin mövcudluğuna dair ilk məlumatda Sileziya qrafı I Henrinin dövründə, 1235-ci ildə inşa edilmiş, xəndək və möhkəm divarları olan kiçik bir qala təsvir edilmişdir. Qalaya bitişik olaraq "Aslan qalası" kimi tanınan kvadrat qüllə tikilmişdi. Brzeq hersoqluğunu idarə edən Piast ailəsi, 1311-ci ildən 1675-ci ilə qədər qəsrdə yaşamışdır. 1342-ci ildə qəsr knyazlığın paytaxt iqamətgahına çevriildikdən sonra dəfələrlə təmir edildi. 1370-ci ildə Şahzadə I Lyudovik qəsri genişləndirdi və Piast sülaləsinin mavzoleyini əhatə edən ibadətgah inşa etdi. 1544-cü ildə II Fridrix Leqnitskinin dövründə başlayan təmir işləri 1560-cı ildə tamamlandı və qəsrə daha çox bina əlavə edildi.
Buffavento qəsri
Buffavento qəsri (yun. Kάστρο Βουφαβέντο, türk. Buffavento Kalesi) ― Şimali Kipr Türk Respublikasında qəsr. İnşa olunma tarixi dəqiq bilinməsə də, ən inandırıcı fərziyyə Bizans dövrünə aid olmasıdır. Qəsr Bizans və Frank memarlıq elementlərini özündə birləşdirir. Buffavento qəsri XIV əsrdən etibarən istifadəsiz qalmışdır. == Tarix == Buffavento qəsri qərbdə Müqəddəs Hilarion qəsri, şərqdə isə Kantara qəsri arasında yerləşərək Şimali Kiprin Girne dağ silsiləsində qoruyucu bir ox meydana gətirir. Qəsr xüsusilə də Kitreyadan şimal sahilinə gedən dağ keçidini qoruyurdu. Digər qəsrlərin hər ikisi Buffaventodan göründüyü üçün qəsrdən aralarındakı siqnalları ötürmək üçün istifadə edilmişdir. Qəsrlərij hər üçün Bizans dövründə birlikdə tikilsə də, istifadəyə verilmə tarixləri dəqiq bilinmir.
Cakeli qəsri
Cakeli qəsri, (gürc. ჯაყელის ციხე) — Gürcüstan şəhəri Axaltsixedə yerləşən Axaltsixe qalasının (Rabat) içində qədim qəsr. == Tarixi == Qəsr ilk olaraq, Mesxeti hakimləri, Çorçaneli evindən olan, atabəy rütbəsi daşıyan gürcü feodal nəsli Cakelilərə aid idi. Cakelilər beş əsr ərzində (XII əsrdən - XVII əsrə qədər) Cənubi Gürcüstanın ən güclü siyasi qüvvəsi idi. 1578 ildə regionun Osmanlı imperiyası tərəfindən işğalından sonra, Cakelilər ilk vaxt osmanlılara qarşı mübarizəyə başçılıq etmişdilər, lakin sonra onların tərəfinə keçdilər və gürcü feodalları arasında birinci olaraq islamı qəbul etdilər. Osmanlı imperiyasında Cakeli nəsli rusların 1829 ildə gəlişinə qədər irsi paşa rütbəsini daşıyırdılar. [1 Nəslin nümayəndələrindən biri -Əhməd Paşa - müasir Axalsixin ən görməli yerlərindən biri olan Əhmədiyyə məsçidini tikdirir. == Bərpası == 2011 ilin may ayında Gürcüstan hökuməti Rabat qalasında, 2012 ildə qurtaran bərpa işlərinə başlayır. Bu məqsəd üçün budcədən 24 mln. lari xərclənir.
Dolbadarn qəsri
Dolbadarn qəsri - Böyük Britaniyada, Uelsdə yerləşən tarixi qəsr. XIII əsrdə Uels şahzadəsi Böyük Livelin tərəfindən istehkam kimi tikilmişdi. Uelsin şimalındakı Lyanberis bölgəsində yerləşir. Dolbadarn qəsri Böyük Livelinin güc və hakimiyyət simvolu olmuşdur. Qəsrin əsas xüsusiyyəti böyük daş kip olmasıdır. 1284-cü ildə kral I Edvard qəsri ələ keçirdi. Sonra qəsr məhv olmasına qədər malikanə kimi fəaliyyət göstərməyə başladı. Gözəl mənzərəsinə görə bu qəsr XVIII-XIX əsrlərdə rəssamların gəldiyi əsas yerlərdən biri oldu.
Drezden qəsri
Dezden qəsri və ya Kral sarayı (alm: Dresdner Residenzschloss və ya Dresdner Schloss) Drezden şəhərində yerləşən ən qədim binalardan biridir. Dörd yüz il ərzində bu qəsr Vettin sülaləsinin Albertinlər xəttindən olan Saksoniya seçiciləri (1547–1806) və krallarının (1806–1918) iqamətgahı olmuşdur. Qəsr həm də Barokkodan-Neointibah memarlığına kimi müxtəlif üslubların bir binadan cəmlənməsi ilə məşhurdur. Bu gün qəsr binasından muzey kimi istifadə olunur və binada Tarixi və yeni Yaşıl otaq, Numizmatika kabineti, Estamp, Rəsm və Foto Kolleksiyası, Türk Ticarət Zalı ilə Cəbhəxana yerləşir. Həmçinin qəsrdə sənət kitabxansı və Drezden Dövlət Sənət Kolleksiyasının idarə ofisləri yerləşir. == Tarixi == Orijinalda Roman donjonu olan qəsr təxminən 1200-cü illərdə inşa edilmişdi. Hausmannsturm XV əsrin əvvəllərində inşa edilmişdi. 1468-1480-ci illərdə ustad memar Arnold fon Vestfalen tərəfindən əlavə edilmiş dörd qanad-bina ilə donjon qapalı konstruksiyaya çevrilmişdir. XVI əsrin ortalarında binaya edilmiş əlavələr intibah memarlığı üslubunda olmuşdu. 1701-ci ildə baş vermiş yanğından sonra, Güclü Avqustun sifarişi ilə qəsr Barokko üslubunda bərpa edilmişdir.
Eqeskov qəsri
Eqeskov qəsri (dan. Egeskov Slot) — Danimarkanın Fin adasının cənubunda yerləşən qəsr. Qəsr Avropa intibah dövrünün ən gözəl abidəsidir. Qəsr 1554-cü ildə Frands Brakenhaus tərəfindən inşa edildi. Danimarka xalqının XVI əsrdə qaldırdığı müharibə üzündən bir çox əsilzadə evlərini qalaya çevirmişdilər Qəsr maksimum dərinliyi 5 metr olan gölün yaxınlığında tikilmişdir və qəsrə yeganə giriş körpüdəndir. Deyilənlərə görə qəsri tikmək üçün xeyli palıd ağacından istifadə etmişdilər. "Egeskov" "Palıd meşəsi" deməkdir. == Memarlıq == Qəsr bir-biri ilə bağlı olan iki tikilidən ibarətdir. Bu isə qəsri qoruyanlar üçün üstünlük idi. Bu cüt divarların qalınlığı 1 metr olub gizli nərdivanı və quyusu vardır.
Fukaşi qəsri
Matsumoto qəsri (松本城, Matsumoto-co) və ya digər adı ilə Fukaşi qəsri – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən qəsr. Qara rəngli fasadına görə Qarğa qəsri (烏城, Karasu-co) kimi də tanınır. Matsumoto daymyosunun iqamətgahı olmuşdur. XVI əsrdə tikilmişdir. Matsumoto qəsri Yaponiyanın milli xəzinələrindən biridir və Yaponiyadakı 12 orijinal tenşudan birinə ev sahibliyi edir. Düzənlikdə tikildiyi üçün hiraciro tipli qəsr hesab olunur. == Tarixi == Qəsr Senqoku dövründə tikilmişdir və əsası 1504-cü ildə Şinano əyalətindəki sərhəd bölgəsində Oqasavara klanı tərəfindən tikilmişdir. Həmin dövrdəki bu kiçik sərhəd postu Fukaşi qəsri adlanırdı. 1550-ci ildəki Fukaşi mühasirəsindən sonra Takeda klanı tərəfindən ələ keçirilmişdir. Takeda Şinqen qəsri Baba Nobuharunun ixtiyarını vermişdir və qəsr Takedanın Matsumoto işğalı üçün qərargah rolunu oynamışdır.
20 iyul sui-qəsd cəhdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədi ilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
İmran Xana sui-qəsd cəhdi
Pakistanın keçmiş Baş naziri və Pakistan Təhrik-e-İnsaf (PTI siyasi partiyası) sədri İmran Xan 2022-ci il noyabrın 3-də Pəncabın Vəzirabad şəhərində uzun sürən hökumət əleyhinə etiraz aksiyası zamanı sui-qəsd zamanı güllələnib. . Silahlı şəxs hərəkatın daha bir neçə liderini yaralayıb və Xanın tərəfdarlarından birini öldürüb. == Sınaq səbəbi == === İmran Xanın devrilməsi === Pakistanda siyasi böhran 2022-ci ildə Pakistan Demokratik Hərəkatının (müxalifət partiyası) İmran Xana qarşı etimadsızlıq təklifi təqdim etməsi ilə başlayıb. Prezident Arif Alvi Xanın tövsiyəsi ilə parlamenti buraxdığı zaman böhran konstitusiya problemi ilə bağlı idi. Ali Məhkəmə Parlamenti bərpa etdi və Xan etimadsızlıq təklifini itirdi və onun yerinə indiki Baş nazir Şehbaz Şərif keçdi. Xan onun devrilməsini “Amerika planı” adlandırıb və yeni hökuməti “idxal edilmiş hökumət” adlandırıb. === Azadi mart 2022 === Azadi Mart 2022 (mart-II) 28 oktyabr 2022-ci il tarixindən başlayaraq Lahordan İslamabadda Xan və tərəfdarlarının hökumətin növbədənkənar seçki keçirməkdən imtina etməsinə etiraz etmək üçün baş tutan yürüşdür. == sui-qəsd cəhdi == Xan 3 noyabr 2022-ci ildə tərəfdarlarına müraciət edərkən silahlı şəxs Xana atəş açıb. Xanın köməkçilərindən birinin dediyinə görə, altı dəfə atəş açılıb. Xanın tərəfdarlarından biri (kod adı İbtisam) silahlı ilə məşğul olmağa cəhd etdi.